Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə32/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.1.1.7 Transformatorlar (yarımstansiyalar) elə yerləşdirilməlidir ki, onların altında qazma məhlulunun və ya leysan sularının qalması mümkün olmasın.
3.1.1.8 Buruğa neft vannaları üçün gətirilən neft qapağı kip bağlanan tutumlarda olmalıdır.
3.1.1.9 Nefti tutumlara və quyulara vurmaq üçün istifadə edilən boru xətləri yerlə birləşdiril-məlidir.
3.1.1.10 Neftvurma aqreqatları quyu ağzında, küləkdöyən tərəfdə yerləşdirilməlidir.
3.1.1.11 Qazmaquyularını daxili yanma mühərriklərinin işlənmış qazları quyu ağzından 15 m, intiqal blokunun yan örtüyündən 5 m (işlənmiş qazlar borularının üfüqi quraçdırılan halı üçün), bu blokun damının kənarından ən azı 1,5 m-dən az olmayan məsafələrə(işlənmiş qazlar borularının çaquli quraçdırılan halı üçün) kənarlaşdırılmalıdır. İşlənmiş qaz boru xətləri qığılcım-yağ tutucuları ilə təchiz olunmalı, onların kənarlaşdırılma sxemi isə bu qazların işçi zonalara düşməsini istisna etməlidir.
3.1.1.12 Qaz ötürücü atqı xətti quyu ağzından 60m-dən az olmayan məsafədə, külək tutma-yan tərəfdə məşəl qurğusu ilə təchiz olunmalıdır.
3.1.1.13 Məşəl qurğusu 15m radiusu olan sahədə kollardan, otdan və digər bitkilərdən təmizlənməlidir. Sahə 30m radiusda hasarlanmalı və xəbərdaredici işarələrlə təchiz olunmalıdır.
3.1.1.14 Məşəl qurğusunda qazın yandırılması məsafədən fitil vasitəsi ilə həyata keçirilməli-dir.
3.1.1.15 Növbətçi briqadalar üçün yaşayış, məişət və inzibati vaqon-evlər vışkanın hündürlü-yündən 10m-dən çox, quyu ağzından isə 60m-dən az olmayan məsafədə yerləşdirilməlidir.


Karbohidrogen əsaslı əhənq-bitum məhlulu (ƏBM) ilə qazma
3.1.1.16 Quyu ağzı meydança mailiyi şlam anbarına tərəf yönəldilmiş navalça ilə təchiz olun-malıdır. Navalçanın üstü yanmayan materialla örtülməlidir.
3.1.1.17 ƏBM (əhənq-bitum məhlulu) tutumlarının tənəffüs klapanlarının atqı xətləri vışkaya-nı tikililərin xaricinə çıxarılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə