7
2.5.1.5
Güclü təsir edici zəhərli maddələrin (GTZM) saxlanılmasına bü növ maddələrin
saxlanılmasına dair xüsusi qaydalara riayət etməklə icazə verilir.
2.5.1.6
Kimyəvi maddəllərlə bağlı
işlər ehtiyyatla, səliqəli və onların qablaşdırılma taraları
zədələnmədən aparılmalıdır. Kimyəvi maddə olan hər bir qabın, tutumun üzərində kimyəvi
maddənin adı göstərilən yazısı (birkası) olmalıdır.
2.5.1.7
Hava, su, yanar maddələrlə təmasından öz-özünə alışma
qabiliyyəti olan və yaxud
partlayış təhlükəli qarışıq əmələ gətirən kimyəvi maddələr yuxarıda qeyd olunan maddələrlə bir
yerdə saxlanılmamalı, yüksək temperaturun təsiri və mexaniki zədələnmə ehtimalı olmayan
xüsusi şəraitdə saxlanılmalıdırlar.
Güclü təsiredici xüsusiyyətləri olan oksidləşdirici maddələr (maqnezium-xlorat,
hidrogen
peroksid və s.) digər kimyəvi maddələrdən ayrı saxlanılmalıdır.
2.5.1.8
Kimyəvi maddələrin çəkilməsi xüsusi çəki otaqlarında aparılmalıdır. Dağılmış və ətra-
fa səpələnmiş maddələr təcili olaraq yığışdırılmalı və zərəsizləşdirilməlidir. Qablaşdırma
materialları xüsusi otaqda saxlanılmalıdır.
2.5.1.9
Yanğın zamanı yüksək temperatur təsirindən ərimə xüsusiyyəti olan kimyəvi maddələr
saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst axmasına qarşı tədbirlər görülməlidir:
otaqlarda panduslar, bortlar nəzərdə tutulmalıdır.
2.5.1.10
Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda, qrup
halında və hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə
yerləşdirilməli və qruplar
arasındakı məsafə 1 m-dən az olmamalıdır. Hər qrupda eyni növ (eyni xassəli) kimyəvi maddələr
saxlanılmalı və qruplar müvafiq yazılarla işarələnməlidir. Meydançalar hamarlanmalı və
çəpərlənməlidir. Açıq medançada saxlanılan kimyəvi maddələrlə dolu tutumlar günəş
şüalarından qorunmalıdır.
Dostları ilə paylaş: