Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə11/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   7   8   9   10   11   12   13   14   ...   244
Neft qaz yangin tehlukesizlik

2.1.27
İstehsalat obyektlərinin taxta konstruksiyaları odadavamlı tərkibli materiallarla 
işlənilməlidir. Bu proses vaxtaşırı aparılmalıdır. 
2.1.28
Yanğına qarşı divarlarda və örtüklərdə olan aralıqlardan alovun yayılmasının və 
məhsulların yanmasının qarşısını almaq üçün qoruyucu qurğular quraşdırılmalıdır (yanğına qarşı 
qapılar, su pərdəsi, qapaqlar, sipərlər, şiferlər, tüstüyə qarşı qurğular).
2.1.29
Yanğına qarşı sədd müxtəlif kommunikasiya xətləri ilə kəsişdiyi yerlərdə əmələ gələn 
aralıqları yanmayan materialla kip tutmaq lazımdır. 
2.1.30 
Yerli nəzarət orqanları və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırıl-mış 
və müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq lahiyə olmadığı halda, istehsalat və 
xidməti otaqların yenidən planlaşdırılması qadağandır. Yenidən planlaşdırma zamanı tikinti 
konstruksiyalarının odadavamlılıq həddlərinin aşağı salınmasına və insanların köçürülmə 
şəraitinin pisləşməsinə yol verilməməlidir. 1, 2, və 3-cü dərəcəli odadavamlı binalarda yanar 
materiallardan antresollar, arakəsmələr, məişət yerləri, anbarların quraşdırılması qadağandır.
2.1.31
AAM, YM və qazlardan istifadə olunan sexlərdə və laboratoriyalarda, onların iş yerlə-
rinə mərkəzləşdirilmiş qaydada daşınması və paylanması təşkil edilməlidir. Bütün hallarda AAM 
və YM daşınması zamanı xüsusi konstruksiyaya malik təhlükəsiz qablardan (taralardan) istifadə 
edilməlidir.
Sex anbarlarında AAM və YM, boyaların, həlledicilərin bir yerdə saxlanılması üçün yol 
verilə bilən maksimum miqdarları normaylara uyğun təyin edilməlidir.
İş yerlərində saxlanılan materialların (istifadəyə hazır şəkildə olan) miqdarı növbə 
təlabatından artıq olmamalı, onlar saxlanılan qablar kip bağlanmalıdır.
Boyalar, laklar və həlledicilər saxlanılan obyekt anbarlarına olan tələblər qüvvədə olan tikinti 
normalarının tələblərinə cavab verməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə