Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Neftin və qazin yığılması, hazıırlanması, saxlanması və nəqli



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə50/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   46   47   48   49   50   51   52   53   ...   244
Neft qaz yangin tehlukesizlik

3.5 Neftin və qazin yığılması, hazıırlanması, saxlanması və nəqli 
3.5.1 Ümumi tələblər 
3.5.1.1 
Aparatlarda, tutumlarda və boru kəmərlərində quraşdirilmış qoruyucu, tənzimləyici və 
bağlayici armaturların sazlığı istismara buraxılmazdan əvvəl, təsdiq olunmuş cədvələ əsasən
vaxtaşırı MTİ rəhbərliyi altında yoxlanılmalıdır. Yoxlamanın nəticələri növbə jurnalında qeyd 
olunmalıdır. 
3.5.1.2 
Yanğın təhlükəli mayelərin səviyyə ölçənləri yanğın baxımından təhlükəsiz olmalıdır. 
Ölçü şüşələri 0,6 MPa çoz olmayan izafi təzyiq altında işləyən aparat və tutumlarda o zaman 
istifadə oluna bilər ki, şüşələr mexaniki zərbədən qorunsun, birləşdirici borucuqları avtomatik 
bağlayan klapanları və şüşədə buraxıla bilən səviyyəni göstərən qırmızı xətt olsun. 
3.5.1.3 
Avadanlıqların istilik izolyasiyası yanmayan materialdan olmalıdır. İstilik izolyasiya-
sının yanğın təhlükəli mayelərlə hopmuş hissəsi məhsulun sızmasına səbəb olan zədələnmiş 
sahəsinin bərpasından sonra dərhal dəyişdirilməlidir. 
3.5.1.4 
Rektifikasiya kolonlarının, istidəyişdiricilərinin və digər aparatların gövdəsində neft və 
neft məhsullarının sızması aşkar edildikdə, həmin məhsullarının alovlanmasının qarşısını almaq 
üçün sızan yerlərə dərhal su buxarı verilməlidir. 
Separatorlar 
3.5.1.5 
0,7 MPa izafi təzyiq altında işləyən separatorların və digər aparatların işə salınması və 
istismarı «Pravila ustoroystva i bezopasnoy ekspluatasii sosudov, rabotayuşix pod davleni-em» 
qaydalarının tələblərinə uyğun aparılmalıdır. 
3.5.1.6 
Erilift quyularının separatorlarından çıxan qaz-hava qatışığı hava tərkibinə görə 
yoxlanılmalıdır. Qaz-hava qatışığında havanın həcm hissəsi 70%-dən çox olmamalıdır. 
3.5.1.7 
Separatorlarda mayenin yığılıb kompressorun qəbul borusuna düşməsinin qarşısı 
alınmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə