|
![](/i/favi32.png) Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ
Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə çənlərin damı
qardan təmizlənməlidir.
3.5.1.17Neft qaz yangin tehlukesizlik3.5.1.16
Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə çənlərin damı
qardan təmizlənməlidir.
3.5.1.17
Günəş şüalarının təsirindən qorunmaq üçün çənlər açıq boya ilə rənglənməlidir.
3.5.1.18
İstismar əməliyyatlarında, həmçinin qəza və ya yanğın zamanı lazım olan
dəyişmələri tez və səhvsiz etmək üçün çənlər parkının işçıləri iş yerlərində asılmış boru
kəmərlərinin yerləşmə sxemlərini və bütün siyirtmələrin təyinatını bilməlidirlər.
3.5.1.19
Qızdırılması və yaxud yay vaxtı uzun müddət saxlanılması lazım olan neft və neft
məhsulları çənlərə doldurularkən, onların miqdarı, qızmadan mayelərin həçminin genişlənməsi
nəzərə alınmalıdır. Çəndə soyuq neft məhsuluun həcmi tutumun həcminin 95%-dən,
mayeləşdi-rilmiş qazın isə-3%-dən artıq olmamalıdır.
3.5.1.20
Səviyyə ölçülən və nümunə götürülən zaman çənin damı dağılan neftdən dərhal
təmizlənməlidir, çənin damında silgi materiallarının və hər hansı əşyaların saxlanılması qada-
ğandır.
3.5.1.21
Çənlərdə özlü (qatı) neftlərin qızdırılması işçi heyətin nəzarəti altında yalnız buxar
və yaxud su ilə, ilanvari qızdırıcılarla aparılmalıdır.
3.5.1.22
Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuşhallarda) qızdırıcının üzərində
mayenin səviyyəsinin 50 sm-dən az olmadığı halda yol verilir.
3.5.1.23
Çənlərin istismarı prosesində tənəffüs klapanları və odkəsicilərin sazlığına
müntəzəm nəzarə olunmalıdır. Havanın müsbət temperaturlarında odkəsicilərin vəziyyəti ayda
iki dəfədən az olmayaraq yoxlanılmalıdır.
3.5.1.24
Çənlərə baxış keçirilən, nümunə götürülən və ya mayenin səviyyəsi ölçülən zaman
zərbədən qığılcım verməyən tərtibatlardan istifadə edilməlidir.
3.5.1.25
Hər bir çən və çənlər qrupunun (bənd xaricində) çıxış xəttində neft tutucularından
əvvəl və sonra hidravlik sürgü quraşdırılmalıdır.
3.5.1.26
Fəaliyyətdə olan çənin tikişlərində, gövdəsində və yaxud dibində çat əmələ gələrsə
çən dərhal boşaldılmalı və təmizlənməlidir.
Dolu çənlərdə qaynaq və pərçimlənmə işlərinin aparılması qadağandır.
Dostları ilə paylaş: |
|
|