Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİ



Yüklə 259,59 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix18.04.2018
ölçüsü259,59 Kb.
#39280
1   2   3   4   5   6   7   8   9

 

mülayimləşdirici təsir göstərir.İstilik miqdarının çoxluğu, günəş şəfəqlərinin davamlılığı 



(ildə 2244 saat) və müsbət radiasiya balansı burada ilboyu şaxtasız havaların üstünlük 

təşkil etməsinə  şərait yaradır. Havanın orta illik temperaturu +13,5

0

C─ + 14,4



0

arasında dəyişir. Yayda dörd ay orta aylıq temperatur 20



0

C-dən çox olur. İyulun 

temperaturu  şimalda +24,7

0

C-dən  şərqdə +25,6



0

C-yə  qədərdir. Yanvarın orta 

temperaturu +2,9

0

C ilə +3,8



0

C arasında dəyişir.İlin şaxtasız dövrü 268-293 gün davam 

edir. Abşeronda illik yağıntıların miqdarı 160-250 mm-dir. İqtisadi rayonun şimal 

hissəsi cənub hissəsinə nisbətən çox yağıntılıdır. Nisbi rütubətlilik ildə orta hesabla 70-

73 faizdir.Abşeron üçün ən səciyyəvi külək  şimal küləyi olan «xəzri»dir. Çox sürətli 

olması ilə seçilən «xəzri» havanın temperaturunu xeyli aşağı salır. Küləyin orta illik 

sürəti 6-7 m/san-dir. 15 m/san-dən çox gücə malik küləklər daha tez-tez əsir. Bu 

küləklərin sayı il ərzində Abşeronun mərkəzi hissəsində 70 gün, şimal hissəsində 139 

gündür. Yayda gündüz qızmar havaları mülayimləşdirən “briz” küləkləri əsir. Dumanlı 

günlərin sayı ən çox fevral-mart (11-16 gün) aylarına düşür. 

İqtisadi rayonun cənub hissəsinnin dənizlə əhatələnməsi burada martın əvvəlindən 

sentyabrın axırına qədər çimərlik təşkil etməyə imkan yaradır. Çünki həmin 

ərəfədədəniz suyunun temperaturu +20- +22

0

C, maksimum +27,3



0

Colur.  İqtisadi 

rayonda havanın ən aşağı temperaturu, yəni -13

0

C yanvar ayında müşahidə olunub, ən 



isti temperaturu isə, yəni + 40

0

C avqust ayında qeydə alınıb.Yay fəsli dövründə torpağın 



səth temperaturu + 60

0

C qədər çatır. Abşeron iqtisadi rayonunda yağıntının miqdarı 



azdır. Yağıntılar  əsasən payız-qış mövsümlərində olur. Qar nadir hallarda yağır, qısa 

müddətli olur, qışda 2-3 gün yerdə qalır. Yaz və yay ayları quraqlıq olur.Atmosfer 

havasının orta illik temperaturu +14,4 

0

C-yə, nəm termometr üzrə temperaturu +19,5



0

C, 


quru termometr üzrə temperaturu +29,7

0

C-yə, atmosfer havasının nisbi nəmliyi 46 faizə, 



barometrik təzyiq 760 mm c.s.-nə, illik atmosfer çöküntüsünün miqdarı 247 mm-ə, 

torpağın donma dərinliyi 0,3 m-ə, seysmiklik 8 bala, yağışlı günlərin sayı ildə 60 günə, 

küləyin normativ sürət təzyiqi 600 PA-a, normativ qar yükü (təzyiqi) 500 PA-a 

bərabərdir.   




 

Abşeron iqtisadi rayonu ərazisində  və onun ətrafında təbii su mənbələri Xəzər 



dənizindən və bir neçə kiçik göldən ibarətdir. Bu mənbələr içmək üçün yararlı olmayan 

şor sulardır. Bir qədər aralıda, Sumqayıt  şəhərindən 5-10 km cənub-qərbdə içməli su 

ehtiyatı üçünsüni surətdə yaradılmış «Ceyranbatan Su Anbarı» hövzəsi yerləşir. 

Sumqayıtın  ərazisindən keçən Sumqayıtçayın mənbə axarı ilin çox vaxtı susuzdur. 

Yalnız aprel-may aylarında güclü yağışlardan sonra Sumqayıtçayda su olur. Çayın 

mənsəbindəki sular isə  əsasən sənaye müəssisələrinin «şərti təmiz» adlı sularından 

formalaşır. Mənsəbdə suyun həcminin müntəzəmliyi və çoxluğu bununla izah olunur. 

Sumqayıt  şəhərinin cənub qurtaracağından «Samur-Abşeron» kanalı keçir. Bu kanalın 

suyu «Ceyranbatan Su anbarı» hövzəsinə axıdılır.Bakı və Sumqayıt şəhərləri içməli su 

ilə bu hövzə vasitəsilə təmin olunur. Eyni zamanda, şəhər ərazisində əsasən məişətdə və 

qismən sənaye müəssisələrində«Şollar» su mənbəyinin ehtiyatlarından da istifadə edilir. 

Altıağac soyuq bulaqları  mənzərəli Altıağac kəndinin  ətrafında, 1100 m yüksəklikdə 

yerləşir. Suyun temperaturu 8-13

0

C-dir. İki bulağın debiti 10 min 1itr/sutkadan çoxdur. 



Bakıdan 16 km aralıda, Masazır və Novxanı  kəndlərinin arasında yerləşən Masazır 

gölündə müalicəvi palçıq mövcuddur.  

Abşeron iqtisadi rayonunun ərazisində müxtəlif həcmdə  və  əhəmiyyətdə bir sıra 

göllər vardır. Abşeron gölləri tarixən yerin səthilə axan sular hesabına qidalanmış  və 

formalaşmışdır. Lakin rayonun ərazisi təsərrüfat cəhətdən mənimsənildikcə, göllərə 

axıdılan təsərrüfat və məişət sularının miqdarı da artmışdır. Beləliklə, onların su balansı 

əvvəllər atmosferdə gedən təbii proseslərin təsiri altında, sonradan isə tədricən həm də 

insanların təsərrüfat fəaliyyətinin təsiri altında dəyişmişdir. Abşeron göllərinin böyük 

təsərrüfat əhəmiyyəti olduğu çoxdan məlumdur. Bu göllər uzun illər insanlara duz , yod-

brom istehsalı, təsərrüfat obyektlərinin və  əhalinin  şiddətli yağış sularından 

təhlükəsizliyini təmin etmək vasitəsi, habelə balneoloji, rekreasiya vasitəsi kimi xidmət 

göstərmiş,palçığından isə müxtəlif xəstəliklərin (revmatizm, yel, dəri) müalicəsində 

geniş istifadə edilmişdir. 



 

Abşeron iqtisadi rayonunun torpaq örtüyü müxtəlifdir. Burada bir sıra torpaq 



kompleksləri əlaqələnmişdir. Abşeronun bütün şimal və şərq hissəsi, habelə sahil zolağı 

qumla örtülmüşdür. Rayonun şimal hissəsində qumluqlardan ibarət torpaq sahələri 

çoxdur. Abşeron iqtisadi rayonunun mərkəzi hissəsi boz torpaqdan və  şoranlıqdan 

ibarətdir. Qərbdən iqtisadi rayona şorətəkli boz torpaq sahəsi bitişir. Qərb hissəsində, 

dağ yamacları zonasında kənd təsərrüfatı üçün az yararlı olan torpaq sahələri uzanır. 

Abşeronun mərkəzi hissəsinin bəzi yerlərində şoranlıqlara da rast gəlmək mümkündür. 

İqtisadi rayonda külək eroziyası prosesinin intensivliyi nəticəsində torpaq qatı havaya 

qalxır ki, bu da kənd təsərrüfatına böyük ziyan vurur.  

Altıağac qoruğu Xızı rayonu ərazisində 4,4 min hektar ərazini  əhatə edir. Qoruq 

1958-ci ildə  təşkil olunmuşdur. Təbii-iqlim və landşaft xüsusiyyətinə görə Altıağac 

qoruğunda nadir fauna və floraya malik olan landşaft kompleksi mühafizə olunur. 

Ərazinin 89 faizini təşkil edən meşəliklərdə qiymətli ağac və kol bitkiləri, heyvanat 

aləmindən isə çöl donuzları ən mühüm eksponatlardan hesab olunur. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 259,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə