Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 155,04 Kb.
Pdf görüntüsü
tarix10.11.2017
ölçüsü155,04 Kb.
#9264


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

Alternativ enerji ilə işləyən avtomobillərin  



dünyada istehsalı və bu sahənin inkişaf perspektivləri 

haqqında 

ARAYIŞ 

 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Emal sənayesi sektorunun 

məsləhətçisi Pərvin Xasıyeva

 

 

 

 

Bakı – 2015 

 

 


2

 

 



 

MÜNDƏRİCAT 

 

 

Giriş ............................................................................................................... 3 

Elektromobil .................................................................................................... 6 

Dünya təcrübəsi ............................................................................................. 9 

Avropa ............................................................................................................ 9 

Asiya ............................................................................................................. 15 

ABŞ ................................................................................................................ 21

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


3

 

 



Giriş 

 

İqlim dəyişikliyi və karbon dioksid emissiyasının azaldılması dövrümüzün 



əsas  problemlərindən  biridir.  İnsanın  gündəlik  fəaliyyəti  nəticəsində  atmosferə 

atılan karbon-dioksid (CO

2

) qazının miqdarının artması qlobal isinməyə gətirən 



səbəblərdəndir. Atmosferdə istixana effekti yaradan örtük  əsasən su buxarından 

və  karbon  qazından  ibarətdir.  Su  burada  təbii  komponentdir.  İstixana  effekti 

yaradan  ikinci  əsas  amil  karbon-dioksid  qazıdır.  Zavod  və  fabriklərdən,  üzvi 

yanacaqdan və həmçinin nəqliyyat vasitələrinin istifadə olunmasından atmosferə 

külli miqdarda karbon qazı atılır.  

Atmosferə  atılan  istixana  qazında  nəqliyyat  sektorunun  çəkisi  böyükdür. 

Əgər 1990-cı ildə dünyada 600 milyon nəqliyyat vasitəsi var idisə, 2020-ci ildə 

bu  rəqəmin  1,3  milyarda  çatması  gözlənilir.  Nəqliyyat  sektoru  ciddi  ekoloji, 

iqtisadi və sosial problemlərə yol açır ki, bu da sistemin kökündən dəyişməsinə 

ehtiyac  yaradır.  Nəqliyyat  vasitələrinin  istifadə  olunmasından  atmosferə  atılan 

zərərli  qazların  miqdarının  isə  2030-cu  ilə  qədər  84%  artması  gözlənilir. 

(Tomlinson, 2009).  

Bütün  dünyada  ətraf  mühitin  çirklənməsinin  qarşısını  almaq  üçün 

dövlətlər  tərəfindən  göstərilən  qayğı  dünyada  alternativ  yanacaq  növlərinə 

marağın  yaranmasına  səbəb  olmuşdur.  ABŞ-ın  1992-ci  ildə  qəbul  etdiyi 

“Energetika  sahəsində  siyasət  haqqında”  qanunu  çərçivəsində  aşağıdakılar 

alternativ yanacaq növü kimi müəyyən edilmişdir. 

 



Methanol, etanol və digər spirtlər

 



85 % spirtin benzinlə qarışığı; 

 



Təbii qaz və maye yanacaq

 



Mayeləşdirilmiş neft qazı (propan); 

 



Kömürdən əldə edilmiş maye yanacaq; 

 



Hidrogen; 

 



Elektrik; 

 



Biodizel (B100); 


4

 

 



 

Bioloji materiallardan əldə edilmiş yanacaq (spirtdən başqa). 



 

Nəqliyyatda daha çox aşağıdakı yanacaq növlərindən istifadə olunur. 



Propan    Mayeləşdirilmiş  neft  qazı  (LPG)  propan  adlanır  ki,  90% 

propandan,  2,5%  butan  və  digər  ali  karbohidrogenlərdən,  qalan  hissəsi  isə  etan 

və  propilendən  ibarət  olan  rəngsiz,  qeyri-toksik  qazdır.  Təbii  yanar  qazlarda, 

neftlə  birgə  çıxan  və  neft  emalı  qazlarında  olur.  Propanla  işləyən  nəqliyyat 

vasitələri benzinlə işləyən nəqliyyat vasitələri qədər sürətli hərəkət etmir. Ancaq 

benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən havanı daha az çirkləndirir. Belə 

ki,  propanla  işləyən  nəqliyyat  vasitələri  benzinlə  işləyən  nəqliyyat  vasitələrinə 

nisbətən 64% az reaktiv üzvi birləşmələr, 20% az azot oksidi (NO), 20% daha az 

karbon monoksid buraxır. ABŞ-da propan nəqliyyat yanacağı kimi 40-cı illərdən 

istifadə olunur.  



Metanol    əsasən  təbii  qazın  emalı  vasitəsilə  alınır,  ancaq  həm  də 

biokütlədən  də  alına  bilər.  Metanol  təbii  qazdan  ən  effektiv  və  ucuz  qiymətə 

alınan  maye  yanacaq  adlandırılmışdır.  Çinin  “Chery”,  “Geely”  və  “Shanghai 

Maple”  kimi  avtomobil  istehsalçıları  metanolla  işləyən  nəqliyyat  vasitələrini 

təqdim  etmişlər.  Etanol,  metanol  kimi  yanacaq  növləri  ancaq  cüzi  dəyişikliklər 

etməklə  mövcud  yanacaqdoldurma  infrastrukturunun  vasitəsilə  paylana  bilər. 

Nəqliyyat  vasitələrində  bir  qayda  olaraq  tərkibi  85%  metanoldan  və  15% 

etilləşdirilməmiş  benzindən  ibarət  olan  M85  yanacağından  istifadə  olunur. 

Həmçinin  metanol  dizel  yanacağının  əvəzi  kimi  istifadə  oluna  bilən  M100 

şəklində  də  təklif  olunur.  Metanolu  seçən  avtomobillərin  əksəriyyəti 

çoxyanacaqlı mühərrikli (“FFV – Flex Fuel Vehicles”) avtomobillərdir.  

Etanol  (Bio-Etanol)  –  etil  spirit  kimi  də  tanınır.  Spirt  əsaslı  maye  olub, 

əsasən  qarğıdalı,  arpa  və  ya  buğda  kimi  bitkilərin  qıcqırdılması  və  distillə 

edilməsi  yolu  ilə  istehsal  olunur.  Oktan  ədədinin  artırılması  və  tullantıların 

keyfiyyətinin  yüksəldilməsi  məqsədilə  onu  benzinlə  qarışdırmaq  olar.  Əsasən 

nəqliyyatda  E85  kimi  tanınan  və  15%  benzindən  ibarət  olan  etanoldan  istifadə 

olunur.  




5

 

 



Elektrik  nəqliyyat vasitələri üçün alternativ yanacaqlardan hesab olunur. 

Elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri  müxtəlif  batareyaları  və  enerji  saxlama 

mexanizmlərini  nəqliyyat  vasitəsini  hərəkətə  gətimək  üçün  istifadə  edirlər.  Bu 

batareyalar  avtomobil  standart  elektrik  enerjisi  mənbəyinə  birləşdirilməklə 

doldurulur. Baxmayaraq ki nəqliyyat vasitəsi üçün elektrik istehsalı prosesi hava 

çirkliliyi  yaradır,  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin  özü  ekoloji  təmiz 

hesab olunur. 

Biodizel  –  təkrar  istifadə  olunan  bitki  yağları  və  ya  heyvan  mənşəli 

piylərdən  alınan  maye  yanacaqdı.  Biodizel  neftlə  qarışdırıla  bilər.  Nəqliyyat 

vasitələrinin mühərriklərini təmiz halda biodizel yanacağı yandıran mühərriklərə 

çevirməklə  yanaşı,  onu  neftlə  qarışdırmaq  və  modifikasiya  edilməmiş 

mühərriklərdə  istifadə  etmək  də  mümkündür.  Qarışıq  biodizel  tərkibində  olan 

biodizelin  faizi  ilə  işarə  olunur.  Məsələn  B20  –  20%  biodizel  və  80%  neft 

dizelinə  işarə  edir.  Təmiz  dizel  isə  B100-dür.  Təhlükəsizliyindən  əlavə,  bioloji 

parçalanan yanacaq avtonəqliyyat vasitələrinin havaya buraxdığı zərəli qazların 

tərkibindəki çirkləndiricilərin miqdarını azaltmağa kömək edir. 

Təbii  qaz  –  karbohidrogenlərdən  ibarət  qarışıqdır,əsasən  metan  üstünlük 

təşkil  edir.  Bu  qaz  quyularından  və  ya  xam  neftlə  birlikdə  istehsal  edilə  bilər. 

Nəqliyyat  vasitələrində  sıxılmış  təbii  qaz  (CNG)  və  təbii  maye  qaz  (LNG) 

şəklində  istifadə  olunur.  Minik  nəqliyyat  vasitəsinin  sıxılmış  təbii  qaza 

keçirilməsi  xərcləri  böyük  olduğundan,  böyük  yürüyüş  məsafəsi  olan 

istifadəçilər  üçün  daha  münasib  ola  bilər.  ABŞ-da  təqribən  hər  beş  tranzit 

avtobusundan biri təbii qazla çalışır. 

Hidrogen  –  Təbii  qazla  qarışdırdıqda  müəyyən  növ  daxili  yanma 

mühərriklərində  istifadə  edilən  nəqliyyat  yanacağı  alınır.  Neft-kimya 

reaksiyasından  hasil  olunan  elektrik  enerjisi  ilə  işləyən  yanacaq  elementləri, 

həmçinin, yanacaq “batareyasında” oksigenlə birlikdə hidrogeni də istifadə edir.  

Dünyada  hal-hazırda  alternativ  yanacaqla  işləyən  nəqliyyat  vasitələri 

çoxdur.  Ancaq  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinə  (elektromobil)  digər 




6

 

 



alternativ  yanacaq  növləri  ilə  işləyən  nəqliyyat  vasitələri  ilə  müqayisədə  daha 

çox üstünlük verilir. 

 

Elektromobil 

Elektromobil-bir və ya bir neçə elektrik mühərrikinin köməyi ilə hərəkət 

edən  avtomobildir.  Bu  nəqliyyat  vasitəsinin  daxilində  yanma  prosesi  baş 

vermədiyindən  xaricə  zəhərli  qazlar  buraxılmır  və  bununla  da  avtomobil 

atmosferə ziyan vurmadan fəaliyyət göstərir. 

Avtomobil  sənayesinin  inkişaf  tarixinə  nəzər  salsaq  görərik  ki,  bütün 

dünya bir zamanlar geniş istifadə olunan, lakin zaman keçdikcə unudulan tarixi 

ənənəyə  qayıdır.  Hələ  yanacaqla  çalışan  nəqliyyat  vasitələrindən  əvvəl 

elektromobillər  mövcud  olub. İlk  elektromühərrikli  avtomobilin  kim  tərəfindən 

və  hansı  ölkədə  ixtira  olunduğu  isə  tarixi  mənbələrdə  müxtəlif  cür  göstərilir. 

Lakin  elmə  bir  fakt aydın  şəkildə  məlumdur-elektromobillərin kəşf  olunmasına 

dünya  şöhrətli  alim  Faradeyin  nəzəri  cəhətdən  hazırladığı  elektromaqnit 

induksiyası böyük təkan vermişdir. Sonrakı illərdə alimlər məhz bu nəzəriyyəni 

təcrübi  olaraq  həyata  keçirməklə  elektrik  mühərrikli  avtomobillərin  ixtirasına 

nail oldular. 

XIX əsrin 30-40-cı illərində dünya əyani şəkildə ən azı üç elektromobilin 

şahidi oldu. Həmin nəqliyyat vasitələrini geniş ictimaiyyətə şotlandiyalı Robert 

Anderson  və  amerikalı  Tomas  Devenport  təqdim  etdi.  Həmin  avtomobillər 

böyük  həcmə  malik  olsalar  da,  olduqca  aşağı  sürətlə  (saatda  4  km)  hərəkət 

edirdilər.  Lakin  zaman-zaman  alimlər  bu  sahədə  daha  böyük  və  uğurlu  işlər 

ortaya  qoydular.  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərini  elektromobillərin 

həyatında  “qızıl  dövr”  kimi  xarakterizə  etmək  olar.  Bu  illər  ərzində  istehsal 

olunan elektromobillər saatda 30 km sürətlə hərəkət etmək imkanına malik idi. 

Həmin nəqliyyat vasitələrini istənilən fəsildə rahat işə salmaq və yalnız bir dəfə 

enerji  yığmaqla  gün  ərzində  sürmək  olurdu.  Elektromobillər  o  dərəcədə  rahat 

idarə  olunurdu  ki,  ondan  xanımlar,  hətta  yaşlı  insanlar  belə  rahat  şəkildə 

yararlana bilirdi. 



7

 

 



 

Elektromobil  tarixində  1895-ci 

il  də  əlamətdar  hadisə  kimi  yadda 

qalıb. Həmin il fransalı mühəndis Şarl 

Janto  özünün  elektrik  avtomobili  ilə 

tarixdə  ilk  rəsmi  yürüyüşü  həyata 

keçirdi.  Onun  elektromobili  saatda  63 

km sürətlə hərəkət edərək yeni rekorda 

imza  atdı.  Həmin  rekordu  4  il  sonra,  1899-cu  ildə  Belçikada  istehsal  olunan 

“Jamais  Contente”  (hər  bir  zaman  narazı)  adlı  elektromobil  yenilədi.  Maşın 

saatda 105 km sürətlə hərəkət etməyi bacarırdı. 

Maraqlıdır  ki,  sürətlə  inkişaf  edən  və 

gələcəyinə 

böyük 


ümidlər 

bəslənən 

elektromobil  dünyası  birdən-birə,  daha  dəqiq 

desək,  XX  əsrin  əvvəllərindən  başlayaraq 

sükuta  qərq  oldu  və  bu  texnologiya  demək 

olar  ki,  unuduldu.  Bunu  isə  tədqiqatçılar  bir 

neçə səbələ izah edirlər.  

Ən  böyük  səbəb  isə  əlbəttə  ki,  zəngin  neft  yataqlarının  üzə  çıxması  və 

dünyanın  bir  sıra  iri  ölkələrinin  neftə  olan  marağının  artması  idi.  Məhz  bunu 

nəzərə  alan  avtomobil  istehsalçıları  da  artıq  elektrik  deyil,  yanacaqla  hərəkət 

edən və daha böyük sürətə, uzun məsafə qət etmək bacarığına malik, həmçinin 

manevr imkanları ilə seçilən nəqliyyat vasitələrinə üstünlük verirdilər. Nəticədə, 

elektromobillərin  istehsalı  sürətlə  azalmağa  doğru  getdi.  Məsələn,  1920-ci  ildə 

dünyada  elektrik  mühərriki  ilə  işləyən  avtomobillərin  sayı  cəmi  1%,  1930-cu 

ildə isə qeyd olunan rəqəmdən də az idi. 

Yalnız  1980-ci  ilin  sonunda  dünya  yenidən  demək  olar  ki,  unudulmuş 

elektromobilləri  xatırlamaq  məcburiyyətində  qaldı.  Belə  ki,  atmosfer  qatının 

həddən artıq çirklənməsi, təbiət hadisələrinin çoxalması, cəmiyyətin təmiz hava, 




8

 

 



su, qida çatışmazlığı ilə üzləşməsi, həmçinin neft yataqlarının tədricən azalması 

diqqəti yenidən elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinə yönəltdi. 

Müasir  dövrdə  elektromobillərin  bir-

birindən  maraqlı  və  zəngin  texniki  imkanlara 

malik növləri  var.  Ekoloji  baxımdan  təmizliyi  ilə 

seçilən bu nəqliyyat  vasitələrindən əsasən ictimai 

nəqliyyatda 

geniş 


istifadə 

olunur. 


Elektomobillərin  daha  geniş  yayıldığı  ölkə  isə 

ABŞ-dır.  Amerikanın  1996-cı  ildən  2003-cü 

ilədək istehsal etdiyi GM EV1 modeli isə bir çox 

keyfiyyətlərinə  görə  avtomobil  həvəskarlarının 

rəğbətini qazanıb. 

 

 



 

 



9

 

 



Dünya təcrübəsi 

 

Avropa 

2015-ci  ilin  1-ci  rübündə  Avropada  alternativ  yanacaqla  işləyən 

avtomobillərin  qeydiyyatı  ötən  ilin  eyni  dövrü  ilə  müqayisədə  əhəmiyyətli 

dərəcədə  (28,8%)  artmışdır.  Elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin 

qeydiyyatında bu  artım  daha  çox  müşahidə  olunmuşdur.  Belə ki ötən  ilin  eyni 

dövrü  ilə  müqayisədə  qeydiyyata  alınan  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələrinin sayı 2 dəfə artıq olmuşdur. Hibrid avtomobillərinə tələb də yüksək 

olmuşdur,  belə  ki,  ilin  ilk  üç  ayında  21,4%,  propan  və  təbii  qazla  işləyən 

nəqliyyat vasitələrində isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% artım 

olmuşdur.  Avropanın  əsas  bazarlarına  baxdıqda  analoji  dövrdə  alternativ 

yanacaqla işləyən nəqliyyat vasitələrinin qeydiyyatında ən böyük artım 62,4%-lə 

Böyük  Britaniyada  müşahidə  olunur.  Böyük  Britaniyanı  33,9%-lə  Fransa, 

18,1%-lə İtaliya, 11,3%-lə Almaniya izləyir. 

 

Böyük Britaniya  

Böyük  Britaniya  hökuməti  2009-cu  ilin  aprelində  özünün  250  milyon 

Britaniya  funtu  həcmində  “yaşıl  avtomobil”  strategiyasını  elan  etdi.  Bu 

strategiya  Böyük  Britaniyanın  atmosferə  atılan  karbon  dioksid  qazının  2020-ci 

ilə qədər 26%, 2050-ci ilə qədər 80% azaldılması məqsədinə xidmət edirdi (Jha, 

2009). Bu strategiya çərçivəsində alıcılara 5.000 funta qədər qrant təklif olunur.  

2009-cu  ilin  sentyabrında  Enerji  Texnologiyaları  İnstitutu  tərəfindən 

“Birləşmiş  Şəhərlər  Planı”  (The  Joined-Cities  Plan)  başladıldı.  “Birləşmiş 

Şəhərlər  Planı”  vasitəsilə  Enerji  Texnologiyaları  İnstitutu  özəl  sektoru  da  cəlb 

etməklə  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri  sahəsində  özünü  təmin  edən 

bazar  inkişaf  etdirməyi  və  Böyük  Britaniyanı  “yaşıl  nəqliyyat  vasitələri” 

sahəsində dünya lideri etməyi nəzərdə tutur. 11 milyon funtluq plan çərçivəsində 

Böyük  Britaniya  boyunca  elektrik  şarj  üçün  girişi  olan  hibrid  avtomobillərinin 

asanlıqla  enerji  doldurmasına  şərait  yaradan  enerji  doldurma  məntəqələrinin 




10

 

 



şəbəkəsi  quruldu.  London,  Oksford,  Birmingem,  Qlazqo  və  Nyukastl  da  daxil 

olmaqla 9 şəhər bu plana qoşuldu.  

Həmçinin  2009-cu  ilin  sonundan  hökumət  elektrik  ilə  işləyən  avtomobil 

sınağının  koordinasiyası  üçün  25  milyon  funtluq  layihə  təqdim  etdi.  Layihə 

Böyük  Britaniyada  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin  tətbiqini 

sürətləndirmək  üçün  nəzərdə  tutulmuşdur.  340  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitəsi  Böyük  Britaniyanının  bir  neçə  şəhərində  uzun  müddətli  sınağa  cəlb 

edildi.  Bu  eksperimenti  əlaqələndirmək  üçün  regional  inkişaf  agentlikləri, 

universitetler, enerji şirkətləri birlikdə işləyəcək.  

 

Fransa 

Eynilə Fransa hökuməti 2020-ci ilə qədər 2 milyon elektrik ilə işləyən və 

hibrid  avtomobil  istehsalı  üçün  infrastrukturun  yaradılmasına  1,5  milyard 

avroluq  investisiya  etməyi  planlaşdırır.  Bu  investisiya  əsasən  infrastrukturun 

tikilməsinə  fokuslanacaq,  həm  də  yaşıl  nəqliyyat  vasitələri  istehsalçılarını  və 

alıcılarını  subsidiyalar  ilə  təmin  edəcək.  2020-ci  ilə  qədər  enerji  doldurma 

şəbəkəsi  inkişaf  edəcək,  ümumilikdə  enerjidoldurma  nöqtələrinin  sayının  4 

miyona  çatdırılması  (hər  bir  nəqliyyat  vasitəsi  üçün  2  məntəqə)  planlaşdırılır. 

Hökumət  həm  də  istehsalçıları  Fransada  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələrinin  istehsalı  zavodlarının  yaradılması  üçün  100  milyonlarla  avro 

məbləğində  vəsaitlə  təmin  edir.  Məsələn  hökumət  Paris  yaxınlığında  Flinsdə 

batareya  istehsalı  zavodunun  tikintisi  üçün  “Renault”  şirkətinə  125  milyon 

avroluq  kömək  etmişdir.  “Peugeot”  və  “Daimler”  kimi  avtomobil  istehsalçıları 

da hökumətdən elektrik ilə işləyən nəqliyyat vasitələrinin inkişafı üçün maliyyə 

dəstəyi almışlar. 



“Renault-Nissan”  alyansı  Fransız-Yapon  avtomobil  istehsalçılarının 

starteji  əməkdaşlığı  nəticəsində  yaradılmışdır.  “Renault”  şirkətinin  qərargahı 

Fransanın  Paris  şəhərində,  “Nissan”  şirkətinin  qərargahı  isə  Yaponiyanın 

Yokohama şəhərində yerləşir.  




11

 

 



Şirkətlər  1999-cu  ildən  strateji  tərəfdaş  olmuşlar,  təxminən  450  min 

işçiləri  və  8  markaları  var:  “İnfiniti”,  “Renault  Samsung  Motors”,  “Dacia”, 

“Datsun”,  “Venucia”,  “Lada”,  eləcə  də  “Renault”  və  “Nissan”.  Qrup  2013-cü 

ildə  dünyada  8,3  milyon  avtomobil  satmışdır.  Alyans  yaşıl  avtomobil 

istehsalında  dünya  lideri  olmaq  üçün  özünün  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələri  və  batareya  inkişaf  proqramlarına  4  milyard  avro  xərcləmişdir.  Bu 

investisiyalar  əsasında  yaradılmış  ilk  elektrik  avtomobili  “Nissan  Leaf”  idi. 

2010-cu  ilin  dekabrında  ABŞ və  Yaponiyada  buraxılmışdır. 2011-2013-cü  illər 

arasında Renault 4 batareya ilə işləyən nəqliyyat vasitəsi buraxdı.  

Alyans dünyanın  ən böyük elektrik nəqliyyat vasitələri istehsalçısıdır ki, 

iyun  2015-ci  ilə  qədər  qlobal  satışları  250  minə  çatmışdır.  Alyansın  ən  çox 

satılan  elektrik  avtomobili  “Nissan  Leaf”dir.  2015-ci  ilin  iyun  ayına  qədər 

“Nissan Leaf”in satışı 180 mini keçmişdir. “Nissan Leaf” eyni zamanda tarixdə 

ən  çox  satılan  elektrik  nəqliyyat  vasitəsidir.  Nissanın  2-ci  elektrik  ilə  işləyən 

avtomobili  isə  2014-cü  ilin  iyununda  Avropada,  oktyabrında  isə  Yaponiyada 

buraxılan “Nissan e-NV200” modeli oldu.  “Nissan” 2017-ci ilin martına qədər 

daha  2  elektrik  ilə  işləyən  avtomobil  modeli  buraxmağı  planlaşdırır.  2013-cü 

ildə  Alyans  2020-ci  ilə  qədər  1,5  milyon  elektrik  ilə  işləyən  nəqliyyat  vasitəsi 

satmaq  hədəfini  elan  etdi.  Eyni  zamanda  Böyük  Britaniya  və  Portuqaliyada 

elektrik  avtomobilləri  üçün  litium-ion  batareyalarının  istehsalı  zavodlarının 

tikintisini planlaşdırır. 

 

İspaniya 

İspaniya  Avropada  2-ci,  dünyada  isə  12-ci  ən  böyük  avtomobil 

istehsalçısıdır. İspaniyada 17 avtomobil istehsalı zavodu mövcuddur. Bu sənaye 

sahəsində 300  min  nəfər  çalışır. 2013-cü ildə  İspaniyada  2,2 milyon  avtomobil 

istehsal  olunmuşdur  ki,  onun  da  1,9  milyonu  dünyanın  130-dan  çox  ölkəsinə 

ixrac  edilmişdir.  “Renault”,  “Mercedes-Benz”,  “Peugeot-Citroen”,  “Nissan” 

özlərinin  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrini  İspaniyada  istehsal  edirlər. 

“Commarth”  şirkəti  isə  100%  ispan  mənşəli  elektrik  ilə  işləyən  nəqliyyat 



12

 

 



vasitələri  istehsalçısıdır.  İspaniyada  yerləşən  avto-hissə  istehsal  edən  şirkətlər 

elektrik və hibrid avtomobillərini komponentlərlə təmin edir. İspaniyada elektrik 

ilə işləyən nəqliyyat  vasitələrinin inkişafı üçün  “AEDİVE” biznes assosiasiyası 

fəaliyyət  göstərir.  İspan  şirkətləri  və  Araşdırma  Texnologiya  mərkəzləri  yeni 

batareyalar  üzrə  3  Avropa  layihəsinə  başçılıq  edir:  “NECOBAUT”, 

“SOMABAT” və “GREENLİON”. 

Ümumiyyətlə bir sıra Avropa ölkələri son bir neçə ildə elektrik ilə işləyən 

nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi hədəfini müəyyən ediblər. 

Avropa  üzrə  2020-ci  ilə  qədər  8-9  milyon  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələrinin  istifadəyə  verilməsi  hədəflənmişdir.  Lakin  hədəflər  ölkələr  üzrə 

dəyişir. Məsələn, Fransanın elektrik ilə işləyən nəqliyyat vasitələrə dair 2020-ci 

ilə qədər 2 milyon, Almaniyanın 1 milyon, Niderlandın 2020-ci il üçün 200 min, 

2025-ci il üçün isə hədəfi vardır. 

 

Norveç 

Norveç hal-hazırda elektromobillərin istehsalına görə əsas yerlərdən birini 

tutur.  Elektrik  avtomobillərinin  inkişafı  Norveçdə  5  fərqli  mərhələdən 

keçmişdir.  Bunlar  konseptin  inkişafı,  test  edilməsi,  erkən  bazar,  bazara  giriş, 

bazar genişləndirilməsi mərhələləridir. 



Konsept  inkişafı  mərhələsində  (1970-1990)  elektrik  nəqliyyat 

vasitələrinin  prototipləri  “Bakelittfabrikken”  (“Th!nk”in  sələfi),  “Strømmens 

Verksted”  və  “ABB”  kimi  özəl  müəssisələr  tərəfindən  Norveç  araşdırma 

şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır. 



Test  mərhələsində  (1990-1999),  ilk  nəqliyyat  vasitələri  ictimai  test 

proqramlarında  sınaqdan  keçirilmiş  və  Norveç  istehsalı  Elektrik  ilə  işləyən 

nəqliyyat  vasitələri  buraxılmışdır  (“Th!nk”).  İlk  istifadəçilər  müəssisə  və 

təşkilatlar  idi.  Lobbiçilik  fəaliyyəti  başlandı  və  Norveç  Elektrik  ilə  işləyən 

nəqliyyat  vasitələri  assosiasiyası  “Norstart”  yaradıldı.  Bu  da  elektromobillər 

üçün ilk imtiyazların tətbiqi ilə nəticələndi ki, bu imtiyazlara qeydiyyat vergisi 

və illik nəqliyyat vasitələri lisenziya haqqından və yol gömrük rüsumundan azad 



13

 

 



etmələr  daxil  idi.  Danimarkadan  “Kewet”  elektromobilləri  idxal  edildi.  Bu 

mərhələ “Th!nk” və balaca “Kewetin” müflis olması ilə qutardı. 



Erkən Bazar mərhələsi ”Ford Motor”un 1999-cu ildə “Th!nk”i alması və 

ilk modeli buraxması ilə başladı. Norveçdə “Kewet” istehsalına başlandı. Yeni 

imtiyazlar başlandı ki bunlara aiddir: 2001-ci ildən ƏDV-dən azad olma (25% 

Norveçdə). 



Bazara giriş mərhələsi (2009-cu ildən) yeni “Th!nk” və “Pure Mobility” 

(“Buddy” və ya “Kewet” kimi tanınır) modellərin buraxılması ilə başlandı. 



2013-cü il bazar genişlənməsi mərhələsi ilə elektrik ilə işləyən nəqliyyat 

vasitələri təklif edən maşın dillerlərinin sayı artdı. 2013-cü ilin birinci yarısında 

elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin  sayı  13  mini  keçdi.  2013-cü  ildə 

Norveç  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri  bazarının  inkişafı  üçün  nəzərdə 

tutulan  imtiyazlara  qabaqcıl  dövlət  olmuşdur.  Nəticədə  illik  satış  üzrə 

adambaşına düşən ən yüksək göstərici Norveçdədir. 

Norveçdə  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin  avtonəqliyyat 

vasitələrinin  ümumi  sayında  payı  hələ  də  2%-dən  azdır.  Buna  baxmayaraq 

Norveçdə  elektromobillərin  satışı  digər  ölkələrlə  müqayisədə  yüksəkdir.

 

Elektromobillərin  təşviqi  üçün  nəzərdə  tutulan  iqtisadi  imtiyazların  bu 



göstəricidə xüsusi rolu var.  

Norveçdə  elektromobillərin  təşviqi  üçün  həyata  keçirilən  siyasət  və 

nəzərdə tutulan imtiyazlara daxildir (ev təsərrüfatları üçün nəzərdə tutulub)

 



Fiskal:  Avtomobilin  qeydiyyatı  üçün  vergidən  azad  olunma,  nəqliyyat 

vasitəsinin  istifadəsi  üçün  illik  lisenziya  haqqının  azaldılması,  tətbiq 

olunan  gəlir  vergisinin  azaldılması  (şirkət  avtomobilləri  üçün  nəzərdə 

tutulur), ƏDV-dən azad olunma və s. 

 

Lokal: Avtobus zolaqlarına çıxış imkanları, yol vergisindən azad olunma, 



bərələrdən  istifadə  zamanı  aşağı  tariflər,  pulsuz  parkovka  imkanları,  şarj 

stansiyaları (enerjidoldurma stansiyaları) pulsuz istifadə. 

 



14

 

 



Yalnız 2 imtiyaz elektrik şarjı üçün girişi olan hibrid avtomobillərə təqbiq 

olunur  ki,  bunlara  da:  qeydiyyat  üçün  gömrük  rüsumundan  azad  olunma  və 

ictimai şarj stansiyalarından pulsuz istifadə daxildir. 

Bir  çox  hökumətlər  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri  üçün 

infrastrukturun yaradılmasına investisiya edir (“Charging” stansiyaları, parkinq 

üçün  xüsusi  yerlər  və  s.).  Məsələn  Estoniyada  ölkə  ərazisində  165  sürətli 

enerjidoldurma  məntəqəsi  quraşdırılmışdır.  5.000  vətəndaşdan  birinə  azı  1 

stansiya düşür.  

 

Almaniya 

Avtomobil sənayesi Almaniyada ən böyük sənaye sahəsidir. Belə ki 2013-

cü  ildə  Alman  avtomobil  istehsalçıları  13  milyon  nəqliyyat  vasitəsi  istehsal 

etmişdirlər  ki,  bu  da  qlobal  istehsalda  payı  17%-dir.  Almaniya  Avropada 

avtomobil istehsalına görə liderdir, belə ki 2013-cü ildə Alman zavodlarında 5,4 

milyon  minik  avtomobili  istehsal  olunmuşdur.  2013-cü  ildə  avtomobil 

sektorunun illik dövriyyəsi 361 milyard avro olmuşdur ki, bu da ümümi sənaye 

gəlirlərinin 20%-i deməkdir.  

Təqribən  756  min  işçi  avtomobil  sənayesində  işləyir  (2013).  ÜDM-nin 

20%-i  demək  olar  ki  avtomobil  sektorundan  gəlir.  Almaniya  2020-ci  ilə  qədər 

elektromobillər  üçün  ən  böyük  bazara  çevrilməyi  öz  qarşısına  qoymuşdur.  “1 

milyon elektrik ilə işləyən nəqliyyat vasitələri 2020-ci ilə kimi yollarda” “Milli 

Elektromobillərin  İnkişafı  Planının”  əsas  məqsədidir.  İndiyə  qədər  Alman 

hökuməti elektromobillərin inkişafı üçün regionlarda 1,5 milyard avro sərmayə 

yatırıb.  Eyni  dövr  ərzində  avtomobil  istehsalçıları  isə  elektrik  ilə  işləyən 

nəqliyyat vasitələrinin inkişafına 17 milyard avro sərf ediblər. “Pilot regionlarda 

Elektromobiliti” proqramı  Almaniyada  8 pilot  elektromobil layihəsinini həyata 

keçirilməsinə 130 milyon avro sərmayə ayırıb.  

2014-cü  ildə  yeni  “Elektromobillər  qanunu”  qəbul  olunmuşdur  ki,  bu 

qanun  2030-cu  ilin  iyun  ayına  kimi  qüvvədə  olacaq.  “Milli  Elektromobillərin 




15

 

 



İnkişafı Planı” çərçivəsində ilkin olaraq avtomobillərin, enerji saxlama cihazları 

və infrastrukturun inkişafı üçün 500 milyon avrodan çox vəsait ayrılacaq.  

2010-cu  ilin  fevral  ayında  İqtisadiyyat  və  Texnologiya  Nazirliyi 

Nəqliyyat,  Tikinti,  Şəhərsalma  Nazirliyi  ilə  birgə  Elektromobillər  üçün  birgə 

agentlik  (GGEMO)  yaratdı.  Agentlik  xüsusi  olaraq  Federal  hökumətin 

elektromobillər  üçün  tapşırıqlarını  əlaqələndirmək  və  sürətləndirmək  üçün 

yaradılmışdır. 

2010-cu ilin may ayında isə Alman Federal hökuməti siyasət, sənaye, elm, 

yerli  hakimiyyət  orqanları  və  istehlakçılardan  ibarət  “Milli  Elektromobil 

Platforması” (NPE) təşkil etdi.  

Hökumətin  elektromobillər  proqramı  elektromobillərin  təşviqi  üçün  bir 

sıra vergi güzəştləri mexanizmləri və yol idarə edilməsi tədbirləri müəyyən edir.  



 

Asiya 

 

Hindistan 

Hindistan  2012-ci  ildə  3,3  milyon  avtomobil  və  13  milyondan  artıq 

ikitəkərli  nəqliyyat  vasitələri  istehsal  edərək  əsas  avtomobil  istehsalçılarından 

birinə  çevrilmişdir.  Əgər  2002-ci  ildə  qlobal  maşın  istehsalında  Hindistan 

sənayesinin  payı  1,69%  idirsə,  keçən  10  illikdə  sürətli  inkişaf  edərək  2012-ci 

ildə bu rəqəm 5,2%-ə çatmışdır.  

Eyni zamanda ikitəkərli nəqliyyat vasitələrinin istehsalı bazarında 2-ci ən 

böyük  olmuşdur  (Çindən  sonra).  Avtomobil  sənayesində  dominantlığı  daxili 

yanma  mühərrikləri  ilə  işləyən  avtomobillər  təşkil  edir.  Hindistanda  atmosferə 

atılan karbon dioksid (istixana qazı) qazının 18%-i nəqliyyat sektorunun payına 

düşür (SMEV, 2012), neft istehlakının 70%-i isə idxal edilir (EIA, 2011). Neft 

asılılığını  azaltmaq,  yeni  iş  yerlərinin  yaradılması  və  iqtisadi  inkişaf,  şəhər 

çirklənməsinin  azalması  kimi  üstünlüklər  və  nəhayət  bu  texnologiyaya  artan 

qlobal maraq Hindistan hökumətini elektromobillərin təşviqinə yönəltdi. 




16

 

 



Hindistan  2000-ci  illərin  əvvəllərindən  alternativ  enerji  ilə  işləyən 

nəqliyyat  vasitələrinin,  xüsusilə  də  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin 

genişləndirilməsi  siyasətinə  keçdi.  2010-cu  ildə  Yeni  və  Bərpa  olunan  Enerji 

Nazirliyi  2  və  3  təkərli  elektrik  nəqliyyat  vasitələrinin  alınması  üçün 

subsidiyaların  verilməsinə  başladı.  Bunun  ardı  olaraq  2011-ci  ilin  əvvəlində 

Hökumət  Ağır  Sənaye  Departamentinin  nəzdində  Yeni  və  Bərpa  olunan  Enerji 

Nazirliyinin,  Ətraf  Mühit  və  Meşə  Nazirliyinin  və  Şəhərsalma  Nazirliyinin 

iştirakı ilə “Elektromobillər üçün Milli Missiya” proqramını elan etdi.  

 

 

“Elektromobillər üçün Milli Missiya” Planı 2020 (əsas məqamlar) 



 

Məqsəd: 


 

2020-ci  ilə  kimi  yollara  6-7  milyon  elektriklə  işləyən  nəqliyyat 



vasitələri (EV) buraxmaq 

 



Qalıq yanacaqlardan asılılığı azaltmaq 

 



Təmiz texnologiyaları təbliğ etmək 

 

Bu necə həyata keçiriləcək? 



 

Hökumət  və  avtomobil  sənayesi  birlikdə  Hindistanda  elektriklə 



işləyən nəqliyyat vasitələrinin inkişafına 230 milyard İNR (təqribən 

3,7 milyard dollar) investisiya yatıracaqlar. 

 

Hökumət  növbəti  5-6  il  ərzində  140  milyard  İNR  yaxın  (təqribən 



2,2 milyard dollar) investisiya qoyacaq. Avtomobil istehsalçıları isə 

80 milyard İNR (təqribən 1,3 milyar dollar) sərmaye qoyacaqlar. 

 

Hindistan  elektriklə  işləyən  avtomobillərin  istehlakını  qəbul 



etdirmək üçün dəstək tədbirlərindən istifadə edəcək  

 

Əməkdaşlıq: 



 

Almaniya  və  Çin  firmaları  və  tədqiqat  mərkəzləri  ilə  potensial 



əməkdaşlıq imkanları araşdırılacaq 

 



Avtomobil  sektoru  üzrə  Hind-Alman  Birgə  İşçi  qrupu  səmərəli 

avtomobil  texnologiyaları,  alternativ  yanacaqların  və  sürücülərin 

inkişafında əməkdaşlığın gücləndirilməsi üçün yaradılmışdır. 

 

Elektrik ilə işləyən nəqliyyat  vasitələri bazarı  Hindistanda  sürətlə  inkişaf 



edir.  Hindistanda  elektrik  avtomobillərinin  istehsalçısı  və  satıcısı  yalnız 


17

 

 



“Mahindra-Reva” markasıdır. Eynilə hibrid avtomobillərinin satıcısı isə “Toyota 

Kisloskar”dır.  

 

Çin 

2013-cü  ildə  dünyada  təxminən  87  milyon  avtomobil  istehsal  edilmişdir 

ki,  onun  da  təqribən  ¼  hissəsi  Çinin  payına  düşür.  Eyni  ildə  Çinin  illik 

avtomobil istehsalı  Almaniya, Yaponiya və ABŞ-ın birgə istehsalını üstələmiş, 

avtomobil  sənayesinin  ümumi  gəliri  834  milyard  ABŞ  dollarına  çatmışdır 

(Statista 2015

). 

Adambaşına düşən avtomobil sayını nəzərə alsaq Çin avtomobil 



bazarı  üçün  böyük  inkişaf  potensialı  var.  Analitiklər  hesab  edirlər  ki,  Çin 

gələcəkdə  alternativ  enerji  ilə  işləyən  avtomobillər  üçün  də  ən  böyük  bazara 

çevriləcək. Hal-hazırda Çin hökuməti elektrik ilə işləyən nəqliyyat vasitələrinin 

inkişafının sürətləndirilməsi və təşviqi üçün siyasət həyata keçirir.  

Çin  hökuməti  1991-1995-ci  illərdə  “Milli  8-ci  5  illik  Plan”  (National 

Eighth  Five-Year  Plan)  dövründə  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin 

inkjişafını  dəstəkləməyə  başladı.  Daha  sonra  isə  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələri  sənayesinin  inkişafı  “Milli  863  Plan”ına  daxil  edildi.  2008-ci  ildə 

Elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin  istehsalını  təşviq  etmək  üçün  “Milli 

Yeni  Enerji  Avtomobil  Sənayesi  T10  İttifaqı”  yaradıldı.  Bu  ittifaqa  10  əsas 

avtomobil  şirkəti  daxildir.  2006-2010-cu  illərdə  “Milli  11-ci  5  İllik  Plan”  ( 

National  Eleventh  Five-Year  Plan)  çərçivəsində  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələri istehsal edən şirkətləri dəstəkləmək üçün araşdırma və inkişaf (R&D) 

layihələrinə  təqribən  1,2  milyard  yuan  (təxminən  165  milyon  ABŞ  dolları) 

sərmaye  yatırdı.  Hal-hazırda  Çində  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri 

sənayesinin  əsas  iştirakçıları  “Şangay”  Avtomotiv  Sənayesi  Korporasiyası 

(SAİC),  “Dongfeng  Motor”  Korporasiyası  (DFM),  “FAW”  qrup  korporasiyası 

(FAW), Çanqan Avtomobil Qrupu, “Beijing” Avtomobil Korporasiyası, “Geely” 

Avtomobil Korporasiyası,  “Chery” Avtomobil Kompaniyası,  “BYD” şirkəti və 

digər şirkətlərdir. 




18

 

 



“FAW”  şirkəti  1953-cü  ildə  yaradılmışdır  və  Çinin  ilk  avtomobil 

şirkətidir. 1990-cı ildən bəri elektrik avtomobilləri istehsal edir və 2010-cu ildən 

bəri “Milli Yeni Enerji Avtomobil Sənayesi T10 İttifaqı”nın üzvüdür.  “Bugünə 

qədər  Çin  kökuməti  Elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin  ekosisteminin 

inkişafını  sürətləndirmək  üçün  37  milyard  yuan  (təxminən  6  milyard  ABŞ 

dolları)  investisiya  etmişdir.  Elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri  sənayesi 

Milli inkişaf və İslahat Komissiyası tərəfindən 7 strateji yeni sənaye sahəsindən 

biri kimi seçilmişdir. 

Enerjidoldurma  məntəqələri  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələri 

sənayesinin  əsas  komponentlərindən  biridir.  Onların  sayının  azlığı  elektrik 

avtomobillərinin  inkişafına  mənfi  təsir  göstərir.  12-ci  5  illik  plan  çərçivəsində 

(2011-2015) hökumət 25 şəhərdə 2 minə yaxın enerjidoldurma məntəqəsi və 400 

minə yaxın şarj düyməsi quraşdıracaq. 

Çin  həm  də  elektrik  avtomobillərinin  inkişafı  sahəsində  ikitərəfli 

əməkdaşlığa  üstünlük  verir.  Belə  ki  Çin,  ABŞ  və  Almaniya  ilə  bu  sahənin 

inkişafında birgə fəaliyyət göstərir. Çinin öz ixrac yönümlü istehsal sektoru ilə 

ABŞ-a  elektrik  avtomobilləri,  onların  hissələri,  batareyalar  və  digər 

komponentlər satmaq planları var. Eyni zamanda, ABŞ texnologiya və nəqliyyat 

vasitələrinin  texniki  modelləşdirilməsi  sahəsində  dünya  lideridir.  ABŞ  və  Çin 

birgə ABŞ-Çin Təmiz Enerji Mərkəzi (CERC) yaratmışdırlar ki, bu da əsasən 3 

sahəyə fokuslanır: təmiz kömür, “yaşıl” binalar və təmiz nəqliyyat vasitələri.  

Digər  tərəfdən  Çin  elektrik  ilə  işləyən  avtomobil  sənayesinin  inkişafında 

bir  sıra  Avropa  ölkələri  ilə  də  əməkdaşlıq  edir.  Hal-hazırda  Çin  Avtomobil 

Texnologiya  və  Araşdırma  Mərkəzi  Almaniya  ilə  birlikdə  Çində  “Mini-e” 

elektrik ilə işləyən avtomobili üçün bazar araşdırması həyata keçirir. 

Hazırda həyata keçirilən “Yanacaq-səmərəli və Yeni enerji Avtomobillər 

üçün  İnkişaf  Planı”  alternativ  enerji  ilə  işləyən  avtomobil  sənayesinə  dəstək 

üçün  əsas  sənaye  planı  kimi  görülə  bilər.  Bu  plan  Çinin  alternativ  enerji  ilə 

işləyən avtomobillərinin sayınının 2020-ci ilə qədər dünya lideri etməyi nəzərdə 

tutur.  Daha  çox  elektrik  ilə  işləyən  avtomobillərin  inkişafına  diqqət  ayırır  və 




19

 

 



hökumət alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin inkişafı zənciri üçün 

100  milyard  çin  yuanı  (təqribən  16  milyard  ABŞ  dolları)  investisiya  edəcəkdir 

(Li 2010). 

Plan 2020-ci il üçün hədəflənmişdir və 2 müxtəlif mərhələdən ibarətdir: 1-

ci  mərhələdə  (2011-2015-ci  illəri  əhatə  edir)  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələri  və  “plug-in”  hibrid  maşınları  üçün  ilkin  inkişaf  mərhələsi  olacaq.  Bu 

dövrdə  Çin  müəssisələri  əsas  texnologiyaların,  avtomatik  transmissiya,  yüngül 

materiallar istehsalını idarə edir. 

2-ci  mərhələdə  isə  (2016-2020-ci  illər  üçün  nəzərdə  tutulub) 

avtomobillərin  inkişafına  daha  çox  diqqət  yetiriləcək.  2020-ci  ilə  kimi 

avtomobillərin sayının 5 milyona çatdırılması hədəflənmişdir. 

“10  Şəhər,  1000  nəqliyyat  vasitəsi  proqramı”  (Ten  cities,  one 

thousand Vehicles Program) 

2008-ci ildə Çin hökuməti “10 Şəhər, 1000 nəqliyyat vasitəsi proqramı”nı 

təqdim  etdi  ki,  proqram  şəhərlərdə  elektrik  ilə  işləyən  avtomobillərin  fərdi  və 

ictimai istifadəsinə təşviq üçün kömək edirdi. 2009-cu ilin əvvəlində ilk olaraq 

bu  proqramda  iştirak  etmək  üçün  13  şəhər  seçildi,  daha  sonra  2010-cu  ildə  7 

şəhər daha bu proqrama əlavə olundu. Nəhayət 2011-ci ildə proqram 25 şəhərə 

genişləndirildi. İlk olaraq 5 pilot şəhərdə (Şanxay, Çanqçun, Şenzen, Hanqzhou, 

Hefei  şəhərlərində)  şəxsi  elektrik  avtomobilləri  və  digər  alternativ  enerji  ilə 

işləyən avtomobillərin alıcılarına subsidiyalar təklif edilir.  

Aşağıdakı cədvəldə 8 Çin avtomobil istehsalçısının buraxdığı elektrik ilə 

işləyən  nəqliyyat  vasitələri  və  onların  daxili  yanma  mühərriki  ilə  işləyən 

ekvivalentləri verilmişdir.  

 

İstehsalçının adı 

Modelin adı  

(elektrik ilə işləyən 

model) 

Modelin adı  

(daxili yanma 

mühərriki ilə işləyən) 

BYD 


E6 

M6 


Chery 

M1 EV,QQ3 EV 

M1, QQ3 

Chana 


Benni EV-Chana 

Benni 


Zotye 

5008 EV 


5008 


20

 

 



Gonow 

GA6380 EV 

GA6380 

Haima 


Freema EV 

Freema 


Lifan 

620 EV, 320 EV 

620,320 

Great Wall Motors 

ULLA 

PERI 


 

Yaponiya 

2012-ci  ildə  Yaponiyanın  batareya  elektrik  avtomobilləri  qlobal  satış 

bazarının 20%-ni, elektrik şarjı üçün girişi olan hybrid avtomobilləri isə qlobal 

bazarın 12%-ni təşkil etmişdir. 2013-cü ildə 29.761 elektrik şarjı üçün girişi olan 

elektrik  avtomobili  satılmışdır  ki,  “Nissan  Leaf”in  bu  satışda  payı  49%, 

“Mitsubishi Outlander”in isə 36% təşkil edir.  

Elektrik  avtomobillərinin  inkişafı  üçün  dəstəklər  1970-ci  ildən  başlandı. 

1993-cü  ildə  elektrik  şarjı  üçün  girişi  olan  elektrik  avtomobilləri  üçün  1.000 

enerjidoldurma stansiyasının qurulması məqsədilə “Eko-Stansiya” (Eco-Station) 

layihəsi  başladı.  2013-cü  ilin  avqust  ayının  məlumatına  əsasən  Yaponiyada 

1.700 sürətli, 3.000 normal olmaq üzrə enerji doldurma məntəqəsi var ki, sürətli 

enerji doldurma məntəqələri əsasən “Nissan” dilerlərində yerləşir. 

Yaponiya  atmosferə  atılan  istixana  qazlarının  qarşısının  alınması  üçün 

hərəkətə  keçən  ilk  dövlətlərdən  biridir.  Elektromobillərin  təşviqi  də  bu 

startegiyanın bir parçasıdır. 

Yaponiya  hal-hazırda  enerji  resurslarının  demək  olar  ki  hamısını  idxal 

edir.  2011-ci  il  sunamisinə  qədər  Yaponiya  nüvə  enerjisinin  ən  böyük  üçüncü 

istehsalçısı idi. Sunamidən sonra Yaponiya özünün kömür, neft və qaz idxalını 

artırıb.  Alternativ  enerji  mənbələri,  məsələn  hidroenerji  Yaponiyanın  enerji 

istehlakının cəmi 6%-ni təşkil edir. 

Yaponiya  eyni  zamanda  batareya  ilə  işləyən  elektrik  avtomobillərinin 

inkişafında  dünya  lideri  olan  və  litium-ion  batareyalarını  ilk  sınaq  edən 

avtomobil şirkəti “Nissan” şirkətinin vətənidir. 2009-cu ildə Yaponiyanın qlobal 

litium-ion istehsalında payı 57%, Cənubi Koreya 17% və Çin isə 13% olmuşdur. 

Batareya  sənayesi  Yaponiyanın  sənaye  siyasətində  potensial  inkişaf  edən 

sahələrdən biri kimi vurğulanmışdır.  




21

 

 



Son  hökumət  siyasəti  olan  “Gələcək  nəsil  Avtomobil  Strategiyası  2020” 

2020-ci ilə qədər ölkədə 2 milyon enerji doldurma, 5.000 sürətli enerji doldurma 

mənətəqəsinin qurulması hədəfi daxil edilmişdir. Bu siyasətin bir hissəsi olaraq 

2011-2012-ci  illərdə  enerji  təchizatı  infrastrukturunun  yaradılmasına  və 

alıcıların imtiyazlarla təmin olunmasına 356 milyon ABŞ dollar ayrılmışdır. 

2001-ci  ildən  bəri  yaponiya  elektrik  ilə  işləyən  nəqliyyat  vasitələrinin 

alıcılarına  müəyyən  imtiyazlar  edir.  Bu imtiyazlar  məbləğlərinə və strukturuna 

görə  fərqlidir.  2012-2015-ci  illər  üçün  isə  elektrik  şarjı  üçün  girişi  olan  hibrid 

avtomobilləri və müəyyən dizel və təbii qazla işləyən avtomobillər əlavə dəyər 

vergisindən azad edilib.  



 

 

ABŞ 

Son  bir  neçə  il  ərzində  ABŞ  bazarında  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələrinə maraq artmışdır.  2008-ci ildən 2014-cü ilin sentyabrına kimi ABŞ-

da  250  mindən  çox  elektrik  avtomobili  satılmışdır  ki,  ümumi  satışın  40%-i 

Kaliforniyanın payına düşür. 2014-cü ilin iyun məlumatına əsasən ABŞ elektrik 

avtomobilləri bazarında 45% qlobal satış payı ilə dünya lideridir. Bu müddətdə 

ən  çox  satılan  avtomobillər  “Chevrolet  Volt”,  “Nissan  Leaf”,  “Prius  PHV”  və 

“Tesla  Model  S”  olmuşdur.  ABŞ-da  dövlət  səviyyəsində  elektrik  ilə  işləyən 

nəqliyyat  vasitələrinin  təşviqi  məqsədilə  siyasət  həyata  keçirilir.  ABŞ  daxili 

istehsalın  və  litium-ion  texnologiyasında  qlobal  liderə  çevrilmək  üçün  böyük 

məbləğdə investisiya etmişdir. 

Tenesi,  Delaver  və  Kaliforniya  ştatlarında  elektromobil  zavodlarına  2,4 

milyard  ABŞ  dolları  məbləğində  kredit  ayrılmış,  elektrik  ilə  işləyən  nəqliyyat 

vasitələri üçün batareya, motor və digər komponentlər istehsal edən 30 zavoda 2 

milyard ABŞ dolları dəyərində qrant verilmişdir. 

Vergi  güzəştləri  və  digər  tədbirlər  istehlakçıların  elektrik  ilə  işləyən 

nəqliyyat  vasitələrini  seçməsi  üçün  təkan  olmuşdur.  Bərpa  aktı  (The  Recovery 



22

 

 



Act)  çərçivəsində  vergi  krediti  ayrılmışdır  (nəqliyyat  vasitəsinin  batareya 

gücündən asılı olaraq 2.500 dollardan 7.500 dollara qədər). 

2011-ci  ildə  ABŞ  Prezidenti  Barak  Obama  ölkənin  neft  asılılığını 

azaltmaq  məqsədilə  2015-ci  ilin  sonuna  qədər  yollara  1  milyon  elektrik  ilə 

işləyən nəqliyyat vasitəsi buraxmaq məqsədlərini elan etmişdir. 

Elektrik  avtomobilləri  daxili  yanma  mühərriki  ilə  işləyən  və  hibrid 

avtomobillərə  nisbətən  bahadır  ki,  bunun  da  səbəbi  litium-ion  batareyalarının 

dəyəridir.  2013-cü  ildə  Enerji  Səmərəli  İqtisadiyyat  üçün  Amerika  Şurası 

(American Council for an Energy-Efficient Economy) hesabatında bildirildi ki, 

batareya  qiymətləri  2007-ci  ildə  hər  kilovat  saat  üçün  1.300  ABŞ  dollarından 

2012-ci  ildə  500  ABŞ  dollarına  düşmüşdür.  ABŞ-ın  Energetika  Departamenti 

batareya qiymətlərinin aşağı salınması üçün hədəflər qoymuşdur. Departamentin 

sponsorluğu ilə həyata keçirilən araşdırma nəticəsində 2022-ci ilə qədər batareya 

qiymətlərinin 125 dollar/kilovat saat olması hədəflənir. 



Tesla  Motors    elektrik  avtomobilləri  və  elektrik  nəqliyyatı  üçün 

qidalanma  qurğu  birləşmələri  layihələndirən,  istehsal  edən  və  satan  Amerikan 

şirkətidir.  “Tesla”  şirkəti  özünün  birinci  idman  maşını  olan  “Tesla  Roadster” 

modelinin istehsalının ardınca geniş diqqət mərkəzinə çevrilib. Şirkətin növbəti 

modelləri lüks sedan “Model S”, “Model X” və “Model 3” markalarıdır. “Tesla 

Motors” elektrik mühəndis və fizik Nikola Teslanın şərəfinə adlandırılıb. 

Qlobal elektrik ilə işləyən nəqliyyat vasitələri bazarı əsasən Avropa, ABŞ 

və Yaponiyanı əhatə edir. 2009-cu ildə Obama administrasiyası 2015-ci ilə kimi 

yollara 1 milyon elektrik şarjı üçün girişi olan avtomobil buraxmaq məqsədlərini 

elan etdi. Stimul, batareya istehsalı (2 milyard  ABŞ dolları), avtomobil vergisi 

krediti  (2  milyard  ABŞ  dolları),  infrastrukturun  yaradılması  (400  milyon  ABŞ 

dolları),  yüksək  səmərəli  nəqliyyat  vasitələrinin  ictimai  istifadə  üçün  satın 

alınması (300 milyon ABŞ dolları) və s. daxil olmaqla bu proqram üçün dövlət 

tərəfindən 14,4 milyard ABŞ dolları vəsait ayrıldı. 



 

Yüklə 155,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə