Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   2   3   4   5   6   7   8   9   ...   35

 
13
 
 
çəmən  və  lilli-bataqlıq,  allüvüal-çəmən)  əsas  yer  tutur  (18). 
Aran  Şirvan  rayonunun  torpaqları  öz  genetik  xüsusiyyətlərinə 
görə  müxtəlifdir.  Mingəçevirlə  Girdmançayın  gətirmə 
konusunun  qərb  qurtaracağı  arasındakı  ərazidə  boz  -  çəmən, 
Qarasu  ilə  Ağsu  şəhərindən  cənubda  qalan  ərazi  arasında  boz 
və  çəmən-boz,  ondan  cənub-şərqə  doğru  isə  boz  -  qonur 
torpaqlar  inkişaf  etmişdir.  Şərqə,  Hacıqabula  doğru  torpaqlar 
boz-qonur  olmaqla  şorakətdir.  Axmazlar,  göllər  və  Şirvan 
kanalı  boyu  çəmən  -  bataqlıq  torpaqlarına,  Kür  çayının  sol 
sahili  boyu  boz-çəmən  torpaqlarının  yayıldığı  sahədə  şoran  və 
şorakətvari  torpaqlara  da  rast  gəlinir.  Buradan  şimal  və  qərbə 
doğru boz-qonur  şorakətli  və  şorlaşmış torpaqlar  yayılmışdır 
(18; 81; 128). 
Şirvan  bölgəsində  təcrübə  aparılmış  sahələrin  torpaqları 
boz  torpaqlar  tipinə  aiddir.  Apardığımız  analizlər  nəticəsində 
aydın  olmuşdur  ki,  əkin  qatında  humusun  miqdarı  1,55  %  -  ə 
qədərdir.  Aşağı  qatlara  getdikcə  humusun  miqdarı  azalır  və  1 
metr  dərinlikdə  0,70  %  -ə  düşür.  Ümumi  azotun  da  miqdarı 
humusun  miqdarına  uyğun  olaraq  əkin  qatında  0,12  %  təşkil 
edir,  1  metr  dərinlikdə  isə  0,02  %  -ə  düşür.  Əkin  qatında 
ümumi fosforun miqdarı 0,14 %, ümumi kaliumun miqdarı isə 
2,52 % təşkil edir. Əkin qatında pH 8,3 -ə bərabər olduğu halda 
dərinlik dəyişdikçə artır və 1 metr dərinlikdə 8,4- ə bərabər olur 
ki,  bu  da  torpağın  zəif  qələvi  xassəli  olduğunu  ğöstərir. 
Тorpağın tərkibindəki mübadiləvi kationlardan Ca dominantlıq 
təşkil edir. Sonrakı yeri Na kationu tutur. Əkin qatında (0 - 20 
sm)  mübadiləvi  kationların  cəmi  15,3  mq/ekv.-  dir.  Udulmuş 
əsasların  miqdarının  dərinə  getdikcə  azalmasının  səbəbi 
torpağın  kolloid  hissəsinin  dağılması  ilə  izah  olunur.  Əkin 
qatında  udulmuş  natriumun  miqdarı  2,0  %  -ə  çatır.  Beləliklə, 
məlum  olur  ki,  Şirvan  bölgəsinin  boz  torpaqları  fosfor  və 
kaliumla zəif təmin olunmuş torpaqlardır. 
Aran  Şirvanın  Kür  -  Araz  (Mərkəzi  Aran)  rayonunda  il 
ərzində  300  mm  -ə  qədər,  Küdrü  -Şirvan  rayonunda  isə  350-


 
14
 
 
400 mm -ə qədər  yağıntı düşür. Havanın orta illik temperaturu 
14 
0
C  -  dir.  Yanvarda  orta  aylıq  temperatur  0-3 
0
C,  iyulda  isə 
26 
0
C - dir. Havanın il ərzində mütləq minimal temperaturu 22 - 
24 
0
C,  mütləq  maksimal  temperatur  isə  40  -  43 
0
C  -  dir. 
Havanın 10 
0
C - dən  yuxarı orta gündəlik temperaturunun illik 
cəmi  4400 
0
C  -  dən  artıqdır.  İl  ərzində  günəşli  saatların  cəmi 
2500  -ə  qədər  olmaqla  buxarlanmaya  sərf  olunan  istilik  15-20 
kkal/sm

- dir. Ümumi günəş radiasiyasının illik cəmi isə 130 -
135  kkal/sm

-  dir.  İlin  soyuq  yarısına  nisbətən  isti  yarsında 
yağıntı  az  olur.  Qar  örtüyü  ildə  20  gündən  artıq  qalmır. 
Havanın orta illik nisbi rütubəti 72 % olub, il ərzində 52 - 88 % 
arasında dəyişir. İldə 70 günə qədər isti quru küləklər müşahidə 
olunmaqla  qərb  və  cənub  -  şərq  küləkləri  hakimdir.  Ərazidəki 
çaylarda  axım  çox  azdır  (1  l/san  km
2
).  Ən  güclü  küləklərin 
surəti  saniyədə  8  -  10  metrdən  (4-5  bal)  artıq  olmur.  Çay 
şəbəkəsinin sıxlığı 0,05 km/km

- ə qədər uzanır (13). Dolu ildə 
bir  dəfə  yağır,  tufan  isə  ildə  5  gündən  də  az  müşahidə  edilir. 
Ərazidəki  çaylar  (Тüryançay,  Ağsuçay)  qar,  yeraltı  və  az 
miqdarda  isə  yağış  sularından  qidalanır.  Aran  Şirvan  ərazisi  2 
hidroloji rayonu (Şirvan və Kür-Araz) əhatə edir (55; 13). Əkin 
sahələrinin  suvarılmasında  çay  sularından,  Yuxarı  Şirvan 
kanalından,  Baş  Şirvan  kollektorundan  və  həmçinin  artezian 
quyularından istifadə olunur. Aran Şirvanın qışı mülayim, yayı 
isə quraq və isti keçir (64).  
Bitki  örtüyü.  Aran  Şirvanda  səhra,  yarmsəhra,  subasar 
çəmənlik,  efemerli  subtropik  bitkilik,  Тuqay  meşələri, 
bataqlaşmış  çəmənlik  və  otlu  bataqlıq,  qarışıq  kolluqlu 
cəngəllik  əsas  yer  tutur.  Aran  Şirvandakı  efemerli  subtropik 
bitkilik yarımsavanna tiplidir (24; 9). Bu bitkiliyin yaxınlığında 
tərkibi  söyüd,  qovaq,  qarağac  və  yulğundan  ibarət  olan  tuqay 
meşələri yayılmışdır. 
Aran  Şirvanda  pambıqçılıq,  üzümçülük,  taxılçılıq,  meyvə-
çilik, tərəvəzçilik inkişaf etdirilir. 


 
15
 
 
Son illərə qədər Aran Şirvanda  yarımsəhra bitkiliyi hakim 
idi.  Ekoloji  mühitin  korlanması  və  antropogen  amillərin  mənfi 
təsirləri  nəticəsində  artıq  bütün  Şirvan  düzündə  səhra  bitkiliyi 
hakimdir.  Yarımsəhralar  lokal  olmaqla  öz  çoğrafi  sərhədlərini 
şimala  doğru  dəyişmiş,  öndağlığın  ətəkləri  yaxınlığında 
qərarlaşmışdır (24). 
Aran Şirvanda bitki örtüyü yerli iqlim və relyef şəraitindəki 
dəyişilmələr hesabına daxili  diferensiasiyaya uğramışdır. Odur 
ki, göllərdə, gölməçələrdə, çayların, Yuxarı Şirvan kanalının və 
Baş  Şirvan  kollektorunun  ətrafında  intrazonal  tipli  su-bataqlıq 
bitkilərindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı 
və  su  çiçəyi  geniş  yayılmışdır.  Bitkilər  şahzadəsi  Xəzər 
şanagülləsinə də burada təsadüf edilir (130). 
Тuqay meşələri ilə düzən meşələrinin botaniki tərkibi Aran 
Şirvanda  bir  -  birinə  çox  yaxındır.  Тüryançay  yaxınlığında, 
Göyçay  çayının  aşağı  axınında,  Baş  Şirvan  kollektorunun 
ətrafında  tərkibi  qovaq  söyüd,  iydə,  tut,  qarağac,  yulğun,  nar, 
yemişan,  böyürtkən,  itburnu,  saqqızağaçı,  qaratikan,  yalanqoz 
və  qızılağaç  bitkilərindən  ibarət  düzən  meşələri  yayılmışdır. 
Kürboyu Tuqay meşələri Kotavan kəndi yaxınlığında sıxlığı və 
zənginliyi ilə diqqəti daha çox cəlb edir. Son 30 -35 ildə Aran 
Şirvandakı rütubətli düzən və Tuqay meşələri insanların təsər-
rüfat  fəaliyyətinə  məruz  qalmışdır.  Elə  bunun  nəticəsidir  ki, 
artıq Kür çayının sahilləri boyunca Zərdabdan Şərqə doğru təbii 
Tuqay  meşələri  qalmamışdır.  Yeni  senozların  formalaşması 
həm  Kürün  hidroloji  rolunu,  həm  də  Şirvan  düzündə  kənd 
təsərrüfatının inkişafını zəiflədir (130). 
Тüryançayda,  Yuxarı  Şirvan  kanalından  Şimalda, 
Qaraməryəm  tirəsində tikanlı gəvən, tıs  - tıs,  şiyav,  kəklikotu, 
pişiknanəsi və bəzi efemerlərdən ibarət dağ kserofit bitkiliyinə 
də  rast  gəlinir.  Öndağlıqda  və  ətəklərdə,  xüsusən  Xocaşen  - 
İnqar və Ləngəbiz silsilələrinin Mərkəzi Arana çevrilmiş güney 
yamacında Şirvanın aran və dağlıq sahələri arasında təbii keçid 
yaradan bozqır bitkiliyi inkişaf tapmışdır (86). 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə