Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 
29
 
 
saçlar  ancaq  xınanın  başqa  vasitələrlə  qarışdırıldıqdan  sonra 
alına bilər. Xınanın öz təbii rəngi isə qəhvəyi-qırmızımtıldır. 
Tatuirovka üçün işlədilən xına ilk növbədə açıq-yaşıl rəngi 
ilə  seçilir.  Tərkibi  çox  narın  üyüdülmüş  toz  halında  olmalıdır.  
Xına  tozunu  açıq  havada  və  nəm  yerdə  açıq  saxlamaq  olmaz. 
Onu  kip  (hermetik)  bağlı  qabda  və  qaranlıqda  saxlamaq 
lazımdır.  Yalnız  belə  saxlanan  xına  tozu  özünəməxsus 
xüsusiyyətlərə  malik  ola  bilər.  Xına  yarpağın  üyütmək  üçün 
hazırda  xüsusi  dəyirmanlar  mövcuddur.  Lakin  onu  adi  kofe 
üyüdəndə  də  üyütmək  olar.  Narın  üyüdülmüş  xına  daha  yaxşı 
rəng verir və saxlandığı kisəni (paketi) deşmir. 
Tatuirovka    üçün  xına  rəngi  intensiv  zəif  xarakterlidir 
demək  olar  ki,  elə  dərinin  öz  rəngindədir.  Xınanın  geniş 
yayıldığı ölkələrdə isə sakinlər adətən qaradərilidirlər. Ona görə 
də daha parlaq rəng əldə etməyə  çalışırlar. Xınadan daha qara 
rəng  almaq  üçün  onu  qara  qrafitdən  əldə  edilmiş  tozun  həll 
olunduğu soyuq suya tökürlər.  “Qara xına” nı  Avropada   əldə 
etmək  o  qədərdə  asan  deyil.  Bu  məhsula  xüsusi  diqqətlə 
yanaşılmalıdır.  Çünki  həll  olma  zamanı  o  zəif  toksiki  buxar 
əmələ gətirir. Hindistanda isə hazır halda qara və yaxud qırmızı 
xınanın  xüsusi  qablarda  almaq  olar.  Onlar  da  özündə  xüsusi 
konservantlar və əlavələr birləşdirir. Hindistanda həmişə «qara 
xına» adlı tozu tapmaq olar. Bu toz tərkibində aylarca dəridən 
getməyən  qara  qarışıq  birləşdirir.  Lakin  sonradan  çəkilmiş 
şəkillər  pozulur.  Bu  toz  xınanın  əsasında  yaranmış,  lakin  ona 
mineral piqmentlər əlavə edilmişdir. 
“Ağ xına” isə təbii saçları 4 - 6 rəngə boyamağa və əvvəlki 
rəngi  “təmizləməyə” imkan verir. “Ağ xına” evdə istifadə üçün 
çox  əlverişlidir.  Bu  prosesə  isə  cəmi  30  -  45  dəqiqə  bəs  edir. 
Tərkibindəki vasitələr saçları kimyəvi yanmadan qoruyur.  
“Hazır  xına”    təbii  kosmetika  mağazalarında  xüsusi 
qablarda  (tübiklərdə)  satılır.  Çox  praktiki  və  başlanğıc  üçün 
ideal  bir  vasitədir.  İstədiyimiz  rəngi  seçmək  üçün  çox  axtarıb 
əldən düşmək lazım deyil. Elə oradaca kataloqa baxmaqla rəng 


 
30
 
 
seçə bilərsiniz. Ancaq siz daimi olaraq tatuirovka edəcəksinizsə 
bu qarışığın necə hazırlandığını öyrənməyiniz məsləhətdir. Onu 
qeyd  edək  ki,  tübiklərdə  satılan  “hazır  xına”  bahalıdır  və 
tərkibində  başqa  qarışıqların  olduğu  üçün  təbii  məhsul  hesab 
edilmir (189, 190). 
İlk  dəfə  Q.  Тomazi  (Tommasi  G.)  (196)  həna  tozunun 
tərkibindəki  rəngləyiçi  maddəni  lavsonu  başqa  rəngləyici 
maddələrdən  ayırmış  və  onun      naftaxinon      2    hidroksiddən    
ibarət   olduğunu   müəyyən etmişdir. 
Hənanın  tərkibində  əsas  rəngləyici  maddənin    lavsonun 
olması  İ.  Lal,  S.  Dat  (I.  Lal,  S.  Duut)  (180)  və  H.  Koks  (H. 
Cox)  (162)  tərəfindən  də  təsdiq  edilmiş  və  göstərilmişdir  ki, 
həmin rəngləyiçi maddə suda və ya qələvi məhlulunda asanlıqla 
həll olur. 
Azərbaycan  şəraitində  aparılmış  tədqiqatlar  sübut  etmişdir 
ki, həna bitkisi neytral və zəif qələvili, humusla zəngin, yüngül 
və məsaməli, qumsal, boz qonur və bozumtul şoran torpaqlarda 
becərilə  bilər.  Quru  subtropik  şəraitdə  vaxtaşırı  suvarma 
aparmaqla  həna  bitkisindən  yüksək  keyfiyyətli  və  orta 
məhsuldarlığa malik xammal əldə etmək olur (17). 
Azərbaycanın  müxtəlif  torpaq-iqlim  şəraitində  becərilən 
həna  bitkilərinin  tərkibindəki  lavsonun  miqdarı  fərqlidir.  Belə 
ki, müvafiq olaraq lavsonun miqdarı Abşeronda 0,54, Şirvanda 
0,62, Naxçıvanda isə 0,48 % olmuşdur (91). 
Akademik  R.  K.  Əliyev  kimyəvi  analiz  yolu  ilə  Şəki 
rayonunda  becərilmiş  Azərbaycan  hənasının  tərkibində  efir 
yağları,  aşı  maddələri  (1,7-2,24  %),  piy  maddələri  (3,1  %), 
qatranlar  (2,5  %),  üzvi  maddələr  (0,6  %),  C  vitamini  (13,94 
mq/kq),  kül  (17,9%),  suda  həll  olunmuş    ekstrakt    maddələr 
(20,6%) və s. olduğunu aşkar etmişdir (91).  
Naxçıvanda  becərilmiş  həna  bitkisinin  tərkibində  1,5, 
Şirvan və Abşeronda 0,46, İran hənasının tərkibində isə 1,14 % 
rəngləyici maddə vardır (57). 


 
31
 
 
Həna  yarpaqlarının  tərkibində  12  dən  çox  maddə,  o 
çümlədən  0,9  -  1,0  %  rəngləyiçi  maddə  vardır.  Həna  bitkisinin 
kökündə  büzüşdürüçü  xassəyə  malik  qırmızı  rəngli  maddə 
alkonin  vardır  ki,  bundan  da  farmakologiyada  geniş  istifadə 
olunur. Eyni zamanda, həna kögündən  alınan sarı boyaqdan yun 
və ipək parçaların boyanmasında istifadə olunur. Həna bitkisinin 
çiçək  yanlığında  efir  yağları  vardır  ki,  ondan  da  “Mexudi” 
adlanan ətir hazırlanır (17, 132). 
Həna  hələ  qədim  zamanlardan  follikulit,  ekzema,  diatez, 
sarılıq, mədə pozğunluğu, qızılça, göz, dalaq, ciyər,  revmatizm, 
cüzam,  baş  və  diş  ağrıları,  zob  və  b. xəstəliklərin  müalicəsində 
istifadə  edilirmiş.  Bu  haqda  İ.  A.  Dəmirov  (91),  H.  Mehdiyeva 
(39),  K.  H.  Vəliyev      (65)      və    başqalarının  əsərlərində  geniş 
məlumat verilmişdir (15; 20). 
Məlumdur ki, hənanın tərkibində tanin və xeyli miqdarda K 
vitamini  vardır.  Bəzən    həna  tozunu  özündə  tanin  və 
büzüşdürüçü  maddələr  saxlayan  başqa  bitkilərin  (şaftalı  və  s.) 
yarpaqları  ilə  qatışdıraraq,  ekzemaya  qarşı  mübarizədə  istifadə 
edirlər (132). 
Həna  tozuna  həmçinin  mərsin  (Murtus  communis  L.), 
Hindistan  badamı  (Terminalia  catappa  L.)  (84),  Şleyxer 
şahtərəsi  (Fumaria  Schleiher L.)  yunan qozu     ( Juglans regia 
L.),  gənəgərçək  (Ricinus  communus  L.),  toxumu  (91;  14)  və 
basma  yarpağı  (İndigofera  tinctoria  L.)  (17)  qarışdırılaraq 
işlədildiyi haqda məlumatlar vardır. 
Lavsondan  (qəhvəyi  sarı  rəngli  maddə)  yun  və  ipək 
parçalarının  rənglənməsində,  habelə  ət  xörəklərinin  rənglən-
məsində  istifadə  olunur.  Hənadan  alınan  rəng  günəş  şüalarına 
qarşı  davamlı  olduğuna  görə  öz  əlvan  və  parlaq  rəngini 
itirmədən uzun müddət qalır (126; 147). 
Həna  tünd  çayda  həll  olunduqda  saça  nəinki  daha  gözəl 
qızılı  -  şabalıdı  rəng  verir,  həm  də  ona  faydalı  bioloji  təsir 
göstərməklə  dibini  bərkidir,  saçın  tökülməsinin  və  başda  kəpək 
əmələ gəlməsinin qarşısını alır (40). 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə