51
IV F Ə S İ L. HƏNA BİTKİSİNİN BECƏRİLMƏ
ÜSULLARI
4. 1. Səpin müddətinin standart həna şitillərinin alınmasına
təsiri
Həna bitkilərindən yüksək keyfiyyətli yarpaq və toxum
məhsulu əldə etmək üçün optimal səpin müddətinin təyin
edilməsi vacib məsələlərdən biridir. Bu məsələni həll etmək
üçün müxtəlif bölgələrdə və şəraitdə müxtəlif vaxtlarda həna
toxumları səpib onlardan normal şitillərin alınması üsullarını
araşdırmışıq.
Araşdırmalarımızın nəticələri aşağıdakı cədvəldə verilir.
Cədvəldən görünür ki, Şirvan bölgəsində blok tipli istixanada
düzəldilmiş ləmələrdə (polkalarda ) 10. I ayda səpin aparmaqla
1 kv.m dən orta hesabla 792 ədəd standart həna şitili əldə
edilmişdir. 20. I ayda səpin apardıqda 841 ədəd, 30. I ayda
səpin apardıqda isə 791 ədəd standart həna şitili alınmışdır. Bu
bölgədə istixananın torpağında 5. X ayda səpilmiş həna toxum-
larından 496 ədəd, 15. X ayda səpilmiş həna toxumlarından 531
ədəd, 25. X ayda səpilmiş həna toxumlarından isə 513 ədəd
standart şitil alınmışdır.
Standart həna şitilləri dedikdə istixana və parnikdə 4 - 4,5
ay ərzində aqrotexniki qulluq göstərilməklə becərilib
hündürlüyü 25 - 30 sm, kök boğazının diametri 2 -3 mm və
daha böyük, çətirinin diametri 8 - 10 sm, kök dairəsi 5-10 sm,
əsas kökün uzunluğu 12 -16 sm, gövdəsi qonurlaşmış şitillər
nəzərdə tutulur.
Həmin vaxtlarda Gəncə-Qazax bölgəsində də istixananın
ləmələrində və torpağında həna toxumları səpilmişdir.
İstixanada düzəldilmiş ləmələrdə 10. I aydakı səpinin hər kv. m
- dən orta hesabla 813 ədəd, 20. I aydakı səpindən 927 ədəd,
30. I aydakı səpindən isə 804 ədəd standart həna şitilləri
götürülmüşdür. İstixananın torpağında 5. X aydakı səpindən
orta hesabla 570 ədəd, 15. X aydakı səpindən 599 ədəd, 25. X
52
aydakı səpindən isə 541 ədəd standart həna şitilləri əldə
olunmuşdur.
Parnikdə də səpin vaxtının standart həna şitillərinin
alınmasına təsirini öyrənmişik. Məlum olub ki, Gəncə - Qazax
bölgəsində 10. II ayda səpin aparmaqla 1 kv. m dən orta
hesabla 481 ədəd, 20. II ayda səpin aparmaqla 493 ədəd, 28. II
ayda səpin aparmaqla 394 ədəd standart həna şitilləri əldə
etmək mümkündür (cədvəl 4. 1).
Parnikin üstü şüşə çərçivə ilə örtülü olduğundan dibinə
tökülmüş bioloji istilik mənbəyi peyinin hesabına güclü istilik
əmələ gəlir. Bu isti nəticəsində həna toxumunda əmələ gəlmiş
çox zərif rüşeyim kökcük tez məhv olur. Daha artıq enerjili
toxumlardan əmələ gələn rüşeyim kökcüyü isə bu istiyə
dözərək inkişaf edir. Ona görə də parnikdə vahid sahədən
istixananın ləmələrinə nisbətən az standart şitil əldə olunur.
Müxtəlif bölgələrdə və şəraitdə aparılmış səpindən alınmış
20 günlük cücərtilərin miqdarının standart şitillərin miqdarın-
dan artıq olmasına baxmayaraq sonrakı dövrlərdə şitillər
standartlaşana qədər bu cücərtilərin təxminən 20-30 % i
müxtəlif səbəblər üzündən məhv olur (şəkil 4.1).
Тədqiqatlardan məlum oldu ki, hər iki bölgədə istixananın
ləmələrində aparılan səpindən torpaqda aparılan səpinə nisbətən
daha artıq standart həna şitilləri əldə olunur.
Müxtəlif bölgələrdə və şəraitdə səpin müddətlərinin
standart həna şitillərinin alınmasına təsirinin öyrənilməsi həm
də onu göstərdi ki, eyni vaxtda, eyni şəraitdə səpin apardıqda 1
m
2
sahədən Gəncə - Qazax bölgəsində əldə olunmuş standart
həna şitillərinin miqdarı Şirvan bölgəsindən əldə olunmuş
standart həna şitillərinin miqdarından orta hesabla 60 - 90 ədəd
artıq olmuşdur. Bunun əsas səbəbi Şirvan torpaqlarının fiziki
kimyəvi xüsusiyyətləri ilə izah olunur.
Müxtəlif bölgələrdə səpin müddətinin standart həna
şitillərinin alınmasına təsirinin öyrənilməsindən belə nəticəyə
gəldik ki, Şirvan və Gəncə - Qazax bölgəsində istixananın
53
54
(blok tipli) ləmələrində həna toxumlarının optimal səpin vaxtı
20. I ay hesab olunur. Əgər istixananın ləmələri yoxdursa,
toxumu birbaşa torpağa səpmək lazım gəlirsə, onda bu iş üçün
ən optimal vaxt 15. X aydır. Çünki, torpaqdakı qida maddələri
qidalı qarışığa nisbətən azdır. Qranulometrik tərkib (kəsəklərin
ölçüsü və s.) zərif cücərtilərin üzə çıxmasına mane olduğundan
şitillər zəif inkişaf edirlər. Ona görə də torpağa birbaşa səpin
standart şitil almaq üçün bir neçə ay əvvəl aparılmalıdır. Əgər,
ümumiyyətlə istixana yoxdursa, onda parnikdə də həna şitilləri
yetişdirilə bilər. Parnikə həna toxumlarının səpilməsinin ən
əlverişli vaxtı isə 20. II ay hesab olunur (46).
Şəkil 4. 1. Müxtəlif vaxtlarda səpilmiş həna toxumlarından
alınmış cücərtilər
55
4. 2. Səpin normasının standart həna şitillərinin alınmasına
təsiri
Həna bitkilərinin becərilməsində toxumların optimal səpin
normasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Bu
məqsədlə həna toxumlarının müxtəlif səpin normasının bir
kvadrat metrdən alınan standart həna şitillərinin miqdarına
təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, Şirvan bölgəsində
istixananın ləmələrinə 1 kv. m - ə 8 q hesabı ilə həna toxumu
səpdikdə 798 ədəd, 10 q hesabı ilə həna toxumu səpdikdə 841
ədəd, 12 q hesabı ilə səpin apardıqda isə 777 ədəd standart həna
şitilləri almaq olar. İstixananın torpağında isə 1 kv. m-ə 10 q
toxum səpilməklə 483 ədəd, 12 q toxum səpməklə 531 ədəd, 14
q toxum səpməklə 494 ədəd standart həna şitili əldə
olunmuşdur (cədvəl 4. 2).
Gəncə - Qazax bölgəsində də eyni qaydada səpin aparıl-
mışdır. İstixananın ləmələrinə 1 kv. m - ə 8 q hesabı ilə həna
toxumu səpildikdə 820 ədəd, 10 q toxum səpildikdə 927 ədəd,
12 q toxum səpildikdə isə 788 ədəd standart həna şitili alınmış-
dır. İstixananın torpağında isə 1 kv. m - ə 10 q toxum səpməklə
512 ədəd, 12 q toxum səpməklə 599 ədəd, 14 q toxum
səpməklə 529 ədəd standart həna şitilləri götürülmüşdür
(cədvəl 4. 2).
Cədvəldəki rəqəmlərdən görünür ki, istər Şirvan
bölgəsində, istərsə də Gəncə - Qazax bölgəsində 1 kv. m də
alınmış 20 günlük həna cücərtilərinin miqdarı həmin sahədən
əldə olunan standart şitillərin miqdarından xeyli çoxdur. Lakin,
buna baxmayaraq bu cücərtilərin bir hissəsi sonradan tələf olub
sıradan çıxır, bir hissəsi isə əkin vaxtına qədər tam yetişib
standartlaşmır. Məlum olmuşdur ki, həna cücərtiləri Şirvan
bölgəsində Gəncə - Qazax bölgəsinə nisbətən artıq tələf olur.
Buna görə də Gəncə - Qazax bölgəsində 1 kv. m dən alınan
standart şitillərin miqdarı Şirvan bölgəsinə nisbətən üstünlük
təşkil edir. Çünki toxumların səpilməsi üçün düzəldilmiş qidalı
qarışığın (substratın) tərkibində (1:1:1 nisbətində torpaq, peyin
Dostları ilə paylaş: |