Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə26/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   22   23   24   25   26   27   28   29   ...   121

66 
 
10. Milli Teatr günü 
 
“Çox  sevindirici  haldır  ki,  Azərbaycanın  böyük  tarixə  malik  olan  incəsənəti  hər  il 
yeni  istedadlar  yetişdirir.  Bu,  xalqımızın  mədəniyyətinin,  incəsənətinin  zənginliyini 
nümayiş etdirir”.                                                                     
                                                                                        
Ulu öndər Heydər Əliyev 
 
XIX  əsrin  70-ci  illərində  Azərbaycanda  milli 
teatrın  yaranması  mədəniyyətimizin  tarixində 
çox böyük hadisə oldu. 1873-cü il martın 10-
da  Bakı  realnı  məktəbinin  teatr  həvəskarları 
truppası  tərəfindən  M.F.  Axundzadənin 
"SərgüzəĢti-vəziri-xani Lənkəran" komediyası 
tamaĢaya qoyuldu. Bu Ģərəfli iĢdə H. Zərdabi 
və  N.  Vəzirov  mühüm  rol  oynamıĢdılar.  Bu 
tamaĢa  ilə  Azərbaycanda  milli  teatrın  əsası 
qoyuldu.  Azərbaycanda  teatr  sənəti  qədim 
ənənələrə  malikdir.  Xalq  arasında  müxtəlif  meydan  tamaĢaları,  kukla  teatr  tamaĢaları 
(―Maral  oyunu‖,  ―Kilimarası‖),  bayram  tamaĢaları  (―Kos-Kosa‖),  dini  səciyyəli 
tamaĢalar  (―ġəbih‖)  və  s.  geniĢ  yayılmıĢdı.  Hələ  XVII  əsrin  ikinci  yarısında 
Azərbaycanda  olmuĢ  fransız  səyyahı  ġarden,  Çuxursəd  bəylərbəyisinin  Ġrəvan 
Ģəhərindəki  iqamətgahında  qonaq  olarkən  burada  ona  üç  hissəli  bir  tamaĢa 
göstərmiĢdilər.  Bu  tamaĢa  ġardenə  o  qədər  xoĢ  təsir  bağıĢlamıĢdı  ki,  onu  "ġərqin 
operası"  adlandırmıĢdı.  Milli  teatrın  inkiĢafında  məĢhur  xeyriyyəçi-mesenat  H.  Z. 
Tağıyevin böyük xidməti oldu. O, Bakı Ģəhərində ilk teatr binası inĢa etdirdi. Tezliklə 
Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, 
Hüseyn  Ərəblinski,  Ülvi  Rəcəb,  Abbas  Mirzə  ġərifzadə,  Mustafa  Mərdanov  və 
baĢqaları  kimi  yüzlərlə  simaları  yetiĢdi.  Azərbaycanda  teatr  sənətinin  inkiĢafında 
Hacıbəyov  qardaĢlarının  da  böyük  əməyi  olmuĢdur.  AXC-nin  yaranması  milli  teatrın 
fəaliyyətində  də  canlanmaya  səbəb  oldu.  Cümhuriyyət  hökumətinin  bu  sahədə 
məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təĢkili oldu. 
Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın 
pərdələri  ilk  dəfə  1918-ci  il  noyabrın  4-də  N.  Nərimanovun  "Nadir  Ģah"  faciəsinin 
tamaĢası  ilə  açılmıĢdı.  Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  teatr  sənəti  daha  da 
inkiĢaf  etdi.  Məhz  martın  10-u  Azərbaycan  milli  teatrının  əsası  qoyulan  günü 
teatrsevərlər  Milli Teatr Günü kimi qeyd edirlər.  
 
 
 
 
 
 
                                   


67 
 
21.Beynəlxalq Meşə Günü 
 
 
BMT-nin 23-cü Assambleyasının qərarı 
ilə 1971-ci ildən keçirilir. Əsas məqsəd 
planet sakinlərinin diqqətini meşələrin 
qorunması məsələsinə cəlb etməkdir.
  
 
 
 
BMT-nin  BaĢ  Məclisi  martın  21-ini  Beynəlxalq  MeĢə  Günü  elan  etmiĢdir  06.01.2013. 
BMT-nin  BaĢ  Məclisinin  qərarı  ilə  2013-cü  ildən  etibarən  hər  il  martın  21-də  qeyd 
ediləcək Beynəlxalq MeĢə Günü meĢələrin və meĢə sahələrinin Yer kürəsində davamlı 
inkiĢaf və təhlükəsizlik üçün böyük əhəmiyyət daĢımasına diqqəti cəlb etmək məqsədi 
güdür.  BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  TəĢkilatı  BaĢ  Məclisin  bu  qərarını 
alqıĢlamıĢ  və  üzv  dövlətləri  həmin  gün  xüsusi  tədbirlər,  o  cümlədən  ağacəkmə 
kampaniyaları  keçirilməsini  dəstəkləməyə  çağırmıĢdır.Yer  kürəsi  ərazisinin  quru 
hissəsinin  31  faizi  meĢələrlə  örtülmüĢdür.  Haqlı  olaraq  meĢələri  planetimizin  ağ 
ciyərləri  adlandırırlar.  Yerin  ekoloji  sistemləri  və  atmosfer  arasında  karbon  qazı 
mübadiləsi prosesində meĢələr mühüm  yer tutur. Dünyadakı meĢələrin 13 faizi xüsusi 
qorunan təbii ərazilərə aiddir. Son illərdə meĢələrin qırılması, deqradasiya və yanğınlar 
nəticəsində  Yer  kürəsində  meĢələrin  təhlükəli  dərəcədə  azalması  meylləri  bütün 
beynəlxalq
 
birliyi ciddi narahat edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


68 
 
 
              
  21.Beynəlxalq Kuklaçı Günü
 
21.03.2003
 
 
 
 
 
 
 
 
 
 
 
 
21 mart – Beynəlxalq kuklaçı günüdür ((International Day of Puppetry). Bütün dünyada 
Beynəlxalq  kuklaçı  gününün  qeyd  olunması  ideyası  məĢhur  Ġran  kukla  teatrı  xadimi 
Civad  Zülfaqarihoya  məxsusdur.  2000-ci  ildə  Maqdeburqda,    Beynəlxalq  Kukla  teatrı 
xadimləri  ittifaqının  XVIII  Konqresində  (Union  Internationale  de  la  Marionnette, 
UNIMA) o, bu  məsələni müzakirəyə çıxarmıĢdır. Lakin bu bayramın keçirilməsi vaxtı 
və yeri haqqında qızğın müzakirələr getsə də, məsələ həll olunmamıĢ qalmıĢdır. Yalnız 
iki  ildən  sonra,  UNĠMA-nın  Beynəlxalq  ġurasının  iclasında  bayramın  tarixi  müəyyən 
olunmuĢdur.  Bütün  dünyadan  olan  kuklaçıların  bayramı  ənənəsi  2003-cü  ilin  21 
martında  açılmıĢdır.  Məhz  bu  gündən  baĢlayaraq  kukla  teatrının  bütün  peĢəkarları  və 
pərəstiĢkarları  tərəfindən  Beynəlxalq  kuklaçı  günü  qeyd  olunur.  Ənənəyə  görə,  həmin 
gün kukla teatr və yaradıcı qruplarının əməkdaĢları qeyri-adi kukla tamaĢaları, maraqlı 
görüĢlər, konsertlər təĢkil edirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə