69
21.Beynəlxalq poeziya günü
“İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlırın mənəviyyatına,
əxlaqına, tərbiyyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən
başqa bir vasitə yoxdur.”
Ulu öndər Heydər Əliyev
1999-cu ildə YUNESKO-nun 30-cu
iclasında 21 mart beynəlxalq poeziya
günü elan olundu. Bu hadisə xalqımız
üçün ikiqat bayrama çevrildi. Çünki
ruhun musiqisi adlandırılan bəĢəri
poeziyanın ritmik notları ilə baharı,
çiçəklənməyə
hazırlaĢan
ecazkar
təbiəti, saflıq və birlik rəmzi olan əziz
Novruzu salamlamaq doğrudan da əsl
səadətdir. Səadətdir, həm də ona görə
ki, Odlar Yurdumuz, iqtisadi sərvəti ilə zəngin olan anamız Azərbaycan həm də mənəvi
sərvəti ilə məĢhurdur və əsrlərdən bəri də məĢhur olub. Xalqımız Ģeriyyətə və
mədəniyyətə misilsiz töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxĢ edib. Odur ki,
Azərbaycanın ürəyi həm də Ģeirlə, poeziya ilə bərabər döyünüb. Zaman ötdükcə, böyük
Səməd Vurğunumuz da məmləkətimizi Ģeir, sənət ocağı kimi sevdirdi. Bu ocağın neçə-
neçə unudulmaz söz sahiblərindən biri olan sevimli ġəhriyar qəlbini, ruhunu Ģeirə, sözə,
poeziyaya bağıĢlayıb dedi:
Şeir mədəniyyət, incəsənətdir,
Incə ruh, incə zövq, incə sənətdir.
O da musiqi tək qəlbin səsidir,
Həyatın ən böyük möcüzəsidir.
Həyatın ən böyük möcüzəsinə, Ģeirə rəsmi tərif versək, əlbəttə, deməliyik ki, Ģeir -
mənzum söz sənətidir. Nəsrdən fərqli olaraq, fikrin vəznli, obrazlı, ritmik, qafiyəli
ifadəsidir. Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, Ģeirlə insan ruhu
arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında Ģeir
həmiĢə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada
düĢür: "ġeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir". Rus Ģairi,
Nobel mükafatı laureatı Ġosif Brodski səmimi Ģəkildə bildirib ki, poeziya ən yaxĢı
sözlərin ən yaxĢı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır.Ġslam dininin
böyük yaradıcısı, müsəlman aləminin fəxri olan Məhəmməd Peyğəmbər hələ neçə əsr
bundan qabaq daim insanlara tövsiyə edib ki, Ģeir əzbərləyin, çünki Ģeir dili düzəldir,
danıĢığı, nitqi gözəlləĢdirir. Zaman-zaman dahilər "Poeziya sözlərin, ruhun musiqisidir.
Poeziya həyatın çırağıdır" - deyə bu həyatı varlığa yüksək dəyər verib.
70
20-21. Novruz bayramı
“Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və
yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik olan Novruz
bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının
milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin
oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən
qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı
sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".
Ümummillilider Heydər Əliyev
Novruz Azərbaycan xalqının zəngin maddi və
mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə
ehtiva edən böyük mədəniyyət hadisəsidir.
Novruzun tərkibi quruluĢca mürəkkəb, məzmunca
dərin və geniĢ əhatəlidir. Müasir dövrümüz üçün
bu bir milli bayramdır. Bu bayrama tarixi inkiĢaf
boyunca baxdığımız zaman onun qədim mədəni
köklərə və mənəvi qaynaqlara bağlı olduğunu
görürük. KeçmiĢdə olduğu kimi, bu gün də
Azərbaycanda, digər türk dövlətlərində və bir çox
qonĢu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd
olunmaqdadır. ―Novruz‖ – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi
mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın baĢlanğıcıdır. Novruza
Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də
deyilmiĢdir. ―Novruz‖ anlayıĢı bəzi deyiliĢ fərqlərilə bir çox türk xalqlarının dillərində
iĢlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın ―Novruznamə‖,
Nizamülmülkün ―Siyasətnamə‖, Nizami Gəncəvinin ―Ġsgəndərnamə‖ və b. əsərlərində
rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda,
dövlət bayramı kimi qeyd olunmuĢdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay
davam edirdi. Novruz bayramı Ģənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarıĢlar,
rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxıĢları olurdu. Novruz
bayramında müharibələr və qarĢılıqlı çəkiĢmələr dayandırılır, sülh müqavilələri
bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər Ģad və Ģən
bir bayram olmuĢdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda,
xəstələrə müstəsna diqqət və qayğı göstərilmiĢ, qohum və dostlara baĢ çəkilmiĢ, qohum
və yaxınların məzarları ziyarət edilmiĢ, bir-birinə qarĢılıqlı inam və simpatiya ifadə
edilərək ümumbəĢəri dəyərlər üstün tutulmuĢdur. Novruzun əkinçilik təqvimi ilə bağlı
olması tarixdən məlumdur. Belə ki, bu bayram Ģimal yarımkürəsində 20-21 martda baĢ
verən yaz bərabərləĢməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin
yenidən öz yaĢıl rənginə bürünməsi min illər boyu müĢahidə olunmuĢ və təcrübədə
təsdiqlənmiĢ bir gerçəklikdir. Belə bir yeniləĢmə gününün baĢlanğıcı Ģəmsi-günəĢ
təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü
Novruz (Yeni gün) adlandırıblar.