Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə35/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   31   32   33   34   35   36   37   38   ...   121

87 
 
21.Yazıçı İsa Hümmətovun anadan olmasının 85 illiyi (21.03.1931-11.11.1990) 
                                    
 
 
Hümmətov İsa Rüstəm oğlu - nasir, 1963-cü ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü,  Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü (1958),  Əmək veteranı (1988) 
 
 
Ġsa  Hümmətov  1931-ci  il  martın  21-də  Qərbi  Azərbaycanın  Vedi  rayonunun  Bayburt 
kəndində  anadan  olmuĢdur.  Burada  ibtidai  məktəbi  bitirib  Yerevanda  pedaqoji 
texnikumda,  sonra  isə  APĠ-nin  dil  və  ədəbiyyat  fakültəsində  təhsil  almıĢdır  (1949-
1954).  Əmək  fəaliyyətinə  "Azərbaycan  müəllimi"  qəzeti  redaksiyasında  baĢlamıĢdır. 
Əvvəlcə  müxbir,  sonra  Ģöbə  müdiri  iĢləmiĢdir  (1954-1960).  Azərbaycan  Dövlət 
Televiziya  və  Radio  VeriliĢləri  ġirkətində  redaktor,  "AbĢeron"  qəzeti  redaksiyasında 
məsul  katib,  "Maarif"  nəĢriyyatında  və  AzərnəĢrdə  redaktor  (1961-1978),  "Yazıçı" 
nəĢriyyatında  böyük  redaktor  iĢləmiĢdir  (1978-1990).  "Moruqlu  budaq"  adlı  ilk 
hekayəsi  1958-ci  ildə  "Azərbaycan  pioneri"  qəzetində  çap  olunmuĢdur.  Azərbaycan 
Jurnalistlər  Birliyinin  nəĢriyyat  üzrə  ilk  təĢkilat  katibi  olmuĢdur.  "BeĢilliyin  qalibi" 
diplomu  və  döĢ  niĢanı  ilə  təltif  edilmiĢdır.  Ġsa  Hümmətov  1990-cı  il  noyabrın  11-də 
Bakıda vəfat etmiĢdir. 
Əsərləri: ―Ətirli çiçəklər‖ (1959), ―Atanın həsrəti‖ (1960),‖ Nənə, əlini mənə ver‖ 
(1964), ―Ehtiyat qapıçı‖ (1966), ―Nazilə‖ (1968), ‖Muğanın fəxri‖ (1969), ―GünəĢi 
qabaqlayanlar‖ (1971), ―Mövlud ayı‖ (1971), ―Həyatımın mənası‖ (1973), ―Araz 
çağlayan yerdə‖ (1976), ―Baba yadigarı‖ (1977), ―Dünyanın bəzəyi‖ (1979), ―Ġki 
məhəbbət‖ (1981), ―Çinar əfsanəsi‖ (1983), ―ġeytanın qurbanları‖ (1987) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


88 
 
21.Yazıçı Nemət Veysəllinin anadan olmasının 75 illiyi (21.03.1941) 
Nemət Veysəlli portret və oçerklərində sənət adamlarının gördüyü işləri geniş təhlil 
etməklə yanaşı, həm də sənətkarları kamil oxucu imtahanından keçirir və onları daha 
ciddi işləməyə ruhlandırırdı. Onun seçdiyi mövzular və “həmsöhbət olduğu 
qəhrəmanları” Azərbaycanın sənədli nəsrində, publisistikasında seçilirdi. 
Veysəlli Nemət Bayramalı oğlu — Azərbaycan Yazıçılar 
Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) 
üzvü. Beynəlxalq Avrasiya Mətbuat fondunun diplomuna 
(1993-1994),  ―Qızıl qələm‖(1994) mükafatına layiq 
görülmüşdür. 
Azərbaycan ədəbiyyatında öz imzası ilə seçilən, yazdığı əsərləri ilə 
oxucular arasında böyük hörmət qazanan qələm sahiblərindən biri 
də  Nemət  Veysəllidir.  Nemət  Bayramalı  oğlu  Veysəlli  1941-ci  il 
martın  21-də  Qaryagin  rayonunun  (indiki  Füzuli)  Yuxarı  Veysəlli 
kəndində  anadan  olub.  Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika  (1965-1971) 
fakültəsini  bitirib.  Azərbaycan  Yazıçılar  (1985)  və  Jurnalistlər  Birliyinin  (1978) 
üzvüdür. ―Sehrkar səslər, əfsanəvi rənglər‖,  ―Sular qovuĢan yerdə‖ ―Hər Ģeydən uca‖, 
―Düzlərin  ağ  iĢığı‖,―Evimiz  yuxuma  girir‖  ―Salamat  görməyimə  Ģadam‖,  ―Haran 
ağrıyır,  Vətən?‖,  ―Sənsiz  keçən  illər‖,  ―Bəylər  bəy‖,  ―Həyat  sevən  insan‖,―ġəhərlər, 
evlər,  naxıĢlar‖,―YaĢ  həddinə  görə‖,  ―Piyadaların  döyüĢü‖  adlı  bədii-publisistik 
kitablarının  müəllifidir.  Publisistin  ―Sehrkar  səslər,  əfsanəvi  rənglər‖  adlı  kitabında 
sənət  adamlarının  həyat  və  yaradıcılıqları  ilə  bağlı  bir-birindən  maraqlı  yazılar 
cəmlənmiĢdir.  Nemət  Veysəlli  portret  və  oçerklərində  sənət  adamlarının  həyatını, 
onların  yaradıcılıqlarını,  gördüyü  iĢləri  geniĢ  təhlil  etməklə  yanaĢı,  müasirliyin  əsas 
mahiyyətini  üzə  çıxarmağa  və  canlandırmağa  fikir  verir.  Həyatda  çox  Ģey  dəyiĢsə  də, 
yazıçı-publisistin  özü  üçün  qəbul  etdiyi  meyarlar  dəyiĢmir.  Onun  əsas  mövzusu  və 
qəhrəmanı da dəyiĢməz qalır. Bu – Vətəndir. O, vətəninə xidmət edən əsgər-yazıçıdır.  
Əsərləri: ―Sehrkar səslər, əfsanəvi rənglər‖ (1984), ―Sular qovuĢan yerdə‖ (1985), ―Hər 
Ģeydən  uca‖,  ―Düzlərin  ağ  iĢığı‖  (1988),  ―Evimiz  yuxuma  girir‖  (1991),  ―Salamat 
görməyimə  Ģadam‖  (1998),  ―Sənsiz  keçən  illər‖(2000),  ―Bəylər  bəy‖  (2004),  ―Həyat 
sevən  insan‖  (2004),  ―ġəhərlər,  evlər,  naxıĢlar‖  (2005),  ‖YaĢ  həddinə  görə‖  (2006), 
―Piyadaların döyüĢü‖ (2010),  ―Tikintisi yarımçıq qalmıĢ evlər‖ (2014) və s. 
 
 
 
 
 
 
 
 
 


89 
 
22.Şair Əli Kərimin anadan olmasının 85 illiyi (22.03.1931-30.06.1969) 
“Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrilmişdi. Bu gün onun 
üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu 
məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi 
onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir.”  
                                                                                                                          Professor Tofiq Hacıyev 
Əli  Kərim —  şair,  tərcüməçi,  1954-cü  ildən  Azərbaycan 
Yazıçılar  Birliyinin  üzvü.  Əli Kərim (Əli PaĢa oğlu Kərimov) 
1931-ci  il  mart  ayının  22-də  Azərbaycanın  Göyçay  Ģəhərində 
anadan  olmuĢdur.  Əli  Kərim  1948-ci  ildə  Azərbaycan  Dövlət 
Universitetinin  filologiya  fakültəsinə  daxil  olur,  burada  ehtiyacı 
olduğu  yataqxana olmadığından  Teatr  Ġnstitutunun  teatrĢünaslıq 
fakültəsinə  keçir,  III  kursdan  Moskvada,  M.Qorki  adına  Dünya 
Ədəbiyyatı  Ġnstitutunda  təhsilini  davam  etdirir  və  1955-ci  ildə 
oranı  fərqlənmə  diplomu  ilə  bitirir.  Bakıya  qayıtdıqdan  sonra 
―Azərbaycan‖  jurnalı  redaksiyasında  iĢləmiĢdir. Ġlk  nəĢr  olunan  əsəri  1948-ci  ildə 
―Azərbaycan  pioneri‖  qəzetində  çıxmıĢ  ―Təzə  müəllim‖  Ģeiri  olmuĢdur.  1957-ci  ildə 
Moskvada  keçirilən  tələbələrin  VI  Ümumdünya  Festivalında  ―Ġlk  simfoniya‖  poeması 
mükafata  layiq  görülmüĢdür.  Ġlk  kitabı  1958-ci  ildə  Azərbaycan  ədəbiyyatı  dekadası 
münasibəti  ilə  Moskvada  rusca  çıxan  ―Два  влюбленных‖  (―Ġki  sevgili‖)  kitabı 
olmuĢdur.  Ona  həsr  edilmiĢ  Feyzi  Mustafayevin  ―Dinmə,  ey  kədər‖  (1986),  Elza 
Kərimin  ―Nə  xoĢbəxt  imiĢəm‖,  Altay  Məmmədovun  ―Tanıdığım  Əli  Kərim‖  xatirələr 
kitabları çapdan çıxmıĢdır. ġairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiĢ CavanĢir 
Yusiflinin ―Azərbaycan poeziyasında Əli Kərim mərhələsi‖ (2005), ―Əli Kərim üslubu, 
yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxıĢ‖ (2010), Sona Xəyalın ―Əli Kərim‖ 
(2011)  və  b.  monoqrafiya  və  məqalələrin  adlarını  çəkmək  olar.  ġairin  əsərlərindən  bir 
çoxu ölümündən sonra iĢıq üzü görmüĢdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda 
vəfat etmiĢ, Göyçayda dəfn edilmiĢdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmıĢdır. 
Sumqayıt Ģəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata 
özünə  məxsus  üslubu  ilə  gəlmiĢ,  ilk  Ģeirlərindən  parlaq  istedadı  ilə  Ģeirsevərlərin 
diqqətini  cəlb  etmiĢ,  özündən  sonra  gələn  bir  sıra  Ģairlərə  güclü  təsir  etmiĢ 
sənətkarlardandır.  
Əsərləri: ‖Ġki sevgili‖ (1960), ―HəmiĢə səfərdə‖ (1963), ―Qızıl qanad‖ 1965, ―Qaytar 
ana borcunu‖ (1970), ‖UĢaqlar və ulduzlar‖ (1971), ―Səfərdən sonra‖ (1972), ‖Tənbəl 
ayı balası‖ (1973), ―SeçilmiĢ əsərləri‖ (iki cilddə), ―Pillələr‖ (roman) (1978), ―Qız və 
kəpənək‖ (1979), ―Qayıt‖ (1983), ―Mavi nəğmənin sahilində‖ (1991) və s. 
 
 
 
 
     


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə