Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə38/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   34   35   36   37   38   39   40   41   ...   121

95 
 
19.Xalq artisti Ələkbər Seyfinin anadan olmasının 115 illiyi (1901-1977) 
Ələkbər Seyfi unudulmaz və yaradıcı sənəkar olmaqla yanaşı, həm də bacarıqlı 
rəhbər təşkilatçı kimi də mədəniyyət tariximizdə xüsusi yer tuturdu. 
 
Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901 - 1977) — аktyor. 
Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan 
olub.  "Ġttifaq"  məktəbində  təhsıl  alıb.  Səhnəyə  ilk  dəfə  Ģagırd 
vaxtı,  1914-cü  ilin  əvvəllərində  "Dəmirçi  Gavə"  (ġəmsəddin 
Sami) tamaĢasında Bəhram rolunda çıxıb. Bundan sonra məktəb 
tamaĢalarında  kiçik  rollar  oynayıb.  1917-ci  ildə  "Ġbrət"  dram 
dərnəyinə üzv olub. Truppanın yaradıcı heyətinə çox tez isiniĢib. 
Tezliklə  o, bir  çox  pyeslərin  tamaĢalarında  çıxıĢ  edib.  Ələkbər 
Seyfi  1922-ci  ildən  baĢlayaraq  Tiflis  Dövlət  Azərbaycan  Dram 
Teatrında yeddi il iĢləyib. Bir çox rolları oynayıb. 1929-cu ildə Bakı Türk ĠĢçi Teatrına 
dəvət alır. O, daim yaradıcılıq ruhu olan sənətkar idi, dayanmadan öz üzərində çalıĢırdı. 
Avropa  və  Rusiya  klassiklərini  mütaliə  edirdi.  Stanislavski  kimi  böyük  səhnə 
islahatçısının demokratik fikirlərini öyrənir, həmin fikirləri məharətlə öz yaradıcılığında 
tətbiq edirdi. Ələkbər Seyfinin həmiĢə həyata, yaĢamağa böyük inamla baxdığını deyən 
Maarif Teymur onun xarakterinin özünəməxsusluğu haqqında belə danıĢırdı: ―Ələkbər 
Seyfi  həmiĢə  nikbin  idi.  Onun  haqqında  deyilmiĢ  bəzi  böhtanları  da  özünəməxsus 
təmkinlə qarĢılayır, canından artıq sevdiyi səhnəni, aktyorluq sənətini, teatrı həmiĢə uca 
tuturdu‖ Ələkbər Seyfinin həmin dövrün keĢməkeĢli durumu ilə bağlı yazdığı qeydləri 
daxili aləmini, xarakterini çox gözəl açır. 1961-ci ildə Xalq artisti adına layiq görülüb. 
Ələkbər Seyfi 1977-ci ildə vəfat edib. 
Filmoqrafiya: Səhər (film, 1960), Qanun naminə (film, 1968),  Mən ki, gözəl deyildim 
(film, 1968), UĢaqlığın son gecəsi (film, 1968) 
Tərcümələri: "Məkr və məhəbbət" F.ġiller. 
 
 
 
 
 
 
 
 


96 
 
 21.Aktyor Kazım Ziyanın anadan olmasının 110 illiyi (21.03.1896-20.11.1956)  
Səlis səhnə danışığı, aydın və məftunedici diksiyası, yüksək səhnə mədəniyyəti, dərin 
mütaliəsi, geniş dünyagörüşü, müəllimlik məharəti ilə işlədiyi bütün teatrlarda 
kollektivin böyük rəğbətini qazanmış Kazım Ziyanın zəngin yaradıcılığı öz dəyər və 
mənası ilə milli teatr sənətimizin parlaq səhifələrini təşkil edir. Kazım Ziya hələ gənc 
yaşlarından səhnədə Azərbaycan dilinin aydın və dəqiq tələffüzü uğrunda mübarizə 
aparmış, nöqsanlara qarşı barışmaz olmuşdur. 
Kazım Cəfər oğlu Kazımzadə (Ziya) (21 
mart 1896, Ordubad, Yuxarı Əylis kəndi-20 
noyabr 1956, Bakı) — Azərbaycanın görkəmli teatr və kino 
aktyoru. Azərbaycanın xalq artisti (1943),  SSRİ Dövlət 
Mükafatı laureatı (1948), ―Lenin‖ ordeni laureatı 
Kazım  Cəfər  oğlu  Kazımzadə  (Kazım  Ziya)  21  mart  1896-cı 
ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində 
doğulub.  Yeniyetmə  yaĢlarından  ərəb  və  fars  dillərini 
mükəmməl  öyrənib.  Sonralar  rus  və  fransız  dillərini  də 
mənimsəyib. O, 1912-ci ildə ―Ġttihad‖ Ġran gimnaziyasma daxil 
olub.  Bir  il  sonra  Kazım  məktəbdə  ədəbiyyat  dərnəyi  yaradıb.  1914-cü  ildə  Hüseyn 
Ərəblinski  baĢda  olmaqla  teatr  fədailəri  ―Ġttihad‖  məktəbində  Ģagirdlərin  xeyrinə 
Əbdürrəhim  bəy  Haqverdiyevin  ―Bəxtsiz  cavan‖  faciəsinin  tamaĢasını  göstəriblər. 
Bununla  da  Kazım  Ziyanın  taleyinin  sənət  seçimi  qətiləĢir.  Kazım  Ziya  1925-ci  ildə 
Bakı Türk ĠĢçi və Kəndli Teatrının truppasına daxil olub. 1936-cı ildən 1938-ci ilədək 
Tiflisdə  və  Ġrəvandakı  dövlət  teatrlarında  aktyorluq  edib.  1938-ci  ildə  Bakıya  gələrək 
Milli Dram Teatrının formalaĢıb ĢöhrətlənmiĢ truppasına daxil olub. Səhnə səmimiyyəti 
və yüksək intellektuallığı ilə seçilən Kazım Ziya Milli Dram Teatrında oynadığı bir çox 
rollarla tamaĢaçılarının yaddaĢında qalmıĢdır. Görkəmli sənətkar 20 noyabr 1956-cı ildə 
Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 
Filmoqrafiya:Qız qalası əfsanəsi (film, 1923), Bismillah (film, 1925)-Molla Rövzəxan, 
Səbuhi (film, 1941), Bir ailə (film, 1943), Sualtı qayıq ―T-9‖ (film, 1943), Fətəli xan 
(film, 1947),  Məhəmməd Füzuli (film, 1958), Onlar belə sevirdilər (2007) və s.  
 
 
 
 
 
 
 
 
 
 


97 
 
 
31.Xanəndə Cabbar Qaryağdıoğlunun anadan olmasının 155 illiyi  
(31.03.1861-20.04.1944) 
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən 
görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar 
özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmiş- 
dir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib 
Azərbaycanın xanəndəlik sənətini yaradan müğənni Zaqafqaziyada ən yaxşı xalq 
ifaçısı şöhrətini qazanmışdır. 
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 1861 – 20 
aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanı
xalq artisti (1935). ―Şərəf Nişanı‖ Ordeni ilə təltif olunmuşdur.  
Cabbar  Qaryağdıoğlu 1861-ci  ildə ġuĢada ―Seyidli‖  məhəlləsində 
anadan  olmuĢdur.  Cabbar  Qaryağdıoğlunu  Azərbaycan  xalq 
musiqisinin  canlı  tarixi,  ensiklopediyası  adlandırırdılar.  Onun 
oxuduğu  muğam  və  xalq  mahnıları  indi  də Azərbaycanın  musiqi 
xəzinəsinin ən qiymətli incilərindəndir. ġərqin vokal sənəti tarixində, 
geniĢ xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir 
müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları 
ilə yanaĢı çəkilir. Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu 
güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca 
həzin və yumĢaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı 
ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. O, major muğamları oxumaqda da 
mahir  idi.  Vokal  ustalığı  ilə  nəinki  dinləyicini  heyran  qoyur,  eyni  zamanda  təsiredici 
ifaçılıq  məharəti  ilə  dinləyicini  fikrindən  ayırır,  kədərini,  qəmini  unutdururdu. 
Azərbaycanda opera  sənətinin  meydana  gəlməsində  də  onun  rolu  böyükdür.  Opera 
səhnəmizin  ilk  aktyoru  məhz  Qaryağdıoğlu  olmuĢdur.  Bu  gün Azərbaycanın  musiqi 
tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri 
gənc xanəndələrə öyrədilir. Onun ―ġahnaz‖ı, ―Qatar‖ı, ―Heyratı‖sı musiqi xəzinəmizdə 
qorunub saxlanılır.  
Filmoqrafiya:  Neft  və  milyonlar  səltənətində  (film,  1916),  Məhəmməd  Füzuli  (film, 
1958),  Hər  Ģey  olduğu  kimi.  BeĢinci  film.  RəĢid  Behbudov  (film,  2000),  Məclisi  üns 
(film, 2006),  Muğamat var olan yerdə... (film, 2009) 
Ədəbiyyat: ġuĢinski F. Azərbaycan xalq musiqiçiləri (1985), ġuĢinski F. Cabbar 
Qaryağdı oğlu: Monoqrafiya (1987),  ġuĢinski F. Xalq sənətkarı: C. Qaryağdıoğlu–125 
(1987),  ġuĢinski F. Görkəmli xanəndə (1987), Məhəmədoğlu F. Unudulmaz sənətkar 
(1987),  Əbdülqasımov F. Qüdrətli sənətkar (1991) və s.  
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə