Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə36/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   32   33   34   35   36   37   38   39   ...   121

90 
 
23.Yazıçı Seyran Səxavətin anadan olmasının 70 illiyi (23.03.1946) 
 
"İndiyədək yazdıqlarımın hamısını bütövlükdə bir əsər hesab edirəm..." 
 
                                                                                                                             Seyran Səxavət 
 
Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət) — şair, 
nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü  
 
 
 
Seyran  Səxavət  1946-cı  il  martın  23-də   Füzuli     rayonunun   Yağlıvənd   kəndində  
anadan  olmuĢdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli 
Ģəhər  məktəbində  direktorun  köməkçisi  vəzifəsində  iĢləmiĢdir  (1962-1964).  Sonra 
ADU-nun  ĢərqĢünaslıq  fakültəsində  təhsil  almıĢdır  (1964-1970).  Sovet  Ordusu 
sıralarında əsgəri xidmət zamanı SSRĠ Müdafiə Nazirliyində tərcüməçi olmuĢdur (1970-
1972).  "Ədəbiyyat  və  incəsənət"  qəzeti  redaksiyasında  xüsusi  müxbir,  ədəbi  iĢçi  kimi 
çalıĢmıĢ,  sonra  iki  il  Ġranda  tərcüməçi  iĢləmiĢdir  (1974-1976).  Yenidən  Bakıda 
―Ədəbiyyat  və  incəsənət‖  qəzeti  redaksiyasında  ədəbi  iĢçi  kimi  fəaliyyət  göstərmiĢdir 
(1976-1981).  Sonra  ―Ulduz‖  jurnalı  redaksiyasında  nəsr  Ģöbəsinin  müdiri  iĢləmiĢdir 
(1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi Ģeir, hekayə 
və  publisist  yazıları  ilə  baĢlamıĢdır.  Həmin  vaxtdan  mərkəzi  və  respublika  mətbuatı 
səhifələrində müntəzəm çıxıĢ edir. Əsərləri keçmiĢ SSRĠ xalqlarının dillərinə və bir sıra 
xarici  dillərə  tərcümə  olunmuĢdur.  ―Qızıl  teĢt‖  pyesi  Azərbaycan  Akademik  Dram 
teatrında  (1988),  ―Büst‖  pyesi  Lənkəranda  (1989),  ―Qapıların  o  üzündə  qalan  dünya‖ 
pyesi  Füzulidə  (1990)  Dövlət  dram  teatrında  tamaĢaya  qoyulmuĢdur.  ―Nekroloq‖ 
romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci ilin Y.Səmədoğlu adına ―Ġlin ən yaxĢı 
romanı‖ mükafatına layiq görülmüĢdür. 
Əsərləri: ―Adalar (Ģeirlər)‖ (1970), ―Mənim planetim (Ģeirlər)‖ (1977), ―Hamı elə 
bilirdi ki..‖ (hekayələr və povest) (1982), ―DaĢ evlər (roman)‖ (1985), ―Dar köynək‖ 
(1987),  ―Qızıl teĢt‖ (povestlər, hekayələr) (1999), ―Nekroloq‖ (roman) (2003), ―Polad 
toxumu‖ (roman) (2003),‖Yüz ilin kiĢisi‖ (povestlər və hekayələr) 
Tərcümələri: A.Ebnoidze. Ġki ay kənddə və ya imeretisayağı evlənmə (roman). Bakı: 
Gənclik, 1986, 264 səh. 
 
 
 
 


91 
 
Xarici ədəbiyyat 
5.Norveç yazıçısı Klaus Hageryupun anadan olmasının 70 illiyi (05.03.1946)   
 
 
Norveç  uĢaq  yazıçısı  Klaus  Hageryup  5  mart  1946-cı  ildə  Osloda  anadan  olmuĢdur. 
Gələcək yazıçının atası müəllim idi, eyni zamanda uĢaqlar üçün bir neçə kitab yazmıĢdı. 
Anası  isə  Ģeirlər  yazırdı.  Bir  neçə  sənəti,  aktyorluq,  teatrda  rejissorluq  kimi  sənətləri 
sınaqdan keçirən Klaus Hageryup sonda yazıçı olur. Onun  əsərləri yumorla zəngindir, 
amma eyni zamanda çox ciddidir.  
 K.Hageryup ―Markus və Diana‖, ―Markus və qızlar‖, ―Markus və Siqmund‖ və s. 
əsərlərin müəllifidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


92 
 
İncəsənət 
8. Xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 105 illiyi  
 (08. 03.1911-25.06.1965) 
“Ağadadaş  Qurbanov  sənətdə  öz  sözünü  demiş,  teatr  məktəbi  üçün  örnək  sayılan 
sənətkarlardan olub və özündən sonra silinməz izlər qoyub.” 
                                                                                                                Xalq artisti Azərpaşa Nemətov 
 
Ağadadaş  Gülməmməd  oğlu  Qurbanov —  Azərbaycan 
teatr  və  kino  aktyoru.  17  iyun 1943-cü  ildə  Azərbaycan 
Respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti 
fəxri adlarına layiq görülmüşdür. 
 
Azərbaycan  Dövlət  Gənc  TamaĢaçılar  Teatrının  banilərindən 
biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaĢaların 
ifaçısı  AğadadaĢ  Gülməmməd  oğlu  Qurbanov 8  mart 1911-ci 
ildə Bakıda doğulub. AğadadaĢ 
Qurbanov  1952-ci  ilədək 
teatrda iĢləmiĢdi. Aktyor Gənc TamaĢaçılar Teatrında böyüklər 
üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə 
Fətəli  Axundzadənin  "Molla  Ġbrahimxəlil  kimyagər"  (Molla  Ġbrahimxəlil),  Nəcəf  bəy 
Vəzirovun  "Hacı  Qəmbər"  (Hacı  Qəmbər), Fridrix  ġillerin "Qaçaqlar"  (Karl  Moor), 
Nikolay  Qoqolun  "MüfəttiĢ"  (Xlestakov),  Rabindranat  Taqorun  "QaneĢin  yolu" 
hekayəsi əsasında "Əfilər" (QaneĢ) pyeslərinin tamaĢalarında iĢtirak etmiĢdi. AğadadaĢ 
Qurbanov 1952-ci  ildən  ömrünün  sonunadək  Milli  Dram  Teatrında  iĢləmiĢdi.  O,  bu 
teatrda Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "DönüĢ", Cəfər 
Cabbarlı), ġeyx Mərvan və ġeyx Sənan, SəyavuĢ ("ġeyx Sənan" və "SəyavuĢ", Hüseyn 
Cavid), Kamillo ("QıĢ nağılı", Vilyam ġekspir), Ġbrahim xan və Vaqif ("Vaqif", Səməd 
Vurğun), ġults ("Uzaq sahillərdə", Ġmran Qasımov və Həsən Seyidbəyli), Ġvanov ("Göz 
həkimi", Ġslam  Səfərli),  Dəmirçi  Musa  ("Toy", Sabit  Rəhman),  Yəhudi  ("Mariya 
Tüdor", Viktor Hüqo), Kamal ("Məhəbbətin hökmü", Cabbar Məcnunbəyov), Hacı Qara 
("Hacı  Qara",  Mirzə  Fətəli  Axundzadə),  Tağı  Hüseyn  ("Köç",  Cavad  Fəhmi  BaĢqut), 
Allan  ("Ailə  namusu",  Hüseyn  Muxtarov)  kimi  parlaq  və  yaddaqalan  rollarda  çıxıĢ 
etmiĢdi.  "Səbuhi",  "Koroğlu",  "Bir  qalanın  sirri",  "Kölgələr  sürünür"  filmlərinə 
çəkilmiĢdi.  "ArĢın  mal  alan"  filmində  Soltan  bəy  roluna  çəkilən  aktyor  kinolentinin 
tamamlandığı  ərəfədə  Salyanda  qastrolda  idi.  Mehmanxananın  eyvanına  çıxanda 
qəfildən  eyvan  uçub  və  sənətkar 25  iyun 1965-ci  ildə  faciəli  Ģəkildə  həlak  olmuĢdu. 
Bakıda Fəxri xiyabanda dəfn olunmuĢdu. 
Filmoqrafiya:  Səbuhi  (film,  1941),  ġamdan  bəy  (film,  1956),Qızmar  günəĢ  altında 
(film,  1957),  Bir  qalanın  sirri  (film,  1959),  Koroğlu  (film,  1960),  Bizim  küçə  (film, 
1961),  Telefonçu  qız  (film,  1962),  ZəncirlənmiĢ  adam  (film,  1964),  ArĢın  mal  alan 
(film, 1965),Yun  Ģal (film, 1965) və s.  
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə