Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə37/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   33   34   35   36   37   38   39   40   ...   121

93 
 
16.Bəstəkar Zakir Bağırovun anadan olmasının 100 illiyi (1916-1996) 
 
 
Bağırov Zakir Cavad oğlu —Azərbaycan Bəstəkarlar 
Ittifaqının üzvü (1950), Azərbaycan Musiqi Fondunun 
Idarə Heyətinin sədri,  Azərbaycanın əməkdar incəsənət 
xadimi (1961) 
―Şərəf nişanı‖ ordeni ilə təltif edilmişdir. 
 
 
 
Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da ġuĢa Ģəhərində anadan olmuĢdur. Ilk 
musiqi  təhsilini  1932-ci  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasının  nəzdindəki  fəhlə 
fakültəsində alan Zakir Bağırov 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskva 
Dövlət  Konservatoriyası  nəzdində  musiqi  texnikumuna  göndərilmiĢ  və    1949-cu  ildə 
həmin  konservatoriyanı müvəffəqiyyətlə bitirmiĢdir. Zakir Bağırov musiqi xəzinəmizi 
zənginləĢdirən  bir  çox  sanballı  əsərlər  yazmıĢdır.  Onun  yaradıcılığına  üç  opera,  o 
cümlədən  ―Aygün‖,  ―Qoca  Xattabıç‖,  iki  musiqili  komediya  –  ―Qaynana‖, 
Kəndimizin səsi‖, bir uĢaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik 
orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri 
üçün  süitalar,  kamera-instrumental  əsərlər,  mahnı  və  romanslar,  bədii  və  sənədli 
filmlərə,  dram  tamaĢalarına  yazılmıĢ  musiqi  xüsusi  yer  tutur.  Zakir  Bağırovun  musiqi 
folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də çox önəmlidir. O, 
1935-ci  ildə  ilk  dəfə  olaraq  görkəmli  bəstəkarımız  Tofiq  Quliyevlə  birlikdə  tarzən 
Mansur  Mansurovun  ifasında  ―Rast‖,  ―Dügah‖  və  ―Segah-zabul‖  muğamlarını  nota 
yazmıĢ  və  çap  etdirmiĢdir.    Görkəmli  bəstəkarın  yaradıcılığında  opera  janrı  da  xüsusi 
yer  tutub.  Onun  1972-ci  ildə  Səməd  Vurğunun  eyni  adlı  əsəri  əsasında  yaratdığı 
―Aygün‖  operası  musiqi  mədəniyyətimizin  gözəl  nümunələrindən  sayılır.    Zakir 
Bağırov  bir  çox  teatr  tamaĢalarına  və  kinofilmə  musiqi  yazmıĢdır. 
―Ağ  qızıl  ustaları‖, 
―Aygün‖,  ―Bərəkətli  torpaq‖,  ―Nizami‖,  ―Sədaqət  yolu  ilə‖,  ―Təbiətin  dostları‖,  ―Quba 
bağlarında‖,  ―Bizim  Azərbaycan‖  kimi  bədii  və  sənədli  filmlərin  musiqisi  məhz  Zakir 
Bağırova  məxsusdur. 
―Azərbaycan  xalq  rəqsləri‖  məcmuəsinin  müəlliflərindən  biridir. 
Bəstəkar  Zakir  Bağırov  həmçinin  fəal  ictimai  xadim  idi.  Ömrünün  ahıl  çağında  Zakir 
Bağırov ġuĢa həsrətilə dünyasını dəyiĢdi.  
 
 
 


94 
 
17.Aktyor, rejissor Hüseyn Ərəblinskinin anadan olmasının 135 illiyi (1881-1919) 
Hüseyn Ərəblinski bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə 
görürdü .O, söyləyirdi ki,  "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi 
bir əxlaq sahibi olmalıdır.” 
 Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də 
odur ki,  o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk 
dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi. 
Hüseyn  Məmməd  oğlu  Xələfov 1881-ci  ildə Bakı Ģəhərində 
yoxsul  bir  ailədə  dünyaya  göz  açıb.  "Üçüncü  Rus-Tatar" 
məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-
yazmağı  öyrənir.  Məktəb  illərində  ədəbiyyata  xüsusi  marağı  ilə 
seçilən  gələcək  sənətkar  məhz  o  illərdə  teatrla  tanıĢ  olur.  Bu, 
professional  teatrdan  uzaq  olan  dərviĢ  oyunları,  səyyar  sirk 
tamaĢaları  idi.  Hüseyn  Ərəblinskinin  teatr  fəaliyyəti 1903-1904-
cü illərdə yaradılan Müsəlman artistləri cəmiyyəti ilə sıx bağlıdır. 
Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir. Bu haqda 
danıĢarkən,  Hüseynin  Otello  rolunu  diqqətdən  kənarda  qoymaq 
olmaz. O, ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq 
ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz 
üç il çalıĢıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat 
verilib.  O  cümlədən,  rus  rejissoru  Levini  Ərəblinskinin  Otellosu  barədə  bu  fikirdə 
olmuĢdur: "Mən bir çox tragik artistlər görmüĢəm. Lakin sizdəki istedad və məharətin 
misli və bərabərini görməmiĢəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən 
rejissorluğumu  buraxıb,  sizinlə  birlikdə  bütün Rusiyanı  və  hətta Avropanı  gəzərdim. 
"Hüseyn  Ərəblinskinin  ən  uğurlu  iĢləri  sırasında  olan  rolları  aĢağıdakılardır. 
Haqverdiyevin  ―Ağa  Məhəmməd  ġah  Qacar‖ında  Qacar,  Lanskoyun  ―Qəzavət‖ində 
Əhməd 
bəy 
ġamxal, 
Qoqolun 
―MüəffətiĢ‖ində 
Xlestakov, Nəcəf 
bəy 
Vəzirovun ―Müsibəti-Fəxrəddin‖  əsərində  Fəxrəddin, Mirzə  Fətəli  Axundovun ―Hacı 
Qara‖  əsərində  Heydər  bəy,  ġillerin  ―Qaçaqlar‖ında  Frans,  ġekspirin  ―Otello‖sunda 
Otello.Tarixi  faktlardan  məlum  olur  ki,  Hüseyn 1916-cı  ildə Bakıda çəkilən  "Neft  və 
Milyonlar  Səltənətində"  filmində  Lütfəli  bəyi  oynamıĢdır.  Hüseyn  Ərəblinski 1919-cu 
ildə qətlə yetirilib. ―Neft və Milyonlar Səltənətində‖ filmi Ərəblinskinin çəkildiyi ilk və 
son  filmdir.  1969-cu  ildə  Azərbaycan  hökuməti  Hüseyn  Ərəblinskinin  xatirəsini 
əbədiləĢdirmək  haqqında  qərar qəbul  etmiĢdir.  Bu  məqsədlə Sumqayıt  Dövlət  Gənclər 
Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmiĢdir.  
Filmoqrafiya: Abbas Mirzə ġərifzadə (film), Neft və milyonlar səltənətində (film, 
1916)-Lütfəli,  Azərbaycanın səhnə ustaları (film, 1965), Üzeyir ömrü (film, 1981), 
Hüseyn Ərəblinski (film, 1982) və s.  
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə