Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə45/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   41   42   43   44   45   46   47   48   ...   121

116 
 
 
22. Ümumdünya Yer günü 
Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. 
 
 
 
Beynəlxalq  Yer  Kürəsi  Günü  və  ya  ―Ağac  Günü‖  —  keçirilmə  tarixi  XIX  əsrin  70-ci 
illərinə  təsadüf  edir.  Senator  Heylord  Nelsanın  təĢəbbüsü  ilə  keçirilən  bu  bayramda 
məqsəd  insanların  diqqətini  ətraf  mühitin  çirkləndirilməsi  və  canlı  aləmin  qorunub 
saxlanması problemlərinə cəlb etmək idi. 
Yer  Kürəsi  Günü  ilk  dəfə  1970-ci  il  aprelin  22-də  qeyd  olundu.  20  milyona  yaxın 
amerikalı müxtəlif tədbirlərdə iĢtirak edərək hökuməti ekoloji problemləri həll etməyə 
çağırdı.  Həmin  vaxtdan  etibarən  baĢlanan  kütləvi  ekoloji  hərəkat  təbii  ehtiyatların 
qorunmasına  və  sənaye  istehsalı  üzərində  ekoloji  nəzarətə  istiqamətləndi.  Məhz  XX 
əsrin  70-ci  illərindən  etibarən  Ģirkətlər  ətraf  aləmin  mühafizəsinə  nə  qədər  vəsait 
ayırmaları barədə rəsmi məlumat verməyə baĢladılar. 
 
Azərbaycanda Ümumdunya yer günü 
2003-cü  ildə  Azərbaycan  Prezidentinin  sərəncamı  ilə  Bakı  Ģəhərinin  Qaradağ  rayonu, 
Salyan  və  Neftçala  rayonlarını  əhatə  edən  ġirvan  Milli  Parkı,  Ağcabədi  və  Beyləqan 
rayonlarını əhatə edən Ağ-göl Milli Parkı yaradılmıĢdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


117 
 
23.İngilis dili günü 23.04.2010. 
 
Ġlk dəfə Ġngilis dili günü, BMT-nin digər rəsmi dilləri 
kimi  2010-cu  ildə  qeyd  olunmuĢdur.  Belə  təkliflə 
təĢkilatın  ictimaiyyətlə  əlaqələr  departamenti  çıxıĢ 
etmiĢdir.  Yeni  bayramların  məqsədi  –  dünyada 
çoxdillilik 
ənənələrini 
möhkəmləndirməkdir. 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  təqvimdə  altı  gün  –  hər 
bir  rəsmi  dil  üçün  bir  gün  ayırmıĢdır.  Ġngilis  dilinin 
qeyd  olunması  böyük  ingilis  Ģairi,  yazıçısı,  dünyanın  ən  məĢhur  dramaturqu  Vilyam 
ġekspirin anadan olduğu günlə bağlıdır. Bu gün ingilis dili ―dünya dili‖ hesab olunur, 
bu  duildə  dünyanın  onlarla  ölkəsində  bir  milyarddan  çox  insan  danıĢır.  Bu  dil  yalnız 
ingilislərin  deyil,  həm  də  ABġ,  Ġrlandiya,  Kanada,  Malta,  Avstraliya,  Yeni  Zelandiya 
sakinlərinin dilidir. O, Asiya və Afrikanın bir neçə dövlətinin rəsmi dilidir.  
 
 
23.Ümumdünya Kitab və Müəllif hüquqları günü 
  
1995-ci  ilin  bu  tarixində  Parisdə  YUNESKO-nun  baĢ 
konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün 
kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, 
hər  kəsi,  əsasən  də  gənc  nəsli  mütaliədən  həzz  almağa, 
eləcə  də  bəĢəriyyətin  ictimai  və  mədəni  inkiĢafında 
böyük  rolu  olmuĢ  insanların  zəhmətinə  hörmət 
bəslənməsinə 
çağırdı. 
Elə 
həmin 
konfransda 
Ümumdünya Kitab və Müəlliflik hüququ günü, həmçinin 
UĢaq  və  yeniyetmə  ədəbiyyatında  dözümlülük  ideallarının  təbliğinə  görə  YUNESKO 
mükafatı təsis edildi. 23 aprel YUNESKO tərəfindən elan edilən və Azərbaycanda artıq 
1997-ci ildən baĢlayaraq  ənənəvi Ģəkildə qeyd edilən Ümumdünya Kitab və Müəlliflik 
Hüququ  Günüdür.  Müəlliflik  hüququnun  Kitab  ilə  təmasda  olması,  ―Yaradıcıdan  – 
Kitaba, Müəllifdən – Müəlliflik Hüququna‖ yolu heç də təsadüfi deyil. MəĢhur Volterin 
kəlamı  ilə  desək,  ―onlar  ocaqlarımızdakı  oda  bənzəyir:  onu  qonĢudan  götürüb, 
özümüzdə  yandırıb,  digərlərinə  veririk  və  beləliklə,  onlar  hamıya  məxsusdur.‖ 
Azərbaycan  müasir  müəllif-hüquq  sisteminə  malikdir.  ―Ümumdünya  Kitab  və 
Müəlliflik  Hüququ  Günü‖nə  həsr  olunan  tədbirlərin  keçirilməsinin  məqsədi  kitab  və 
müəlliflik  hüququnun  mədəni  irsimizdə  əhəmiyyətini  bir  daha  açıqlamaq,  davamlı 
iqtisadi  inkiĢafda  və  informasiya  cəmiyyətinin  formalaĢmasında  rolunu  diqqətə 
çatdırmaq,  yaradıcı  Ģəxslərə  öz  hörmət  və  ehtiramlarımızı  bildirmək  və  mədəni 
ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir. 
 
 
 
 


118 
 
24.Gənclərin Beynəlxalq Həmrəylik Günü 24.04.1957. 
 
 
 
Ümumdünya  demokratik gənclər  federasiyasının qərarı ilə 1957-ci ildən hər  il  aprelin 
24-də  Beynəlxalq  Gənclərin  Həmrəylik  günü  (International  Day  of  Youth  Solidarity) 
qeyd  olunur.  Bu  günün  qeyd  olunması  dövlət  orqanlarının,  ictimaiyyətin  və  kütləvi 
informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir.  
 Gənclər  birliklərinin,  ictimai  təĢkilatların,  geniĢ  əhali  kütlələrinin,  öz  uĢaqlarının  və 
nəvələrinin  gələcəyinə  laqeyd  olmayan  insanların  səylərinin  birləĢdirilməsi  cəmiyyətin 
gənclərin  hüquqlarına  əməl  edilməsinə  nəzarət  etməsinə,  cəmiyyətin  iqtisadi,  sosial, 
elmi-texniki  və  mənəvi  problemlərinin  reallaĢdırılmasında  gənclərin  mütəĢəkkilliyinin 
və  yaradıcı  fəallığının  yüksəldilməsinə,  nəsillərin  varisliyinə,  qanunların  və  hüquq 
qaydalarının qorunmasına yardım edir.  
Bu  əlamətdar  gün  Ümumdünya  Demokratik  Gənclər  Federasiyasının  təĢəbbüsü  ilə 
keçirilməyə  baĢlanılıb.  TəĢkilatçıların  fikrincə,  bu  gün  dünya  ictimaiyyətinin  və 
siyasətçilərinin, gənclərin sosial yardım problemlərinə, gənclər siyasətinin yaradılması 
və  keçirilməsinə,  onların  təhsil  almalarına,  o  cümlədən  mədəniyyət  problemlərinin 
həllinə  xidmət  edir.  1955-ci  ildə  gənclərin  həmrəylik  gününün  hansı  günə  təyin 
olunması  ilə  bağlı  Asiya  və  Afrika  ölkələrinin  Bandunq  konfransında  yekun  iclas 
keçirilib.  Beləliklə,  Gənclərin  Beynəlxalq  Həmrəylik  Günü  ilk  dəfə  1957-ci  ildə 
müstəmləkəçilik əleyhinə mübarizədə, sülh Ģəraitində yanaĢı yaĢama uğrunda Gənclərin 
Beynəlxalq  Həmrəylik  Günü  kimi  qeyd  olunub.  Sözügedən  tarixdə  gənclər  üçün 
konfranslar,  konsertlər  və  bayram  tədbirləri  təĢkil  olunub.  Lakin  Sovet  Ġttifaqı 
dağıldıqdan  sonra  beynəlxalq  gün  öz  əsas  sponsorunu  itirdiyi  üçün  arabir  qeyd 
olunmağa baĢlanıb. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə