Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə42/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   38   39   40   41   42   43   44   45   ...   121

108 
 
 
6.İlk Olimpiya oyunlarının 120 illiyi (6 aprel 1896-cı il)  
 
  
 
 
 
 
Olimpiya oyunları —  beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 
ildən bir    keçirilən  ən böyük beynəlxalq idman  müsabiqəsidir. 
Qədim Yunanıstanda mövcud olmuĢ Olimpiya oyunlarının bərpa olunması təĢəbbüsünü 
XIX  əsrin  sonlarında  fransız  ictimai  xadimi  baron  Pyer  de  Kuberten  təklif  etmiĢdir. 
Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən 
etibarən  hər  4  ildən  bir  keçirilir.  Bura  dünya  müharibələrinin  baĢ  verdiyi  illər  daxil 
deyil. 1924-cü ildə QıĢ Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qıĢ oyunları eyni 
ildə keçirilirdi, lakin 1994-cü ildə QıĢ Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına 
nəzərən  iki  il  irəli  çəkildi.  Olimpiya  oyunları  dedikdə  yalnız  idman  yarıĢlarını,  idman 
həyatının  insanlara  bəxĢ  etdiyi  dəyərləri  dar  mənada  yox,  geniĢ,  fəlsəfi  anlayıĢ  kimi 
qəbul  etmək  lazımdır.  Olimpiya  oyunlarının  böyüklüyü  idmançıların  təkcə  yarıĢlarda 
göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir 
insan  kimi  formalaĢması  prosesinin  reallaĢdırılması,  onun  müqəddəs  ideyalara  xidmət 
etməsindən  irəli  gəlir.  Olimpiya  hərəkatı  sülh  və  əmin-amanlıqla  daim  yanaĢı 
durmuĢdur.  QədimYunanıstanda Olimpiya  oyunlarının  yaranmasından  söz  gedərkən 
oyunların  əsası,  bir  növ,  dinə  sitayiĢ,  ibadət  nəzəriyyəsinə  əsaslanırdı.  Qədim 
Yunanıstanda  stadion,  teatr  və  məbəd  müqəddəs  yer  sayılmıĢdır.  Burada  iki  Ģəhərdə 
Olimpiya  və  Delfidə  hər  4  ildən  bir  xoĢ  məramlı  oyunlar  keçirilirdi.  Bu  Ģəhərlərdə 
keçirilən  oyunlardan  əlavə,  Ģeir,  mahnı,  ədəbiyyat  və  incəsənət  üzrə  istedadlı  Ģəxslər 
bilik,  bacarıq  və  qabiliyyətlərini  nümayiĢ  etdirirdilər.  Olimpiya  oyunlarında  fiziki 
bacarıq  mənəviyyatla,  incəsənətlə  vəhdət  təĢkil  edirdi.  Olimpiya  antik  dövrdən 
baĢlayaraq  uzun,  eniĢli-yoxuĢlu  yol  keçmiĢ,  zəmanəmizə  gəlib  çatmıĢ  və  bu  yolda 
müxtəlif  maneələrlə  rastlaĢsa  da,  öz  əzəli  mahiyyətini  qoruyub  saxlamıĢdır.  Olimpiya 
oyunları  ümumbəĢəri  nüfuz  sahibi  olmaqla,  dünya  xalqlarının  dərin  məhəbbətini  də 
qazanmıĢdır.  Müasir  Olimpiya  oyunlarını  bərpa  edərkən  baron  Pyer  de  Kuberten 
olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli 
olmayan  digər  amillərdən  asılı  olmayaraq,  bütün  qitələrin  atletləri  arasında  vicdanlı, 
idman mübarizəsinin simvolu kimi qəbul etmiĢdir. 
 
 
 
 


109 
 
7. Ümumdünya Sağlamlıq günü 
 
Sağlam bədəndə sağlam ruh olar. 
1948-ci 
ildə 
birinci  Ümumdünya  Səhiyyə 
Assambleyası  Ümumdünya  Səhiyyə  TəĢkilatının 
yaranmasını  qeyd  etmək  üçün  Ümumdünya 
Sağlamlıq  Gününün  təsis  edilməsi  təĢəbbüsü  ilə 
çıxıĢ  etdi.  1950-ci  ildən  baĢlayaraq  Ümumdünya 
Sağlamlıq  Günü  hər  il  7  aprel  tarixində  qeyd 
edilir. Hər  il  Ümumdünya  Sağlamlıq  Gününün 
mövzusu  ÜST  üçün prioritet sayılan  bir problemi 
diqqət  mərkəzinə  gətirir.  Ümumdünya  Sağlamlıq 
Günü  diqqəti  səhiyyə  sahəsində  beynəlxalq  ictimaiyyətə  təsir  göstərən  baĢlıca 
problemlərə  yönəltmək  üçün  dünya  səviyyəsində  bir  imkandır.  Sağlamlıq  ÜST-ün 
Nizamnaməsində  yalnız  xəstəliklərin,  yaxud  fiziki  qüsurların  olmamağı  ilə  deyil,  tam 
fiziki,  psixi  və  sosial  sağlamlıq  vəziyyəti  kimi  müəyyən  olunur. ÜST  özünün 
Ümumdünya Səhiyyə Assambleyası vasitəsi ilə 193 üzv dövlət tərəfindən idarə olunur. 
Bu  Assambleya  ÜST-ə  üzv  dövlətlərin  nümayəndələrindən  ibarətdir.  Ümumdünya 
Assambleyasının  əsas  vəzifəsi  ÜST-ün  proqramı  və  növbəti  ikiillik  müddət  üzrə 
büdcəsinin  təsdiqi  və  siyasət  məsələləri  üzrə  qərarların  qəbul  edilməsidir.  Sağlam 
yaĢlanmaq  beynəlxalq  ictimai  səhiyyə  proqramının  gündəliyində  prioritet  məsələyə 
çevrilir.  Sağlam  yaĢlanma  həyatın  ilkin  mərhələlərindəki  sağlamlıqla  əlaqədardır  və 
sağlam  yaĢlanma  bir  çox  amillərdən  asılıdır.  Fərdin  bioloji  sisteminin  funksional 
imkanları ömrün ilk illərində formalaĢır, ilkin yetkinlik dövründə ən yüksək səviyyəyə 
çatır  və  bundan  sonra  təbii  olaraq  zəifləməyə  baĢlayır.  Bu  zəifləmə  həddi,  qismən  də 
olsa,  insanın  2012-ci  ildə  bu  günün  mövzusu  ―Sağlamlıq  ömrü  uzadır‖  devizi  altında 
yaĢlanma və sağlamlıq məsələlərinə həsr olunub. Burada baĢlıca diqqət ona yönəldilir 
ki,  sağlamlıq  yaĢlı  kiĢi  və  qadınların  bütün  həyatı  boyunca  dolğun  və  səmərəli  həyat 
sürməsinə  yardım  edir.  YaĢlanma  harada  yaĢamasından,  cavan  və  ya  qoca,  kiĢi  və  ya 
qadın,  zəngin  və  ya  kasıb  olmasından  asılı  olmayaraq,  hər  bir  insanı  düĢündürür. 
Ġqtisadiyyatın  qloballaĢdığı,  texnologiyanın  sürətlə  inkiĢaf  etdiyi,  urbanizasiyanın 
artdığı, ailə modellərinin dəyiĢdiyi XXI əsrdə ən böyük sosial dəyiĢikliklərdən biri də 
əhalinin  yaĢlanması  məsələsidir.  Tezliklə  dünyada  həm  yaĢlı  insanların  ümumi  sayı  
bütün həyatı boyu davranıĢları və məruz qaldığı təsirlərlə müəyyən edilir. Buraya onun 
qidalanması,  fiziki  aktivlik  səviyyəsi  və  sağlamlıqla  bağlı  risklərə  məruz  qalması, 
məsələn, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə və ya zəhərli maddələrin təsirinə 
məruz qalmaq halları da daxildir. 
 
 
 
 
 
 


110 
 
7.―Molla Nəsrəddin‖ jurnalının nəşrinin 110 illiyi (07.04.1906) 
Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal  
 
Ġlk sayı 1906-cı il aprelin 7-də Tiflisdə iĢıq üzü görüb.‖Molla 
Nəsrəddin‖in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə 
çapdan 
çıxıb. 1906-1918-ci 
illərdə 
Tiflisdə, 1921-ci 
ildə Təbrizdə, 1922-1931-ci 
illərdə Bakıda nəĢr 
edilib. 
Redaktoru  və  müəllifi Cəlil  Məmmədquluzadə olub.  25  il 
ərzində  748  nömrəsi    çıxıb.  ‖Molla  Nəsrəddin‖  Azərbaycan 
xalqının  mütərəqqi  qüvvələrini,  demokratik  düĢüncəli 
insanlarını  öz  ətrafında  toplaya  bilib.  ―Molla  Nəsrəddin‖ 
jurnalının  həyat  səhnəsinə  qədəm  qoyması  və  onun  baĢında 
C.Məmmədquluzadə  kimi  açıq  fikirli  bir  ziyalının  durması 
azadlıq dostlarını ürəkdən sevindirmiĢdi. Jurnalda Ömər Faiq 
Nemanzadə,   Mirzə  Ələkbər  Sabir,   Əbdürrəhim  bəy 
Haqverdiyev, Əli  Nəzmi, Əliqulu  Qəmküsar,  Məmməd  Səid 
Ordubadi və  baĢqa  Ģair,  yazıçı  və  jurnalistlər,  o  cümlədən,  Oskar  ġmerlinq, 
Ġ.Rotter, Əzim  Əzimzadə kimi  rəssamlar  fəaliyyət  göstərirdilər.  Molla  Nəsrəddin 
jurnalının ilk sayının üz səhifəsində verilən Ģəkildə yuxuya getmiĢ bir dəstə müsəlman 
təsvir  olunur.  ġərqin  müdrik  ağsaqqallarından  hesab  olunan  Molla  Nəsrəddin  onları 
oyatmağa  çalıĢır.  ―Molla  Nəsrəddin‖i  dövrün  ən  müasir  inqilabi  məsələləri  ilə  yanaĢı 
Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düĢündürürdü. 
Bu dərdlər içərisində dini-fanatizm daha dəhĢətli idi.  
―Molla  Nəsrəddin‖in  tarixi  mübarizəsinin  böyüklüyü  onda  idi  ki,  onun  XX  əsr 
Azərbaycan  həyatının  eybəcərliklərinə  qarĢı  çevrilmiĢ  bu  amansız  qəzəb  və  nifrətinin 
arxasında  vətənə  və  xalqa  böyük  məhəbbət  dolu  bir  ürək  dayanmıĢdı. 
Jurnal Ġran, Türkiyə, Misir, Hindistan, MərakeĢ kimi  ölkələrə  də  yayılaraq  oradakı 
xalqların  sosial-mədəni  tərəqqisinə  müsbət  təsir  gostərmiĢdir.  Jurnal  çar  Rusiyasının 
bütün müsəlman bölgələrində, Yaxın və Orta ġərq ölkələrində yayılıb, islam dünyasında 
demokratik  mətbuatın  inkiĢafına  təsir  göstərib.  ―Molla  Nəsrəddin‖  jurnalının  təsiri 
altında  Azərbaycanda  ―Bəhlul‖  (1907),  ―Zənbur‖  (1909-1910),  ―Mirat‖  (1910),  ―An‖ 
(1910-1911),  ―Kəlniyyət‖  (1912-  1913),  ―Lək-lək‖  (1914),  ―Tuti‖  (1914-1917), 
―Məzəli‖ (1914-1915), ―Babayi-Əmir‖ (1915-1916), ―Tartan-Partan‖ (1918), ―ġeypur‖ 
(1918-1919),  ―Zənbur‖  (1919),  ―MəĢəl‖  (1919-1920)  kimi  Azərbaycan  dilində  nəĢr 
olunan satirik jurnallarla yanaĢı, bu dövr Bakıda rus dilində ―Cigit‖ (1907-1918), ―Vay-
vay‖  (1908),  ―Bakinskoe  qore‖  (1908-1909),  ―Biç‖  (1909-1915),  ―Adskaya  poçta‖ 
(1909-1910),  ―Bakinskiye  strelı‖  (1910),  ―Baraban‖  (1912-1913)  kimi  satirik  jurnallar 
da dərc olunurdu. 
  
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə