Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə40/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   36   37   38   39   40   41   42   43   ...   121

101 
 
 
 
18.Nəsrəddinov Rafiq Hüseyn oğlunun 55 illiyi (18.03.1961-06.09.1992) 
 
“Vətənçin yaşayan, Vətənçin ölən 
Səmimi bir insan nə bəxtiyardır” 
                                                        
Mikayıl Müşfiq 
 
 
Rafiq Nəsrəddinov — Azərbaycanın Milli 
Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
 
 
 
 
 
18 mart 1961-ci il Bakı Ģəhərində dənizçi ailəsində dünyaya gəlmiĢdir. 1968-1978-ci 
illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almıĢdır. 1979-cu ildə hərbi 
xidmətə çağırılmıĢdır. 1981-ci ildə tank qoĢunlarında xidmətini baĢa vurur və Bakı 
Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci 
ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır. Təcrübəli 
döyüĢçü olması cəbhədə onun iĢini nisbətən asanlaĢdırırdı. Erməni quldurlarını dəfələrlə 
ağır itkilərə məruz qoymuĢdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank 
bölüyünün rəisi vəzifəsinə təyin edilir.  
Rafiqin son döyüĢü  Ağdərənin  Qızılqaya  kəndində oldu.  6 sentyabr  1992-ci il baĢ 
vermiĢ bu döyüĢdə son nəfəsəcən vuruĢan Rafiq qəhrəmancasına həlak oldu. Ailəli idi, 
iki övladı qalıb. Bakı Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 39 saylı orta 
məktəb qəhrəmanımızın adını daĢıyır, burada büstü qoyulub. YaĢadığı binanın önünə 
xatirə lövhəsi vurulub. 
Azərbaycan  Respublikası  prezidentinin 16  sentyabr 1994-cü  il  tarixli  203  saylı 
fərmanı  ilə  baş  leytenant  Nəsrəddinov  Rafiq  Hüseyn  oğlu  ölümündən  sonra 
"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 
 
 
 
 
 


102 
 
22.Əsədov Əsəd Soltan oğlunun 60 illiyi (22.03.1956- 29.10.1991) 
 
“XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda 
mübarizə əsri kimi qalacaqdır.” 
                                                              Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
 
 
 
Əsəd Əsədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ 
müharibəsi şəhidi. 
 
 
 
22  mart 1956-ci  ildə Zəngilan  rayonunun Turabad kəndində  doğulmuĢdur. 1975-ci 
ildə Mincivan qəsəbə  orta  məktəbini  bitirdikdən  sonra  Sovet  Ordusu  sıralarına 
çağırılmıĢdır.  Hərbi  xidmətini  baĢa  vurduqdan  sonra  Saratov  vilayətinin  Krasnokutsk 
Ģəhərindəki  Təyyarəçilik  Məktəbinin  mülki  aviasiya  Ģöbəsinə  daxil  olmuĢdur.  29 
oktyabr 1991-ci  il  AN-2  təyyarəsinin  komandiri  Əsəd  Əsədov  7  nəfər  uçuĢ  və  texniki 
heyətlə  Yevlax  aeroportundan  səmaya  qalxdı. Xocalı aeroportunda  ermənilərdən  ibarət 
iĢçi qrupunu aeroportun texniki istismarından uzaqlaĢdiran AZAL-ın əməkdaĢları Ģərəfli 
missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düĢmən tərəfindən ALAZAN raketi ilə 
vuruldu. Cəsur komandir bu uçuĢ zamanı heyət üzvləri ilə birlikdə həlak oldu. Ailəli idi. 
Dörd  övladı  yadigar  qalıb.  Zəngilan  rayonunda dəfn  edilmiĢdir.  Zəngilan 
rayonu Turabad kənd  orta  məktəbi  və Mincivan qəsəbəsindəki  mərkəzi  küçələrdən  biri 
onun adını daĢıyır. 
Azərbaycan  Respublikası  prezidentinin 25  noyabr 1992-ci  il  tarixli  337  saylı 
fərmanı  ilə  Əsədov  Əsəd  Soltan  oğlu  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür.
  
 
 
Təki vətənimiz düşməsin dara 
Baxmayıb soyuğa, borana, qara 
Cavab vermək üçün o azğınlara 
Hər bir çətinliyə dözdü Şəhidlər. 
                                                                                                                      Dursun Musayev 
 
 
 
 


103 
 
Aprel 
Əlamətdar və tarixi günlər 
Beynəlxalq UĢaq kitabı günü (02.04.1967) 
Hans Xristian Andersen mükafatının yaranmasının 60 illiyi (1956) 
Ümumdünya Ġnternet günü (04.04.1998) 
Beynəlxalq Cizgi Filmləri Günü. 06.04.2002  
Ġlk Olimpiya oyunlarının 120 illiyi 06.04.1896  
Ümumdünya Sağlamlıq günü 07.04.1950 
―Molla Nəsrəddin‖ jurnalının nəĢrinin 110 illiyi 07.04.1906 
Beynəlxalq Aviasiya və Kosmanavtika günü 12.04.1961 
Ümumdünya Mədəniyyət Günü 15.04.1935 
Tarixi abidələrin mühafizəsi günü (18.04.1983) 
Ümumdünya Yer günü (22.04.1970) 
Ümumdünya kitab və müəllif hüquqları günü (23.04.1997)  
Ümumdünya Ġngilis Dili günü (23.04.)  
Gənclərin Beynəlxalq Həmrəylik Günü (24.04.1957) 
Ümumdünya qardaĢlaĢmıĢ Ģəhərlər günü (27.04.1962) 
Beynəlxalq Solaxaylar Günü (28.04.1984)
  
Beynəlxalq Caz Günü (30.04.2011)  
Yubilyar yazıçı və şairlər 
ġair, tərcüməçi Ənvər Əlibəylinin 100 illiyi (01.04.1916-07.05.1968) 
Yazıçı Zöhrə Əsgərovanın 65 illiyi (02.04.1951)  
Yazıçı YaĢar Rzayevin 75 illiyi (07.04.1941) 
Yazıçı, tənqidçi, ədəbiyyatĢünas Allahverdi Eminovun 75 illiyi (10.04.1941) 
 Yazıçı Sultanməcid Qənizadənin 150  illiyi (24.04.1866-1942) 
Xarici ədəbiyyat 
Rus uĢaq yazıçısı Vitali Korjikovun 85 illiyi (07.04.1931-2007) 
Amerika uĢaq yazıçısı, nağılçı Frenk Baumun 160 illiyi (15.04.1856-1919). 
İncəsənət 
TeeatrĢünüs, yazıçı Ġnqilab Kərimovun 85 illiyi (04.04.1931) 
Xalq artisti Sidqi Ruhullanın 130 illiyi (09.04.1886-1959) 
Bəstəkar Qəmbər Hüseynlinin 100 illiyi (16.04.1916-1961) 
Ġlk azərbaycanlı qadın musiqiĢünas XurĢud Ağayevanın 110 illiyi  (20.04.1906-1953) 
Pianoçu, xalq artisti Tamilla Mahmudovanın 85 illiyi (21.04.1931) 
Xalq rəssamı Hüseyn Əliyevin 105 illiyi (21.04.1911-1991) 
Bəstəkar Ədilə Hüseynzadənin 105 illiyi (29.04.1916-2005) 
Bu tarixi unutmayaq 
3-6. Kəlbəcər rayonunun ermənilər tərəfindən iĢğalı günü (1993) 
Milli qəhrəmanlıq zirvəsi 
Edilov Yelmar ġahmar oğlunun70 illiyi (10.04.1946-11.04.1994) 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə