Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Ümumdünya Hemofiliya Günü (17.04. 1964)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə44/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   40   41   42   43   44   45   46   47   ...   121

114 
 
17.Ümumdünya Hemofiliya Günü (17.04. 1964) 
 
Hazırda dünyanın 102 ölkəsində 47 ildir ki, aprelin 17-si 
Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur. 
Təbabətdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, 
Fransada kral Lüdoviklər nəslində əsasən oğlan uĢaqları 
bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə qan 
çatıĢmazlığı dünyada bir problem kimi yaĢanan 
hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuĢdur. Ġrsi 
qan xəstəliyi olan hemofiliya dünyanın bir çox 
ölkələrində əsasən Asiya və Afrika qitəsində,  Aralıq 
dənizi hövzəsində daha çox yayılmıĢdır. Xəstəliyin əsas 
səbəbləri kimi mütəxəssislər yaxın qohumların nigahı, 
radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsirini göstərirlər. Ġndi dünyada 
400 min hemofiliyalı xəstə var. Azərbaycanda Səhiyyə Nazirliyinin qeydiyyatında minə 
qədər talassemiyalı və hemofiliyalı irsi qan xəstəsi var, əhalinin hər 12 nəfərindən biri 
talassemiyanın əlamətlərini özündə daĢıyır. Hər il talassemiya xəstəsi olan təqribən 200 
uĢaq dünyaya gəlir, bu kiçik bir ölkə üçün böyük göstəricidir. 2005-ci ildə Prezident 
Ġlham Əliyev tərəfindən ―Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuĢ 
Ģəxslərə dövlət qayğısı‖ haqqında fərman imzalanmıĢdır.  Bununla əlaqədar 2006-cı ilin 
yanvarında Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı ―Hemofiliyalı və 
talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı‖nı təsdiq etmiĢdir. Məqsəd 
ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların 
həyat tərzlərinin yaxĢılaĢdırılmasına və ömürlərinin uzadılmasına dəstək olmaqdır. 
Proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm 
hallarının azaldılması, bu fəsadların profilaktikasının təĢkili və belə xəstə uĢaqların 
doğulmasının qarĢısının alınması sisteminin yaradılması əsas yer almıĢdır. Nəzərdə 
tutulan digər tədbirlər hemofiliya və talassemiyalı xəstələrə göstərilən tibbi xidmət 
strukturunun təkmilləĢdirilməsi, bu xəstəliyə düçar olan Ģəxslərin qeydiyyatının 
aparılması, xəstələrin müalicəsi və profilaktikası üzrə tibb mütəxəssislərinin 
hazırlanması, onların ixtisaslarının artırılmasıdır. Dövlət proqramı çərçivəsində 
xəstələrin dərman preparatları ilə pulsuz təmin olunması nəzərdə tutulmuĢdur. H.Əliyev 
Fondu, fondun prezidenti, YUNESKO və ĠSESKOnun xoĢməramlı səfiri, millət vəkili 
Mehriban Əliyevanın talassemiyalı uĢaqlara diqqət və qayğısı isə həmin insanlar üçün 
böyük mənəvi dəstəyə çevrilmiĢdir. Fond 2005-ci ildən ―Talassemiyasız həyat naminə‖ 
layihəsi çərçivəsində bir sıra mühüm iĢlər görüb və görməkdədir. Talassemiyalı xəstələr 
üçün Fond tərəfindən paytaxtda 5 mərtəbəli Talassemiya Mərkəzi tikilmiĢdir.  
 
 
 
 
 
 


115 
 
18. Tarixi abidələrin mühafizəsi günü 
 

Biz öz milli mənəvi dəyərlərimizlə, dini 
dəyərlərimizlə, adət ənənələrimizlə fəxr etməliyik. 
Əgər hansısa dağ kəndində tarixi abidə varsa, 
ona sadəcə qədim tikili kimi yox, milli sərvət kimi 
yanaşmalıyıq.”
                                                                                                                                                                                      
                                          Ulu öndər Heydər Əliyev 
 
Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə 
Beynəlxalq  ġurasının  1983-cü  ildə  qəbul  edilmiĢ  qərarı  əsasında  qeyd  olunur. Məqsəd 
dünya  ictimaiyyətinin  diqqətini  maddi-mədəniyyət  abidələrinin  qorunmasına 
yönəltməkdir.  Tarixi  abidələr  -  məqbərələr,  saraylar,  məbədlər,  məscidlər, 
qəbiristanlıqlar,  körpülər,  ovdanlar,  günbəzlər,  minarələr  və  s.  tarixi  keçmiĢimizin 
maddi  yadigarlarıdır.  Onlar  zamanın  sərt  sınaqlarına  sinə  gərərək  bu  günümüzə  gəlib 
çatmıĢlar.  Hər  bir  ölkənin  tarixinin  qədimliyi  onun  maddi-mədəniyyət  yadigarlarının 
çoxluğu  və  qədimliyi  ilə  ölçülür.  Bu  sahədə  ölkəmizin  bəxti  gətirmiĢdir.  Qobustan, 
Gəmiqaya, Ġstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, CavanĢir, Gülüstan, Əlincə, 
Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu 
Xudabəndə  məqbərələrimiz,  Göy  məscid,  ġah  Abbas  məscidi,  Gövhərağa  məscidi, 
Cümə  məscidi,  Təzəpir  məscidi  kimi  dini  ibadətgahlarımız,  HəĢt  behiĢt,  ġirvanĢahlar, 
Ġrəvan  sərdar  sarayı,  ġəki  xan  sarayı  kimi  nadir  memarlıq  abidələrimiz  bu 
qəbildəndirlər. Hazırda iĢğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz 
-  Azıx  və  Tağlar  mağaraları  dünyanın  ən  qədim  insan  yaĢayan  məskənlərindəndir. 
YUNESKO-nun  siyahısına  düĢmüĢ  bu  mağaralardan  tapılmıĢ  maddi  mədəniyyət 
nümunələri  hələ  1981-ci  ildə  Parisin  Ġnsan  muzeyində  ―Avropanın  ilk  sakinləri‖  adlı 
sərgidə nümayiĢ etdirilmiĢdi. Bir çox ölkələrdə tarixi abidələrin qorunması iĢi çox ciddi 
təĢkil  olunmuĢdur.  Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  tarixi  memarlıq 
abidələrinə  dövlət  səviyyəsində  laqeyd  münasibət  olmuĢdur.  Bir  çox  nadir  memarlıq 
abidələri  baxımsızlıq  və  tamah  üzündən  sökülüb-dağıdılmıĢ,  xeyli  memarlıq  abidələri, 
maddi-mədəniyyət 
nümunələri 
isə 
erməni 
saxtakarlığına 
məruz 
qalaraq 
özgəninkiləĢdirilmiĢdir.  Beynəlxalq  ĠnkiĢaf  Assosiasiyası  ilə  Azərbaycan  hökuməti 
arasında imzalanmıĢ ―Mədəni irsin qorunmasına yardım haqqında‖ saziĢə uyğun olaraq, 
Bakıda  ġirvanĢahlar  saray-kompleksində,  Naxçıvanda  Möminə  Xatın  və  Qarabağlar 
türbələrində, ġəki xanlarının sarayında bərpa və yenidənqurma iĢləri aparılmıĢdır. 2002-
ci  ildə  Respublikamız  Abidələrin  Bərpası  və  Tədqiqi  Beynəlxalq  mərkəzinə üzv  qəbul 
olunmuĢdur. Azərbaycan tarixində ilk dəfə olaraq ġirvanĢahlar saray-kompleksi və Qız 
qalası da daxil olmaqla ĠçəriĢəhər Dövlət Tarixi-memarlıq kompleksi YUNESKO-nun 
―Dünya mədəniyyəti irsi‖ siyahısına daxil edilmiĢdir.
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə