79
12.Yazıçı Əmir Mustafayevin anadan olmasının 80 illiyi (12.03.1936-2007)
Əmirin yaradıcılığında nəsrimiz üşün vacib ənənələri davam etdirməkmeyli
qüvvətlidir. Bu cəhət yazıçının “ Səndən ötrü ” romanında daha çox nəzərə çarpır.
Filologiya elmləri doktoru Azad Nəbiyev
Mustafayev Əmir Gülbala oğlu –nasir, 1974- cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Əmir Mustafayev 1936-cı il martın 12-də Azərbaycanın Qusar Ģəhərində
doğulmuĢdur.Burada 4 saylı Ģəhər orta məktəbini bitirib, BDU- nun filologiya
fakultəsində təhsil almıĢdır (1953-1958). Sonra ÜĠLKGĠ MK nəzdində olan Moskva
Mərkəzi Komsomol Məktəbində, Bakı Ali Partiya Məktəbində təhsilini davam
etdirmiĢdir. ―O gəldi‖ adlı ilk hekayəsi 1954- cü ildə ―Azərbaycan gəncləri‖ qəzetində
çap olunmuĢdur. Bu vaxtdan dövri mətbuatda müntəzəm çıxıĢ etmiĢdir. ―Azərbaycan
pioneri‖ qəzeti redaksiyasında ədəbi iĢçi, Ģöbə müdiri (1957-1969), ―Ədəbiyyat və
incəsənət‖ qəzeti redaksiyasında məsul katib (1971-1976), ―Azərbaycan‖ jurnalı
redaksiyasında məsul katib (1976-1979) vəzifələrində iĢləmiĢdir. Bir il C. Cabbarlı
adına ―Azərbaycanfilm‖ kinostudiyasında ssenarist olmuĢ, yenidən ―Ədəbiyyat və
incəsənət‖ qəzeti redaksiyasında çalıĢmıĢdır. Sonra AzərnəĢrdə bədii ədəbiyyat
Ģöbəsində müdir (1985-1989), ―Karvan‖ kitablar seriyası redaksiyasında məsul katib
(1989-1990), ―Respublika‖ qəzeti redaksiyasında baĢ redaktorun müavini (1990-1991),
―Həyat‖ qəzetində mədəniyyət Ģöbəsinin müdiri olmuĢdur (1991-1993). ―Azərbaycan‖
qəzetinin baĢ redaktoru iĢləmiĢdir (1993-2002). Onun bu fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilmiĢdir. Əmir Mustafayev ölkəmizdə "Tərəqqi" medalına
və Prezident təqaüdünə layiq görülmüĢ ilk ziyalılardandır.
Əsərləri: ―Zolaqlı çemodan‖ (1967), ―Qızıl ulduzlar‖ (1968), ―Qırovçayın payız
nəğməsi‖ (1972), ―Dağlarcanın ağ qovaqları‖ (1976), ―Ġsti külək‖ (1978), ―Qayğı yükü‖
(1979), ―Qara zolaq‖ (1981), ―Sevirsə qayıdacaq‖ (1983), ―Səndən ötrü‖ (1985), ―Gecə
zəngi‖ (1987), ―Qurd ürəyi‖ (1989), ―Ürəkdən asılan yük‖ (1990), ‖SeçilmiĢ əsərləri‖
(1991), ―Sonuncu Ģeytan‖ (1994) və s.
80
14.Yazıçı, dramaturq Nahid Hacızadənin anadan olmasının 80 illiyi (14. 03.1936)
“Nahid Hacızadə sözünün kölgəsi olan yazıçıdır.”
Jurnalist Flora Xəlilzadə
“Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən
zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır,
zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir... Nahid müəllim
“zamanın övladı” olmaqdan üstün çıxdı”. Bəlkə elə bu məziyyətinə görə də Nahid
Hacızadə Azərbaycan ədəbiyyatının solmayan səhifələrini yazanlardan biridir. “Ölən
əsərlər” müəllifi olmamaq, həqiqətən, qələm sahibi üçün bir şərafətdir.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev
Nahid Hacızadə - Ssenari müəllifi, Kino
redaktoru, Respublika Xatirə Kitabı redaksiyasının baş
redaktoru, Əməkdar mədəniyyət işçisi.
Nahid
Rəhim
oğlu Hacıyev 1936-cı il martın 14-
də Gədəbəyin Düzrəsullu kəndində
anadan
olub.
Bakıda
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil
alıb. Sonralar bir müddət nəĢriyyatda çalıĢsa da, hazırda
Respublika Xatirə Kitabı Redaksiyasının baĢ redaktorudur.Yazıçı ömrünü ləyaqətlə
yaĢamağı bacaran Nahid Hacızadə həm də görkəmli dramaturqdur. Onun "Ömrün
sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaĢadır", "Köçündən ayrılan durna"
pyesləri ġəki, Ġrəvan və Bakı teatrlarında tamaĢaya qoyulub. "Qisas qiyamətə qalmaz"
pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu
tamaĢalardan biri olub. Nahid Hacızadənin əsərindəki kökə bağlılıq, vətənə məhəbbət və
bu duyğuların səhnədə uğurlu həlli idi. Nahid Hacızadənin ssenariləri əsasında həm də
30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun,
Vətən!", "Qayalarda qalan səs" və "YaĢa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib.
Maraqlıdır ki, Nahid Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun
Ģeirlərinə çoxlu sayda mahnılar bəstələnib. Çox fərəhli bir haldır ki, Nahid Hacızadə
bütün yaradıcılığı boyu doğma dilimizin keĢiyində əsl əsgər kimi dayanıb. Bu səbəbdən
də yazdıqları maraqla qarĢılanıb. Hər Ģeydən öncə, Nahid Hacızadə nasirdir. O,
ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib. Ġlk
kitabı da 1972-ci ildə "Gənclik" nəĢriyyatında çap edilib. "Bir ana tanıyırdım" adlanan
bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarĢılandı və qədəmləri yüngül oldu.
Əsərləri: ―Bir ana tanıyırdım‖ (1972), ―Dağlar yuxuma girir‖ (1975), ―Bir
ürəyin
çağırıĢı‖ (1978), ―Ömür gözləyir bizi‖ (1983), ―Məhəbbət ölüncə var‖ (1983),
―Köçündən ayrılan durna‖ (1989), ―Qərib axĢamlar‖ (1992), ―Cəmil Əhmədli ilə üç
görüĢ, ―Diplomat‖ (2000) və s.
Filmoqrafiya: Sevilin bacıları (film, 1971), Muğan qızı (film, 1972), ġamama (film,
1973), Uzunömürlü ağaclar (film, 1974), Tələbə avtoqrafları (film, 1976), Bəxtiyar
Vahabzadə (film, 1987), Qayalarda qalan səs (film, 1995), Yurd yeri (film, 1994),
Ġstiqlal Ģairi (film, 1996) və s.