Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Mahmud  Kərimov  müxtəlif  illərdə  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının prezidenti olmuşlar. 
Mədəniyyət. Qədim  tarixə, zəngin  mədəniyyətə, çoxəsrlik 
dövlətçilik  ənənələrinə  malik  olan  Naxçıvan  diyarı  çətin, 
mürəkkəb  və  eyni  zamanda  şərəfli  inkişaf  və  tərəqqi  yolu 
keçmişdir. Naxçıvan torpağı həmişə özünün zəngin  mədəniyyəti, 
ədəbiyyatı,  incəsənəti  və  xalq  yaradıcılığı  ilə  tariximizdə 
əhəmiyyətli  rol  oynamışdır.  Bütün  Azərbaycanda  olduğu  kimi 
1920-1924-cü illər Naxçıvan Muxtar Respublikasında da çətin və 
mürəkkəb  illər  idi.  Bu  dövrdə  Naxçıvanda  geniş  mədəniyyət 
şəbəkəsi  olmadığından  xalqın  maariflənməsində,  ziyalıların 
təşkilatlanmasında  Naxçıvan  teatrı  mühüm  rol  oynayırdı. 
Naxçıvan  MSSR  Xalq  Maarif  Komissarlığı  tərəfindən  Naxçıvan 
Teatrının  qanun  layihəsi  Naxçıvan  Xalq  Komissarları  Sovetinin 
1922-ci  il  21  yanvar  tarixli  qərarı  ilə  təsdiq  edilmişdir.  Həmin 
dövrdə tanınmış rəssam  Bəhruz  Kəngərli 1921-ci  il 1  iyul tarixli 
68  nömrəli  əmrlə  Naxçıvan  Diyarı  Xalq  Təhsil  Komissarlığının 
İncəsənət Şöbəsinin müdiri təyin olunmuşdur. Naxçıvanda təsviri 
incəsənətin  inkişafında  və  təbliğində  Bəhruz  Kəngərlinin 
müstəsna xidmətləri olmuşdur.  
 
Qədim  diyarda  mədəniyyətin,  folklorun,  mədəniyyət 
abidələrinin  tədqiq  edilməsi  məqsədilə  1925-ci  ilin  mart  ayında 
yaradılmış  və  1928-ci  ilədək  fəaliyyətini  davam  etdirmiş 
Naxçıvan Tədqiq və Tətəbbö (öyrənmə, araşdırma) Cəmiyyətinin 
əhəmiyyətli xidmətləri olmuşdur. 
 
Əhali  arasında  maarifçilik  ideyalarının,  mədəniyyətin 
yayılmasında  1883-cü  ildə  yaradılan  Naxçıvan  teatrı  mühüm  rol 
oynayırdı.  Teatr  geniş  ictimaiyyət  arasında  olur,  qadınlar  üçün 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
teatr tamaşaları  göstərirdi. Mədəniyyətin, maarifin əhali arasında 
yayılmasında  muxtar  respublikaya  gələn  tanınmış  Azərbaycan 
ziyalıları, aktyorları, bəstəkarları, yazıçı və şairləri də fəal iştirak 
edirdilər. 1923-cü  il  28  iyulda Naxçıvan  MİK-in qərarı  ilə teatra 
Dövlət  Dram  Teatrı  adı  verilmişdir.  Naxçıvan  Dövlət  Dram 
Teatrında musiqili tamaşaların səhnəyə qoyulması həm də musiqi 
mədəniyyətinin  inkişafı  üçün  şərait  yaradırdı.  Bu  dövrdə 
Naxçıvan teatrının nəzdində musiqi qrupu da fəaliyyət göstərirdi. 
 
Naxçıvanda  yaradılan  Ernest  Telman  adına  Qadınlar 
Klubunda  bədii  özfəaliyyət  dram  dərnəyi  təşkil  olunur,  musiqi, 
ədəbiyyat,  sənət  məsələlərindən  söhbət  açılırdı.  1927-ci  ildə 
Naxçıvana  gələn  Rza  Təhmasib,  Sidqi  Ruhulla,  Abbas  Mirzə 
Şərifzadə  və  başqa  sənətkarlar  Naxçıvanda  mədəniyyətə,  teatra, 
kinoya və musiqiyə marağı daha da artırmışdılar. 
 
Teatrla  bərabər  Naxçıvanda  musiqi  mədəniyyətinin  də 
inkişafı  öz  bəhrəsini  verirdi.  Teatrda  çalışan  xanəndə,  müğənni 
və  instrumental  ifaçılar  açıq  konsertlər  verirdilər.  Bu  illərdə 
Naxçıvanda  ilk  nəfəs  alətləri  orkestrinin  konsertləri  də  təşkil 
olunurdu.  Şəhərdə  fəaliyyət  göstərən  Qadınlar  Klubunda  musiqi 
mədəniyyətinin  təbliği  və  öyrənilməsi  üçün  də  işlər  həyata 
keçirilirdi. 
 
Musiqi  mədəniyyətinin  inkişafında  Naxçıvanda  yaşamış 
Zülfüqar  Hacıbəyovun,  sonralar  isə  onun  qardaşı  Üzeyir  Hacı-
bəyovun  xidmətləri  çox  olmuşdur.  Üzeyir  Hacıbəyov  1937-ci 
ildə  Naxçıvandan  SSRİ  Ali  Sovetinin  Millətlər  Sovetinə  deputat 
seçilmişdi.  1937-ci  ildə  Üzeyir  Hacıbəyovun  təşəbbüsü  ilə 
Naxçıvanda  ilk  musiqi  məktəbi  açıldı,  dahi  bəstəkar  məktəbə 
“Berlin”  markalı  piano  və  not  kitabları  hədiyyə  etmişdi.  Naxçı-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
van  Mərkəzi  İcraiyyə  Komitəsinin  1937-ci  il  23  avqust  tarixli 
qərarı ilə yaradılan uşaq musiqi məktəbində həm də diyarın başqa 
rayonlarından cəlb olunmuş şagirdlər təhsil alırdılar.  
1942-ci  ildə  görkəmli  bəstəkar  Tofiq  Quliyevin  Naxçı-
vanda  çalışması,  başqa  böyük  musiqiçi  və  bəstəkarların  Naxçı-
vanla  yaradıcılıq  əlaqələri  musiqi  mədəniyyətimizin  inkişafında 
böyük rol oynamışdır. 
 
Naxçıvanda  incəsənətin  başqa  sahələrinə  də  maraq  bu 
dövrdə  hiss  olunurdu.  1940-1941-ci  illərdə  tanınmış  rəssam 
Şamil 
Qazıyevin 
direktor 
olduğu 
Naxçıvan 
Rəssamlıq 
Məktəbində  rəssamlığın  sirləri  gənclərə  öyrədilirdi.  Rəssam 
Şamil  Qazıyev  teatr  rəssamlığı  ilə  bərabər  qədim  yurdun  təbiəti, 
tarixi,  məişəti  və  abidələri  ilə  bağlı  gözəl  tablolar  yaratmışdır. 
Naxçıvanlı  rəssamlar  Adil  Qazıyev,  Şamil  Qazıyev,  Məmməd 
Qasımov  və  başqalarının  bu  sahədəki  xidmətləri  gələcək  təsviri 
incəsənətimizin inkişafında dəyərli rol oynamışdır.  
1971-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin  təşəbbüsü  ilə  qədim  diyarımızda  Rəssamlar  Birliyi 
yaradılmışdır.  Təşkilatın  təsis  yığıncağında  SSRİ  Rəssamlar 
İttifaqının  üzvü  olan  muxtar  respublikanın  Əməkdar 
incəsənət  xadimi,  tanınmış  teatr  rəssamı  Məmməd  Qasımov 
Rəssamlar  Birliyinin  sədri  seçilmişdir.  Sonrakı  illərdə 
Azərbaycan  Rəssamlar  İttifaqı  Naxçıvan  Təşkilatının  sədri 
vəzifələrində  muxtar  respublikanın  tanınmış  rəssamları 
Şəmil  Mustafayev,  Abuzər  Qardaşbəyov,  Mircəlil  Seyidov, 
Babək  Abazərli,  Hüseynqulu  Əliyev  fəaliyyət  göstərmişlər. 
Sovet  dövründə  də  Naxçıvan  rəssamlarının  əsərləri  bir  sıra 
mötəbər  sərgilərdə  nümayiş  etdirilmişdir.  Rəssamlarımız 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə