Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə76/77
tarix31.08.2018
ölçüsü1,41 Mb.
#65546
1   ...   69   70   71   72   73   74   75   76   77

XII
 FƏSIL
 
SİYASt HÜQUQLAR 
§ 1. Siyasi hüquqların prinsiphri anlayışı, manbabri, bu sahada 
qabul edilan qararlann növlari 
Bütün  ölkələrdə  oldüğu  kimi,  Fransada  da  dövlət  qulluqçuları 
vətəndaşlan  olmalıdır.  Ona  görə  də  onlar  vətəndaşların  malik  olduqları 
bütün  hüquqlara  malikdirlər,  bəzi  hallarda  siyasi  və  məhdudlaşdırılmış 
hüquqlara da malik olurlar. 
Siyasi  hüququn  əsas  prinsipləri  olan  azadlıq  prinsipi  Fransa 
hüququ  üçün  spesifıkdir.  Onlar  bu  prinsipə  görə  bir  çox  dövlətlərin 
qulluqçularından fərqlənirlər, ona görə ki, daha geniş siyasi azadlıqlara 
malikdirlər. 
Fransada siyasi hüquqlar məhkəmə praktikasına əsaslanır, siyasi 
motivlərə  görə  hər  hansı  ayrı-seçkilik  qanunla  qadağan  edilibdir.  1 
oktyabr,  1954-cü  il  tarixdə  Dövlət  Şurası  qərar  qəbul  etmişdir.  Həmin 
qərarda  söhbət  əsasən.  Akademiyanın  inspektorundan,  yuxarı  Marna 
departamentinin  çox  yüksək  rütbəli  qulluqçusundan  gedirdi.  O,  eyni 
zamanda  kommunist  bələdiyyə  müşaviri  idi.  Onu  testdən 
kənarlaşdırmışdılar.  Buna  əsas  səbəb  o  olmuşdur  ki,  o,  partiya 
nümayəndəsi  olmaqla  yanaşı,  həm  akademiyada  inspektor  və  həm  də 
bələdiyyə müşaviri vəzifələrində çalışırdı. 
8  iyun,  1962-ci  il  tarixli  qərarına  dəyişikliklər  edilməsi  ilə 
əlaqədar olaraq Dövlət Şurası Friştanın işinə baxarkən müəyyən etdi ki, o. 
Kommunist  Partiyasının  rəhbərlərindən  biridir.  Həmin  dövrdə  eyni 
vaxtda  o,  mətbuat,  telefon  və  telefon  işçiləri  federasiyasına  rəhbərlik 
etmiş və bu müddət ərzində Port işçiləri həmkarlar ittifaqı ilə müqavilə 
bağlamışdır. Müqavilə hökumətin siyasətinin əleyhinə olduğuna görə o, 
tənqid edilmişdir. 
Baxışlar  və  əqidələr  azadlığının  məzmununu  vicdan  azadlığı 
təşkil  edir,  yəni  qulluqçunun  istədiyi  baxışların  əsasını  ona  verilən 
konstitusion azadlıq təşkil edir. 
İkincisi isə sərbəst olaraq siyasi partiya üzvlüyünə daxil olmaq və 
həmin partiyada rəhbər vəzifələrin birini tutmaq onun hüquqi azadlığıdır 
(nəzərinizə  çatdırım  ki,  anqlosakson  ölkələrdə  qulluqçular  siyasi 
partiyalarda rəhbər vəzifələr tutmaq hüququna malik deyildirlər). 
219 


üçüncüsü - hər hansı bir təşkilatın seçkilərdə öz namizədlərini irəli 
sürmək azadlığı var və bu olduqca sistemli surətdə həyata keçirilmişdir. 
Bu zaman qulluqçu öz vəzifəsini seçki gününədək özündə saxlaya bilər, 
əgər o, seçkidə hətta qalib gələ bilməsə də, öz vəzifəsini itirmir, əksinə, 
parlamentdə  fəaliyyət  göstərmək  üçün  ona  mandat  verilə  bilər.  Əksinə 
olaraq,  İngiltərədə  qulluqçu  seçkilərdə  namizəd  kimi  çıxış  etməzdən 
əvvəl istefaya getməlidir, bu zaman o deputat seçilməsə, onda vəzifəsini 
itirməklə üzləşir. 
Qulluqçu ona tapşırılmış ümumi xidmət sahəsinin işini təmin edir 
və  hamı  ilə  birlikdə  eyni  vəziyyətdə  olmaqla,  ayrı-seçkiliyə  yol 
verməmək şərti ilə öz fəaliyyətini həyata keçirir. 
Məsələn, müəllim öz şagirdlərinə onların siyasi baxışlarından və 
dini əqidələrindən asılı olmayaraq, yaxud da hər hansı başqa meyarları 
nəzərə almaqla qeyri-obyektiv qiymət verə bilməz. 
Fransada dövlət qulluqçuları obyektiv olmaqla öz vəzifələrini icra 
edirlər. 
Məhkəmə  praktikası  sayəsində  və  müəyyən  dərəcədə  hüquqi 
aktların  köməyi  ilə  qarşıya  çıxan  problemləri  tənzimləmək  mümkün 
olmuşdur.  Məhkəmə  praktikası  50-ci  illərdə  kommunist  qulluqçuların, 
yaxud  kommunist  partiyasına  mənsubluğu  güman  edilən  qulluqçuların 
müdafiəsi ilə əlaqədar olaraq xüsusilə müvəffəqiyyətlə inkişaf etmişdi. 
Azadlıq prinsipi.
 Bu prinsip Fransa hüququ üçün spesifikdir. Fransız 
qulluqçusu  dünyanın  ən  azad  qulluqçularından  biridir.  O,  xarici  və  o 
cümlədən  Almaniya  həmkarlarına  nisbətən  daha  geniş  siyasi  azadlığa 
malikdir.  Siyasi  hüquqların  əsasını  nonnativ  aktlar  təşkil  edir.  Belə 
aktlardan  biri  insan  və  vətəndaş  hüquqlarının  Bəyannaməsi  olmuşdur. 
Bəyannaməyə 
uyğun 
olaraq 
bütün 
vətəndaşların 
onların 
məziyyətlərindən  və  qabiliyyətlərindən  irəli  gələn  məhdudiyyətlərdən 
başqa, hər hansı məhdudiyyət olmadan ictimai vəzifələrə keçmək üçün 
yolu açıqdır; bu, o deməkdir ki, siyasi baxışlara əsaslanan ayrı- seçkilik 
xətti  yeridilmir.  Konstitusiyanın  preambulasmda  yazıldığı  kimi,  nəinki 
qulluqçular,  hətta  muzdlu  əməklə  məşğul  olan  bütün  şəxslərə,  bütün 
zəhmətkeşlərə münasibətdə bu prinsip tətbiq edilir. 
Bu  prinsip  dövlət  qulluqçularının  ümumi  statusunda  və  onun 
əsasında qəbul edilmiş bütün statuslarda əks etdirilmişdir. O, 1946-cı il 
qanununun  16-cı  maddəsində,  habelə  1959-cu  il  ordonansmın  13-cü 
maddəsində  öz  əksini  tapmışdır.  Həmin  hüquqi  aktlarda  qulluqçuların 
əqidə  və  baxışları  azadlığı  qəbul  olunmuş,  göstərilmişdir  ki,  onların 
dosyelərində siyasi və fəlsəfi baxışlarını və dini əqidələrini yada sa 
220 


lan heç nə yoxdur. İşdə buna necə əməl edilməsi artıq başqa məsələdir. 
Lakin  qulluqçu  sübut  etsə  ki,  onun  dosyesində  siyasi  əqidələri  barədə 
qeydlər vardır, onda o, həmin qeydin istisna edilməsində təkid edə bilər və 
zəruri halda ona cərimə ödənilməsini tələb etmək hüququna malikdir. 
Həmin  norma  13  iyul,  1983-cü  il  tarixli  qanunun  18-ci 
maddəsində  də  təkrar  edilmişdir.  Qanunun,  bundan  başqa,  6-cı 
maddəsində  də  qulluqçulara  əqidə  azadlığı  təminatı  verən  prinsip 
bilavasitə təsbit edilmişdir. 
Məhkəmə  praktikası  siyasi  motivlərə  əsaslanan  hər  hansı  ayrı- 
seçkiliyi qadağan edən prinsipi dəfələrlə müəyyənləşdirmişdir. 
Dövlət  Şurasının  Barelin  işinə  dair  28  may,  1954-cü  il  tarixli 
qərarı ümumi xidmətə daxilolma zamanı belə ayrı-seçkilik qoyulmasını 
qadağan etmiş, 1 oktyabr, 1954-cü il tarixdə isə Dövlət Şurası Qiyin işinə 
dair qərar qəbul etmişdi. Söhbət akademiya inspektorundan, yəni Yuxan 
Marna  departamentinin  çox  yüksək  rütbəli  qulluqçusundan  gedirdi.  O, 
eyni  zamanda,  kommunist-bələdiyyə  müşaviri  idi.  Onu  xidmətdən 
kənarlaşdırmış və belə hesab etmişdilər ki, eyni bir departamentdə həm 
müxalifət  partiyasının  nümayəndəsi  olmaq,  həm  akademiya  inspektoru, 
həm də bələdiyyə müşaviri olmaq qanunsuzdur. Dövlət Şurası bu qərarın 
siyasi  ayrı-seçkilik  əlaməti  olduğunu  müəyyənləşdirərək  onu  ləğv  etdi. 
Dövlət  Şurası  həmçinin,  məhkəmə  praktikasında  şəxsi  dosyedə  xüsusi 
qeydlərlə  əlaqədar  olaraq  hüquqi  aktlara,  o  cümlədən  Dövlət  Şurasının 
Frişmanın işinə dair 8 iyun, 1962-ci il tarixli qərarına bəzi dəyişikliklər 
etdi. Frişman YƏK-nin və. kommunist partiyasının rəhbərlərindən biri idi. 
Həmin  dövrdə  o,  mətbuat,  telefon  və  teleqraf  İşçiləri  Federasiyasına 
rəhbərlik edirdi və bu qisimdə Almaniya Poçt İşçiləri Həmkarlar İttifaqı 
ilə  müqavilə  imzalamışdı;  müqavilədə  hökumətin  siyasəti,  o  cümlədən 
Atlantika  sazişi  ilə  əlaqədar  siyasət  tənqid  olunurdu.  Bunun  əsasında 
Frişmana  qarşı sanksiya  tətbiq edilmişdi;  onun  Dövlət  Şurasına  verdiyi 
şikayətdə göstərdiyi dəlillərdən biri şəxsi dosyesində siyasi baxışlarının 
xatırladılması ilə əlaqədar idi. Dövlət Şurası şikayətə cavabında bildirdi 
ki,  bu  hallarda  həmin  fakt  qeyri-qanuni  olmamışdır,  çünki  onun  siyasi 
baxışları  geniş  şəkildə  məlumdur  və  deməli,  dosyesində  belə  qeydin 
olub-olmaması onun əqidəsini və baxışlarını, administrasiyanın ona qarşı 
münasibətini əsla dəyişə bilməzdi. 
Baxışlar və əqidələr azadlığının məzmunu - bu, birinci növbədə, 
vicdan  azadlığıdır,  yəni  qulluqçunun  qəlbən  istədiyi  baxışları  əsas 
götürmək hüququna malik olması azadlıqlandır. 
221 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə