27
iltihablaşma kimi təqdim edir. Hər şeydən əvvəl infiltrat yüksək təsirli travmaların
olduğu və qanın toplandığı sahələrdə formalaşır (hematomanın infeksiyalaşması).
Infiltratın müalicəsi:
-
antibiotiklərlə terapiya
-
iltihab və mikrob əleyhinə vasitələrin tətbiq edilməsi..
-
enzimoterapiya (vobenzim, flogenzim)
-
metronidazol vena daxili və ya daxilə
Əksər hallarda infiltratlar effektli şəkildə sorulurlar və təkrarı cərrahi
müdaxilə tələb etmirlər. Infeksion ağırlaşmaların profilaktikası məqsədi ilə
əməliyyatdan əvvəl (trofiki xoraların irin ərpi ilə örtülməsi və kənarında iltihaba
xass olan dəyişikliklər olduqda), əməliyyat vaxtı və ya əməliyyatdan sonrakı ilk
sutkalarda antibiotiklər təyin edilir.
Infiltratın geriyə inkişafı baş tutmadıqda və irinli infeksiyalaşma ya mənzərəsi
yarandıqda ya da ona şübhə yarandıqa tikişlər ya seyrəldilir, ya da tam götürülərək
yaranın açıq şəkildə müalicə olunması qərarlaşır. Yerli antiseptik məhlullardan
istifadə etməklə yara təmizlənir və iltihabın inkişafının dayandırılmasına təşəbbüs
göstərilir.
Limforreya, limfosele: Toxumalarla əməliyyat zamanı kobud davrandıqda,
bir qayda olaraq, daim venoz damarları müşayət edən limfa damarları və onların
qovuşduğu düyünlərin zədələnməsi zamanı limfanın sistemdən xaric olması
nəticəsində ya yaradan xaricə axır (limforerreya) ya da əməliyyat sahəsində
yaranan sahəyə toplanır (limfosele). Adətən qasıq nahiyyəsində krossektomiya və
perforant venaların baldır nahiyyəsində Felder üsulu ilə bağlanmasından sonra
müşahidə olunur. Əməliyyatdan əvvəl möcud olan trofiki xoralar (dəyişikliklər)
limfa dövranında pozğunluqlar; ən çox limfa hərəkətinin ləngiməsi yaratdığına,
əməliyyat zamanı limfa axımından proksimal hissələrdə venoz damarlara qoyulan
köbud liqaturalar limfa durğunluğuna səbəb olduğundan, limforreya və ya
limfoselenin yaranma ehtimalı daha da artmış olur.
Limforreyanın müalicəsi konservativ yolla aparılır, limfosele punksiya ilə
boşalmanı və ya yaranın açılmasını tələb edir.
28
Profilaktika:
-
əməliyyat texnikasına diqqətlə riayət etmək;
-
toxumalarla ehtiyatla davranmaq.
Limfostaz: Flebektomiyadan sonra ilk günlərdə qeyd olunan ödem, əgər
limfostaz mənşəli olması düşünülürsə, əməliyyatdan əvvəl mövcud idi, yoxsa yox?
Əməliyyatdan əvvəl aşağı ətraf limfa sistemində baş verən durğunluqların
səbəbləri:
-
piodermiya (dəridə irinciklərin olması);
-
qızıl yel;
-
limfadenit;
-
trofiki xoralar;
-
kiçik çanaqda əməliyyat;
-
cinsiyyət üzvlərinə əməliyyat.
Limfa axınının pozulması limfa damarları və düyünlərində keçiriciliyin
pozulması ilə bağlıdır. Limfa dövranında çatmamazlıq çox nadir hallarda rast
gəlinən birincili (limfa sisteminin inkişaf qüsuru) və qazanılma səbəbləri
(əməliyyat, iltihab, parazitar xəstəliklər, hematoma, şüa müalicəsi, şişlərin
metastazı) ilə bağlı daha tez-tez rast gəlinən ikincili olmaqla iki formada olur.
Iltihabi proseslərdə, məsələn qızıl yel olduqda limfa damarlarında əvvəlcə
genişlənmə, sonradan deformasiya müşahidə olunur, iltihabın residivləşməsində
isə çapıq toxumasına uğramış yaranmış damarlar obliterə olunur. Nəticədə,
toxumanın davamlı ödemi inkişaf edir. Limfa axını onkoloji xəstələrdə limfa
düyünün xaric edilməsi, həm də şüa terapiyası aparıldıqdan sonra kəskin sürətdə
pozulur. Bu zaman təkcə limfa yollarının kəsilməsi deyil, həm də limfatik
kollateralları çıxan çapıq toxumasının da rolu vardır. Kiçik çanaq üzvləri və
cinsiyyət sistemində əzələ altı, çanaq, qasıq limfa düyünləri xaric edildikdə limfa
axınının pozulmasına gətirib çıxarır.
Limfa axınının ilkin pozğunluqları limfa damarlarında durğunluğa gətirib
çıxarır, bu isə onların həddən artıq dolması, genişlənməsinə, qapaqların
fəaliyyətində çatmazlığa, nəticədə limfa damarlarının aşağıda yerləşən şöbələrinə
29
limfanın tökülməsi baş verir ki, onun durğunluğu artır, limfa damarlarında drenaj
fəaliyyəti pozulur və toxuma ödeminin artmasına gətirib çıxarır.
Anadangəlmə limfa damarları çatmazlığı erkən yaşlarda üzə çıxır, ən çox –
cinsi yetişkənlik dövründə bud, baldır və pəncədə baş verən dəyişikliklər kosmetik
defekt şəklində üzə çıxmaqla özünü göstərir.
Limfatik yolların travmatik zədələnməsində ödemi artıq əməliyyatın ikinci
günü üzə çıxa bilər, o tez artır, davamlı limfostaz isə 6-8 həftə ərzində inkişaf edir.
Yerli iltihabi proseslərdə (əsasən qızıl yel xəstəliyində) ödem tez inkişaf edir,
5-7 gündən sonra iltihab keçir, tədricən ödem itir, ancaq hər növbəti iltihab residivi
ilə limfostaz və ödem artır, fil ayaqlılıq formalaşır. Fil ayaqlılıq həmçinin tez-tez
qızıl yel keçirmiş xəstələrdə özünü doğrultmayan və əməliyyatın növü və həcmi
düzgün seçilmədikdə daha qabarıq və tez inkişaf edir.
Limfa dövranı pozğunluğu və venoz mənşəli ödem differensə olunmalıdır:
Limfa sistemi ödemi:
Venoz sistemi ödemi:
dəri solğundur, qalınlaşır,
piqmentasiya yoxdur;
dəri göyümtüldür, atrofiyalaşır,
baldırın aşağı 1/3-də piqmentasiya;
ətrafda ağrılar;
ətrafda ağrılar yoxdur;
venaların varikoz genəlməsi yox;
varikoz genəlmiş damarlar;
anamnezin-qızıl yel xəstəliyi;
kəskin dərin tromboflebiti;
ödem bərkdir;
ödem nisbətən yumşaqdır;
barmaq izləri qalmır;
barmaq izləri qalır.
Diaqnostik müayinə üsullarından daha əhəmiyyətlisi limfoqrafiyadır. Limfa
damarlarına rentgen kontrast maddə yetirməklə damar və düyünlərin rentgenoloji
müayinəsi aparılır.
Qeyd olunan acıqlamalar və diaqnostik testlərin araşdırması flebektomiya
əməliyyatından sonra inkişaf edə biləcək ağırlaşmalardan biri kimi limfostazın
inkişafının profilaktik tədbirlərinin əsasını təşkil etmiş olur.
Dostları ilə paylaş: |