24
-
infeksion-iltihabi ağırlaşma
-
limforreya - əməliyyat yarasından limfanın axması
-
limfostaz – Fil ayaqlılıq –
qızıl yeldən – sonra
inkişaf edir
-
dəri hissiyatının pozulması
-
tromboz və emboliyalar
Qanaxmalar
Iki mənbədən – damarlardan qaynaqlanır
-
dəri
-
dərialtı
Çox da böyük olmayan dəri damarları əməliyyat zamanı ya diqqətdən
kölgədə qalır, onlara yetərincə əhəmiyyət verilmir, ya da qanaxmaların
dayandırılması yetərincə olmur. Varikoz genişlənmə, limfostaz və ətrafların
nisbətən, bir qayda olaraq, şişkin olması dərini gərginləşdirir, nazikləşdirir. Dərinin
özündə qan dövranının, toxumanın isə normal səviyyədə qidalanması xroniki
olaraq pozulur. Histoloji müayinələrin çox saylı nəticələri dəridə gedən trofiki
pozğunluqların və birləşdirici toxumanın inkişafının yüksək səviyyədə olmasını
sübut edir. Həmçinin o da nəzərə çatdırılır ki, məntiqi olaraq baş verən
inkişaf kimi
damarlar birləşdirici toxumalar mühitində nizamsız genişlənməyə məruz qalır.
Beləliklə, cərrah xroniki varikoz xəstəliyi zamanı apardığı əməliyyat sahəsindəki
dərinin bədənin digər yerlərindən fərqli olduğunu bilməli və qan damarlarının
dəyişilmiş quruluşunu nəzərindən qaçırmamalı və hemostazın yaradılmasında daha
diqqətli olmalıdır. Elektrokoaqulyasiya yolu ilə qanaxmanın dayandırılmasına
çalışarkən dəridə artıq baş vermiş dəyişikliklər səbəbindən asanlıqla yanıq sahəsi
yaratmaq olar. Bu isə bir ağırlaşmadan qaçmaqla digərinin – yaranın
infeksiyalaşması, dəri nekrozunun əmələ gəlməsinin təməli qoyulması deməkdir.
Dərialtı damarlar dəridə yerləşənlərlə sıx bağlı olduqlarına görə orada əməliyyatın
icrası davam etdirilərkən yanaşma, təxminən eyni şəkildə, qeyd olunanlar nəzərə
alınmaqla kobud rəftar olunduqda makro- və mikrotravmaların baş verməsinə
25
gətirib çıxarır və qanaxma cərrahın əməliyyatın icrası zamanı qüsurlu hərəkətinə
görə baş vermiş olur. Beləliklə, qanaxmalar həm də :
-
toxumalarda
gedən dəyişikliklər;
-
cərrahi travmalar
nəticəsində baş verə bilər. Qanaxmalar əməliyyatdan sonrakı ilk günlərdə çox da
olmayan miqdarda
özünü göstərir, qeyri-spesifik ağırlaşma kimi qeyd olunur.
Bəzi hallarda qanaxma bu və ya digər səbəbdən qanın laxtalanma sistemində
əmələ gəlmiş pozğunluqlarla bağlı olur. Bu sistemə, daha doğrusu qanın
laxtalanma sürətinə ləngedici təsir göstərən dərman preparatlarının xəstələrin uzun
müddət qəbul etməsi, tromboz kimi ağırlaşmanın profilaktik tədbirləri sırasına aid
olur və bu əməliyyat aparılana qədər davam etdirildikdə əməliyyatdan sonra da
orqanizmin adaptasiyasına görə öz təsirini davam etdirdikdə qanaxmalar üzə çıxa
bilir. Xroniki varikoz xəstəliyi ilə yanaşı qara ciyərin fəaliyyət pozğunluqları
mövcud olduğu hallarda və ya digər sistemlərdə buna bənzər dəyişikliklər qanın
laxtalanma sisteminə də təsir etməkdən yan keçmir.
Qansızma və hematoma.
Özünü qanın dəri və dərialtı toxumaya hopması (qansızma) və ya qanın
boşluğa yığılması (hematoma) kimi təqdim edir və travmatik flebektomiyanın
qanuni ağırlaşmasıdırlar. Qansızmanın mənbəyi əməliyyat zamanı qırılan kiçik
damarlardır. Qan əsasən iri şaxələrin və düyünlü konqlomeratın çıxarılmasından
sonra qalan boşluqlara toplanır.
Profilaktika:
-
venaların xaric edilməsində müasir az travmalı üsullardan (invaginasiya
edici strippinq, kriostrippinq, kiçik flebektomiya)
istifadə;
-
əməliyyat zamanı diqqətli hemostaz (manual sıxılma- kompressiya);
-
əməliyyatdan sonra (elastik bint və sıxıcı trikotaj, iri şaxə və onlara axan
damarların gedişi boyunca yastıqca və altlıqlardan istifadə).
26
Adətən qansızma və hematoma 7-10 gündən sonra öz-özünə sorulur, özündən
sonra isə 1-2 ay davam edən piqmentasiya qoyur. Ağır hallarda və geniş
əməliyyatlarda, perforantların Feldar üsulu ilə subfasial əməliyyatında olduğu
kimi, hematomanın sağalma prosesini ləngidən toplantını punksiya yolu ilə
boşalmasını tələb edə bilər.
Qanaxmanı dayandırmaq və daha etibarlı hemostaz yaratmaq məqsədi ilə
elektrokoaqulyasiyadan izafi şəkildə istifadə etməklə dəri və dərialtı sahənin geniş
yanığına gətirib çıxaran sahə yaranır. Qoyulmuş birincili tikişlər, yaranın sağalması
və sağlam çapıq toxuması əmələ gəldikdə yarıtmaz olur, 2-3-cü günlər yara
kənarlarının rəngi tündləşir, sonradan nekroz sahəsi formalaşır. Aparılan
antibiotikoterapiya və yaranın gündəlik aseptik sarğı ilə örtülməsi nekroz sahəsinin
infeksiyalaşmasına imkan vermədiyinə görə yaranın kənarlarında hiperemiya,
şişkinlik qeyd olunmur. Yaranın sağalmasının bu şəkildə davam etməsi müsbət
nəticələnməyəcəyini nəzərə alaraq dəri və bəzən də dərialtı tikişlər sökülür,
nekrektomiya aparılır. Yaranın sonrakı taleyi ikincili sağalma ilə həll olunur.
Yanıqların müalicəsində istifadə oluna selulid yara örtüyündən də istifadə olunur.
Infeksion-iltihabi ağırlaĢmalar.
Iki növ Ģəklində rast gəlinir:
-
iltihabi infiltrat
-
yaranın irinləməsi
Risk faktorları:
-
xəstənin yaşı
-
yanaşı
xəstəliklər
-
şəkərli diabet
-
immun çatmazlığı.
Infiltrat bütün növ flebektomiyanın 15%-nə qədərində, yəni nisbətən tez-tez
rast gəlinir və özünü toxumaların irin şəklində əriməsi olmayan infeksion