13
itgisini ifadə edən patoloji vəziyyət hemodinamik təsiri artıran preparatlar və qan
ilə bərpa edilir, strofantin, prednizolon yeridilir. Ağciyər ödemi fonunda kəskin
ürək-damar çatmazlığı narahatlıq, təngənəfəslik ilə biruzə verilir. Tezliklə sekili
qişa və ətraflarda sianoz artır. Ağciyərlərdə yaş xırıltılar eşidilir, taxikardiya qeyd
olunur, arterial təzyiq isə normal vəziyyətdə qala bilər. Bəzən sağ mədəcik
çatmazlığında ağciyər ödemi ildırım sürəti ilə inkişaf edə bilər. Ümumi halda isə
ağciyər ödemi ləng inkişaf edir. Müalicə məqsədi ilə ürəyə qan axınını azaltmaq
üçün aşağı və yuxarı ətraflarda turne qoyulur, oksigenlə qarışıq spirtli inqalyasiya
aparılır. Ağır hallarda traxeostomiya vacibdir, bəlğəm sorulur və STA (süni
tənəffüs aparatı) qoşulur.
Əməliyyatdan sonrakı miokard infarktı
Ağır əməliyyatdan sonra ağrısız atipik gedişli miokard infarktı baş verə bilər
ki, bu da hərəki oyanıqlıq, hallyusinasiya, taxikardiya ilə keçir. Diaqnozu EKQ
göstəriciləri təstiqləyir.
Müalicə proqramına aiddir:
1.
Ağrı tutmalarının aradan qaldırılması
2.
Ürək-damar çatmazlığının aradan qaldırılması
3.
Ritm pozğunluğunun
ləğv edilməsi
4.
Miokardin həddindən artıq gərginliyinin və trombb əmələgəlməsinin
qarşısının alınması
Bu halda miokard infarktı olan xəstələr terapevt və cərrahın nəzarətində olur.
Cərrahi əməliyyatdan sonrakı irinli-iltihabi ağırlaşmaların risk faktorlarına
əməliyyatda keyfiyyətsiz tikiş materiallarının istifadəsi xüsusi yer tutur. Əfsuslar
olsun ki, yaranın gedişi və sağalmasına mənfi təsir etməsi aydın olsa da, ipək və
ketqutlar, əvvəki kimi obyektiv və subyektiv səbəblər üzündən geniş istifadə
olunmaqdadır. Tikiş materialları kimi polimerlər daha az neqativ xüsusiyyətlərə
malikdir. Optimal tikiş materialı deksan, vikril, lavsan, neylon, teflon, kapron,
ftorlon, arlon sayılır. Toxumaların birşəşdirilməsində praktikada digər vasitələrdən
(sianatkrilat tibbi yapışqan,
kollagen, silikon və s. materialları) də istifadə olunur.
14
Qalxanvari vəz – tireoid əməliyyatlarından sonrakı dövrdə
ağırlaĢmalar.
Qalxanvari vəz əməliyyatlarından sonrakı dövr əksər hallarda qənaətbəxş
keçsə də, az hallarda olsa belə ağırlaşmalar müşahidə olunur və bunlar da qəflətən
gəlməklə sürətlə inkişaf edərək əməliyyat keçirmiş xəstənin həyatını təhlükəyə atır.
Əməliyyatdan sonrakı ağırlaşmalardan xüsusi yer tutanları:
-
ikincili
qanaxma
-
tireotoksik kriz
-
tetaniya (qıcolma, cəng xəstəliyi)
1.
Ikincili qanaxma
İkincili qanaxmalar tireoid cərrahiyyəsində ciddi problemdir, çünki onlar
qəflətən asfiksiya törədər və əməliyyatdan sonrakı birinci saat və günləri ölümə
gətirib cıxarar. Yara sahəsində qanaxmaya şərtlər:
-
Qalxanvari vəzin güclü qan dövranı ilə təhcizatı
-
Qanın laxtalanma sisteminin pozulması (tireotoksikozda)
-
Boyun venalarında qapaqların olmaması.
Öskürək, gərginlik və buna bənzər digər hallarda, liqaturanın sürüşməsi və ya
venadan trombun çıxıb düşməsi venalardan qanaxmaya səbəb olur. Artan
hematoma qalxanvari vəz sahəsinə boyun damarları, sinirlər və traxeyanın
yaratdığı güclü sıxıntı ilə bağlı olaraq sürətlə yayılır. Bu hal tənəffüs, ürək
fəaliyyəti vı xəstənin huşunda ağır pozgunluqlara gətirib çıxarır. Əməliyyatdan
sonrakı qanaxmalar:
-
Arterial
- səthi
-
Venoz
-
Kapillyar (parenximatoz)
- dərin