8
3.
Xroniki böyrək-qaraciyər çatmazlığı
4.
Xroniki ürək çatmazlığı
5.
Ağciyər absesi, plevranın empiyeması
6.
Boşluqlu üzvlərin fistulası
7.
Damarların trombozu, emboliyası
8.
Pnevmoniya
9.
Bağırsaq parezi
10.
Ürək çatmazlığı, aritmiya
11.
Kəskin böyrək çatmazlığı.
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalar yeni əmələ gəlmiş patoloji
vəziyyət sayılmalıdır, onlar əsas xəstəliyin davamı deyildir və əməliyyatdan
sonrakı dövrün normal keçməsi kimi xarakterizə olunmamalıdır.
InkiĢaf mexanizminə görə ağırlaĢmaların aĢağıdakı qrupları ayırd edilir:
-
Cərrahi əməliyyat aparılması və ya digər müalicə üsullar (stranqulyasion
bağırsaq keçməməzliyi) ilə bağlı
-
Əsas xəstəliyin yaratdığı yerli və ümumi pozğunluqlarla bağlı
(eventrasiya, piosalpings, peritonit və s. zamanı baş verən nekroz
nəticəsində irinli-iltibabi vəziyyətin əmələ gəlməsi ilə inkişaf edən
metabolik pozğunluqlarla bağlı)
-
Həyati vacib üzv və sistemlərin fəaliyyətində baş verən ağır
pozğunluqlarla (ürək-damar çatmazlığı zamanı ağciyər ödemi, ağciyərin
xroniki patologiyası zamanı pnevmoniya və s.) bağlı.
-
Yatrogen irinli-iltihabi ağırlaşmalar (təmiz planlı əməliyyat zamanı
aseptika-antiseptikanın pozulması - əməliyyat yarasının irinləməsi,
peritonit və s.) ilə bağlı
-
Əməliyyatın keyfiyyətinin qənaətbəxş olmaması (boşluğa qanaxma,
daxildə yad cismin qalması) ilə bağlı.
9
Digər təsnifatlar da mövcuddur.
Ağırlıq dərəcəsinə görə:
A)
yüngül - əməliyyat yarasının tikişlərinin hissəvi aralanması
B)
ağır – qarın, döş boşluğu, plevraya qanaxma, eventrasiya
C)
orta ağır dərəcəli – bronxit, bağırsaq parezi
-
davam etməsinə görə
-
nəticəsinə görə
-
baş vermə müddətinə görə
a)
erkən
b)
gecikmiş
Qeyd olunan bölgülərin nisbi xarakter daşıdığı onunla izah olunur ki, xüsusi
ilə ağırlıq dərəcəsinə görə, əməliyyatdan sonrakı dövrdə inkişaf edən infeksion
abses ölümə, eventrasiyadan sonrakı əməliyyat isə sağalmaya gətirib çıxarır.
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların səbəbləri aĢağıdakı
qruplarda formalaĢır:
-
xəstə səbəbindən (başlanğıcda yüksək risklərin olması)
-
təşkilati (kadrların düzgün seçilməməsi, aseptika, antiseptikanın
pozulması)
-
əməliyyatın texniki icrası ilə bağlı.
Cərrahların səhvi üzvündən baĢ verən ağırlaĢmalar az deyil və
aĢağıdakı qruplara bölünür:
-
diaqnostik (diaqnostikada yol verilən səhvlər əməliyyatın hansı
müddətdən sonra icraya başlanması və taktikasını dəyişir)
-
təşkilati ( həkimlərin səriştəliyinin düzgün qiymətləndirilməməsi)
-
texniki (aşağı dərəcəli sənətkarlıq)
-
taktiki (əməliyyatın baş verə biləcək bütün gəzən, aydın olan
ağırlaşmalarının proqnozlaşdırıla bilinməməsi).
10
-
hər bir ağırlaşma bütün mövqelər baxımından, xüsusi ilə də baş vermə
səbəbləri (obyektiv və subyektiv) nəzərə alınmaqla qiymətləndirilməlidir.
Diaqnostika.
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların diaqnostikası homeostazın
göstəricilərinin əməliyyatdan sonrakı normal gedişlə müqayisədə hansı patoloji
dəyişikliklərin aydınlaşdırılmasına əsaslanır. Hər bir ağırlaşmada spesifik
simptomlar xarakterik olsa da, bir sıra ümumi əlamətlər mövcuddur.
Bunlara aiddir:
-
Ümumi vəziyyətinin pisləşməsi
-
Narahatlıq
-
Dəri örtüklərini avazıması
-
Gözlərdə təlaş
-
Depressiya və s.
Əməliyyatdan 3-4 gün sonra yüksək hərarət, üşütmə, diurezin azalması, irinli-
iltihabi xəstəlik, ürəkbulanma, qusma, qarında köp, arterial təzyiqin aşağı düşməsi,
yelin xaric olmaması və defekasiya aktının ləngiməsi – mədə-bağırsaq sistemi
üçün xarakterikdir.
Bir və ya bir neçə normadan kənar simptomların ortaya çıxması əməliyyatdan
sonrakı dövrün düzgün keçməməsinə əsaslanır və bu hal əlavə diaqnostik
sınaqların aparılmasına əsas verir. Belə vəziyyətdə passiv gözləmə və müşahidə
taktikası köbud taktiki səhvin olmasını göstərir.
Muayinə: Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalarına şübhə olduğu halda
xəstələrin müayinəsi zamanı metodoloji olaraq aşağıdakı ardıcıllığa riayət etmək
lazımdır.
Əvvəlcə şikayətlər öyrənilir, sonra ümumi baxış aparılır, üzv və sistemlərin
fəaliyyətinin vəziyyəti qiymətləndirilir, xüsusi cərrahi müayinələr, əməliyyatdan
sonrakı yaranın diqqətli təftişi aparılır.
11
Bunların ardınca, laborator müayinə metodlarından başqa, ağırlaşmaların
diaqnostikasında USM, rentgenoloji üsullar, KT, boşluqların punksiyası tətbiq
oluna bilər. Əməliyyatdan sonrakı ağırlaşmaların diaqnostikasının bütün hallarında
müxtəlif ixtisaslı mütəxəssislərin (ginekoloq, uroloq, infeksionist və b.)
köməyindən istifadə etmək lazımdır.
Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktika proqramı bu göstəricilərin
analizi əsasında qurulur və növbəti dövr üçün göstəricilər qiymətləndirilir.
Əməliyyatdan sonrakı ağırlaĢmalarının profilaktikasının ümumi prinsiplərinə
aiddir:
-
Hospital və cərrahi infeksiyalarla mübarizə proqramını kompleks şəkildə
həyata keçirilməsi
-
Tromboemboliya ağırlaşmalarının qarşısının alınması tədbirlərinin həyata
keçirilməsi
-
Taktiki və texniki səhvlərin cərrahlar tərəfindən buraxılmasının qarşısını
almaq üçün tədbirlərin təşkili
-
Klinik kafedraların elmi-praktiki köməyi və təkmilləşdirilmiş yardımının
istifadəsi
-
Ümumi tibbi qulluqla yanaşı yekdil (təlimat üzrə) cərrahi yardımın
olması.
Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası müstəvisində ―gizli‖ və ya
aydın klinik gedişli ürək çatmazlığının diqqət mərkəzində saxlanılması vacibdir.
Əməliyyatdan sonrakı ilkin saatlarında kəskin ürək çatmazlığının inkişaf etməsi
sistolik arterial təzyiqin düşməsi ilə ifadə olunur. Bununla yanaşı diastolik təzyiqin
aydın şəkildə düşməsi damar çatmazlığının qoşulmasını sübüt etmiş olur.
Təngənəfəslik, taxikardiya, diurezin azalması əməliyyatdan sonrakı ürək
çatmazlığının adi əməliyyatdan sonrakı dövrdə olan göstəricilərin artırmasına
səbəb olur. Belə klinik simptomatikada, bir qayda olaraq, ürəyin həcmi və vurğu
enməsi yer alır, KDD mədəcikdə artmağa, qulaqcıqda təzyiq orta səviyyəyə
düşməsinə, oksigenə tələbat, arteriovenoz fərqliliyin dərinləşməsinə görə (qarışıq
Dostları ilə paylaş: |