96
məlumatları misal gətirək. YDLS-u zamanı onun istifadəsinin effektivliyi çoxsaylı
eksperimental və kliniki tədqiqatlarla sübut olunmuşdur. Lakin məlumat verilir ki,
heparin leykositlər tərəfindən OAF hasilatını artırmaq xüsusiyyətinə malikdir və
bununla da toksiki effekt yaradır.
Kəskin destruktiv pankreatitlər zamanı xəstələrdə hemostaz sisteminə OS
təsirini qiymətləndirmək üçün YDLS-lu 32 xəstədə hemokoaqulyasiya göstəricilərini
araşdırdıq. Xəstələr plazmada AT-III normal və aşağı miqdarına görə retrospektiv
olaraq iki qrupa ayrılmışdı. Birinci qrupun xəstələrində (n=21) AT-III səviyyəsi
90,8±9,8%, ikinci qrup xəstələrində isə (n=11)-70,7±8,4% (p<0,05 birinci qrupla
müqayisədə) təşkil etmişdir. Maraqlıdır ki, ikinci qrup xəstələrində normal AT-III
səviyyəli xəstələrə nisbətən ZKQ göstəricisi əhəmiyyətli dərəcədə yüksək, ZSQ
göstəricisi isə aşağı olmuşdur. Bundan başqa, zülallardakı karbonillərin miqdarı və
AT-III (q=0,64) səviyyəsi arasında olan korrelyasion asılılıq tərəfimizdən müəyyən
olunmuşdur. Bu ağır vəziyyətdə olan xəstələrdə hemostaz sistemi pozğunluqlarında
OS iştirakının mühüm göstəricisidir.
Kəskin
destruktiv
pankreatitlər
zamanı
YDLS-nun
mərhələlərinə
(hiperkoaqulyasion və hipokoaqulyasion) görə V və VIII faktorların səviyyəsinin
analizi zamanı müəyyən olunmuşdur ki, ikinci mərhələdə laxtalanma faktorlarını
tətbiqi zamanı V və VIII faktorların aktivliyinin aşağı qiymətlərinə yüksək ZKQ və
aşağı ZSQ miqdarları uyğundur. V və VIII faktorlarının aşağı düşməsi
mexanizmlərindən biri koaqulyasion aktivliyin itirilməsi ilə gedən oksidləşdirici
modifikasiyadır. Bundan başqa, laxtalanmanın modifikasiya olunmuş faktorları
proteolitik deqradasiyaya daha asan məruz qalır və qan dövranından daha asan xaric
olunurlar.
Beləliklə, tərəfimizdən aparılan tədqiqatın nəticələri sübut edir ki, OS kəskin
destruktiv pankreatitlər zamanı ağır vəziyyətdə olan cərrahi xəstələrdə hemostaz
sistemi pozğunluqları patogenezinə əhəmiyyətli dərəcədə öz töhfəsini verir. Bu fakt,
verilmiş kateqoriya xəstələrdə hemokoaqulyasion pozğunluqların müalicəsi zamanı
97
kliniki praktikada antioksidantların istifadəsi ilə heparinoterapiyanın kombinə
olunmasının məqsədə uyğunluğunu göstərir. Hemostaz sisteminin zülal və protein
faktorlarının oksidləşdirici zədələnməsi artıq xəstəliyin inkişafının erkən
mərhələlərində qeyd olunur. Antioksidant terapiya çox vaxt çox gec başlayır və bu
zaman OS artıq hemostaz və digər funksional sistemlərin geri dönməyən
dəyişikliklərinə səbəb olmuş olur. Buna görə də, kəskin destruktiv pankreatitlər
zamanı ağır vəziyyətlərdə olan xəstələrdə və həmçinin OS tərəfindən törədilmiş
hemostaz pozğunluqlarının antioksidant profilaktika və terapiyasına mümkün olduğu
qədər tez başlamaq vacibdir.
98
V FƏSİL. Kəskin pankreatitli xəstələrdə hemostaz sisteminin vəziyyətinə müxtəlif
rejimli antioksidantların və heparinoterapiyanın təsiri
Cərrahi stasionarda kəskin destruktiv pankreatitlər zamanı POÇ-nın
formalaşması hemostaz sisteminin şiddətli aktivasiyası şəraitində baş verir. DDLS-
nun inkişafı POÇ-nın meydana çıxmasının ayrılmaz komponentidir. Qanın
damardaxili laxtalanması şəraitində müxtəlif orqan və sistemlərin sonrakı
disfunksiyası ilə müşayiət olunan mikrosirkulyasiya pozğunluqları baş verir. Kəskin
destruktiv pankreatitlər zamanı POÇ-nın patogenezinin ən vacib faktorlarından biri
OS-dir. Bundan öncəki başlıqda apardığımız eksperimental və klinki tədqiqatlarda
zülal və lipidlərin oksidləşdirici zədələnməsində hemostaz sistemi pozğunluqlarının
meydana çıxmasının iştirakı tərəfimizdən sübut olunmuşdur. Bu qanın laxtalanma və
əkslaxtalanma sistemləri patologiyalarının korreksiyası üçün standart terapiyadan
əlavə antioksidantların da tətbiqinin labüd olduğunu iddia edir.
Hal-hazırda, ədəbiyyatda aktiv olaraq kəskin destruktiv pankreatitlər zamanı
ağır vəziyyətdə olan cərrahi xəstələrdə hemokoaqulyasion pozğunluqların
antioksidant profilaktikası və terapiyasının müxtəlif sxemləri müzakirə olunur. Öncə
tərəfimizdən təqdim olunmuş nəticələr standart antikoqulyant terapiyanın (sutkada
20000 V heparin dərialtına 4 qəbulda) yayılmış irinli peritonitli və destruktiv
pankreatitli xəstələrdə DDLS-nun inkişafının qarşısını almadığını sübut edir. Hissəvi
olaraq bunu xəstələrin vəziyyətinin ağırlığı, bu patologiya zamanı zədələyici təsirin
çoxfaktorlu olması, həmçinin heparinin yeridilmə metodları ilə izah etmək olar.
Həqiqətən, preparatın dərialtı yeridilməsi zamanı onun plazmada daimi bərabər
konsentrasiyasını təmin etmək və adekvat olaraq hemostaz aktivasiyası səviyyəsini
kontrol etmək çətindir. Heparinin dərialtı yeridilməsi özünü doğrultmamışdır, belə ki,
bu zaman hipokoaqulyasiyanın inkişafı və hemorragik ağırlaşmaların meydana
çıxması mümkündür, hansı ki, əməliyyat olunmuş xəstələrdə xüsusilə təhlükəlidir.
Kəskin destruktiv pankreatitlər zamanı daimi antikoaqulyant və antitrombotik
effekt əldə etmək üçün heparinin venadaxili təyini daha əlverişlidir. Eyni zamanda
Dostları ilə paylaş: |