4
səhm bazarına təsir edən makro və mikro amillərin aşkar edilməsi, səhmin investisiya
vasitəsi kimi rolu və Azərbaycanda səhm alətlərindən istifadənin zəruriliyi və
perspektivləri əhatə edir.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işinin
informasiya bazasında “Azərbaycan Respublikası Mərkəzi Bankı”-nın, Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin xidməti materiallarından, Mərkəzi Bankın təlimat
və hesabatlarından, mövzuya aid digər jurnal və bülletenlərdən, İnternet
resurslarından, monoqrafiyalar və dövri elmi nəşrlərdən, həmçinin ölkəmizin
iqtisadçı alimlərindən Z.F.Məmmədov, M.M.Sadiqov, M.M.Bağırov, D.A.Bağırov,
M.X.Həsənli, E.Sadıqov, A.Abbasov, xarici alimlərdən C.M.Keyns, M.Fridman,
L.Gitman, N.Qreqori Mənkyu, Jan Franke-Viebach və başqalarının elmi əsərlərindən
istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. İqtisadiyyatda səhm bazarının inkişafı sahəsində aparılan
təhlillərin nəticəsi olaraq, mövcud problemlərin aradan qaldırılması üçün tədqiqatlar
aparılmış və aşağıdakı elmi yeniliklər edilmişdir:
- Səhm bazarının əsas xüsusiyyətləri və istiqamətləri araşdırılmışdır
- Azərbaycanda səhm bazarının mövcud vəziyyəti təhlil edilmişdir
- Təkmilləşdirilmə üçün bir sıra təkliflər irəli sürülmüşdür
- Xarici təcrübələrin yerli bazarda tətbiqi məsələləri araşdırılmışdır
- Azərbaycanda səhm bazarının gələcək perspektivləri müəyyənləşdirilmişdir.
Bundan başqa burada Azərbaycanın mövcud təcrübəsi beynəlxalq təcrübə
konteksində təhlil edilir və milli təcrübənin qabaqçıl beynəlxalq standartlar əsasında
təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir.
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində təklif olunan məsələlər
Azəbaycan səhm bazarının dinamik və effektiv inkişafına əhəmiyyətli təsir göstərə
bilər, həmçinin maliyyə bazarının, qiymətli kağızlar bazarının peşəkar istifadəçiləri
tərəfindən istifadə oluna bilər.
Dissertasiya işinin quruluşu və həcmi. “Səhm bazarının təşəkkülü və müasir inkişaf
meylləri” mövzusunda təqdim olunmuş dissertasiya işi giriş, üç fəsil, nəticə, təkliflər
5
və istifadə olunmuş ədəbiyyat siyahısı ilə birlikdə 91 səhifədən ibarətdir. Giriş
hissədə mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi və praktiki əhəmiyyəti
açıqlanır. Nəticədə tədqiqat zamanı çıxarılmış əsas nəticələr göstərilmiş və təkliflər
verilmişdir.
6
I FƏSİL. SƏHM BAZARININ YARANMASI VƏ TƏKAMÜLÜ
1.1. Səhm bazarının iqtisadi mahiyyəti
Müasir inkişaf etmiş iqtisadiyyatı olan bir ölkəni maliyyə bazarı olmadan
təsəvvür etmək mümkün deyil. Dövlət büdcəsi, bank sistemi və qiymətli kağızlar
bazarı daima sıx qarşılıqlı əlaqədədir, yəni bir-birini tamamlamaqla yanaşı, həm də
bir-birilə daha çox resurs cəlb etmək uğrunda rəqabət aparır. Buna səbəb hər üçünün
inkişaf üçün bir birindən asılı olmasıdır. Belə ki, vergilərin artırılması və dövlət
büdcəsinin genişlənməsi təsərrufat subyektlərinin və əhalinin sərbəst pul resurslarını
azaltmaqla, bank sistemi və qiymətli kağızlar bazarının resurs bazasını
məhdudlaşdırır. Kapitalın səfərbər edilməsini həvəsləndirməklə, fond bazarı
resursların iqtisadiyyatın müxtəlif sahələri və sferaları arasında, özü də prespektivli
və rentabelli, dinamik inkişaf edən istehsalların xeyrinə yenidən bölgüsünü təmin
edir. İnvestor real pul vəsaitini gəlir əldə etmək üçün qiymətli kağızlara investisiya
edir. Bunu isə yalnız rentabelli müəssisələr edə bilər. Qiymətli kağızlar bazarının
iqtisadi rolu onun fəaliyyətinin məqsəd və vəzifələrində, həmçinin onun
funksiyalarında təzahür edir. Qiymətli kağızlar bazarının zəruriliyini müəyyən edən
başlıca məqsədi sərbəst maliyyə resurslarını səfərbər etmək və onların bazarın
istirakçılarının qiymətli kağızlarla keçirdiyi müxtəlif əməliyyatlar vasitəsilə yenidən
bölgüsünü təmin etməkdən ibarətdir. Başqa sözlə, qiymətli kağızlar bazarı müvəqqəti
sərbəst pul vəsaitlərinin investorlardan qiymətli kağız emitentləri istiqamətindəki
hərəkətində vasitəçilik edir. Bu məqsədə nail olunması qiymətli kağızlar bazarının
vəzifələrini müəyyən edir. Bunlara aşağıdakılar aiddir:
-konkret investisiyaların edilməsi üçün müvəqqəti sərbəst maliyyə vəsaitlərinin
səfərbər edilməsi.
-dünya standartlarına cavab verən bazar infrastrukturunun formalaşması.
-qiymətli kağızların ikinci bazarının inkişaf etdirilməsi.
-mülkiyyət münasibətlərinin transformasiyası.
-bazar mexaniziminin və idarə etmə sisteminin təkmilləşdirilməsi.
7
-dövlət tənzimlənməsi əsasında fond kapitalı üzərində real nəzarətin təmin edilməsi.
-investisiya riskinin azaldılması.
-qiymətqoymanın inkişaf etdirilməsi.
-perspektiv inkişaf istiqamətlərinin proqnozlaşdırılması.
Beləliklə göründüyü kimi, göstərilən vəzifələrin yerinə yetirilməsi ilk növbədə
investisiyaların yenidən bölüşdürülməsinə sərait yaradır. Qiymətli kağızlar bazarı
vasitəsilə yüksək gəlirliliyi təmin edən sahələrə kapital axını baş verir. Digər
tərəfdən, qiymətli kağızların əldə edilməsi imkanını təmin etməklə fond bazarı
investisiya prosesinə kütləvi səciyyə verir. Qiymətli kağızlar dövriyyəsinin fond
birjalarının və peşəkar vasitəçilərin əlində cəmləşməsi isə investisiya prosesini
sürətləndirir.
Səhm bazarının iqtisadiyyatdakı rolu çox əhatəlidir. Səhmin iqtisadi
mahiyyətini aşağıdakı şəkildə ümumiləşdirmək olar:
-Səhmlər, geniş xalq kütlələrinin kiçik yığımlarını böyük şirkətlər içində bir yerə
toplayaraq sürətli bir böyümə üçün lazım olan sərmayəni təmin edər.
-Səhmlər, istehsal vasitələrini və şirkətlərin mülkiyyətlərin geniş xalq kütlələrinə
dağıtmaqla iqtisadi rifahı geniş bir sahəyə yayarlar və daha tarazlı bir gəlir
paylanmasını təmin edərlər.
-Səhmlər, xalqın, iqtisadi qərarların verilməsində az çox iştirakını təmin edərək
demokratiyanın iqtisadi tərəfini tamamlayarlar.
-Səhmlər, xalqın yığımlarına əlavə gəlir təmin edərkən bunu faizlə deyil, inflyasiyaya
qarşı dayanıqlı, inflyasiyayla birlikdə qiymətləndirilən bir investisiya yolu ilə təmin
edər, həm investisiya, həm də gəlirinin dəyərini inflyasiyaya qarşı qoruyar.
-Səhmlər, vasitəçisi olmayan bir maliyyə vasitəsidir. Bir şirkətin, investisiya və ya
əlavə kapital olaraq böyük məbləğli fondlara ehtiyacı olanda, bu fondları səhmlərin
ixracından başqa hansı yoldan əldə edərsə, bunun bir vasitəçilik xərcləri vardır və
vasitəçilik xərclərinin ən yüksək olduğu maliyyə növü də bank kreditidir. Banklar
kredit fəaliyyətlərindən əldə etdikləri faiz isə çox yüksək olur. Çünki bank sektoru
xarakter cəhətdən daha çox məsrəfli bir sektordur.
Dostları ilə paylaş: |