26
hüququna malik müxtəlif növ adi səhmlər buraxırlar. Belə səhmlər məhdudiyyətli
səhmlər adlanır.
-İmtiyazlı səhmlər. Bu səhmlər səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətindən asılı
olmayaraq səhmdarlara səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq
hüququnu verən səhmdir. İmtiyazlı səhm öz sahibinə aşağıdakı hüquqları verir :
səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa
səhmdarlara nisbətən üstünlük hüququ; Belə ki, imtiyazlı səhmlərə görə dividendlər
adi səhmlərə görə dividendlərdən əvvəl ödənilir. Qeyd edək ki, imtiyazlı səhmlərə
görə dividendlərin ödənilməsi qaydası səhmdar cəmiyyətin nizamnaməsində
göstərilir; səhmdar cəmiyyəti ləğv edilərkən ləğvetmə dəyərindən pay almaq hüququ
bütün kreditorlarla hesablaşdıqdan sonra yerdə qalan əmlakdan pay almağa görə
imtiyazlı səhm sahibləri adi səhm sahiblərinə nisbətən üstün hüquqa malikdir. Qeyd
edək ki, səhmdar cəmiyyətin nizamnaməsində hər bir imtiyazlı səhmə görə
ödəniləcək ləğvetmə dəyəri (hər bir imtiyazlı səhmə mütənasib faizlə və ya pul
məbləğində) göstərilməlidir. Əgər səhmdar cəmiyyəti ləğv edilərkən yerdə qalan
əmlak imtiyazlı səhmlərə görə ləğvetmə dəyərini ödəməyə kifayət etmirsə, onda bu
əmlak imtiyazlı səhmlər arasında bərabər şəkildə bölünür; səhmdar cəmiyyətinin
təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir
qayda olaraq, səhmin nominal dəyərinin sabit faiz şəklində gəlir almaq. Aşağıdakı
hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz sahiblərinə cəmiyyətin işlərinin idarə
olunmasında iştirak etmək hüququ vermir:
• səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi;
• səhmdar cəmiyyətinin ləğv edilməsi;
• səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarını məhdudlaşdıran
dəyişiklik və əlavələrin nizamnamədə edilməsi.
Bunlardan başqa səhmlər Emitentə görə - korporativ və qeyri səhmdar tipli
müəsissələrin səhmlərinə, dönərliyinə görə - dönərli səhmlər (konvertə olunan, digər
növ qiymətli kağızlara uyğun proporsiyalarda dəyişdirilə bilən), qeyri dönərli
səhmlərə bölünür (konvertə olunmayan, digər növ qiymətli kağızlara mübadilə
27
olunmayan). Dönərli səhmlər müxtəlif istiqrazlara və əksinə dəyişdirilə bilər.
İmtiyazlı səhmlər sadə səhmlərə və əksinə mübadilə edə bilər. Sahiblik qaydasına
görə - Adlı səhmlər (səhmin sertifikatında səhmdarın adı və soyadı göstərilir, bu cür
səhmlərin alqı-satqı sövdələşmələri emitentdə rəsmiləşdirilməlidir ), təqdimatlı
səhmlər (sertifikatda səhmdarın adı göstərilmir və bu cür səhmlərin alqı-satqı
əməliyyatları emitentdə rəsmiləşdirilir).
Müəssisələrin öz maliyyə ehtiyacını ödəmək məqsədi ilə öz səhmlərini satması
səhm maliyyələşməsi, istiqrazların satılması ilə əldə olunan maliyyə vəsaiti isə borc
maliyyələşməsi adlanır. Beləki, səhm və istiqraz maliyyələşməsi bir-birindən
fərqlənir. Səhm öz sahibinə şirkətin bir hissəsinə sahib olma hüququ verir, istiqraz
sahibi isə şirkətin debitoruna çevrilir. Digər bir fərq, əldə olunan gəlirlərdir ki, əgər
şirkətin gəliri çox olarsa, səhm üzrə gəlir də çox olar. İstiqraz sahibi isə yalnız
əvvəlcədən müəyyən olunmuş faiz almaq hüququna malikdir. Ancaq şirkət hansısa
maliyyə çətinliyi baş verərsə, səhm sahiblərindən əvvəl istiqraz sahiblərinə olan
borclar ödənilir. Belə ki, səhmdən gəlir əldə edilməsi çox olsa da, risk səviyyəsi də
yüksəkdir.
Şirkətlər öz səhmlərini satdıqdan sonra bu səhmlər səhm birjalarında sərbəst
şəkildə alınıb satıla bilər. Dünyadakı ən böyük səhm birjaları “Nyu York Fond
Birjası”, “Amerika Fond Birjası”, “NASDAQ” hesab olunsa da, dünyanın bir çox
ölkələrində səhm birjaları mövcuddur və bu birjalarda yerli şirkətlərin səhmləri alınıb
satılır. Səhm bazarında səhmlərin qiyməti onu buraxan şirkətin səhmlərinə olan tələb
və təklif əsasında müəyyən olunur. Səhmlər şirkətin gələcək mənfəətliliyi haqqında
düşüncələri əks etdirdiyi üçün, səhmlərə olan tələbə birbaşa təsir edir. Əgər alıcılar
şirkətin gələcəyi barədə müsbət fikirdə olarlarsa, şirkətin səhmlərinə tələb artar və
səhmlərin qiyməti qalxar və yaxud əksinə şirkətin gələcəkdə mənfəətinin azalması
gözlənilərsə səhmlərin də qiymətində azalma müşahidə olunar. Səhmlərin qiyməti
barədə dəqiq məlumat əldə etmək üçün isə gündəlik nəşr olunan səhm cədvəllərinə
nəzarət yetirmək lazımdır. Bu cədvəllərdə minlərlə şirkətin səhmlərinin ən son alqı-
satqı əməliyyatları haqqında məlumat verilir. Bu cədvəllərdə adətən aşağıdakı
28
məlumatlar və rəqəmlər göstərilir: "52 həftə yuxarı" və "52 həftə aşağı" başlığı
altında verilmiş sütunda hər bir xüsusi səhmin son 52 həftə ərzində müvafiq olaraq
malik olduğu ən yüksək və ən aşağı qiyməti göstərilir. Bu qiymətlər səhmlərin indiki
vəziyyətini son bir il ərzində səhmin qiymətinin dinamikası ilə müqayisə etməyə
imkan verir. Səhmlərdən əldə edilən vəsait isə şirkətin maliyyələşməsinin alternativ
mənbəyi kimi mühüm rol oynayır və şirkətdə maliyyələşmənin 20-30 faizi səhmlərin
payına düşür. Səhmdar cəmiyyətin maliyyələşmə strukturunda müasir maliyyə aləti
İPO (İnitial public offering) çıxış edir. İPO bazarda səhmlərin ilkin yerləşdirilməsidir.
Burada əsas məqsəd şirkətin maliyyə ehtiyatının artırılmasıdır. İPO istifadəsi təkcə
şirkət üçün deyil, eyni zamanda dövlət üçün də əhəmiyyətlidir. Çünki real sektor
üçün investisiyaların cəlb edilməsi iqtisadiyyatda artıma müsbət təsir göstərir.
İqtisadiyyatın bu sahəsində inkişaf çox əvvəllərdən başlamış, bugün də sürətlə davam
edir.
Səhmdar cəmiyyəti digər təşkilati-hüquqi kommersiya fəaliyyəti formaları
qarşısında bir sıra üstünlüklərə malikdir:
-Kapitalların birləşməsi prosesinin məhdudiyyətsizliyi. Səhmdar forması heç bir
məhdudiyyətsiz əmanətçilərin və onların kapitalının, kiçiklər də daxil olmaqla
birləşdirməyə imkan verir. Bu tezliklə əhəmiyyətli vəsaitləri yığmağa, istehsalı
genişləndirməyə və böyük istehsalın bütün üstünlüklərinə malik olmağa kömək edir.
Qanunla nizamnamə kapitalında və səhmdar cəmiyyətində səhmdar sayında yuxarı
hədlər qoyulmur;
-Səhmdarın şəxsi riski seçməsi. Bu və ya digər sayda səhm əldə edərək səhmdar
riskin onun üçün məqbul ola bilən kapital cəmiyyətinə qoyulan itkinin həddini seçir.
Məhdud risk o zaman təzahür edir ki, səhmdarlar cəmiyyətin öhdəliklərinə görə
kreditorlar qarşısında məsuliyyət daşımırlar. Səhmdar cəmiyyətinin mülkiyyəti ayrı-
ayrı səhmdarların mülkündən ayrılıb. Bankrot zamanı səhmdarlar yalnız onların
səhmə qoyduqları kapitalı itirirlər. Belə risk kommersiya təşkilatlarında mövcuddur.
Lakin yalnız səhmdar cəmiyyətinin üzvləri bu riskin həddini seçməkdə azaddırlar və
istənilən zaman riski məhdudlaşdırmaq və ya ondan əl çəkmək iqtidarındadırlar;
Dostları ilə paylaş: |