Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

36 

 

yeni  standartlarda  fəaliyyətini  tələb  edirdi.  Bu  dövrdə  iqtisadiyyatın  müxtəlif 



sahələrini  təmsil  edən  müəssisələr  də  yerli  fond  bazarı  vasitəsilə  maliyyə  resursları 

cəlb  etməyə  başladılar.  Mövcud  alətlərin  ticarətinin  artması,  müxtəlif  xüsusiyyətli 

yeni  maliyyə  alətlərinin  buraxılması  bazarın  dərinliyinin  artması  ilə  nəticələndi. 

Beləliklə,  yerli  investorların  bazardakı  aktivliyi  yüksəldi,  xarici  investorlar  ilk  dəfə 

olaraq Azərbaycan kapital bazarlarına sərmayə qoymağa başladı. 

Beləliklə,  bu  gün  ölkənin  qiymətli  kağızlar  bazarı  iqtisadiyyatın  qeyri-neft 

sektoruna  investisiyaların  təmin  edilməsində  mühüm  maliyyələşmə  mənbəyi  kimi 

çıxış  etməkdədir.  Ölkədə  məqbul  fond  bazarı  infrastrukturunun  əsas  institutları 

mövcuddur  və  Milli  Depozit  Mərkəzi  və  Bakı  Fond  Birjası  arasında  təmin  edilmiş 

elektron  inteqrasiya  nəticəsində  qiymətli  kağızların  ticarəti,  uçotu  və  qeydiyyatı 

sistemi  avtomatlaşdırılmış  rejimdə  fəaliyyət  göstərməkdədir.  Hazırda  ölkənin  fond 

bazarında  fundamental  bazar  institutları  ilə  yanaşı  maliyyə  vasitəçiliyi  funksiyasını 

həyata  keçirən  broker-diler,  aktivlərin  idarə  olunması  ilə  məşğul  olan  şirkətlər 

elektron ticarət sisteminə məsafədən çıxış əldə etməklə real vaxt rejimində vasitəçilik 

funksiyalarını həyata keçirməkdədirlər.

  

 



2.2. Azərbaycanda səhm bazarındakı mövcud vəziyyət 

Müasir  dövrdə  Azərbaycanda  iqtisadiyyatın  qlobal  makro  və  mikroiqtisadi 

proseslərdən təcrid olunduğunu demək düzgün olmazdı. Digər sahələrdə olduğu kimi 

iqtisadi  sferada  da,  Azərbaycan  beynəlxalq  proseslərə  tam  inteqrasiya  olunub  və  bu 

proseslərin aktiv iştirakçısına çevrilməklə qlobal dünyanın bir hissəsinə çevrilmişdir. 

İqtisadi  inteqrasiyanın  ən  mühüm  göstəricisi  olan  xarici  ticarətin  ölkə  ÜDM-nə 

nisbəti 50 faizdən çoxdur. Böhranın ən kəskin fazası olan 2008-ci ildə bu nisbət 110 

faizi  keçmişdi.  Ölkənin  aparıcı  iqtisadi  sahəsi  olan  neft  və  neft  məhsullarının 

ixracından  gələn  gəlirlərin  dövlət  büdcəsində  payı  da  50  faizdən  artıqdır  və  böhran 

şəraitində bu gəlirlərin əsasını təşkil edən neft qiymətləri kəskin şəkildə, təxminən  4 

dəfə azalmışdı. Əlbəttə ki, belə bir şəraitdə qlobal iqtisadiyyatdakı bu dəyişikliklərin 

ölkə  iqtisadiyyatına  təsirsiz  ötüşdüyünü  demək  yanlış  olardı.  Lakin  bütün  bunlara 




37 

 

baxmayaraq, ölkə iqtisadiyyatı dövlət başçısı cənab İlham Əliyevin düzgün, cəsarətli 



və  uzaqgörən  iqtisadi  siyasəti  nəticəsində  böhranın  təsirlərindən  minimal  itkilərlə 

çıxdı.  Son  10  il  ərzində  əldə  edilmiş  möhkəm  iqtisadi  baza,  fiskal  xərclərin  optimal 

bölgüsü, kontrtsiklik iqtisadi tənzimləmə rejimi böhranın Azərbaycan iqtisadiyyatına 

neqativ  təsirini  minimuma  endirdi.  İqtisadi  artımın  konservativliyinə  gəldikdə  isə 

qeyd  etmək  lazımdır  ki,  böhranın  başlandığı  dövrdən  etibarən  Azərbaycan 

iqtisadiyyatı  inamlı  artım  nümayiş  etdirmişdir.  Xüsusilə  vurğulamaq  istərdim  ki, 

böhran  dövründə  enerji  ixracatçısı  olmayan  ölkələrdə  belə  iqtisadi  resessiya  və  ya 

durğunluq  müşahidə  edildiyi  halda,  iqtisadiyyatının  əsas  hissəsini  neft  sektorunun 

təşkil  etdiyi  Azərbaycanda  müsbət  artım  templəri  qeydə  alınmışdır.  2009-cu  ildə, 

bütövlükdə,  dünya  iqtisadiyyatının  daraldığı  şəraitdə,  Azərbaycan  9,3  faizlik  inamlı 

artım  nümayiş  etdirmişdir.  Sonrakı  dövrlərdə  iqtisadiyyatın  stabil  artımına  da  məhz 

daha  öncədən  əldə  edilmiş  geniş  iqtisadi  baza  əsasında  nail  olunmaqdadır.  Bütün 

bunlar  ölkə  rəhbərliyi  tərəfindən  aparılmış  uzaqgörən  iqtisadi  şaxələndirmə  siyasəti 

nəticəsində  iqtisadiyyatın  strukturunda  qeyri-neft  sektorunun  artan  rolu  ilə  birbaşa 

əlaqəlidir.  Qeyri-neft  sektorunun  bu  artımı  sağlam,  dayanıqlı  və  rifah  səviyyəsinin 

yüksəldilməsini  təmin  edən  artımdır.  Bu  dövrdə  qiymətli  kağızlar  bazarının 

fəaliyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, maliyyə bazarları və kapital axınları 

sərhəd  tanımadığından  böhran  ölkənin  qiymətli  kağızlar  bazarına  da  təsir  etmişdir. 

Bu  təsir  qlobal  likvidlik  çatışmazlığı  şəraitində  xarici  investorların  Azərbaycan 

qiymətli  kağızlar  bazarına  yatırdığı  sərmayələri  ölkədən  çıxarması  ilə  özünü  büruzə 

vermişdir.  Bununla  belə,  qiymətli  kağızlar  bazarında  öhdəliklər  tam  icra  edilmiş, 

kəskin  qiymət  tərəddüdləri  və  ya  defolt  (öhdəliklərin  icra  edilməməsi)  halları  baş 

verməmişdir.  Əksinə,  qısamüddətli  və  spekulyativ  xarakterli  xarici  sərmayələr  daha 

dayanıqlı  və  uzunmüddətli  investisiyalarla  əvəz  olunmuşdur.  Artıq  kapital  bazarları 

öz  artımını  tam  bərpa  etmiş  və  böhranöncəsi  hədlərinə  çatmışlar.  Ölkənin  qiymətli 

kağızlar  bazarı  tam  həcmdə  qeyri-neft  sektorunun  maliyyələşməsinə  xidmət  edir. 

Hazırda Bakı  Fond Birjasında 700-ən artıq şirkətin səhmləri ticarət olunmaqdadır  və 

bu şirkətlərin demək olar ki, hamısı qeyri-neft müəssisələridir. Bu müəssisələr tikinti, 




38 

 

nəqliyyat,  maliyyə,  ticarət,  maşınqayırma,  kənd  təsərrüfatı,  yeyinti,  tekstil  sənayesi 



kimi  müxtəlif  sferaları  təmsil  etməkdədir.  Bütövlükdə,  korporativ  qiymətli  kağızlar 

bazarında  əməliyyatların  95  faizdən  çoxu  da  məhz  səhm  bazarının  payına 

düşməkdədir. Artım dinamikasına gəldikdə isə qeyd etməliyəm ki, 2011-ci ildə səhm 

bazarında  əməliyyatların  həcmi  ikiqat  artmışdır.  2012-ci  ilin  birinci  rübü  ərzində 

qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və bir 

sıra  struktur  amillərinin  təsiri  fonunda  davam  etdirmişdir.  Bütövlükdə  qiymətli 

kağızlar  bazarı  bu  dövrdə  47  faiz  artmışdır.  Bu  dövrdə  Maliyyə  Nazirliyi  tərəfindən 

investorlara  təklif  edilən  dövlət  istiqrazlarının  buraxılışı  və  yerləşdirilməsi  2000-ci 

ildən  bəri  ilk  dəfə  olaraq  qeydə  alınmamışdır.  Buna  baxmayaraq,  dövlət  qiymətli 

kağızlar  bazarı  əsasən  Mərkəzi  Bankın  notları  və  repo  əməliyyatları  hesabına 

artmışdır.  Bütövlükdə,  bu  dövrdə  dövlət  qiymətli  kağızları  ilə  ticarət  60  faiz 

artmışdır. 

Korporativ  qiymətli  kağızlar  bazarında  əməliyyatların  dinamikası  səhm 

bazarının  aktivliyi  ilə  dəstəklənmişdir.  Cari  ilin  əvvəlində  mənfəətini  nizamnamə 

kapitalının  artırılmasına  yönəldən  bank  və  sığorta  şirkətləri  üçün  vergi  güzəştlərinin 

müddətinin bitməsinə baxmayaraq, bu dövrdə səhm bazarında 18 faizlik artım qeydə 

alınmışdır.  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  68,3%-i  dövlət  qiymətli 

kağızlar  (Mərkəzi  Bankın  qısamüddətli  notları  və  Maliyyə  Nazirliyinin  istiqrazları 

daxildir)  bazarının  (bunun  da  70%  qısamüddətli  notların),  31,  7%-i  isə  korporativ 

qiymətli  kağızlar  bazarının  payına  düşür.  Belə  ki,  korporativ  qiymətli  kağızlar 

bazarının 24,3%-ni səhmlər, 75.7 %-ni isə korporativ istiqrazlar təşkil etmişdir. 

 

 



Cədvəl 2.1 Qiymətli kağızlar bazarı 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə