Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

39 

 

 



Mənbə: 

www.scs.gov.az

 , Müqayisəli göstəricilər 2014-2015 Yanvar - Sentyabr ayları üzrə. 

 

2015-ci  ilin  birinci  yarımilliyi  ərzində  qlobal  maliyyə  və  əmtəə  bazarlarında 



baş  verən  proseslər  ölkənin  maliyyə  sektorunda  likvidliyin  əhəmiyyətli  daralmasına 

səbəb olmuş, investisiyaların daha likvid qısamüddətli aktivlərə yönləndirilməsini və 

qiymətli  kağızların  təkrar  ticarətinin  əhəmiyyətli  canlanmasını  şərtləndirmişdir. 

Dövlətin monetar və fiskal siyasətinin dəyişməsi nəticəsində dövlət qiymətli kağızlar 

bazarı  və  korporativ  qiymətli  kağızlar  sektorunda  müşahidə  olunan  durğunluğa 

baxmayaraq, törəmə qiymətli kağızlar bazarı və bütövlükdə qiymətli kağızların təkrar 

bazar  əməliyyatlarında  müşahidə  olunan  pozitiv  trendlər  cari  il  ərzində  bütövlükdə 

bazarın  artımını  təmin  etmişdir.  Belə  ki,  2015-ci  il  ərzində  qiymətli  kağızlar 

bazarında əməliyyatların həcmi 20 faiz artaraq 7,1 milyard manat təşkil etmişdir. 

 

 




40 

 

Cədvəl 2.2 İnvestisiya qiymətli kağızlar bazarı 



 

 

Mənbə: 



www.scs.gov.az

 Müqayisəli göstəricilər 2014-2015 Yanvar-İyun 

 

Cari  il  ərzində  korporativ  qiymətli  kağızlarla  ticarət  əməliyyatları  aylıq  orta  hesabla 



22  faiz  artaraq  1,7  milyard  manata  çatmışdır.  Hesabat  dövrü  ərzində  korporativ 

qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu alətlərlə təkrar 

bazar əməliyyatları 3,7 dəfə artaraq 1,5 milyard manat təşkil etmişdir.  

Cari  ildən  etibarən  səhm  bazarının  aktiv  iştirakçıları  olan  kommersiya 

banklarına qarşı kapital tələb artımının müddətinin bitməsi bazarın səhm seqmentinin 

ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  azalmasına  səbəb  olmuşdur.  Belə  ki,  dövr 

ərzində  səhmlərin  yerləşdirilməsinin  82%  geriləməsi  bütövlükdə  səhm  bazarında 

əməliyyatların  həcminin  50  faiz  azalaraq  377,5  milyon  manat  təşkil  etməsi  ilə 

nəticələnmişdir.  Buna  baxmayaraq,  investorların  vəsaitlərini  daha  qısamüddətli 

aktivlərə  yönləndirilməsi  tendensiyası  nəticəsində  səhmlərin  təkrar  bazarı  15  dəfə 

artaraq 243,8 milyon manat təşkil etmişdir. 

 

Cədvəl 2.3 Korporativ qiymətli kağızlar bazarı 




41 

 

 



Mənbə: www.scs.gov.az Müqayisəli göstəricilər, 2014-2015 Yanvar-İyun  

 

Məlum olduğu kimi, 2011-ci ilin may ayında Prezident tərəfindən “2011-2020-



ci  illərdə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafı”  Dövlət  Proqramı 

təsdiqinin  məqsədi  də  orta  müddətli  perspektivdə  qabaqcıl  standartlara  uyğun, 

səmərəli  fəaliyyət  göstərən  və  tənzimlənən,  özəl  sektora  geniş  maliyyələşmə 

imkanları  yaradan  kapital  bazarlarının  formalaşdırılmasıdır.  Bu  çərçivədə  qiymətli 

kağızlar  bazarının 

institusional 

inkişafı,  əməliyyat 

infrastrukturunun  tam 

avtomatlaşdırılması, 

qanunvericilik 

bazasının 

beynəlxalq 

standartlara 

uyğunlaşdırılması,  tələb  və  təklifin  genişləndirilməsi,  qiymətli  kağızlar  bazarında 

tənzimləyici  potensialın  və  peşəkarlığın  yüksəldilməsi  kimi  istiqamətlər  hədəf 

götürülmüşdür. 

Proqram  beş  ildir  ki,  icra  olunur  və  artıq  nəticələr  əldə  edilib.  Kapital 

bazarlarının  əməliyyat  infrastrukturu  əhəmiyyətli  dərəcədə  təkmilləşdirilib,  ticarət 

sisteminin  avtomatlaşdırılma  səviyyəsi  artırılıb.  Misal  üçün,  Bakı  Fond  Birjasında 

əqdlərin  icra  müddəti  7  gündən  30  saniyəyə  qədər  azaldılıb.  Qiymətli  kağızların 

qeydiyyat  və  uçot  mexanizmləri  sadələşdirilib,  qiymətli  kağızlara  beynəlxalq 

nömrələnmə sisteminin və bütövlükdə qeydiyyat uçot xidmətlərinin elektron qaydada 

tətbiqinə  başlanılıb.  Yeni  keyfiyyətdə  fəaliyyət  göstərəcək  kapital  bazarının  3-cü 

nəsil  qanunvericilik  bazasının  formalaşdırılması  davam  edir.   “Qiymətli  kağızlar 




42 

 

haqqında”  Qanun  layihəsinin  hökumətdaxili  müzakirəsi  tamamlanıb.  Proqramın 



qüvvədə olduğu son illər ərzində bir sıra normativ xarakterli qayda və standart qəbul 

edilib. 


Broker  və  dilerlərin  institusional  potensialının  artırılması,  peşəkar  hazırlığının 

yüksəldilməsi,  risk  menecmenti  və  daxili  nəzarət  sistemlərinin  gücləndirilməsi  və 

maliyyə  dayaqlarının  təmin  edilməsi  üçün  yeni  nəzarət  və  tənzimləmə 

konsepsiyasının  tətbiqinə  başlanılıb.  Qiymətli  kağızlar  bazarında  tələb  və  təklifin 

artırılması  məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  dəstəyi  ilə  Bakı 

Fond  Birjası  tərəfindən  “Listinq  Məsləhət  Proqramı”  icra  edilir.  Proqram  şirkətlərin 

kapital  bazarlarına  çıxış  üçün  hazırlanması  məqsədini  daşıyır  və  bununla  əlaqədar 

qiymətli kağızları ticarət potensialına malik şirkətlərə peşəkar dəstəyi təmin edir. 

Bütün  bunlar  qiymətli  kağızlar  bazarında  əməliyyatların  dinamikasına  və 

ticarətin  strukturuna  müsbət  təsir  göstərir.  Bir  neçə  il  öncə  bazarda  dövlət  qiymətli 

kağızları  ilə  ticarət  üstünlük  təşkil  edirdisə,  bu  gün  özəl  sektorun  qiymətli  kağızları 

ilə  əməliyyatların  payı  ümumi  ticarətin  50  faizini  keçib.  Maliyyə  sektoru  ilə  yanaşı, 

qeyri  maliyyə  sektorunu  təmsil  edən  müəssisələr  də  yerli  fond  bazarı  vasitəsilə 

maliyyələşmə  imkanlarından  istifadə  edirlər.  2012-ci  ildə  ilk  dəfə  olaraq  enerji 

sektorunu  təmsil  edən  şirkətlər  də  fond  bazarı  vasitəsilə  maliyyələşmə  cəlb  etməyə 

başladılar. Hazırda bu istiqamətdə bir neçə yeni layihə üzərində hazırlıq işləri davam 

edir  və  bu  da  növbəti  mərhələdə  bazarın  daha  dinamik   inkişafı  barədə  fikir 

söyləməyə əsas verir. 

Proqramın  icrasına  beynəlxalq  ekspertiza  da  cəlb  edilib.  Bu  məqsədlə  Dünya 

Bankı  ilə  birlikdə  “Kapital  Bazarlarının  Müasirləşdirilməsi”  layihəsi  icra  olunur. 

Layihə  2015-ci  ilin  sonuna  qədər  Azərbaycan  kapital  bazarlarının  hüquqi  və  texniki 

infrastrukturunun beynəlxalq standartlara tam uyğunlaşdırılmasını hədəfə almışdır. 

Qeyd  etmək  lazımdır  ki,  özəl  sektor  hazırda  da  kapital  bazarlarının 

imkanlarından  istifadə  edir.  Hazırda  Bakı  Fond  Birjasında  20-dən  artıq  şirkətin 

səhmləri  aktiv  ticarət  olunur.  Bu  müəssisələr  tikinti,  nəqliyyat,  maliyyə,  ticarət, 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə