43
maşınqayırma, kənd təsərrüfatı, yeyinti, tekstil sənayesi kimi müxtəlif sferaları təmsil
edir. Qeyd etmək lazımdır ki, bütövlükdə dünya birjalarında ticarət olunan şirkətlərin
sayı 50 mini keçmir. Maliyyələşmə üçün girovun tələb olunmaması, onun
qiymətləndirilməsi və sığortalanması xərclərinin olmaması, vəsaitlərin geri
ödənilməsi şərtlərinin bizneslər tərəfindən müəyyən olunması və aylıq, rüblük əsasda
ödənişlərin tələb olunmaması, faiz dərəcələrinin aşağı, müddətlərin isə uzun olması
və bir çox hallarda biznes risklərinin qarşılıqlı bölüşdürülməsi kimi üstünlüklər artıq
yerli şirkətlər tərəfindən anlaşılır və onlar bu bazarın imkanlarından yetərli dərəcədə
istifadə edirlər.
Keyfiyyətcə yeni səviyyəyə qaldırılmış kapital bazarları hal-hazırda şirkətlərə
ucuz və uzunmüddətli vəsaitləri daha əlverişli və çevik şərtlərlə əldə etmək imkanı
təqdim edir. Daha öncə qeyd etdiyimiz “Listinq Məsləhət Proqramı” da məhz bu
üstünlüklərin şirkətlərə çatdırılması, onların fond bazarında maliyyələşmə
imkanlarının genişləndirilməsi və bu sahədə zəruri peşəkar dəstəyin göstərilməsinə
hədəflənib.
Texniki və hüquqi infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması
həm xarici investorların Azərbaycan kapital bazarlarında, həm də yerli investorların
xarici bazarlarda daha geniş iştirakına şərait yaradacaqdır. Məlum olduğu kimi,
hazırda qlobal maliyyə bazarlarında gəlirlik minimal hədlərdədir, bu isə investorları
daim yeni bazarlar və daha yüksək mənfəət axtarışına sövq edir. Azərbaycan
iqtisadiyyatı isə yüksək investisiya reytinqi və çevik biznes mühiti ilə xarici
investorları cəlb edir. Qeyri-neft sektorunun geniş diversifikasiyası fonunda yeni,
innovativ biznes sahələrinə sərmayələr yatırmaq istəyən investorlara kapital bazarı
institutları həm əlverişli giriş, həm də çıxış imkanları təqdim edir. Kapital
bazarlarının yeni fəaliyyət mühiti fərdi investorların da xarici bazarlara sərmayə
qoyuluşlarını həyata keçirmələri üçün şərait yaradacaqdır. Bu, Azərbaycan maliyyə
bazarlarının qlobal iqtisadi proseslərdə daha aktiv iştirakı deməkdir. Həmçinin qeyd
etmək lazımdır ki, kapital bazarları şirkətlərə heç də birtərəfli qaydada preferensiyalar
təqdim etmir. Kapital bazarlarından maliyyələşən şirkətlər eyni zamanda bir sıra
44
ciddi tənzimləmə tələblərinə və normativlərinə cavab verməlidirlər. Onlar korporativ
idarəetmə standartlarını tətbiq etməli, maliyyə hesabatlığı və mühasibatlıq
prosedurlarını
təkmilləşdirməli,
peşəkar
kadr
potensialını
daha
da
gücləndirməlidirlər. Bu isə bütövlükdə iqtisadiyyatın rəqabət potensialının
əhəmiyyətli dərəcədə artırılması deməkdir.
Son onilliklər qlobal iqtisadiyyatda, xüsusilə də maliyyə bazarlarındakı
volatilliklər bu kimi ehtiyatlı fikirlərin formalaşmasına səbəb olan amillərdəndir.
Lakin unutmaq olmaz ki, bütün müşahidə olunan proseslərlə birlikdə dünya
iqtisadiyyatı son 10 illiklər ərzində qat-qat sürətlə inkişaf etmişdir. XX əsrin
əvvəllərindən bu günədək Qərbi Avropada adambaşına düşən real gəlir 10 dəfədən
çox artıb. Müqayisə üçün bu gəlirlər 1500-cü ildən 1820-ci ilədək cəmi 56 faiz, ikinci
minilliyin ilk doqquz əsri ərzində isə 3 dəfədən də az artmışdır. Bu inkişaf yeni
fəaliyyət sferalarının yaranması, sənaye istehsalının artması, informasiya
texnologiyalarının kütləvi istifadəsi ilə yanaşı, maliyyə bazarlarının və maliyyə
vasitəçiliyinin də qlobal miqyasda genişlənməsi ilə mümkün olmuşdur.
İqtisadiyyatın periodik əsasda müsbət və mənfi dinamikası isə sərbəst bazar
iqtisadiyyatının qaçılmaz atributlarındandır və real sektordakı durğunluğun
səbəblərini həm də iqtisadi artım modellərində axtarmaq lazımdır. Artıq hamı
tərəfindən qəbul edilən faktdır ki, İkinci Dünya müharibəsindən sonra tətbiq
edilməyə başlanmış artım və rifah modelləri bu gün öz rəqabət qabiliyyətliklərini
itirməkdədir. Son 5 ildə dünya iqtisadiyyatı cəmi 2,9 faiz artmışdır ki, bu da 70-ci
illərdən bəri 5 illik periodda müşahidə olunan ən aşağı artım sürətidir. Qlobal rifahın
pisləşməsində iqtisadi artım templərinin azalması ilə yanaşı, gəlirlərin ədalətli
bölgüsü sferasındakı fundamental boşluqlar da əhəmiyyətli rol oynayır. Bu
baxımdan, maliyyə sektorunu günahlandırmaq doğru olmazdı.
Bütün bunlarla yanaşı, 80-ci illərdən başlayaraq izafi derequlyasiya meyllərinin
güclənməsi, sistem risklərinin adekvat qiymətləndirilməməsi, iqtisadi subyektlərin
məsuliyyət və səlahiyyət çərçivələrinin təhrif olunması kimi mühüm tənzimləyici
45
boşluqların mövcudluğu da danılmazdır. Bu baxımdan, sahənin mütəxəssisləri,
akademik çevrələr və iqtisadi siyasəti müəyyən edənlər tərəfindən yeni nəzarət və
tənzimləmə yanaşmalarının tətbiqinə dair axtarışlar davam etməkdədir. QKDK öz
növbəsində bu prosesləri diqqətlə izləməklə yanaşı ölkənin maliyyə sektorunun
dayanıqlılığı, qiymətli kağızlar bazarının sabit fəaliyyətini təmin edən qabaqlayıcı
tənzimləmə və nəzarət mexanizmlərini tətbiq və inkişaf etdirir.
Mütərəqqi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılması, eyni
zamanda onların tətbiqi üzrə peşəkar hazırlığın təmin edilməsi ölkənin orta müddətli
strategiyasının əsas prioritetlərindəndir. Hazırda QKDK tərəfindən qiymətli kağızlar
bazarında sistem xarakterli risklərin vaxtında aşkarlanması və effektiv tənzimlənməsi
vasitələri tətbiq edilir. Son iki il ərzində bazar iştirakçılarının fəaliyyətinə nəzarət
gücləndirilib, peşəkar fəaliyyətin lisenziyalaşdırılması prosesləri sistemləşdirilib,
maliyyə vasitəçilərinin fəaliyyəti risk əsaslı nəzarət sistemi vasitəsilə tənzimlənir.
Qiymətli kağızlar bazarında hesabatlıq gücləndirilib və məlumatların açıqlanması
mexanizmləri təkmilləşdirilib. Məlumat və hesabatların QKDK tərəfindən mütəmadi
olaraq sistemli təhlili bazarda aparılan əqdlərin şəffaflığının artırılmasını,
manipulyasiya və insayder ticarəti hallarının erkən rejimdə aşkarlanmasını təmin edir.
İnvestorların hüquqlarının müdafiəsi, habelə qiymətli kağızlar bazarı sahəsində
hüquqi məsuliyyətin gücləndirilməsi və effektiv təsir mexanizmlərinin yaradılması
üçün əsaslı işlər görülür.
Beləki,
Qiymətli
Kağızlar
üzrə
Dövlət
Komitəsinin
fəaliyyətinin
təkmilləşdirilməsi və mütərəqqi idarəetmə təcrübəsinin formalaşdırılması məqsədilə
2010-cu ildən etibarən ortamüddətli strateji planlaşdırma mexanizmlərinin tətbiqinə
başlanılıb. 2013-cü ildə artıq ikinci ortamüddətli strateji planlama dövrünə başlanılıb.
Hazırda hər bir funksional struktur bölmə öz fəaliyyətini qiymətli kağızlar bazarının
inkişaf strategiyasına uyğun olaraq digər struktur bölmələri ilə əlaqəli şəkildə
hazırlanmış ortamüddətli strateji və illik fəaliyyət planları əsasında qurur.
Komitənin kadr potensialının gücləndirilməsi və peşəkar hazırlığın inkişaf
Dostları ilə paylaş: |