Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

46 

 

etdirilməsinə həmçinin xüsusi diqqət yetirilir. Bu gün QKDK kollektivi əsasən gənc, 



dinamik,  yaxşı  təhsilli  və  yüksək  peşəkarlığa  malik  əməkdaşlardan  formalaşıb. 

Azərbaycan  Prezidentinin  təşəbbüsü  ilə  icra  olunan  xaricdə  təhsil  proqramının 

məzunları  bu  gün  bu  kollektivin  özəyini  təşkil  edir.  Güclü  baza  təhsili  ilə  yanaşı, 

QKDK-da  insan  kapitalının  gücləndirilməsi  “davamlı  təlim”  prinsiplərinə  əsaslanır. 

Bu  da  təbiidir,  çünki  qiymətli  kağızlar  bazarı  dinamik  inkişaf  edən  sahədir  və 

buradakı proseslər kifayət qədər mürəkkəbdir. 

QKDK beynəlxalq əlaqələr və əməkdaşlığın qurulmasına sahəsində də, önəmli 

işlər görülür. Beynəlxalq maliyyə institutları, kapital bazarları sahəsində ixtisaslaşmış 

qurumlar   və  digər  ölkələrin  tənzimləyiciləri  ilə  dayanıqlı  qarşılıqlı  münasibətlər 

yaradılır.  Bu  əlaqələrdən  həm  qiymətli  kağızlar  bazarının  inkisafı  və 

tənzimlənməsində, həm də Komitənin daxili potensialının gücləndirilməsində istifadə 

olunur.  Ölkə  iqtisadiyyatının  şaxələndirilməsi,  regional  inkişaf,  özəl  sektorun 

dəstəklənməsi  və  əhalinin  məsğulluq  səviyyəsinin  yüksəldilməsi  sahəsində  həyata 

keçirilən  uğurlu  iqtisadi  islahatlar  sayəsində  ölkə  iqtisadiyyatı  qədəm  qoyduğu  yeni 

inkişaf  mərhələsi  2005-ci  ildən  bəri,  2005  -  2010-cu  illər  ərzində  ÜDM  3  dəfə,  o 

cümlədən qeyri-neft sektorunda ÜDM 3,5 dəfə, əsas kapitala  investisiyalar  1,5 dəfə, 

əhalinin  nominal  pul  gəlirləri  3,4  dəfə  artmış,  strateji  valyuta  ehtiyatları  30  milyardı 

keçmişdir.  Bütün  bunlar  ölkənin  rəqabət  qabiliyyətliyinin  və  investisiya 

cəlbediciliyinin  yüksəlməsinə  zəmin  yaratdı.  Keçən  il  ərzində  isə  qiymətli  kağızlar 

bazarının  artım  tempi  ölkə  iqtisadiyyatının  inkişaf  dinamikasını  bir  neçə  dəfə 

üstələyən  tendensiya  nümayiş  etdirmiş,  bazarda  pozitiv  kəmiyyət  göstəriciləri  ilə 

yanaşı  önəmli  keyfiyyət  dəyişiklikləri  müşahidə  olunmuşdur.  Belə  ki,  qiymətli 

kağızlar  bazarında  əməliyyatların  həcmi  2014-cü  il  ərzində  ötən  illərlə  müqayisədə 

50  faiz  artaraq  13,2  milyard  manat  təşkil  etmişdir  ki,  bu  da  Azərbaycanda  qiymətli 

kağızlar bazarının formalaşdığı dövrdən bu yana qeydə alınan ən yüksək göstəricidir. 

Həmçinin, hesabat dövrü ərzində bazarın korporativ qiymətli kağızlar sektoru yüksək 

artım  tempi  nümayiş  etdirərək  Azərbaycanın  qiymətli  kağızlar  bazarının  dövlət 

tənzimlənməsinin  başlandığı  dövrdən  etibarən  ən  yüksək  həddə  çatmış,  korporativ 




47 

 

qiymətli kağızlar sektorunun bazar payı ilk dəfə olaraq 50 faizi ötmüş, ilk dəfə olaraq 



iri  regional  layihələrin  korporativ  qiymətli  kağızlar  bazarı  vasitəsilə  maliyyələşməsi 

və  qiymətli  kağızlar  bazarında  törəmə  alətlər  ilə  ticarət  əməliyyatları  həyata 

keçirilmişdir.  2014-cü  il  ərzində  şirkətlərin  qiymətli  kağızlar  bazarı  vasitəsilə 

maliyyələşməsi  və  qiymətli  kağızların  təkrar  ticarətində  əhəmiyyətli  canlanma 

müşahidə olunmuş, bazarın hər iki seqmentində Azərbaycan qiymətli kağızlar bazarı 

tarixinin ən yüksək həddi qeydə alınmışdır. Belə ki, qiymətli kağızlar bazarının ilkin 

bazarında da, əqdlərin sayı ötən il ilə müqayisədə 37 faiz, həcmi isə 3 dəfə artaraq 3,6 

milyard manat, təkrar bazar ticarəti üzrə əməliyyatların həcmi ötən il ilə müqayisədə 

26  faiz  artaraq  9,6  milyard  manat  təşkil  etmişdir.  Eyni  zamanda,  2014-cü  il  ərzində 

həyata  keçirilən  əməliyyatların  98  faizi  mütəşəkkil  bazarda  baş  tutmuşdur  ki,  bu  da 

2009-cu  ildən bəri qeydə alınmış ən  yüksək göstəricidir.  Hesabat dövrü ərzində özəl 

və  dövlət  sektoru  şirkətlərinə  regional  layihələrin  qiymətli  kağızlar  bazarı  vasitəsilə 

maliyyələşməsi,  həmçinin  korporativ  alətlərlə  təkrar  ticarətin  artması  nəticəsində 

bazarın  korporativ  qiymətli  kağızlar  seqmentinə  əqdlərin  sayı  və  əməliyyatların 

həcmində  yüksək  templi  artım  müşahidə  olunmuşdur.  Belə  ki,  2014-cü  il  ərzində 

korporativ  qiymətli  kağızlar  bazarında  əqdlərin  sayı  ötən  il  ilə  müqayisədə  38  faiz, 

həcmi  isə  2,7  dəfə  artaraq  4,7  milyard  manat  təşkil  etmişdir  ki,  bu  da  qiymətli 

kağızlar  bazarının  korporativ  sektorunda  Azərbaycanda  qiymətli  kağızlar  bazarının 

formalaşdığı dövrdən bəri qeydə alınmış ən yüksək göstəricidir. 

Azərbaycanda  qiymətli  kağızlar  bazarındakı  sürətli  inkişafı  daha  aydın  görə 

bilmək  üçün  biraz  əvvəlki  illərinin  göstəricilərinə  nəzər  salmaq  lazımdır.  Bu  inkişaf 

dövrü  ərzində  səhm  bazarında  gəlirlilik  artmış  və  müddətinə  görə  müxtəlif  alətlər 

çıxarılmış,  mövcud  alətlərin  ticarətinin  isə  həcmi  əhəmiyyətli  dərəcədə  artmışdır. 

İnvestorların  bazardakı  aktivliyi  yüksəldi  və  xarici  investorlar  Azərbaycan  maliyyə 

alətlərinə  sərmayə  qoymağa  başladılar.  Maliyyə  sektoru  ilə  yanaşı,  ilk  dəfə  olaraq 

qeyri-maliyyə  sektorunu  təmsil  edən  müəssisələr  yerli  fond  bazarı  vasitəsilə 

maliyyələşməyə  başladılar.  2005-2009-cu  illər  ərzində  bütövlükdə  Bakı  Fond 

Birjasının  ticarət  dövriyyəsi  6,4  dəfə,  o  cümlədən  dövlət  istiqrazları  ilə  ticarətin 




48 

 

həcmi  9,7  dəfə,  korporativ  istiqrazlar  ilə  əməliyyatların  həcmi  23,3  dəfə  artmışdır. 



Nəticədə,  Bakı  Fond  Birjasının  ticarət  dövriyyəsi  ÜDM-in  4,1  faizdən  9,6  faizədək 

yüksəldi.  2009-cu ild səhmlərin təkrar bazarının həcmi 42 mln.manat təşkil etmişdir, 

bu  da  2008-ci  ilin  eyni  göstəricisini  2,3  dəfə  üstələyir.  Təkrar  bazarda  dövriyyədə 

olmuş  səhmlərin  məcmu  sayı  23  mln.  ədəddən  çox  olmuşdur.  Səhmlərin  təkrar 

bazarının canlanması məhz 2009-cu ildə birjanın ticarət sisteminin təkmilləşdirilməsi 

və  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  həyata  keçirilmiş 

sağlamlaşdırıcı  tədbirlərin  nəticəsində  mümkün  olmuşdur.  Belə  ki,  maliyyə 

sektorunda  təmsil  olunan  şirkətlərin  dinamik  kapitallaşması  prosesi  nəticəsində 

korporativ  qiymətli  kağızların  artımı  baş  verib.  2010-cu  ildə  qiymətli  kağızlar 

bazarında  mövcud  bazar  alətlərinin  buraxılışı  və  ticarəti  sabit  qaydada  davam  etmiş, 

bazara  yeni  xüsusiyyətli  alətlər  buraxılmış,  bütövlükdə  həm  tələb,  həm  də  təklifin 

canlanması  prosesləri  müşahidə  edilmiş  və  qiymətli  kağızlar  bazarı  ümumi  artımı 

üstələyən  dinamika  nümayiş  etdirmişdir.  2011  ilin  6  ayı  ərzində  korporativ  qiymətli 

kağızlar  bazarı  2010-cu  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  1.5  dəfə  artaraq  331.5 

milyon manat təşkil etmişdir. 

Ötən  əsrin  90-cı  illərinin  əvvəlində  Azərbaycanın  müstəqillik  əldə  etdiyi 

dövrdə,  cəmiyyət  və  iqtisadiyyatda  demokratizasiya  hərəkatı  ilə  eyni  vaxtda  ölkənin 

daxili  maliyyə  bazarında  dirçəliş  prosesi  başladı.  Bu  məsələ  çətin  və  böyükmiqyaslı 

bir  məsələ  idi,  buna  görə  də  zaman  tələb  edirdi.  Lakin  bütün  bunlara  baxmayaraq, 

qısa  tarixi  dövrdə  qəbul  edilmiş  qanunverici  və  hüquqi  aktlar  və  normativ  sənədlər 

əsasında  kapitalın  paylanması  və  təkrar  paylanması  üzrə  xidmət  göstərilməsinin 

müasir mexanizmi – maliyyə bazarı yarandı ki, bunun da əsas istirakçıları maliyyə və 

kredit  institutları  oldu.  Ölkəmizin  uçot  seqmentindəki  əsas  maliyyə  aləti  son 

zamanlar  emissiya  və  yerləşdirilməsi  təsadüfi  xarakter  daşıyan  dövlət  qısamüddətli 

istiqrazlar  və  AMB-nin  Notları  oldu.  Kommersiya,  xəzinədar  və  bank  vekselləri, 

korporativ  istiqrazlar  və  digər  qısamüddətli  öhdəlik  kağızları  kimi  alətlər  bazarda 

özlərinə  layiqli  yer  tapa  bilmədilər.  Banklararası  pul  bazarı  banklar  arasında  pul 

vəsaitlərinin  qısamüddətli  banklararası  depozit  və  kredit  formasında  operasiyaların 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə