Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

33 

 

vəzifələri  qiymətli  kağızlar  bazarında  klassik  bazar  anlayışına  uyğun  dövlət 



siyasətinin  formalaşdırılmasını  tələb  edirdi.  1998-ci  il  dekabrın  30-da  Prezident 

tərəfindən  “Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə 

Dövlət  Komitəsinin  yaradılması  haqqında”  Fərmanın  imzalanması  ilə  qiymətli 

kağızlar  bazarının  inkişafının  növbəti  mərhələsi  başlandı.  İlk  gündən  yüksək  statusa 

malik  Komitənin  təsis  edilməsi  ilə  ölkədə  mütəşəkkil  fond  bazarlarının  inkişafı  və 

tənzimlənməsi  sahəsində  əlaqələndirilmiş  vahid  strategiyanın  həyata  keçirilməsinə 

başlandı.  Bu  əsasda  qiymətli  kağızlar  bazarı  üzrə  normativ  hüquqi  baza 

təkmilləşdirildi  və  bazarın  fəaliyyəti  və  tənzimlənməsinə  dair  ikinci  nəsil 

qanunvericilik  bazası  formalaşdırıldı.  İlk  növbədə,  Mülki  Məcəlləyə  müvafiq  əlavə 

və  dəyişiklər  edildi  və  müəyyən  edilmiş  hüquqi  çərçivənin  tətbiqi  məqsədilə  70-dən 

çox  qanunaltı  normativ  sənədlər  qəbul  edildi.  Yeni  nəsil  qanunvericilik  əsasında 

ölkədə  mütəşəkkil qiymətli kağızlar bazarının baza  institutları, ticarət  və post-ticarət 

institutları  və  maliyyə  vasitəçiləri  formalaşdırıldı.  1999-cu  ilin  sentyabrında 

Azərbaycan  qiymətli  kağızlar  bazarı  infrastrukturunun  əsas  institutlarından  biri  olan 

Milli  Depozit  Mərkəzi  yenidən  təşkil  edilərək  qiymətli  kağızların  saxlancı  və 

depozitar  xidmətlərini  göstərməyə  başladı.  Aparıcı  maliyyə  institutlarının  təsisçiliyi 

və  tam  özəl  sərmayə  əsasında  2000-ci  ildə  Bakı  Fond  Birjasının  yaradılması  ilə 

müasir  fond  bazarı  vasitəçiləri  -  broker  və  diler  institutları  formalaşmağa  başladı. 

Qısa  müddət ərzində öz institusional potensialını  gücləndirən  və  yetərli kapitallaşma 

səviyyəsini  təmin  edən  Bakı  Fond  Birjası  qiymətli  kağızlar  bazarında  ticarət 

təşkilatçısı  funksiyasını  aktiv  həyata  keçirməyə  başladı.  Beləliklə,  özəlləşdirmə 

infrastrukturu  institutlarının  klassik  fond  bazarı  təsisatlarına  transformasiyası 

prosesinin tamamlanması fond bazarında tələb və təklifin formalaşdırılması, maliyyə 

alətlərinin bazara çıxarılması və ticarətinin təşkil edilməsinə əlverişli zəmin hazırladı. 

2003-cu  ildən  etibarən  cənab  Prezident  İlham  Əliyevin  bilavasitə  rəhbərliyi  ilə  ölkə 

iqtisadiyyatının  şaxələndirilməsi,  regional  inkişaf,  özəl  sektorun  dəstəklənməsi  və 

əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsi  sahəsində  həyata  keçirilən  uğurlu 

iqtisadi  islahatlar  ölkə  ÜDM-nin  davamlı  və  rekord  səviyyələrdə  artımı  ilə 




34 

 

nəticələndi. 2004-cü ildə Mülki Məcəlləyə  müvafiq əlavə  və dəyişikliklərin edilməsi 



ilə  kapital  bazarlarının  fəaliyyətini  tənzimləyən  qanunvericilik  bazası  əhəmiyyətli 

dərəcədə  təkmilləşdirildi.  Yeni  hüquqi  mühit  bazarın  əməliyyat  və  institusional 

arxitekturasında da köklü  islahatlara zəmin yaratdı. Bazarın əməliyyat  infrastrukturu 

sadələşdirildi,  yeni  maliyyə  vasitəçiliyi  təsisatları    broker  və  dilerlər  formalaşdırıldı. 

2004-cü  ildən  etibarən  yerli  və  xarici  valyutada  korporativ  istiqrazların  və  Mərkəzi 

Bankın  notlarının  fond  birjasında  kütləvi  ticarətinə  başlandı.  Kapital  bazarlarındakı 

pozitiv institusional proseslər və bu proseslərin ölkənin dinamik inkişafı və dayanıqlı 

makroiqtisadi  mövqeyi  ilə  dəstəklənməsi  xarici  investorların  da  diqqətini  çəkirdi. 

2006-cı  ildən  etibarən  xarici  investorlar  Azərbaycan  maliyyə  alətlərinə  sərmayələr 

yatırmağa başladılar. 

2009-cu  ildən  etibarən  qiymətli  kağızlar  bazarının  ticarət  və  postticarət 

sistemlərinin  inteqrasiya  edilməsi  və  ticarətin  avtomatlaşdırılması  proseslərinə 

başlandı.Maliyyə  vasitəçilərinin  əhatə  dairəsi  genişləndirildi  və  onlara  ticarət 

sisteminə  məsafədən  çıxış  imkanları  təqdim  edildi.  Bazara  müddəti  və  gəlirliyinə 

görə  müxtəlif  alətlər  çıxarıldı,  mövcud  maliyyə  alətlərinin  ticarət  həcmi  əhəmiyyətli 

dərəcədə  artdı.  Bakı  Fond  Birjasında  listinq  və  ticarət  mexanizmləri  təkmilləşdirildi 

və artıq 2009-cu  ildə  iki şirkət ən  yüksək  səviyyəli ticarət kateqoriyasına  —  listinqə 

daxil edildi. İpoteka istiqrazlarının  Bakı  Fond Birjasında ticarətinə start verilməsi ilə 

ipoteka  kreditləşməsinin  kapital  bazarları  vasitəsilə  yenidən  maliyyələşməsinə 

başlandı.  2010-cu  ildə  “İnvestisiya  fondları  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun  qüvvəyə  minməsi  ilə  bazarda  institusional  investorların  fəaliyyəti  və 

tənzimlənməsi üçün hüquqi və əməliyyat mühiti formalaşdırıldı. 

Bütövlükdə  bu  proseslər  nəticəsində  2003-2012-ci  illər  ərzində  qiymətli 

kağızlar bazarında ticarətin həcmi orta hesabla illik 130 faiz artaraq qeyri-neft ÜDM-

nə nisbətdə 2 faizdən 33 faizə yüksəldi. Bakı Fond Birjasında ticarətin həcmi 90 dəfə, 

Milli Depozit Mərkəzində saxlanılan qiymətli kağızların həcmi 10 dəfədən çox artdı. 

Azərbaycan  iqtisadiyyatının  son  illərdəki  dinamik  inkişafı  kapital  bazarları 

üçün  yeni  missiya  və  məqsədlər  formalaşdırır.  Azərbaycan  Prezidenti  cənab  İlham 




35 

 

Əliyev  tərəfindən  müstəqilliyimizin  3-cü  onilliyində  ölkə  iqtisadiyyatının  ikiqat 



artımı  və  rifah  səviyyəsinin  inkişaf  etmiş  ölkə  standartlarına  çatdırılması  hökumətin 

əsas  iqtisadi  prioriteti  kimi  müəyyən  edilmişdir.  Son  20  il  ərzində  həyata  keçirilmiş 

uğurlu  iqtisadi  siyasət  bunun  üçün  dayanıqlı  baza  formalaşdırmışdır.  Sosial-iqtisadi 

həyatın  bütün  sahələrində  əhəmiyyətli  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri  baş 

vermiş, əhalinin rifah səviyyəsi orta gəlirli iqtisadiyyatların səviyyəsinə yüksəlmişdir. 

Ölkədə insan kapitalı davamlı olaraq inkişaf etmiş, rəqabət qabiliyyətliliyi yüksəlmiş, 

sosial rifahın təmin olunmasında qeyri-neft sektorunun rolu xeyli dərəcədə artmışdır. 

Azərbaycan iqtisadiyyatının son 20 ildəki inkişaf dinamikasına baxsaq, onun iki aktiv 

sərmayə  dalğası  ilə  müşayiət  olunduğunu  görərik.  1994-2003-cü  illərdə  neft 

sektoruna  yatırılan  birbaşa  xarici  investisiyalar  və  2003-2012-ci  illərdə  iri  dövlət 

investisiyaları  iqtisadiyyata  zəruri  kapitalizasiyanı  təmin  edirdi.  Növbəti  onillikdə 

ÜDM-in  ikiqat  artımı  və  120  milyard  dollarlıq  iqtisadiyyatın  formalaşdırılması  3-cü 

dalğa  intensiv  kapitallaşmanı  —  qeyri-neft  sektoruna  özəl  investisiyaların  illik 

həcminin  3,5-4  dəfə  artırılmasını  tələb  edir.  Bu  isə  dinamik  institusional  inkişaf, 

çevik  biznes  mühitinin  təmin  olunması,  insan  kapitalının  yeni  inkişaf  səviyyəsinə 

çatdırılması ilə yanaşı, maliyyə sektorunun şaxələndirilməsi və dərinləşdirilməsini də 

tələb  edir.  Məqsəd  növbəti  onillik  ərzində  maliyyə  vəsaitlərinin  çevik  və  əlverişli 

şərtlərlə  əldə  olunduğu,  investorlara  və  bu  xidmətlərin  digər  istehlakçılarına  daha 

yaxın  olan  maliyyə  sisteminin  formalaşdırılmasıdır.  Bununla  yanaşı,  sistem 

risklərinin  adekvat  tənzimlənməsi,  investorların  hüquqlarının  qorunması  və 

bütövlükdə  maliyyə  sektorunun  sabitliyi  məsələləri  də  xüsusi  diqqət  mərkəzində 

saxlanılmalıdır. Kapital bazarlarında dövlət siyasətinin əsasını da  məhz bu prinsiplər 

təşkil  edəcəkdir.  Məlum  olduğu  kimi,  2011-ci  ilin  may  ayında  möhtərəm 

Prezidentimiz  tərəfindən  “2011-2020-ci  illərdə  Azərbaycanda  qiymətli  kağızlar 

bazarının  inkişafı”  Dövlət  Proqramı  təsdiq  olunmuşdur.  Bu  prinsiplərə  əsaslanan 

inkişaf  strategiyası  və  onun  taktiki  addımları  Dövlət  Proqramında  müəyyən 

edilmişdir.  Yeni  iqtisadi  doktrinanın  əsas  prinsiplərindən  olan  qeyri-neft  sektorunun 

inkişafının  stimullaşdırılması  Azərbaycan  qiymətli  kağızlar  bazarının  da  keyfiyyətcə 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə