Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

55 

 

təmzimləmə  alətləri  yaratmaq.  Azərbaycanda  fond  bazarının  formalaşması  bir  sıra 



problemlərlə  üzləşmişdir  ki,  bu  bazarın  inkişafı  və  mövcudlugu  üçün  maneələr  və 

problemlər  aradan  qaldırılmalıdır.  Azərbaycanda  qiymətli  kağızlar  bazarının 

inkişafının əsas problemləri kimi aşağıdakıları qeyd edə bilərik: 

-Bazara  mənfi təsir  göstərən  xarici amillərin aradan qaldırılması, istehsal sahələrinin 

dirçəldilməsi, sosial sabitliyin bərqərar olunması və s.; 

-Fond bazarının məqsədli yenidən istiqamətləndirilməsi ilk növbədə dövlətin maliyyə 

ehtiyatlarının  qiymətli  kağızlar  bazarı  vasitəsilə  ödənilməsinin  azaldılması  və  iri 

səhm  paketlərinin  Azərbaycanda  istehsalın  dirçəldilməsi  və  inkişafı  məqsədlərinə 

sərbəst pul resurslarının yönləndirilməsi üçün yenidən bölüşdürülməsi; 

-Qanunvericiliyin yaxşılaşdırılması və ona riayət olunmasına nəzarət; 

-Fond bazarında dövlətin rolunun artırılması, bunun üçün: qiymətli kağızlar bazarının 

inkişafı  və  onun  cari  tənzimlənməsi,  fond  bazarı  modelinin  seçilməsi,  eyni  zamanda 

qiymətli  kağızlar  buraxılışı  hesabına  təsərrüfatın  və  büdcənin  maliyyələşdirilməsi 

mənbələrinin 

payını 

müəyyənləşdirmək 



məqsədilə 

uzunmüddətli 

fəaliyyət 

konsepsiyası  və  siyasəti  işlənib  hazırlanmalı,  qiymətli  kağızlar  bazarını 

formalaşdırmaq  məqsədilə  dövlət  və  özəl  sektorun  resurslarını  birləşdirə  biləcək 

qiymətli kağızlar və fond bazarı üzrə güclü Komissiya yaradılmalıdır və s.; 

-Investorların  qorunması  problemi.  Bunu  üçün  dövlət  və  ya  qismən  dövlət  qoruma 

sistemi  formalaşdırmalıdır.  Emitentlərin  maraqları  qorumaq  məqsədilə  və  qiymətli 

kağızların  hərəkətinin  qeydiyyatı  üçün  depozitar  və  klirinq,  eyni  zamanda  vasitəçi 

şəbəkələrinin yaradılması. 

-Məlumatların  açıqlığı  prinsipinin  reallaşması:  bu  qiymətli  kağız  emitentlərinin 

fəaliyyəti  haqqında  nəşrlərin  genişləndirilməsi,  emitent-kompaniyaların  qəbul 

olunmuş  reytinq  qiymətləndirməsinin  tətbiq  olunması,  ixtisaslaşmış  nəşrlərin 

investisiya obyekti kimi ayrı-ayrı sahələri xarakterizə edən şəbəkəsinin inkişaf 

etdirilməsi,  qiymətli  kağızlar  bazarını  qiymətləndirmək  üçün  ümumi  qəbul  olunmuş 

göstəricilər sisteminin yaradılması və s. 

-Qiymətli kağızlar bazarını inkişaf etdirmək məqsədilə xarici təcrübə köməyinin cəlb 



56 

 

edilməsi, bu sahədə təhsil sisteminin inkişaf etdirilməsi. 



  

Bu  gün  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafını  ləngidən  əsas 

problemlərdən biri də sahibkarlıq fəaliyyəti subyektlərinin aşağı səviyyəli investisiya 

aktivliyinin  yaranmasıdır.  Bu  bir  neçə  səbəbdən  meydana  gəlib.  Birincisi,  ilk 

növbədə  Azərbaycan  iqtisadiyyatında  mövcud  problemlərlə  və  özəl  sektorun  aşağı 

investisiya  imkanları  ilə  bağlıdır.  İkincisi,  aşağı  investisiya  aktivliyinin  problemi 

ödəməmələrinin  dərinləşməsi  ilə  daha  da  genişlənir.  Üçüncüsü,  bank  sistemində 

mövcud problemlər, real sektor istirakçılarının kredit resurslarından lazımi səviyyədə 

faydalana bilməməsi ilə əlaqədardır. 

İnvestisiya  məqsədilə  maliyyə  resurslarının  əsas  hissəsi  QKB-da  əsasən  də 

korporativ  qiymətli  kağızlar  sektorunda  formalaşır.  Bu  gün  Azərbaycanda  isə 

qiymətli kağızlar bazarının çox hissəsi dövlət qisamüddətli istiqrazların payına düşür 

və  bu  isə  öz  növbəsində  maliyyə  vasitələrinin  lazımi  səviyyədə  və  düzgün 

yerləşdirilməsini  ləngidir.  Ölkəmizin  fond  bazarındakı  digər  həll  olunması  tələb 

olunan problemlər aşağıdakılardır: 

-Qəbul olunan Beynəlxalq standartlara uyğun tərtib olunmama; 

-Maddi bazarın , ticarət texnologiyalarının, requlyativ və məlumatlanma 

infrastrukturlarının inkişaf etməməsi; 

-Dövlət  tənzimlənmə  sisteminin  parçalanması,  bir  çox  tənzimləmə  funksiyalarının 

ayrı-ayrı  idarəetmə  orqanlarında  təkrarlanması,  vahid  tənzimləmə  konsepsiyasının 

hazırlanması; 

-Ümumilikdə fond bazarı ilə bağlı olan bütün risklərin yüksək səviyyədə olması; 

-İnvestisiya probleminin mövcud olması; 

-Spekulyativ dövriyyənin aradan qaldırılması; 

-Qisamüddətli  dövlət  istiqrazlarının  bazar  strukturunda  üstün  mövqeyə  malik  olması 

və s. 


Lakin, bütün bu problemlərin mövcudluğuna baxmayaraq ölkəmiz üçün yeni 

olan bu bazar strukturu gələcəkdə daha yüksək templərlə inkişaf edəcəyinə əmin ola 

bilərik.  Kapital  bazarı  iqtisadiyyatın  o  qədər  çoxtərəfli  sektorudur  ki,  bu  seqmentdə 



57 

 

prosesləri  birmənalı  qiymətləndirmək  mümkün  deyil.  2014-cü  ildə  bəzi  birja 



məhsulları,  o  cümlədən  enerji  daşıyıcıları  üzrə  qiymətin  azalması  şəklində  xarici 

faktorların təsiri mövcud olub. Həmçinin xüsusi ilə Azərbaycanın yerləşdiyi regionda 

bir  sıra  milli  valyutaların  devalvasiyası  amili  olub.    Qlobal  iqtisadiyyatda  geosiyasi 

dəyişiklik  amili  bazara  çox  ciddi  təsir  göstərib  və  bütün  bunlar  qaçılmaz  olaraq 

Azərbaycan  iqtisadiyyatında  əksini  tapıb.  Lakin  ümumilikdə  ölkə  iqtisadiyyatı  və 

Azərbaycanın  kapital  bazarlarında  proseslər  xarici  təhdidlərə  çox  ciddi  dayanıqlıq 

göstərmişdir.  Hesab  edirəm  ki,  ötən  il  ərzində  ölkənin  kapital  bazarında  olduqca 

ciddi,  həm  kəmiyyət  həm  də  keyfiyyət  nəticələri  əldə  olunub.  Qeyd  etmək  lazımdır 

ki,  2011-ci  ildə  Qiymətli  Kağızlar  Bazarının  İnkişafı  üzrə  Dövlət  Proqramı  qəbul 

edildikdən sonra son bir neçə il ərzində dövlət və QKDK kapital bazarının bütün əsas 

aspektlərində  islahatların  aparılması  üzrə  ardıcıl  tədbirlər  həyata  keçirilir  və  nəticə 

olaraq,  2014-cü  ildə  artıq  kifayət  qədər  ciddi  keyfiyyət  dəyişikliklərinə  malik 

olunmuşdur.  Birincisi,  ötən  il  derivativ  maliyyə  alətləri  üzrə  ticarət  platforması 

fəaliyyətə  başladı. 

Hüquqi  əsaslanma,  əməliyyat  platforması,  potensialın 

möhkəmləndirilməsi təsdiq edildi  və  iyulun 21-də sistem  işə salındı. Nəticədə  yarım 

il  ərzində  mal-xammal  derivativlər  və  xarici  valyutada  derivativlər  üzrə 

əməliyyatların  həcmi 4,3  milyard  manata çatıb  ki, bu da qiymətli kağızlar bazarında 

əqdlərin  ümumi  həcminin  üçdə  birini  təşkil  edir.  İkincisi,  ötən  il  nəhayət  ki,  təkrar 

bazarda  likvidliyin  təminatı  və  birja  ticarətində  rəqabətli  qiymət  müəyyənləşdirmə 

mexanizmlərini  işə  salınmışdır.  Bu,  o  deməkdir  ki,  ötən  il  ərzində  iri  oyunçular,  iri 

maliyyə  şirkətləri  bazar  qiymətləri  üzrə  konkret  bazar  kağızlarını  almaq  və  satmaq 

öhdəliklərini  üzərlərinə  götürərkən,  Azərbaycan  Qiymətli  kağızlar  bazarı 

marketmeykerlik  institutunu  yaratmışdır.  2014-cü  il  ərzində  likvidliklə  təmin  edilən 

maliyyə institutlarının sayı 13-ə çatıb və bu, təkrar bazarda və sonra isə ilkin bazarda, 

xüsusi  ilə  də  korporativ  kağızlar  bazarında  bu  kağızların  likvidliyinin  və  onlara 

tələbatın  artmasına  yardım  etdi.  Yekunda  bazarın  bu  seqmentində  əməliyyatlar  2,2 

dəfə  artdı.  Üçüncü  böyük  keyfiyyət  dəyişikliyi  onunla  əlaqədardır  ki,  Azərbaycanda 

kapital  bazarı  institutlarının  mövcud  olduğu  15  il  ərzində  struktur  dəyişiklikləri  ona 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə