Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   21   22   23   24   25   26   27   28   29

79 

 

önəmli  rol  oynaya  bilər.  Qiymətli  kağızların  dövriyyəsinin  artırılmasında,  bu  sahədə 



şəffaflığın  yüksəldilməsində  qiymətləndirici  indekslərin  tətbiqinin  zəruriliyi  nəzərə 

alınmalı,  onun  istifadəsini  təmin  edəcək  texniki-iqtisadi  metodoloji  sənədlərin 

hazırlanması  məsələsi  də  xüsusi  diqqət  mərkəzində  saxlanılmalıdır.  Ümumilikdə, 

bazarın  müəyyən  dərinliyinə  nail  olmaqla,  indekslərin  tətbiqinə  nail  olmaq  daha 

məqsədə  uyğundur.  Belə  ki,  bazarın  təkmilləşdirilməsi,  aparılan  əməliyyatların 

çeşidinin  və  keyfiyyətinin  yüksəldilməsi  bu  dərinliyin  təmin  edilməsində  xüsusi 

əhəmiyyət kəsb edir. Bazarın inkişafı, burada iştirakçıların və investorların fəallığının 

yüksəldilməsi, 

onların 

qarşılıqlı 

maraqların 

qorunması 

məsuliyyətlikinam 

səviyyəsinin  gücləndirilməsi  kimi  məsələlərlə  sıx  bağlıdır.  Bununla  bağlı,  həmçinin 

informasiya  şəffaflığının  artırılması  da  zəruri  məsələlərdən  hesab  olunur.  Sahə  üzrə 

hüquqi-normativ  bazanın  məhz  bu  baxımından  təkmilləşdirilməsinə  ehtiyac 

artmaqdadır.  Müvafiq  hüquqi-normativ  bazanın  təkmilləşdirilməsi  və  informasiya 

sisteminin  gücləndirilməsi  ilə  bağlı  aşağıdakı  amillərə  diqqətin  artırılması  məqsədə 

uyğundur: 

-informasiyanın  açılması  üçün  zəruri  olan  tələblər  sisteminin  səmərəliliyinin 

artırılması; 

-müəssisələrin informasiya şəffaflığının səviyyəsinin yüksəldilməsi; 

-informasiyanın açılması sisteminin səmərəliliyinin artırılması; 

-informasiyanın açılmasının hüquqi mühitini müəyyən edən qanunvericiliyin 

təkmilləşdirilməsi,  informasiyanın  açılması  üzrə  tələblərin  yerinə  yetirilməsi  üzrə 

yoxlama və nəzarət mexanizmlərinin gücləndirilməsi, belə tələblərin pozulmasına 

görə məsuliyyətin artırılması; 

-emitentlərin məsuliyyətinin artırılması. 

Fond  bazarının  inkişafı  baxımından  yeni  alət  kimi  bələdiyyələrin  qiymətli 

kağızlarının buraxılmasına ehtiyac  vardır. Bu qurumlar  geniş əhali kütləsi üçün borc 

qiymətli  kağızları  buraxa,  cəlb  olunmuş  vəsaitləri  bələdiyyə  proqramlarının 

reallaşmasında  istifadə  edə  bilərlər.  Hazırda  regionlarda  sosial-iqtisadi  inkişafa  nail 

olmağın  ən  vacib  amillərindən  biri  kimi  yeni  maliyyələşmə  aləti  olan  bələdiyyə 



80 

 

qiymətli kağızlarının buraxılması da hesab oluna bilər. Azərbaycanın fond bazarında 



xarici  investorların  fəaliyyətinin  təşkili  ölkə  iqtisadiyyatının  inkişaf  etdirilməsində 

vacib  amillərdən  biridir.  Azərbaycan  fond  bazarı  xarici  investorlar  və  beynəlxalq 

qurumlar  üçün  cəlbedicidir.  Onlar  kapital  yatırılması  imkanları  baxımından 

Azərbaycan  bazarını  kifayət  qədər  perspektivli  bazar  hesab  edirlər  ki,  bu  da  ölkədə 

əlverişli  investisiya  mühiti  ilə  əlaqədardır.  Həmçinin  bazarın  fəaliyyətinin 

genişləndirilməsi  ilə  bağlı  investorların  maarifləndirilməsinə,  investisiya  və 

korporativ  idarəetmə  mədəniyyətinin  yüksəldilməsinə  və  bu  istiqamətdə  xüsusi 

proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə də ehtiyac vardır. 

Ölkədə  iri  və  orta  müəssisələr  əsasən  əvvəl  dövlətə  məxsus  və  blok  halında 

özəlləşdirilən  və  səhmdar  cəmiyyətinə  çevirilən  müəssisələrdir.  Bu  müəssisələrin 

səhmdarlarının  təkrar  bazarın  inkişafında  necə  maraqlı  olacaqlarını  araşdırmaq 

zəruridir.  Həmçinin  kiçik  və  orta  müəssisələr  fond  bazarından  maliyyə  vəsaiti  əldə 

etmək məqsədilə istifadə edə bilərlər, ancaq bu zaman yeni səhmdarların da məqsədi 

mühümdür.  Onlarda  təkrar  bazarın,  xüsusilə  də  səhm  bazarının  inkişafında  maraqlı 

olmasalar,  demək  ki,  birja  yenə  əvvəlki  bazar  kimi  fəaliyyət  göstərəcəkdir.  Fond 

bazarının 

inkişafı 

ilə 


bağlı 

onun 


institusional, 

infrastruktur 

sistemin 

təkmilləşdirilməsinə,  beynəlxalq  bazarlarla  daha  geniş  ticarət  əlaqələri  yaratmaq 

potensialının  gücləndirilməsinə  diqqət  artırılmalıdır.  Həmcinin  bazarda  maliyyə 

vasitəciliyi 

fəaliyyətinin 

artırılması, 

korporativ 

idarəetmə 

mexanizmini 

genişləndirilməsi,  iştirakçıların  peşəkar  hazırlığının  yüksəldilməsi  məsələləri  də 

sistemli şəkildə həll edilməlidir. Ölkənin fond bazarının inkişafı ilə bağlı mühüm rol 

oynayan  yerli  müəssisə  və  təsərrüfat  subyektlərinin  fəallığı  amili  də  öz  həllini 

tapmalıdır.  Mövcud  amil  müəssisə  və  təsərrüfatların  maddi-texniki  bazasının 

gücləndirilməsi, 

maliyyə-təsərrufat 

fəaliyyətinin 

genişləndirilməsi, 

rəqabət 


qabiliyyətli  məhsul  istehsalına  yönümlülüyün  artırılması  kimi  mühüm  istiqamətlərlə 

sıx  bağlıdır.  Bu  baxımdan  yerli  müəssisə  və  təsərrüfatların  idarəetmə  sisteminin 

təkmilləşdirilməsi, 

onlar 


üzrə 

daha 


səmərəli 

dəstək 


mexanizminin 

müəyyənləşdirilməsi,  bu  sahədə  metodolojistandart  bazasının  beynəlxalq  tələblər 




81 

 

baxımından  təkmilləşdirilməsi  kimi  kompleks  tədbirlərin  həyata  keçirilməsi 



sürətləndirilməlidir.  Qiymətli  kağızlar  bazarının  səmərəli  fəaliyyət  göstərməsi  üçün 

fond  bazarında  ticarətin  artırılması  və  bunun  üçün  əlverişli  mühitin  yaradılması, 

mövcud kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, o cümlədən: 

-yeni maliyyə alətlərinin buraxılışının təşviqi; 

-müasir  kapital  bazarının  formalaşması,  ilk  növbədə  dövlət  istiqrazlarının  likvid 

bazarının təmin edilməsi; 

-qiymətli  kağızlar  bazarında  ticarətin  genişləndirilməsi  məqsədilə  qiymətli  kağızlar 

bazarlarından  maliyyələşməyə  hazır  olan  bir  sıra  dövlət  müəssisələrinin  qiymətli 

kağızlarının  fond  birjasında  təklif  edilməsi  və  dövlət  xətti  ilə  sərmayələrin 

qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi; 

-kiçik  və  orta  sahibkarlığın  kapital  bazarlarından  maliyyələşməsi  imkanlarının 

artırılması məqsədilə Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması. 

Qeyd  etmək  lazımdır  ki,  BFB-nin  1-ci  və  2-ci  səviyyəli  listinqinə  daxil  ola 

bilməyən şirkətlərin qeyri-katirovka vərəqinə daxil edilirək kapital bazarına çıxışının 

təmin  edilməsi  bu  məqsədin  həyata  keçirilməsini  dəstəkləyir.  Xarici  fond 

bazarlarında  ticarət  olunan  qiymətli  kağızların  yerli  bazarda  və  yerli  emitentlərinin 

qiymətli  kağızların  xarici  kapital  bazarlarında  təklif  edilməsi  üçün  müvafiq  hüquqi 

bazanın  yaradılması;  hazırda  yerli  broker  şirkətlərinin  xarici  fond  bazarlarında 

əməliyyat  aparması  və  xarici  peşəkar  iştirakçıların  Azərbaycan  maliyyə  bazarına 

maraq göstərməsi fonunda prosesin sürətlənəcəyindən xəbər verir. 

Bunu  nəzərə  alaraq,  qiymətli  kağızlar  bazarında  vergiyə  cəlb  olunma  şərtlərinin 

qabaqcıl  beynəlxalq  təcrübə  əsasında  təkmilləşdirilməsi,  o  cümlədən  qiymətli 

kağızlardan  əldə  edilən  investisiya  gəlirlərinə,  qiymətli  kağızların  alqı  satqısından 

əldə  olunan  gəlirlərə  vergi  güzəştlərinin  tətbiq  olunması  gündəlikdə  olacaqdır. 

Həmçinin  investisiya  fondlarının  fəaliyyətini,  şirkətlərin  fond  birjasının  listinqinə 

çıxmasını  təşviq  edən  əlverişli  fiskal  şəraitin  yaradılması  nəzərdə  tutulur.  Yaxın 

gələcəkdə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  əsas  inkişaf  prespektivləri 

aşağıdakılar olacaqdır: 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə