Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   21   22   23   24   25   26   27   28   29

76 

 

və ya sahələrinin  vahid bir səhmdar cəmiyyətində birləşməsi imkanı deməkdir. Əgər 



bu  proses  bir  ölkənin  hüdudlarında  baş  verirsə,  onda  buna  “inhisarlaşma”  deyilir, 

amma əgər bu bir neçə ölkəyə aiddirsə (kapitalın birləşməsi bir ölkənin  hüdudlardan 

kənara  çıxırsa),  onda  buna  “beynəlmiləlləşdirilmə”  deyilir.  Beləliklə,  səhmdar 

cəmiyyətlərin inkişafında iki əsas tendensiyasını seçmək olar: 

-kapitalların inhisarlaşmasına doğru; 

-kapitalların beynəlmiləlləşdirilməsinə doğru. 

Səhmdar  cəmiyyəti  və  inhisarlaşmasının  tendensiyası  bir-biri  ilə  qarşılıqlı 

əlaqədədir.  Bir  təşkilat  kimi  səhmdar  cəmiyyəti  ayrı-ayrı  kapitalların  hüdudsuz 

birləşməsinin  təşkilati-hüquqi  formasıdır.  Kapitalların  hüdudsuz  birləşməsinin  son 

nəticəsi  kimi  inhisar  olur,  yəni  eyni  malı  istehsal  edən  ayrı-ayrı  müstəqil  kapitallar 

bazarda  qalmayanda,  bazara  lazım  olan  bütün  mallarını  yeganə  bir  səhmdar 

cəmiyyəti  istehsal  edir.  İnhisar  anlayışı  isə  vahidlik,  ikincisinin,  basqasının  mövcud 

olmaması  deməkdir.  İnhisar  məcburi  və  təbii  ola  bilər.  Məcburi  inhisar  –  bazar 

istirakçısına  dövlət  tərəfindən  müvafiq  bazar  fəaliyyətini  həyata  keçirməyə  istisna 

hüququn  verilməsi  deməkdir.  Məsələn,  pulların,  markaların,  blankların,  qiymətli 

kağızların çap edilməsinə. Təbii inhisar - əqli fəaliyyəti nəticəsində (məsələn, müəllif 

hüquqları),  təbiət  prosesləri  (faydalı  qazıntılar)  nəticəsində,  coğrafi  vəziyyətinə 

(nəqliyyat  şəbəkəsi)  görə  yaranan  inhisardır.  Məcburi  və  təbii  inhisarlar  adətən 

dövlətin  nəzarəti  altında  olur.  Bazar  inhisarı  –  satıcının  (kreditorun)  maraqlarının 

alıcının  (borcalanın)  maraqlarını  üstələməsidir,  və  əksinə;  bu  bazarda  onun 

istirakçıları  arasında  rəqabətin  tam  və  ya  qismən  olmamasını  səciyyələndirən 

vəziyyətdir;  bu  bazarın  onun  bir  istirakçısı  və  ya  bütöv  şəkildə  fəaliyyət  göstərən 

iştirakçılar  qrupunun  nəzarət  etməsidir.  Əgər  hər  hansı  bir  səhmdar  cəmiyyətinə 

“inhisar” deyilməyə başlanırsa, onda bu səhmdar cəmiyyətinə yaxşı heç nə vəd etmir. 

Ehtimal edilir ki, onun bir neçə kompaniyaya bölünməsi gözlənilir. 

 İctimai  kapitalın  artması  və  mərkəzləşməsi  prosesi,  yəni  onun  səhmdar 

cəmiyyətlərinin  məhdud  sayında  və  kapitalın  birləşməsinin  başqa  formalarında 

toplanması, obyektiv bir prosesdir. Bu proses nəzəri bir  həddə  malikdir – bir  hüquqi 




77 

 

şəxsdə  (ya  da  bir  fiziki  şəxsdə)  bütün  ictimai  kapitalın  birləşməsi.  Bir  tərəfdən, 



kapitalların  birləşməsi  səhmdar  cəmiyytələrinin  inkişafının  bilavasitə  təzahürüdür, 

yəni  bazar  rəqabətinin  yaranmasıdır,  rəqabətin  nəticəsidir.  Digər  tərəfdən,  səhmdar 

cəmiyyətlərinin  inkişafı  inhisarların  yaranmasına  gətirir,  yəni  rəqabəti  mümkünsüz 

edən bazar təsərrüfatının formalarını yaradır. Bu ziddiyyət dövlətin bazar proseslərinə 

qarışması  ilə,  iqtisadiyyatın  dövlət  tənzimlənməsilə  həll  olunur.  Dövlətin  müvafiq 

tənzimləyici  orqanları  qeyd  olunan  prosesəri  nəzarətdə  saxlayır  və  vaxtında  bazar 

rəqabətini  boğan  kapitalın  təmərküzləşməsinə  və  mərkəzləşməsinə  qadağa  qoyur. 

Kapitalın  təmərküzləşməsi  və  mərkəzləşməsi  səhmdar  cəmiyyətləri  kapitallarının 

birləşməsinin 

bütün 


yuxarıda 

sadalanmış 

tendensiyalarının 

(proseslərinin) 

əsasındadır. 

İqtisadiyyatda tərəqqi müxtəlif formalarda kapitalların daha sıx birləşməsi 

olmadan  mümkün deyil, çünki bir tərəfdən, fəaliyyətin bir çox sahələrində kapitallar 

daha  böyük  həcmdə  olmalıdır,  başqa  tərəfdən  isə  -  hətta  kiçik  müstəqil  şəkildə 

fəaliyyət  göstərən  kapitallar  cəmiyyətdə  əməyin  bölünməsi  prosesinin  davam 

etdirilməsilə  bağlı  ictimai  kapitalın  hissəciklərinə  çevrilir.  Nəticədə  qeyd  etmək  olar 

ki,  səhmdar  cəmiyyətləri  inkişafın  yalnız  bir  istiqamətinə  malikdir  –  kapitalın  daha 

böyük hissəsinin səhmdar cəmiyyətlərinin kiçik sayında cəmləşməsidir.  

Hal-hazırda  ölkənin  fond  bazarının  inkişafında  daha  çox  dövlət  qiymətli 

kağızların  üstün  mövqeyi  nəzərə  çarpmaqdadır.  Xüsusilə  bazarın  dövriyyəsində 

Mərkəzi  Bankın  qiymətli  kağızlarının  xüsusi  cəkisi  öz  yüksəkliyi  ilə  nəzərə  carpır. 

Korporativ  qiymətli  kağızların  satışında  və  dövriyyəsində  artım  baş  versə  də,  lakin 

səhmlərin  təkrar  bazarının  inkişafına  ehtiyac  vardır.  Səhm  təkrar  bazarının  mövcud 

inkişaf səviyyəsi daha çox müəssisə və təsərrüfatların, əsasəndə özəl sektorun, qeyri-

neft  sənaye  müəssisələrinin  burada  kifayət  qədər  fəallıq  göstərməməsi  ilə  bağlıdır. 

Təsnifləşdirilmiş  qiymətli  kağızlar  bazarı  kateqoriyasına  keçidin  təmin  edilməsi 

ölkənin fond bazarının inkişafı baxımından zəruridir. Bu keçid eyni zamanda səhm 

bazarının kapitallaşma səviyyəsinin artımı ilə sıx bağlıdır. Ölkənin fond bazarının 

kapitallaşma səviyyəsinin artımı baş versə də, lakin bu müəssisə və təsərrüfat 



78 

 

subyektlərinin kapital-investisiya ehtiyaclarının qarşılanması da yetərli sayıla 



bilməz.  Belə  ki,  əsas  kapitala  investisiya  qoyuluşlarının  həcmi,  həmin  subyektlərin 

digər  mənbələrdən  maliyyə  resurslarının  cəlbi  bazarın  kapitallaşma  səviyyəsindən 

hələ  ki,  üstündür.  Fond  bazarında  müəssisə  və  təsərrüfat  subyektlərinin  iştirak 

səviyyəsi  və  onların  bazardan  investisiya  cəlbi,  imkanları  kifayət  qədər  yüksək 

deyildir.  Bu  amil,  xüsusilə  də  özəl  sektorun,  qeyri-neft  sənaye  müəssisələrinin 

fəaliyyətində  özünü  göstərir.  Sənaye  sektorunda  aparıcı  rol  oynayan  mədən  çıxarma 

sahəsinin  texniki  imkanlarının  yüksək  olması  və  fond  tutumluğu  onun  əsas  istehsal 

fondlarının  həcminin  böyüklüyünü  zəruriləşdirir.  Lakin  bir  önəmli  cəhəti  də  nəzərə 

almaq  lazımdır  ki,  mədənçıxarma  sənaye  müəssisələrinin  əksər  hissəsi  təbii  inhisar 

subyekti  olmaqla,  dövlət  mülkiyyətindədir.  Bu  baxımdan  onların  maddi-texniki 

təchizatının  və  investisiya-kapital qoyuluşları tələbatının  qarşılanmasında əsas rol da 

dövlətə məxsusdur. 

Qeyri-neft, əsasən də emal sənaye müəssisələri özəl sektora aid olunduğu üçün 

onların bütün  maddi-texniki  və  maliyyə ehtiyacları öz  fəaliyyətinin  nəticələrinə  görə 

qarşılanır.  Məhz  bu  növ  milli  müəssisələrin  kapital-investisiya  tələblərinin 

qarşılanmasında dünya təcrübəsində olduğu kimi ölkənin də fond bazarının rolu daim 

yüksək  qiymətləndirilməlidir.  Azərbaycanda  fond  bazarının  inkişafı  ilə  bağlı  yerli 

müəssisə  və  təsərrufat  subyektlərinin  ticarət  markalarının  bir  brend  kimi 

formalaşmasına  ehtiyac  vardır.  Belə  ki,  fond  bazarında  öz  səhmlərini  yerləşdirən 

müəssisə  və  subyektlərin  brendinə  inam  investorların  bu  istiqamətdə  investisiya-

kapital  qoyuluşlarının  artırılmasında  əhəmiyyətli  rol  oynamaqla,  fond  bazarının 

ticarət  dövriyyəsinin  artmasına,  səhm  bazarının  kifayət  qədər  kapitallaşmasına 

müsbət  təsir  göstərir.  Beynəlxalq  təcrübədə  fond  bazarında  satışa  çıxarılan  qiymətli 

kağızların,  səhmlərin  bazar  qiymətini  müəyyən  edən  müxtəlif  indekslərdən  istifadə 

edilir.  Azərbaycan  bazarında  belə  qiymətləndirici  indekslərdən,  səhmlərin  bazar 

qiymətini  daha  aydın  müəyyən  edən  vasitələrdən  istifadəsi  sahəsində  işlər 

gecikməkdədir. 

Belə 


indekslər 

ölkə 


iqtisadiyyatının 

inkişafının 

başlıca 

qiymətləndirici göstəricisinə çevrilməklə, əsasən də təkrar səhm bazarının inkişafında 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə