Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

64 

 

irəli  gələn  35  qanunaltı  normativ  sənədlər  hazırlanmışdır.  Qeyd  olunan  normativ 



hüquqi  aktların  “Qiymətli  kağızlar  bazarı  haqqında”  Qanun  layihəsinin 

təsdiqlənməsindən  sonra  qüvvəyə  minməsi  planlaşdırılır.  Eyni  zamanda,  qiymətli 

kağızlar  bazarında  peşəkar  fəaliyyətin  təkmilləşdirilməsi,  risk  əsaslı  prudensial 

tənzimləmə  və  nəzarət  sisteminin  yaradılması  məqsədilə  “Qiymətli  kağızlar 

bazarında  broker  fəaliyyətinin  həyata  keçirilməsi”  və  “Qiymətli  kağızlar  bazarında 

diler  fəaliyyətinin  həyata  keçirilməsi”  Qaydaları  təsdiq  olunmuş  və  Azərbaycan 

Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilmişdir.  Həmçinin, 

qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  tərəfindən  QKDK-ya  təqdim  edilən 

hesabatlara  dair  tələbləri,  habelə  onların  QKDK-ya  təqdim  edilməsi  və  açıqlanması 

proseslərinin  tənzimlənməsi  məqsədilə  “Qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçıları  tərəfindən  hesabatların  təqdim  edilməsi”  Qaydalarına  dəyişikliklər 

edilmiş  və  Azərbaycan  Respublikasının  Hüquqi  Aktlarının  Dövlət  Reyestrinə  daxil 

edilmişdir.  Bunlarla  yanaşı,  qiymətli  kağızlar  bazarının  ticarət  və  post-ticarət 

arxitekturasının  sadələşdirilməsi,  optimallaşdırılması  və  institusional  inkişafı 

istiqamətində  bir  sıra  yeniliklər  həyata  keçirilmişdir.  Qiymətli  kağızlar  bazarının 

ticarət  və  post-ticarət  əməliyyat  infrastrukturunun  modernləşdirilməsi  məqsədilə 

Dünya  Bankının  “Kapital  Bazarlarının  Müasirləşdirilməsi”  layihəsi  çərçivəsində 

qiymətli  kağızlar  bazarının  inteqrasiya  olunmuş  ticarət,  hesablaşma  və  nəzarət 

sistemlərinin satınalınması prosesinə 2014-cü  il ərzində start  verilmişdir. Satınnalma 

prosesinin  2015-ci  ilin  birinci  rübü  ərzində  yekunlaşdırılması,  sistemlərin 

quraşdırılmasının  2015-ci  il  ərzində  tamamlanması  və  2016-ci  ildən  etibarən 

istismara verilməsi planlaşdırılır. Dövr ərzində qiymətli kağızlar bazarının əməliyyat 

infrastrukturunun  tam  avtomatlaşdırılması,  klirinq  sistemini  mərkəzləşdirilməsi  və 

elektron  ödəniş  sisteminə  tam  inteqrasiyasının  təmin  olunması  məqsədilə  QKDK 

sədrinin  müvafiq  əmri  ilə  işçi  qrupu  yaradılmış  və  tədbirlər  planı  hazırlanmışdır. 

Qeyd  olunan  çərçivədə  qiymətli  kağızlarla  hesablaşma-klirinq  əməliyyatları  zamanı 

vəsaitlərin 

öncədən 


bloklaşdırılması 

təcrübəsinin 

məhdudlaşdrılması 

və 


əməliyyatların  birbaşa  emal  prinsipi  əsasında  həyata  keçirilməsinin  təmin  edilməsi 


65 

 

məqsədilə  cari  ilin  sentyabr  ayından  mütəşəkkil  bazarda  bağlanmış  əqdlər  üzrə 



hesablaşmaların  yeni  üslubda  aparılmasına  start  verilmişdir.  Yeni  hesablaşma 

sisteminə  əsasən  dövlət  qiymətli  kağızları  ilə  ilkin  bazar  əqdləri  və  REPO 

əməliyyatları  ticarətdən  əvvəl  qiymətli  kağızların  və  pul  vəsaitlərin  bloklaşdırılması 

(T  ticarət  günü),  korporativ  qiymətli  kağızlarla  ilkin  bazar  və  təkrar  bazar  əqdləri 

üzrə  qiymətli  kağızların  ticarətdən  əvvəl  bloklaşdırmaqla,  qiymətli  kağızların  və  pul 

vəsaitlərinin əlavə bir iş günü zamanında (T+1 ticarət günü) təchiz edilməsinə imkan 

yaradır.  Tədbirlər  planının  icrasınn  növbəti  mərhələsi  olaraq  2015-ci  il  ərzində 

qiymətli  kağızlarla  əməliyyatların  nağdsızlaşdırılması,  birjadankənar  qiymətli 

kağızlar  bazarının  əməliyyat-hesablaşma  sistemlərinin  klirinq  sisteminə  tam 

inteqrasiyası və hesablaşma banklarının fəaliyyətinin təmin olunması nəzərdə tutulur. 

Eyni  zamanda  qiymətli  kağızlar  bazarında  təklifin  stimullaşdırılması  üzrə  tədbirlər 

davam  etdirilmişdir.  Dövr  ərzində  qiymətli  kağızlar  bazarında  şirkətlərin  kapital 

bazarlarına  çıxış  üçün  hazırlanması  və  bu  sahədə  onlara  məsləhət  xidmətlərinin 

göstərilməsi  məqsədilə  2014-cü  ilin  aprel  ayında  Bakı  Fond  Birjası  tərəfindən 

“Listinq Məsləhət Proqramı”-na (LMP) start verilmişdir. LMP-nin əsas məqsədi ölkə 

iqtisadiyyatının  müxtəlif  sektorlarında  fəaliyyət  göstərən  şirkətləri  korporativ 

idarəetmə  təcrübəsinin  təkmilləşdirilməsi,  maliyyə  şəffaflığının  təmin  edilməsi, 

hesabatlılığın  təşviqi,  kapital  bazarının  üstünlükləri  və  buradan  vəsait  cəlb  etməyin 

yolları  barədə  məlumatlandırmaqdan  və  bununla  da  həmin  şirkətlərin  kapital 

bazarlarından  əlverişli  şərtlərlə  maliyyə  vəsaitləri  cəlb  etməsinə  peşəkar  və  tam 

ödənişsiz  əsaslarla  dəstək  olmaqdan  ibarətdir.  Cari  il  ərzində  Proqram  çərçivəsində 

Listinq  komitəsi  formalaşdırılmış,  komitənin  tərkibi  və  Əsasnaməsi  təsdiq  edilmiş, 

audit,  broker  və  hüquq  xidmətləri  göstərən  10  təşkilatla  tərəfdaşlıq  müqaviləsi 

imzalanmışdır.  Eyni  zamanda,  dövr  ərzində  Listinq  Məsləhət  Proqramına  qoşulmaq 

məqsədilə  2  şirkətlə  memorandum  imzalanmışdır.  Hesabat  dövrü  Bakı  Fond 

Birjasının  ticarət  platformasında  likvidliyi  təmin  olunmuş  korporativ  istiqrazlar  və 

Azərbaycan  İpoteka  Fondunun  istiqrazlarının  repo  predmeti  olaraq  istifadəsi  üçün 

zəruri  texniki  və  hüquqi  baza  yaradılmış  və  cari  ildən  korporativ  qiymətli  kağızlarla 




66 

 

repo  əməliyyatları  həyata  keçirilməsinə  start  verilmişdir.  Bu  illər  ərzində  QKDK 



yanında  Kapital  Bazarı  üzrə  Təlim  Mərkəzinin  fəaliyyətinə  start  verilmiş, 

Azərbaycan  Fond  Bazarı  İştirakçıları  Assosiasiyasının  fəaliyyətinin  canlandırılması 

təmin  edilmişdir.  Qiymətli  kağızlar  bazarının  səmərəli  fəaliyyət  göstərməsi,  maliyyə 

vasitəçilərinin,  potensial  emitentlərin  və  investorların  bazar  haqqında  biliklərinin 

artırılması,  ümumilikdə  kapital  bazarlarında  yüksək  peşəkarlığın  və  məlumatlılığın 

formalaşdırılması məqsədilə 2014-cü ilin mart ayında KİV nümayəndələrinin iştirakı 

ilə  Mərkəzin  rəsmi  təqdimat  mərasimi  keçirilmiş  və  tədris  planına  müvafiq  olaraq 

təlimlərə  start  verilmişdir.  Dövr  ərzində  QKDK-nın  təşviqi  nəticəsində  Azərbaycan 

Fond  Bazarı  İştirakçıları  Assosiasiyasının  fəaliyyəti  bərpa  olunmuşdur.  Belə  ki,  1 

avqust  2014-  cü  il  tarixində  Assosiasiyanın  növbədənkənar  iclası  keçirilmiş  və 

təşkilatın  yeni  idarə  heyəti,  strukturu  və  üzvləri  təsdiqlənmişdir.  Bununla  yanaşı, 

qiymətli  kağızlar  bazarına  dair  məlumatlılığın  və  şəffaflığın  artırılması,  açıq 

hökumətin  təşviqi  ilə  bağlı  fəaliyyətin  təkmilləşdirilməsi  istiqamətində  tədbirlər 

davam  etdirilmişdir.  Eyni  zamanda,  geniş  ictimaiyyətin  və  KİV  nümayəndələrinin 

komitənin  struktur  bölmələrinin  fəaliyyəti  ilə  daha  yaxından  tanış  olmaq  imkanı 

yaradılması  məqsədilə  QKDK-da  qiymətli  kağızların  buraxılışı,  qeydiyyatı, 

lisenziyalaşdırma,  nəzarət  və tənzimlənmə  mövzularında 70 “Açıq  qapı  günü” təşkil 

edilmişdir.  Həmçinin,  dövr  ərzində  KBTM  tərəfindən  kütləvi  informasiya  vasitələri 

(KİV)  nümayəndələri  üçün  “Azərbaycan  Kapital  Bazarının  Prinsipləri  və  Alətləri” 

mövzusunda  seminar  təşkil  edilmişdir.  Hesabat  dövrü  ərzində  QKDK-nın 

təşkilatçılığı və Azərbaycanda intellektual oyunların inkişafına kömək etmək və daha 

çox  sayda  gəncin  intellektual  mühitə  cəlb  olunmasına  təkan  vermək  məqsədilə 

yaradılmış  Azərbaycan  İntellektual  Klublar  Assosiasiyası  ilə  birgə  ali  təhsil 

müəssisələrinin  tələbələri  arasında  intellektual  yarışmalar  keçirilmişdir.  24  iyun 

2014-cü  il  tarixində  Bakı  şəhərində  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar 

üzrə  Dövlət  Komitəsinin  təşkilatçılığı  ilə  səhmdar  cəmiyyətlərində  korporativ 

idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair konfrans təşkil 

edilmişdir.  Konfransda  beynəlxalq  prinsiplərə  uyğun  korporativ  idarəetmə  qayda  və 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə