Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

67 

 

prosedurlarının  yaradılması  istiqamətlərində  görülmüş  işlər,  eləcə  də  səhmdar 



cəmiyyətlərində  korporativ  idarəetmə  sahəsində  qanunvericilikdə  ediləcək  yeniliklər 

barəsində investorlara məlumat verilmişdir. Bundan əlavə, xarici dövlətlərin qiymətli 

kağızlar 

bazarı 


tənzimləyiciləri 

ilə 


müqavilə-hüquq 

bazası 


və 

əlaqələr 

genişləndirilmişdir.  “Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarı  üzrə 

qanunvericiliyinin  Avropa  İttifaqı  qanunvericiliyinə  uyğunlaşdırılması  və  Qiymətli 

Kağızlar  üzrə  Dövlət  Komitəsinin  institusional  inkişafı”  Tvinninq  layihəsinin  uğurla 

həyata  keçirilməsi  QKDK  ilə  Polşa  Maliyyə  Nəzarəti  Agentliyi  arasında 

əməkdaşlığın  hüquqi  əsasının  formalaşdırılması,  ikitərəfli  münasibətlərin  daha  da 

genişləndirilməsi  və  davamlılığının  təmin  edilməsinə  şərait  yaratmışdır.  Bu 

baxımdan,  Bakı  şəhərində  “Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə 

Dövlət  Komitəsi  ilə  Polşanın  Maliyyə  Nəzarəti  Agentliyi  arasında  ikitərəfli 

əməkdaşlıq  haqqında”  Memorandum  imzalanmışdır.  Həmçinin,  Azərbaycan  ilə 

Moldova  arasında  ikitərəfli  münasibətlərin  yüksələn  xətlə  inkişaf  etməsi  və  iqtisadi 

əlaqələrin  durmadan  genişlənməsi  hər  iki  ölkənin  kapital  bazarları  institutları 

arasında birgə əməkdaşlıq əlaqələrinin  möhkəmləndirilməsi  üçün zəmin  yaratmışdır. 

Bunun  məntiqi  nəticəsi  olaraq,  23  oktyabr  2014-cü  il  tarixində  “Azərbaycan 

Respublikasının 

Qiymətli 

Kağızlar 

üzrə 

Dövlət 


Komitəsi 

və 


Moldova 

Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında qiymətli kağızlar 

bazarları  sahəsində  əməkdaşlıq  və  məlumat  mübadiləsi  haqqında”  Anlaşma 

Memorandumu  imzalanmışdır.  Bununla  da,  QKDK-nın  xarici  ölkələrin  qiymətli 

kağızlar  bazarı  tənzimləyiciləri  ilə  imzaladığı  ikitərəfli  əməkdaşlıq  sazişlərinin  sayı 

7-yə  çatmışdır.  Müstəqil  Dövlətlər  Birliyinə  üzv  dövlətlərinin  qiymətli  kağızlar 

bazarlarının  tənzimləyici dövlət orqanları rəhbərləri şurasının  iclası keçirilmişdir. 24 

oktyabr  2014-cü  il  tarixində  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə 

Dövlət  Komitəsinin  sədrliyi  ilə  keçirilən  tədbirdə  Rusiya,  Moldova,  Belorus, 

Qazaxıstan,  Qırğızıstan,  Tacikistan,  MDB  İcraiyyə  Komitəsinin  nümayəndələri 

iştirak  etmişdirlər.  Tədbirdə  MDB  üzv  dövlətləri  arasında  qiymətli  kağızlar  bazarı 

sahəsində  iqtisadi  inteqrasiyanın  dərinləşdirilməsi,  bazar  tənzimlənməsinə  qabaqcıl 




68 

 

beynəlxalq  standartların  tətbiqi  və  MDB  çərçivəsində  kapitalın  hərəkətinin 



liberallaşdırılması  istiqamətində  əməkdaşlığın,  eləcə  də,  üzv  dövlətlərin  qiymətli 

kağızlar  bazarında  investorların  hüquqlarının  və  qanuni  maraqlarının  effektiv 

qorunmasının təmin olunması məsələləri müzakirə olunmuşdur. Həmçinin, 2014-cü il 

ərzində  QKDK-nın  təşkilati-funksional  cəhətdən  gücləndirilməsi  və  kadr 

potensialının  inkişaf  etdirilməsi  üzrə  bir  sıra  tədbirlər  həyata  keçirilmişdir.  QKDK 

əməkdaşlarının  bilik  və  bacarıqlarının  artırılması  istiqamətində  Kapital  Bazarlarının 

Müasirləşdirilməsi  Layihəsinin  ekspertləri,  eləcə  də  Tvinninq  layihəsi  çərçivəsində 

Polşa  Maliyyə  Nəzarəti  Agentliyinin  mütəxəssisləri  tərəfindən  qiymətli  kağızlar 

bazarının  tənzimlənməsi  və  maliyyə  bazarlarına  dair  müxtəlif  treyninqlər  təşkil 

olunmuşdur.  Bütövlükdə,  2014-cü  il  ərzində  QKDK-nın  5  əməkdaşının  20  gün 

müddətində  xarici  ölkədə  və  33  əməkdaşının  isə  96  gün  müddətində  ölkədaxili 

müxtəlif  mövzularda,  təlimlərdə  iştirakı  təmin  edilmişdir.  Təlimlər  işçilərin 

peşəkarlığının,  bilik  səviyyələrinin  artırılması,  müasir  tələblərə  cavab  verməsi  və  bu 

sahədə daha məhsuldar olmaları baxımından çox böyük əhəmiyyət daşıyır.  

  

3.2. Azərbaycanda səhm bazarının inkişaf perspektivləri və 

iqtisadiyyata müsbət təsiri 

 

Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  qabaqcıl  beynəlxalq 



təcrübəyə  uyğunlaşdırılması  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  16 

may  2011-ci  il  tarixli  Sərəncamı  ilə  “2011-2020-ci  illərdə  Azərbaycan 

Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı”  Dövlət  Proqramı  təsdiq 

olunması,  həmin  Dövlət  Proqramında  bazar  arxitekturasının  təkmilləşdirilməsi, 

qiymətli  kağızlarla  ticarət,  klirinq-hesablaşma  proseslərinin  sadələşdirilməsi  və 

optimallaşdırılması,  birbaşa  emal  prinsipi  əsasında  inteqrasiya  olunmuş  elektron 

ticarət  platformasının  yaradılması  və  bütövlükdə  qiymətli  kağızlar  bazarının 

institusional  inkişafı  məsələləri  üzrə  6  istiqamətdə  tədbirlərin  həyata  keçirilməsini 

nəzərdə tutur: 



69 

 

1. Qiymətli kagızlar bazarının institusional inkişafı 



2. Maliyyə vasitəçiliyi və kollektiv investisiya sxemlərinin fəaliyyətinin təşkili və 

təşviqi 


3. Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi 

4. Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin 

genişləndirilməsi 

5. Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi 

6. Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi 

Qeyd olunan Dövlət Proqramının icrası 10 dövlət qurumuna həvalə olunmuş və 

əlaqələndirilməsi  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinə  tapşırılmışdır.  Dövlət 

Proqramının  səmərəli  icrasını  təmin  etmək  və  aidiyyəti  dövlət  orqanlarının  bu 

istiqamətdə  fəaliyyətini  əlaqələndirmək  məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi,  Mərkəzi  Bank,  Maliyyə,  İqtisadi  inkişaf,  Vergilər,  Ədliyyə,  Rabitə  və 

İnformasiya Texnologiyaları, Təhsil  nazirlikləri, Əmlak Məsələləri Dövlət  Komitəsi, 

Auditorlar  Palatası  nümayəndələrindən  ibarət  əlaqələndirmə  Qrupu  yaradılmış  və 

mütəmadi olaraq koordinasiya görüşləri keçirilmişdir. Həmçinin, Dövlət Proqramının 

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsində  icrasının  təmin  olunması  məqsədilə 

2011-2012-ci illəri əhatə edən Tədbirlər Planı hazırlanmış və icrasına başlanılmışdır. 

Dövlət  Proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  ilk  5  il  müddətində  icrası  zamanı 

qabaqcıl  beynəlxalq  təcrübədən  istifadə  etmək,  zəruri  texniki,  təşkilati,  məlumat 

dəstəyini  təmin  etmək  məqsədilə  Dünya  Bankı  ilə  birgə  Kapital  Bazarlarının 

Müasirləşdirilməsi Layihəsi razılaşdırılmış və layihənin maliyyələşdirilməsinin təmin 

edilməsi  məqsədilə  2011-ci  ilin  22  sentyabr  tarixində  Bakı  şəhərində  Azərbaycan 

Respublikası  ilə  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı  arasında  Kredit  Sazisi 

imzalanmışdır.  Həmin  saziş  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  307s 

nömrəli,  11  oktyabr  2011-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuşdur.  Layihənin 

icrasının  səmərəliliyini  təmin  etmək  məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsidə  zəruri  layihə  idarəetmə  və  nəzarət  mexanizmləri  formalaşdırılmışdır. 

Paralel  olaraq,  Avropa  Birliyinin  Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  olan 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə