Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   21   22   23   24   25   26   27   28   29

85 

 

kapitallaşma  dərəcəsinin  yüksəldilməsinə  nail  olunması  və  iqtisadi  layihələrin 



maliyyələşdirilməsində  fond  bazarı  vasitəsilə  cəlb  olunan  qeyri  inflyasiya  mənşəli 

investisiya  vəsaitlərindən  istifadənin  genişləndirilməsi  məqsədi  ilə  tədbirlər  də 

nəzərdə  tutulmuşdur.  Eyni  zamanda,  iqtisadi  subyektlərin  və  əhalinin  yığımlarının 

fond  bazarında  səmərəli  yerləşdirilməsi  üçün  və  ölkənin  qiymətli  kağızlar  bazarının 

tədricən  beynəlxalq  kapital  bazarlarına  inteqrasiya  olunması  məqsədi  ilə  müvafiq 

şərait yaradılması bu sahədə daim prioritet məsələlərdəndir. 

Qiymətli  kağızlar  bazarının  inkişafı  ölkədə  əlverişli  investisiya  mühitinin 

yaranmasına və inkişafın daha da tez gerçəkləşməsinə səbəb olur. Həmçinin qiymətli 

kağızlar  bazarı  digər  iqtisadi  münasibətlərin  fasiləsizliyinin  təmin  olunmasında  da 

mühüm  rol  oynayır.  Bu  bazarın  mövcudluğu  dövlət  üçün  də  xüsusi  əhəmiyyət  kəsb 

edir. Bu, əsasən dövlət borcu ilə əlaqədar yaranan münasibətləri əhatə edir. Dövlətin 

öz  funksiyalarını  yerinə  yetirməsi  zamanı  büdcə  vəsaitləri  və  digər  vasitələr  kifayət 

etmədikdə  dövlət  dövriyyəyə  müxtəlif  qiymətli  kağızlar  xəzinə  vekselləri, 

qısamüddətli  istiqrazlar  buraxmaqla  bu  resurslara  olan  tələbatını  ödəyir.  Bunlardan 

əlavə,  qiymətli  kağızlar  bazarındakı  vəziyyəti  öyrənməklə  hər  hansı  bir  ölkədə 

istehsal-iqtisadi  şəraitin  necə  olduğunu  müəyyən  etmək  olar.  Məsələn,  qiymətli 

kağızlar  bazarında  dövriyyədə  olan  səhmlərin  və  onlarla  aparılan  əməliyyatların 

həcmini,  bazarda  formalaşan  qiyməti  və  onlara  olan  tələbatı  öyrənməklə  ölkədə 

fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərinin  mənfəətliliyinə  və  beləliklə  də  ölkədə 

mövcud olan iqtisadi şəraitə qiymət vermək olar. 

Nəticə  olaraq  onu  da  görmək  olar  ki,  bazar  iqtisadiyyatı  ölkəsi  olaraq 

Azərbaycanda  da  bu  bazarın  inkişafı  vacibdir.  Ölkədə  geniş  surətdə  dövlət 

mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  həyata  keçirilməsi,  sahibkarlığın  inkişafı, 

səhmdar  cəmiyyətlərinin  təsis  edilməsi,  borc  münasibətlərinin  inkişafı  və  digər 

iqtisadi  proseslər  qiymətli  kağızlar  bazarının  mövcudluğunu  əhəmiyyətli  dərəcədə 

zəruri etdirir.  

Hal-hazırda  ölkəmizdəki  iqtisadi  vəziyyəti  də  nəzərə  alaraq  səhm  bazarının 

inkişafı və mövcud çatışmamazlıqların aradan qaldırılması üçün aşağıdakıların həyata 




86 

 

keçirilməsini təklif edirəm: 



1.  Mövcud  olan  normativ  aktlarda  boşluqları  aradan  qaldırmaq  məqsədilə 

daima  yeni  təmzimləmə  alətləri  yaratmaq.  Azərbaycanda  fond  bazarının 

formalaşması bir sıra problemlərlə üzləşmişdir ki, bu bazarın inkişafı və mövcudlugu 

üçün maneələr və problemlər aradan qaldırılmalıdır.  

2.  Bazara  mənfi  təsir  göstərən  xarici  amillərin  aradan  qaldırılması  və  istehsal 

sahələrinin dirçəldilməsi; 

3. Fond bazarının  məqsədli yenidən istiqamətləndirilməsi ilk növbədə dövlətin 

maliyyə  ehtiyyatlarının  qiymətli  kağızlar  bazarı  vasitəsilə  ödənilməsinin  azaldılması 

və  iri  səhm  paketlərinin  Azərbaycanda  istehsalın  dirçəldilməsi  və  inkişafı 

məqsədlərinə sərbəst pul resurslarının yönləndirilməsi üçün yenidən bölüşdürülməsi; 

4. Qanunvericiliyin yaxşılaşdırılması və ona riayət olunmasına nəzarət; 

5.  Fond  bazarında  dövlətin  rolunun  artırılması,  bunun  üçün:  qiymətli  kağızlar 

bazarının  inkişafı  və onun cari tənzimlənməsi, fond bazarı  modelinin seçilməsi, eyni 

zamanda qiymətli kağızlar buraxılışı hesabına təsərrüfatın və büdcənin 

maliyyələşdirilməsi  mənbələrinin  payını  müəyyənləşdirmək  məqsədilə  uzunmüddətli 

fəaliyyət konsepsiyası və siyasəti işlənib hazırlanmalı, qiymətli 

kağızlar bazarını formalaşdırmaq məqsədilə dövlət və özəl sektorun resurslarını 

birləşdirə  biləcək  qiymətli  kağızlar  və  fond  bazarı  üzrə  güclü  Komissiya 

yaradılmalıdır; 

6.  Investorların  qorunması  problemi.  Bunu  üçün  dövlət  və  ya  qismən  dövlət 

qoruma  sistemi  formalaşdırmalıdır.  Emitentlərin  maraqları  qorumaq  məqsədilə  və 

qiymətli  kağızların  hərəkətinin  qeydiyyatı  üçün  depozitar  və  klirinq,  eyni  zamanda 

vasitəçi şəbəkələrinin yaradılması. 

7.  Məlumatların  açıqlığı  prinsipinin  reallaşması:  bu  qiymətli  kağız 

emitentlərinin 

fəaliyyəti 

haqqında 

nəşrlərin 

genişləndirilməsi, 

emitent-


kompaniyaların  qəbul  olunmuş  reytinq  qiymətləndirməsinin  tətbiq  olunması, 

ixtisaslaşmış  nəşrlərin  investisiya  obyekti  kimi  ayrı-ayrı  sahələri  xarakterizə  edən 

şəbəkəsinin inkişaf 



87 

 

etdirilməsi,  qiymətli  kağızlar  bazarını  qiymətləndirmək  üçün  ümumi  qəbul  olunmuş 



göstəricilər sisteminin yaradılması və s. 

8. Səhm  investisiya alətinə vəsait  yatıran  yerli və  xarici  investorlar  üçün vergi 

stimulunun genişləndirilməsi; 

9.  Qiymətli  kağızlar  bazarını  inkişaf  etdirmək  məqsədilə  xarici  təcrübə 

köməyinin cəlb edilməsi, bu sahədə təhsil sisteminin inkişaf etdirilməsi. 

 

Qeyd  edilmiş  tədbirlərin  həyata  keçirilməsi  ilə  ölkədə  daha  da  inkişaf  etmiş 



qiymətli  kağızlar  bazarının  yaranmasına  və  iqtisadiyyatın  artım  tempinin 

sürətlənməsinə şərait yaranar.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə