Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

35 

 

ayrı-ayrı sahələrin təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin müəyyən edilib 



qiymətləndirilməsi amilli və ya çox amilli iqtisadi təhlil ilə birbaşa əlaqədardır. 

Məhz  buna  görə  də,  istehsalın  effektliyinin  və  məsrəfveriminin  yüksəldilməsi 

ehtiyatlarını  aşkara  çıxarmaq  məqsədilə  aparılan  iqtisadi  təhlilin  reallığı  ayrı-

ayrı  amillərin  və  göstəricilərin  elmi  cəhətdən  düzgün  təsnifləşdirilməsindən 

asılıdır.  

 Hazırda  iqtisadi  təhlil  prosesində  hesablamaya  daxil  edilən  çoxlu  sayda 

amillər  və  göstəricilər  müxtəlif  əlamətlər  və  prinsiplər  üzrə  təsnifləşdirilir. 

Təcrübə göstərir ki, amilli və ya çox amilli iqtisadi təhlilin metodikasını işləyib 

hazırlayarkən  yekun  nəticəyə  (məsrəfveriminə)  təsir  göstərən  amillər 

(göstəricilər)  adətən  ümumi,  fərdi,  kəmiyyət,  keyfiyyət,  kompleks,  spesifik, 

inteqral,  standart,  biznes-plan  və  s.  qaydada  sistemləşdirilir.  Bununla  yanaşı, 

qeyd etmək lazımdır ki, iqtisadi göstəricilər onların əsasını təşkil edən ayrı-ayrı 

əlamətlərin  sayından  asılı  olaraq  bir  çox  variantda  təsnifləşdirilə  və 

qruplaşdırıla bilər.  

 Göründüyü kimi, bazar münasibətləri şəraitində vahid iqtisadi göstəricilər 

sisteminin  işlənib  hazırlanması  yeyinti  sənayesi  müəssisələri  səviyyəsində 

amilli  və  ya  çox  amilli  təhlilin  təşkili  modelinin  qurulması  üçün  mühüm 

əhəmiyyətə  malikdir.  Bundan  başqa,  məsrəfveriminin  (məsrəftutumunun) 

amilli  təhlili  modelinin  qurulması  prosesində  müxtəlif  əlamətlər  üzrə 

təsnifləşdirilən  göstəricilər  sisteminin  tətbiqi  və  onun  müəyyən  kriteriya  üzrə 

direkt-kostinq  sistemində  optimal  formula  hesab  edilən  «məsrəf-istehsalın 

həcmi-nəticə»  sxemi  ilə  uzlaşdırılması  yerinə  yetirilən  elmi-tədqiqat  işlərinin 

effektliyinin yüksəldilməsi üçün əvəzsiz rol oynaya bilər. Bu məqsədlə, iqtisadi 

ədəbiyyatlarda  və  elmi-tədqiqat  işlərində  «əmtəəlik  məhsul»,  «son  məhsul», 

«xalis  məhsul»,  «mənfəət»,  «rentabellik»  və  s.  göstəricilərdən  istifadə 

olunması yolu ilə problemin həlli məqsədəuyğun sayılır.  

Lakin, bizim fikrimizcə, effektliyin vahid kriteriyasının axtarılması, həmin 

meyar  üzrə  məsrəfveriminin  təhlilinin  göstəricilər  ststeminin  işlənib 

hazırlanması  və  onun  «məsrəf-istehsalın  həcmi  -  nəticə»  sxeminin  elementləri 



36 

 

ilə  uzlaşdırılması  müəssisənin  (firmanın,  səhmdar  cəmiyyətin,  şirkətin  və  s.) 



iqtisadi sisteminin yalnız təxmini modelinin qurulmasına əlverişli şərait yarada 

bilər. 


Göründüyü kimi, bazar münasibətləri şəraitində məsrəflərin səviyyəsinə 

təsir edən amillərin mərhələlər üzrə təhlilinin göstəricilər sistemi onların elmi 

təsnifatı əsasında formalaşır.   Çünki,   hər   bir   iqtisadi   göstərici   ayrı-

ayrilıqda   istehsal   münasibətlərinin, müəssisənin kommersiya-maliyyə fəaliy-

yətinin və s. yalnız müəyyən tərəfini xarakterizə edir. Məhz buna görə də, bazar 

iqtisadiyyatı şaraitində məsrəflərin səviyyəsinə təsir edən amillərin təhlilinin 

göstəricilər sisteminin müxtəlif əlamətlər üzrə təsnifləşdirilməsi və 

qruplaşdırılmasına, onların tərkibində kompleks və spesifik göstəricilərin bir-

birindən dəqiq ayrılmasına obyektiv zərurət yaranır. Bu isə öz növbəsində, maya 

dəyərini xarakterızə edən göstəricilərin hesablanılması metodikasının 

təkmilləşdirilməsini və onlara yeni aspektlərin əlavə olunmasını tələb edir. 

Məlumdur  ki,  elmi-texniki  tərəqqi  və  istehsalın  intesivləşdirilməsinin 

əsaslandırılmış  göstəricilər  sistemi  onun  səviyyəsinin  yüksəldilməsi  imkan-

larının  müəyyən  edilməsində  və  ayn-ayrı  amillərin  təsərrüfat  fəaliyyətinin  son 

nəticələrinə  təsirinin  hesablanıb  qiymətləndirilməsində  mühüm  rol  oynayır. 

Bundan  başqa,  göstəricilər  sistemi  məsrəflərin  və  ümumiyyətlə,  intensivləş-

dirmə  səviyyəsinin  dəyişməsinə  təsir  edən  müxtəlif  amillərin  təsir  dərəcəsinin 

kəmiyyətcə  ümumiləşdirilməsində  və  bu  prosesin  ayrı-ayrı  tərəfləri  arasındakı 

qarşılıqlı  əlaqələrin  müəyyən  edilməsində  son  dərəcə  vacib  əhəmiyyət  kəsb 

edir.  Məhz  bu  baxımdan,  müxtəlif  mülkiyyət  münasibətləri  şəraitində 

məsrəflərin 

səviyyəsinə 

təsir 

edən 


amillərin 

onların 


özünəməxsus 

xüsusiyyətləri  nəzərə  alınmaqla  təsnifləşdirilməsi,  elmi-texniki  tərəqqi, 

istehsalın kompleks intensivləşdirilməsi və məsrəfverimi arasındakı funksional 

əlaqənin  xarakterinin  müəyyən  edilməsi  və  ümumiləşdirmə  dərəcəsindən  asılı 

olaraq  iqtisadi  göstəricilərin  ayrı-ayrı  bloklara  bölünməsi  məhsul  (iş  və 

xidmətlər)  vahidinin  maya  dəyərinə  düşən  xərclərin  səviyyəsinə  operativ 

nəzarət etməyə imkan verir.  



37 

 

Qеyd еtmək  lazımdır ki, sənaye  müəssisələrində  məsrəflərin səviyyəsinin 



dəyişməsinə  təsir  edən  amillərin  mərhələlər  üzrə  təhlili  metodikası  işlənib 

hazırlanarkən  «əmtəəlik  məhsulun  (o  cümlədən,  müqayisəyə  gələn  əmtəəfik 

məhsulun)  maya  dəyəri»  ümumiləşdirici  (kompleks),  «əmtəəlik  məhsulun  1 

manatına  məsrəflər»,  «mühüm  növ  məhsulların  (iş  və  xidmətlərin)  maya 

dəyəri», «məmulatın keyfiyyət parametrlərinin maya dəyəri», «natural və şərti-

natural  ölçü  vahidlərində  maya  dəyəri»  göstəriciləri  isə  spesifik  iqtisadi 

parametrlər kimi təsnifləşdirilir.  

Təsnifatdan  göründüyü  kimi,  iqtisadi  təhlil  prosesində  hər  bir  kompieks 

göstərici  xüsusi  göstəricilərə  bölünməklə  məhsulun  (iş  və  xidmətlərin)  maya 

dəyərinin  aşağı  salınması  еhtiyatlarını  müəyyən  еtməyə  və  оptimal  idarəеtmə 

qərarlarını  işləyib  hazırlamağa  imkan  vеrir.  Еyni  zamanda  sintеtik  və 

hеsablama  göstəricisi  olan  məsrəfveriminin  spesifik  iqtisadi  parametrlərə 

ayrılması  və  tədqiqatın  həmin  еlеmеntlər  üzrə  aparılması  (induksiya  və 

dеduksiya)  hər  bir  növdən  оlan  məsrəflərin  səmərəliliyini  (mütləq  və  nisbi 

qənaət)  riyazi  yоlla  hеsablamağa  əlvеrişli  şərait  yaradır.  Məhz  buna  görə  də, 

bazar  münasibətləri şəraitində  məsrəflərin  səviyyəsinin dəyişməsinə təsir еdən 

amillərin  mərhələlər  üzrə  təhlili  mеtоdikası  bir  qayda  olaraq  onun  göstəricilər 

sistemi ilə (fərdi və ümumi) əlaqələndirməklə birlikdə işlənib hazırlanır.  

Fikrimizcə,  maya  dəyərinin  təhlili  mеtоdikasının  və  onun  göstəricilər 

sisteminin  işlənib  hazırlanması  prosesi  aşağıdakı  mərhələləri  əhatə  etməklə 

tamamlana bilər: 

 ▶ ayrı-ayrı kompleks (ümumi) göstəricilərin spesifik (xüsusi) göstəricilərə 

bölünməsi;  

▶  spesifik  göstəricilərin  analoji  (standart,  plan)  parametrlərlə  müqayisəsi 

və  istehsal  prosesinin  hər  bir  mərhələsində  onların  qiymətləndirilməsi;      

▶spesifik  göstəricilərin  təhlilinin  nəticələrinin  (xüsusi  və  texniki  üsullar 

vasitəsilə) ümumiləşdirilməsi:  



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə