Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

59 

 

(0,35×263700/100)  artmışdır.  Maya  dəyərinin  səviyyəsinin  bu  qayda  üzrə 



yüksəldilməsi əsas etibarı ilə daxili amillər hesabına baş vermişdir. Məhsulun 

satışından əldə edilən gəlirlərin məbləğinin 3,9% artması maya dəyərinin sə-

viyyəsinin  1,4%,  mütləq  ifadədə  isə  3691,8  min  manat  (1,4×263700/  100) 

azalmasına səbəb olmuşdur. Material və pul vəsaitlərinə istifadəni xarakterizə 

edən  digər  amillərin  təsiri  nəticəsində  məhsulun  (iş  və  xidmətlərin)  maya 

dəyəri 1,75% və ya 4614,8 min manat (1,75×263700/100) yüksəlmişdir. 

 Bazar  münasibətləri  şəraitində  müxtəlif  rentabelli  məhsul  qruplannın,  iş 

və  xidmətlərin  maya  dəyərinin  ümumi  göstəricisinə  təsirinin  qiymətləndiril-

məsi  iqtisadi  təhlil  prosesində  mühüm  əhəmiyyət  kəsb  edən  məsələlərdən 

biridir.  Məlumdur  ki,  bu  göstəricinin  ümumi  səviyyəsində  ayrı-ayrı  məhsul 

qrupları  üzrə  maya  dəyərinin  aşağı  salınması  planmın  yerinə  yetirilməsi  öz 

ifadəsini  tapmır.  Bu  isə  öz  növbəsində  problemi  dərinləşdirməklə  göstərilən 

istiqamətdə  aparılan  iqtisadi  təhlilin  zəruriliyini  daha  da  artırır.  Qeyd  olunan 

qayda  üzrə  iqtisadi  təhlil  işi  aparmaq  üçün  müəssisədə  istehsal  olunan  bütün 

məhsulları aşağıdakı kimi dörd qrupa bölmək məqsədəuyğundur:  

•  rentabeili olmayan məhsullar;  

• aşağırentabelli məhsullar;  

• orta rentabelli məhsullar;  

•  yüksək rentabelli məhsullar (bax. cədvəl 3.5). 

                                                                                                         

Cədvəl  3.5 

Faktiki əmtəəlik məhsul buraxılışı, min manatla 

 

Rеntabеllik 



səviyyəsi üzrə 

məhsul qrupları 

Faktiki əmtəəlik 

məhsul buraxılışı, 

min man. 

Məhsul bu-

raxilişinın 

faktiki st-

rukturu, 

yеkuna nis-

bətən, %-lə 

Maya 


dəyərinin 

aşağı 


salınması 

üzrə planını 

yеrinə 

yеtirilməsi, 



%-lə 

hеsabat 


ilinin 

plan ma-


ya dəyəri 

ilə 


hеsabat 

ilinin 


faktiki 

maya 


dəyəri ilə 





1.Rеntabеlli 

оlmayan məhsullar 

 

43240 


 

42479 


 

19,3 


 

98,2 



60 

 

2.Aşağı  rеntabеlli 



məhsullar 

 

68544 



 

68372 


 

31,0 


 

99,7 


3.Оrta 

rеntabеlli 

məhsullar 

 

70315 



 

70210 


 

31,9 


 

99,9 


4.Yüksək  rеntabеlli 

məhsullar 

 

39500 


 

39227 


 

17,8 


 

99,3 


Yеkunu 

221599 


220288 

100,0 


99,4 

 

3.5    saylı  cədvəlin    məlumatlarından  göründüyü    kimi  əmtəəlik 



məhsulun  tərkibində  rentabellik  səviyyəsi  müxtəlif  olan  qrupların  xüsusi 

çəkisi 17,8 < 31,9% intervalında dəyişir. Bu isə öz növbəsində, fəaliyyətini 

öyrəndiyimiz təsərrüfat subyekti üzrə maya dəyərinin aşağı salınması planının 

yerinə  yetirilməsində  ayrı-ayrı  məhsul  qruplarının  müxtəlif  rol  oynadığıni 

göstərir. Iqtisadi təhlil prosesində müxtəlif rentabelli məhsul qruplarının maya 

dəyərinin aşağı salınması planının yerinə yetirilməsindəki xüsusi çəkisi bizim 

fikrimizcə  mühüm  əhəmiyyət  kəsb  edən  metodika  vasitəsilə  hesablanır  və 

qiymətləndirilir: 

1. Rentabelli olmayan məhsullar üzrə: (100 - 98,2)×0,192 = 0,3456 % 

2. Aşağı rentabelli məhsullar üzrə: (100-99,7)×0,31=0,093% 

3. Orta rentabelli məhsullar üzrə: (100-99,9)×0,319=0,0319 % 

4. Yüksək rentabelli məhsullar üzrə: (100-99,3)×0,178=0,1246 % 

Beləliklə,    hesablamalardan  göründüyü  kimi  rentabellik  səviyyəsi 

müxtəlif  olan  dörd  qrup  məhsullann  maya  dəyərinin  aşağı  salınması  planının 

yerinə  yetirilməsində  xüsusi  çəkisi  0,6%  (0,3456+0,093+0,0319+0,1246) 

bərabərdir ki, bu da ümumi kənarlaşma (100-99,4) ilə eynidir. 

Bazar  iqtisadiyyatı  şəraitində  satışın  həcmi,  maya  dəyəri  və  mənfəət 

göstəriciləri arasındakı funksional asılılığın müəvvən edilməsi (IY mərhələ) və 

qiymətləndirilməsi  mühüm  əhəmiyyətə  malikdir.  Yuxarıda  göstərildiyi  kimi 

istehsala  məsrəflərin  uçotunun  «direkt-kostinq»  sistemi  üzrə  təşkili  zamanı  bu 

problem  öz  həllini  tapır.  «Direkt-kostinq»  sistemi  məsrəflərin  (istehsalın 

həcminin  dəyişməsindən  və  ya  satışdan  yaranan  gəlirlərin  məbləğindən  asılı 




61 

 

olaraq)  şərti-daimi  və  dəyişən  xərclərə  bölgüsünü  nəzərdə  tutur.  Bizim 



fikrimizcə  «istehsalın  həcmi»  ümumiləşdirilmiş  göstərici  olduğundan  və 

maliyyə məhsuldarlığını əks etdirmədiyindən (bu bazar iqtisadiyyatı şəraitində 

mühüm  əhəmiyyət  kəsb  edir)  məsrəflərin  təsnifləşdirilməsi  zamanı  məhsul  (iş 

və  xidmətlər)  satışından  əldə  olunan  gəlirlərin  məbləğini  əsas  əlamət  kimi 

götürmək lazımdır. 

Məlumdur ki, şərti-sabit xərclər  məhsul (iş və xidmətlər) satışından əldə 

olunan gəlirlərin məbləğinin dəyişməsindən asılı olmayaraq sabit qalır. Mütləq 

ifadədə  təhlil  olunan  və  qiymətləndirilən  şərti-sabit  xərclərə  icarə  haqqı,  əsas 

fondların amortizasiyası, qeyri-maddi aktivlərin köhnəlməsi, kənar təşkilatların 

xidmətləri  (gəlirlərin  inkassa  edilməsi  üzrə  məsrəflər  çixılmaqla),  istehsalın 

təşkili  və  texnologiyasının  təkmilləşdirilməsi  ilə  bağlı  qeyri-kapital  xarakterli 

məsrəflər, inzibati idarə binalarının saxlanması xərcləri və s. aiddir.  

Maya  dəyərinin  tərkibində  böyük  xüsusi  çəkiyə  malik  olan  ikinci  qrup 

(dəyişən) xərclər isə məhsul (iş və xidmətlər) satışından yaranan gəlirlərin həc-

minə  proporsional  olaraq  dəyişir.  Əməyin  ödənilməsinə  məsrəflər,  nəqliyyat 

xərcləri,  əhalinin  məşğulluq  fonduna,  sosial  və  məcburi  tibbi  sığortaya 

ayırmalar, istehsal məqsədləri üçün istifadə olunan yanacaq və elektrik enerjisi, 

xammal və material xərcləri və s. dəyişən məsrəfiər blokuna aiddir.  

Məsrəflərin göstərilən qayda üzrə təsnifləşdirilməsi, onların şərti-sabit və 

dəyişən xərclər blokuna bölünməsi satışın həcmi, maya dəyəri və mənfəət gös-

təriciləri  arasındakı  funksional  asılılığı  müəyyən  etməyə  və  «rentabellik  asta-

nası»  deyilən  nöqtəni  dəqiq  hesablamağa  imkan  verir.  Iqtisadi  ədəbiyyatlarda 

və  elmi-tədqiqat  işlərində  bəzən  bu  nöqtə  «satışın  kritik  nöqtəsi»,  «zərərsizlik 

nöqtəsi» və «mənfəət və zərərlərin sınma nöqtəsi»də adlandırılır. 

Qeyd etmək lazımdır ki, satışın həcmi, maya dəyəri və mənfəət göstərici-

ləri  arasındakı  funksional  asılılığın  riyazi  qrafik  vasitəsilə  müəyyən  edilməsi 

sadə və səmərəli metod olmaqla marketinq təhlilinin mürəkkəb olan iki mühüm 

sualına cavab verməyə şərait yaradır:  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə