Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   19   20   21   22   23   24   25   26   27

65 

 

edən  Qərb  ölkələrində  bu  xərclərin  səviyyəsi  50%  götürülür  və  iqtisadi  təhlil 



prosesində əmək ödənişləri məsrəfləri məhsul (iş və xidmətlər) satışından əldə 

olunan  gəlirlərin  məbləği  ilə  yanaşı  bu  rəqəmə  görə  də  korrektiv  (düzəliş) 

edilir.  Ona  görə  də  müxtəlif  mülkiyyət  münasibətləri  şəraitində  aparılan 

iqtisadi  təhlil  zamanı  bu  metodikanın  tətbiqi  idarəetmə  uçotunun 

təkmilləşdirilməsi ilə yanaşı məhsulun (iş və xidmətlərin) maya dəyərinə daxil 

edilən  əmək  ödənişləri  məsrəflərinin  şərti-dəyşən  və  şərti-sabit  xərclərə  aid 

olan  hissəsinə  edilən  qənaətin  (yaxud,  artıq  xərcin)  məbləğini  dəqiq 

müəyyənləşdirməyə  imkan  verəcəkdir.  Bu  istiqamətdə  iqtisadi  təhlilin 

metodikasını  işləyib  hazırlamaq  üçün  aşağıdakı  formada  cədvəl  tərtib  etmək 

lazımdır. 

 

 

 



                                                                                                                                     

Cədvəl  3.6 

                             Əmək ödənişi məsrəflərinin təhlili 

 

Göstəricilər 



2013 

2014 


Kənarlaşmalar (+;-) 

 

 



 

mütləq 


ifadədə 

faizlə 


1. 

Məhsul 


(iş 

və 


xidmətlər) 

satışından 

yaranan 

gəlirlərin 

məbləği, min manatla 

 

253800 



 

263700 


 

+9900 


 

+3,9 


2.  Əmək  ödənişləri  məsrəfləri,  min 

manatla 


19682 

19984 


+302 

+1,5 


 

 3.6  saylı  cədvəlin  məlumatlarından  göründüyü  kimi,  fəaliyyətini  öyrən-

diyimiz  təsərrüfat  subyekti  üzrə  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinə 

daxil  edilən  əmək  ödənişləri  məsrəfləri  mütləq  ifadədə  artmışdır.  Lakin  bu 

əmək  ödənişləri  məsrəflərinin  iqtisadi  səmərəliliyini  xarakterizə  etmir. 

Sadalanan  fikrin  düzgünlüyünü  aşağıdakı  hesablamalar  vasitəsilə  sübut  etmək 

mümkündür: 

1.  Mütləq kənarlaşma: 19984-19682 =+302 min manat 




66 

 

2.  Nisbi kənarlaşma: 19984-19682×1,039=- 465,6 min manat 



3.  Əmək ödənişləri məsrəflərinə ediiən qənaətin şərti-sabit və şərti-

dəyişən xərclərə aid hissəsinin hesablanması: 

a) şərti-dəyişən xərclər hesabına: 

3,9×0,5=1,85% ;  2) 19984-19682×1,0185=19984 - 20046,1=- 6 2,1 min 

manat 

b)şərti-sabit xərclər hesabına: 



- 465,6 - (- 62,1) = - 403,5 min manat 

Beləliklə, mülkiyyət formalarından asılı olmayaraq istehsal müəssisələrin-

də  məhsulun,  iş  və  xidmətlərin  maya  dəyərini  iqtisadi  təhlili  metodikasının 

yeni  aspektdə  tətbiqi  maya  dəyərinin  aşağı  salınması  ehtiyatlarının  aşkar 

edilməsi və qiymətləndirilməsində inkar edilməz əhəmiyyətə malikdir. 

 

 

 

 

 

N Ə T I C Ə  

Bazar  münasibətləri  şəraitində  idarəetmənin  ən  mühüm  elementlərindən 

biri sayılan mühasibat uçotunun metodoloji və konseptual məsələlərində köklü 

dəyişikliklər baş verir. Bu hər şeydən əvvəl, idarəetmə uçotunun özülü sayılan 

istehsal  məsrəflərinin  müxtəlif  əlamətlər  üzrə  təsnifləşdirilməsi  probleminə, 

onların  uçotu  metodologiyasının  təkmilləşdirilməsinə  və  məhsulun  (iş  və 

xidmətlərin) maya dəyərinin kalkulyasiya edilməsinə aiddir.  

1. Tərəddüdsüz  demək  olar  ki,  müəssisənin  maliyyə  təsərrüfat 

fəaliyyətinin digər bloklarının qarşılıqlı əlaqəsi  istehsal  məsrəflərinin  uçotu  və 

hesabatı  göstəriciləri  vasitəsilə  həyata  keçirilir.  Məhz  buna  görə  də,  bütün 

sahələrdə  olduğu  kimi,  şərab  istehsalı  müəssisələrində  də  məsrəflərin  uçotu, 

bölüşdürülməsi  və  onların  təkmilləşdirilməsi  istiqamətlərinin  müəyyən  edil-

məsi aktual  bir problemə çevrilir. Odur ki, istehsal  xərclərinin  uçotunun bazar 



67 

 

iqtisadiyyatının  tələblərinə  uyğun  surətdə  yenidən  təşkili  maya  dəyərinin 



müxtəlif  göstəricilərini  özündə  əks  etdirən  hesabat  formalarının  və  ilkin  uçot 

sənədiərinin təkmilləşdirilməsi üçün mühüm rol oynaya bilər. 

2. Məlumdur  ki,  istehsal  məsrəflərinin  uçotu  və  məhsulun  (iş  və 

xidmətlərin) 

maya 

dəyərinin 



kalkulyasiyasının 

mövcud 


metodikası 

idarəetmənin  və  auditin  əsas  funksiyalarından  biri  hesab  edilən  təsərrüfat 

fəaliyyəti  təhlilinin  tələblərinə  tam  cavab  vermir.  Ona  görə  də,  bazar 

münasibətləri şəraitində, şərab istehsalına məsrəflərin uçotu metodologiyasının 

təkmilləşdirilməsi,  onun  operativliyinin  yüksəldilməsi  və  beynəlxalq 

standartlara uyğunlaşdırılması xərclərin sistemli mühasibat uçotunun kökündən 

dəyişdirilməsini tələb edir.  

Beynəlxalq təcrübədə qəbul edilmiş standartlara və qaydalara cavab verən 

belə  bir  uçot  sisteminin  olması,  bizim  fikrimizcə,  ikili  xarakter  daşıya  bilər: 

məsrəflərin  uçotunun  forma  və  metodlarının  seçilməsində  müəssisələrə  tam 

sərbəstlik  verilməsi;  uçot  informasiyasının  reallığına  və  doğruluğuna  görə 

şərab  istehsalı  müəssisələrinin  məsuliyyətinin  artırılması.  Odur  ki,  bazar 

münasibətlərinə  keçidlə  əlaqədar  olaraq  istehsal  xərclərinin  uçotunun  yenidən 

qurulması  üzrə  bir  sıra  təşkilati  işlərin  həyata  keçirilməsi,  «Məhsulun  (işin, 

xidmətin)  maya  dəyərinə  daxil  edilən  xərclərin  tərkibi  haqqında  əsasnamənin 

göstərilən  nöqsanlar  nəzərə  alınmaqla  təkmilləşdirilməsi,  məsrəflərin  dəqiq 

təsnifatının  (istehsalın  həcminə  münasibətinə  görə)  aparılması,  bəzi  xərclərin 

sintetik  uçotu  qaydasının  dəyişdirilməsi  və  məsuliyyət  mərkəzləri  kimi  uçot 

obyektlərinin tətbiqinin reallaşdırılmasi məqsədəuyğun hesab edilir.  

3. Istehsal  edilən  məhsulun  xarakterindən,  texnoloji  prosesdən  və  idarə-

etmənin təşkilindən asılı  olaraq təcrübədə  müxtəlif kalkulyasiya  vahidlərindən 

istifadə olunur və bu da, öz növbəsində, uçotun mürəkkəbləşməsinə səbəb olur. 

Deməli, iqtisadi ədəbiyyatlarda da göstərildiyi kimi, istehsal xərclərinin məsrəf 

elementləri  və  kalkulyasiya  maddələri  üzrə  qruplaşdırılması  və  uçota 

alınmasının  nöqsan  və  çatışmayan  cəhətləri  mövcuddur.  Belə  ki,  şərabçılıq 

müəssisələrində  istehsal  xərclərinin  uçotunun  baş  vermə  yerləri  və  hasil 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə