Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

56 

 

Iqtisadi ədəbiyyatlarda  və elmi-tədqiqat  işlərində  məhsulun  (iş və  xidmət-



lərin)  maya  dəyərinə  və  hər  bir  məsrəf  elementinə  təsir  göstərən  amillərin 

müxtəlif  əlamətlər  üzrə  təsnifatı  verilir.  Bakanov  M.I.  və  Şeremet  A.D. 

tərəfindən  (16)  bu  göstəriciyə  təsir  edən  amillərin  «istehsalın  texniki  səviyyə-

sinin  yüksəldilməsi»,  «istehsalın  və  əməyin  təşkilinin  yaxşılışdırılması», 

«istehsalın  yerləşdirilməsinin  strukturunun  və  həcminin  dəyişməsi»,  «təbii 

resurslardan  istifadənin  yaxşılaşdırılması»  və  «istehsalın  inkişafı»  adlı  beş 

blokda  birləşdirilməsinin  zəruriliyi  təklif  edilməklə  qeyd  olunan  qayda  üzrə 

qruplaşdırmanın  praktikada  da  böyük  səmərə  verdiyi  xüsusi  ifadə  olunur. 

Rusak N.A. və Rusak V.A. isə məhsulun (iş və xidmətlərin) maya dəyərinə də 

hər  bir  məsrəf  elementinə  təsir  göstərən  amilləri  dərəcələrə  bölməklə 

riyaziyyatda məhşur olan «Paskal üçbucağı»na oxşar model irəli sürür (23). 

Göründüyü  kimi  yuxarıda  sadalanan  hər  bir  təklifin  həm  müsbət  və  həm 

də  nöqsan  cəhətləri  vardır.  Fikrimizcə,  müxtəlif  əlamətlər  üzrə  amillərin 

qruplaşdırılması  zamanı  mövcud  uçot  və  hesabat  məlumatları  əsasında 

məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  təhlili  metodikasının  işlənib 

hazırianma  imkanlarınin  nəzərə  alınmamasını  başlıcı  nöqsan  kimi  göstərmək 

lazımdır.  Bu  fikrin doğruluğunu sübut etmək  üçün  «istehsalın təşkilati-texniki 

səviyyəsi və digər şərtlərinin təhlili» blokunun bütün göstəricilərinin (istehsalın 

texniki  səviyyəsinin 

yüksəldilməsi; 

istehsalın 

və  əməyin  təşkilinin 

yaxşılaşdirılması)  əsasında  dayanan  və  mürəkkəb  xarakterə  malik  olan  elmi-

texniki tərəqqi amilini xüsusi vurğulamaq olar.  

Məlumdur ki, elmi-texniki tərəqqi komplesk göstərici olmaqla öz ifadəsini 

yeni texnika və texnologiyada, həmçinin istehsal olunmuş  məhsulun keyfiyyət 

parametrlərində  tapır. Nəzəri cəhətdən aydındır  ki,  müəssisənin təsərrüfat  fəa-

liyyətinin  digər  iqtisadi  parametrlərinin  əsasında  dayanan  elmi-texniki  tərəq-

qinin  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinə  təsirini  spesifik  göstəricilər 

vasitəsilə  (texnikanın  və  texnologiyanın  proqressivli;  əməyin  fondla  və  enerji 

ilə silahlanması; istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması; istehsa-



57 

 

lın təşkili və yeni texnika üzrə digər tədbirlər) hesablamaq və qiymətləndirmək 



mümkündür.  

 Lakin,  statistik  hesabat  formalarında  yuxarıda  sadalanan  spesifik  gös-

təricilər  haqqında  demək  olar  ki,  zəruri  informasiyanın  mövcud  olmaması 

həmin  nəzəri  tezisi  reallığa  çevirməyə  imkan  vermir.  Bu  isə  öz  növbəsində 

iqtisadi ədəbiyyatlarda verilmiş hər iki təklifin nəzəri və praktiki əhəmiyyətini 

xeyli  aşağı  salır.  Ona  görə  də,  qruplaşdırma  apararkən  (informasiya  təminatı 

baxımından) məhsulun (iş və xidmətlərin) maya dəyərinə təsir göstərən birinci 

dərəcəli  amilləri  (əmtəəlik  məhsulun  həcminin  dəyişməsi;  əmtəəlik  məhsulun 

strukturunun  dəyişməsi;  ayrı-ayrı  məmulat  vahidlərinə  sərf  edilən  məsrəflərin 

səviyyəsinin dəyişməsi; qiymətlərin dəyişməsi və s.) ilk növbədə hesablamaya 

daxil etmək daha məqsədəuyğundur. 

 Bundan başqa, iqtisadi təhlil prosesində tədqiqatı sadələşdirmək məqsədi-

lə  yuxarıda  sadalanan  amilləri  «daxili»  və  «xarici»  amillər  (hazır  məhsulun, 

avadanlıqların, enerji daşıyıcılarının; xammal və materilların qiymətinin dəyiş-

məsi; su, nəqliyyat və digər xidmət növlərinin tariflərinin dəyişməsi; amortiza-

siya  ayırmaları  normasının,  tibbi  və  sosial  sığortaya  ayırmaların  məbləğinin 

dəyişməsi;  icarə  haqlarının dərəcələrinin dəyişməsi  və s.) ölkə  iqtisadiyyatının 

ümumi inkişaf səviyyəsini xarakterizə edir.  

 Məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  gəlirlərin  həcmi,  əməyin 

ödənilməsinin  forma  və  sistemləri,  əmək  məhsuldarlığının  yüksəldilməsi,  əsas 

fondlardan  və  dövriyyə  kapitalından  istifadənin  yaxşılaşdırılması  kimi  daxili 

amillər  sahibkarlıq  fəallığı  və  təsərrüfat  subyektlərinin  fəaliyyətinin  son  nə-

ticələri  ilə  bilavasitə  əlaqədardır.  Öz  növbəsində  satışdan  yaranan  gəlirlərin 

məbləğinin dəyişməsi məhsulun (iş və xidmətlərin)  maya dəyərinə təsir göstə-

rən «daxili» və «xarici» amillər içərisində xüsusi yer tutur. Bazar iqtisadiyyatı 

şəraitində  bu  amilin  maya  dəyərinə  təsiri  aşağıdakı  kimi  təhlil  edilir  və 

qiymətləndirilir (cədvəl 3.4). 

         3.4 saylı cədvəlin məlumatlarından göründüyü kimi, 2013-cü ildə məhsu-

lun (iş və xidmətlərin) maya dəyərinin səviyyəsi (gəlirlərə nisbətən %-lə) 2014-



58 

 

cü ilin gəlirləri nəzərə alınmaqla 65,9 %-ə (173963/263700x100) bərabər 



olmuşdur. Eyni zamanda bu göstəricinin səviyyəsi müqayisə olunan dövr 

ərzində şərti-daimi və dəyişən xərclər üzrə müvafiq olaraq 15,5 % 

(40861/263700x100) və (50,4 % (133102/263700×100) təşkil etmişdir.  

Məhsulun (iş və xidmətlərin) satışından əldə olunan gəlirlərin 

məbləğinin 9900 min manat (263700-253800) artması maya dəyərinin 

səviyyəsinin 1,4% (65,9-67,3) azalmasına səbəb olmuşdur ki, bununda 0,6 %-i 

(15,5-16,1) şərti-sabit xərclərin, 0,8% (50,4-51,2) isə dəyişən məsrəflərin 

payına düşür. Maya dəyərinin səviyyəsinin yuxarıda qeyd  dəyişməsi (azalma), 

öz növbəsində bu göstəricinin məbləğində həmin mütənasiblikdə qənaətə 

aşağıdakı kimi (mütləq ifadədə) şərait yaratmışdır: 

1)  Şərti-sabit xərclər hesabına - 1582,2 min manat (0,6 ×263700/100); 

2)  Dəyişən xərclər hesabına - 2109,6 min manat (0,8×263700/100) 



                                                                                             Cədvəl  3.4 

Satışdan yaranan gəlirlərin məhsulun (iş və xidmətlərin) 

maya dəyərinə təsirinin təhlili 

 

Göstəricilər 

2013 

2014-cü ilin 



gəlirlərinin 

məbləği nəzərə 

alınmaqla 

kənarlaşma 

 

min 


manat 

gəlirlə


rə 

nisbə-


tən, 

%-lə 


min 

manat 


gəlirlə

rə nis-


bətən, 

%-lə 


min 

man. 


Gəlirlə-

rə nis-


bətən, 

%-lə 






1. Məhsulun (iş  və  xidmətlərin)  sa-

tişından  əldə  оlunan  gəlirlərin 

məbləği (ƏDV daxil еdilmədən) 

 

 

253800 



 

 



 

 

263700 



 

 



 

 

+9900 



 

 



2.  Məhsulun  (iş  və  xidmətlərin) 

maya dəyəri, о cümlədən: 

 

170655 


 

67,3 


 

173963 


 

65,9 


 

+3308 


 

-1,4 


a) şərti-sabit xərclər  

40861 


16,1 

40861 


15,5 

-0,6 



B) dəyişən xərclər 

129794 


51,2 

133102 


50,4 

+3308 


-0,8 

 

Hesabat məlumatlarından göründüyu kimi 2014 - cü ildə 2013-cü ilə nis-



bətən fəaliyyətini öyrəndiyimiz təsərrüfat subyekti üzrə  məhsulun (iş və xid-

mətlərin)  maya  dəyərinin  səviyyəsi  0,35%  və  yaxud  923  min  manat 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə