Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

62 

 

-Əgər  məhsul  buraxılışı  və  onun  satışından  yaranan  gəlirlər  azalarsa 



mənfəət necə dəyişər?  

-Əgər  qiymətlər  yüksələrsə,  maya  dəyərinin  səviyyəsi  aşağı  düşərsə, 

satışın həcmi azalarsa mənfəət necə dəyişər?.  

Sadalanan bu iki mühüm suala düzgün cavab verilməsi, bizim fikrimizcə, 

gəlirlərin  xərclərə  bərabər  olduğu  və  rentabellik  səviyyəsinin  0,00%  təşkil 

etdiyi «zərərsizlik nöqtəsi»nin dəqiq hesablanmasından birbaşa asılıdır. 

Məlumdur ki, «şərti-daimi və dəyişən xərclər», «satışın həcmi», «dəyişən 

məsrəflərin  satışın  və  məhsul  buraxılışinın  həcminə  nisbəti»  göstəriciləri 

«zərərsizlik  nöqtəsi»nin  analitik  metod  vasitəsilə  hesablanması  üçün  zəruri 

amil  hesab  olunur.  Iqtisadi  ədəbiyyatlarda  göstərildiyi  kimi,  bu  metodun  əsas 

mahiyyətini  konkret  formulun  köməyi  ilə  məhsul  (iş  və  xidmətlər)  satışından 

əldə olunan gəlirlərin minimal həcminin müəyyən edilməsi təşkil edir (belə bir 

şəraitdə  təsərrüfat  subyektinin  fəaliyyətinin  rentabellik  səviyyəsi  0,00%-dən 

yüksək  olur).  Bu  göstəricinin  hesablanması  üçün  xarici  firmaların  təsərrüfat 

fəaliyyətinin  öyrənilməsi  zamanı  müvəffəqiyyətlə  tətbiq  olunan  aşağıdakı 

formuladan istifadə edilməsi məqsədəuyğun sayılır. 

мябяляьи

ин

 мясряфляр



дяйишян

 мябляьи


эялирлярин

 

олунан



 

ялдя


 

сатышындан

 

хидмятляр)



 

вя

 



(иш

 

мящсул



 мябляьи

эялирлярин

 

йаранан


 

сатышындн

 

хидмятляр)



 

вя

 



(иш

 

мящсул



 мябляьи

хяржлярин

сабит

-

шярти



 мябляьи

 минимал


эялирлярин

олунан


 

ялдя


 

сатышындан

хидмтляр)

 

вя



 

(иш


 

Мящсул




  (3.1) 

Iqtisadi  təhlil  prosesində  «zərərsizlik»,  yaxud  «özxərcini  ödəmə» 

nöqtəsindən  başlayaraq  yeni  məhsul  (iş  və  xidmətlər)  satışından  əldə  olunan 

gəlirlərin minimal məbləğini müəyyən etmək üçün elmi-tədqiqat işlərində (3.1) 

düsturuna bənzər digər formula təklif olunur: 

гиймяи


 

ващидинин

 

мящсул


 мясряфляр

дяйишян


дцшян

 

ващидиня



 

мящсул


-

1

 мябляьи



иллик

 

н



хяржлярини

сабит


-

шярти


 

мцяссисянн

 мябляьи

 минимал


эялирлярин

 

йаранан



 

сатышындан

 

хидмятляр)



 

вя

 



(иш

 

 мящсул



йени

 

башлайарг



н

нюгтясиндя

 

юдямя"


 

юзхяржии


"

                (3.2) 




63 

 

Yuxarıda verilən formulların tətbiq edilmə miqyası olduqca genişdir. Bu-



nu  fəaliyyətini  öyrəndiyimiz  təsərrüfat  subyektinin  materialları  əsasında 

aparilan hesablamalar da sübut edir.  

Belə fərz edək ki, fəaiiyyətini öyrəndiyimiz təsərrüfat subyekti bir ədədi-

nin  qiyməti  350  pul  vahidinə  bərabər  olan  yeni  məhsul  istehsal  etməyi  plan-

laşdırır.  Bu  zaman  məhsul  vahidinə  düşən  dəyişən  məsrəflərin  səviyyəsinin 

50,49%, müəssisənin şərti-sabit xərclərinin illik məbləğinin isə 10063  min pul 

vahidi olması nəzərdə tutulur. 

Qeyd  olunan  rəqəmlərdən  və  yuxarıda  verilən  formuladan  (3.2)  istifadə 

etməklə dəyişən məsrəflərin ümumi məbləğini və yeni məhsul (iş və xidmətlər) 

satışından  yaranan  gəlirlərin  minimal  həcmini  riyazi  yolla  hesablamaq  müm-

kündür. Bu zaman fəaliyyətini öyrəndiyimiz təsərrüfat subyekti üzrə sadalanan 

göstəricilər  mütləq  ifadədə  müvafiq olaraq 176,7 (50,49x350)  və 20323,4  min 

pul vahidinə 









350



7

,

176



1

10063


 bərabər olacaqdır. 

 Məlumdur  ki,  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  təhlilinin 

dördüncü  mərhələsinin  sonunda  istehsal  və  satışın  kritik  həcmi  müəyyən 

olunur.  Bizim  misalımızda,  istehsal  və  satışın  kritik  həcmi  58066  vahid 

(20323400/350)  təşkil  edir.  Bu  isə,  öz  növbəsində,  o  deməkdir  ki,  fəaliyyətini 

təhlil etdiyimiz firma il ərzində 580x66 vahid məhsul reallaşdıraraq (bir ədədin 

qiyməti 350 pul vahidi olmaqla) yalnız öz xərclərini ödəyə bilər. 

 Bazar  iqtisadiyyatı  şəraitində  məhsulun  (iş  və  xidmətlərin)  maya 

dəyərinin  səviyyəsi  ümumilikdə  qiymətləndirildikdən  sonra  hər  bir  konkret 

məsrəf  elementinə  təsir  göstərən  amillərin  müxtəlif  əlamətlər  üzrə  təsnifatı 

verilir  və  istehsal  uçotunun  məlumatları  əsasında  onların  təsir  dərəcəsi  (+;-) 

hesablanır (V  mərhələ).  Bu  istiqamətdə aparılan  iqtisadi təhlil prosesində əsas 

diqqət  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  tərkibində  böyük  xüsusi 

çəkiyə  malik  olan  material  və  əmək  haqqı  məsrəflərinə  (sosial  sığortaya 

ayırmalarla birlikdə) yönəldilir.  



64 

 

 Məlumdur ki, bazar münasibətləri şəraitində material məsrəfləri üzrə baş 



verən  kənarlaşmalara  təsir  göstərən  amillərin  (materialların  qiymətinin 

dəyişməsi;  xammal  və  materiallardan  istifadənin  yaxşılaşdırılması;  məhsulun 

strukturunun  dəyişməsi;  ayrı-ayrı  məhsul  növlərinin  maya  dəyərinin  aşağı 

salınması  və  s.)  təhlili  metodikası  əsaslandırılmış  standartların  mövcud 

olmadığı bir şəraitdə ənənəvi qaydalardan demək olar ki, fərqlənmir. Ona görə 

də  məqalə  daxilində  bu  problem  aktuallıq  kəsb  etmədiyindən  məhsulun  (iş  və 

xidmətlərin)  maya  dəyərinin  təhlilinin  beşinci  mərhələsində  əmək  ödənişləri 

məsrəflərinin  iqtisadi  səmərəliliyi  müəyyən  edilir,  onun  şərti-dəyişən  və  şərti-

sabit  xərclərə  aid  olan  hissəsinə  edilən  qənaətin  məbləği  mütləq  və  nisbi 

ifadədə hesablanılır və qiymətləndirilir. Çünki, müxtəlif  mülkiyyət münasibət-

ləri şəraitində mənfəət kateqoriyası kimi maya dəyəri göstəricisi də «kommer-

siya sirri» sayıldığından onun tərkibində böyük xüsusi çəkiyə malik olan əmək 

ödənişləri  məsrəflərinin  ilkin  uçot  məlumatları  əsasında  dərindən  təhlili 

mühüm əhəmiyyətə malikdir.  

 Statistik  məlumatlar  göstərir  ki,  işçi  qüvvəsi  əmtəəsinin  dəyərinin, 

yaxud qiymətinin çevrilmiş forması olan əmək haqqı sənaye məhsulunun maya 

dəyərinin  tərkibində  15%  təşkil  edir.  Azərbaycan  Respublikasında  uçotun 

beynəlxalq  standartlara  uyğunlaşdırılması  ilə  əlaqədar  olaraq  mühasibat 

hesabatlarında  baş  verən  dəyişikliklər  əmək  ödənişləri  məsrəflərinin  iqtisadi 

təhlilinin  yeni  metodikasını  işləyib  hazırlamağın  zəruriliyini  meydana  çıxarır. 

Belə  ki,  bazar  iqtisadiyyatı  şəraitində  iqtisadi  təhlilin  ənənəvi  metodikalarının 

yeni  təşəkkül  tapmış  göstəricilər  sisteminin  tələblərinə  uyğunlaşdırılması,  öz 

növbəsində,  idarəetmə  və  yaxud  istehsal  uçotunun  təkmilləşdirilməsinə  səbəb 

olur. 


 Məlumdur  ki,  indiyə  qədər  respublikamızda  tətbiq  olunan  mühasibat 

uçotu  və  hesabatları  sistemi  şərti-dəyişən  və  şərti-sabit  xərcləri  dəqiqliklə  bir-

birindən  ayırmır.  Məhz  buna  görə  də  əmək  ödənişləri  məsrəflərinin  şərti-sabit 

və şərti-dəyişən xərclərə aid olan hissəsinə edilən qənaətin məbləğini mütləq və 

nisbi  ifadədə  hesablamaq  mümkün  deyildir.  Idarə  etmə  uçotunu  düzgün  təşkil 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə