Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
1   ...   19   20   21   22   23   24   25   26   27

74 

 

12. 



 Bir  məsələni  də  qeyd  etmək  lazımdır  ki,  mühasibat  uçotunun 

beynəlxalq  standartlarına  keçilməsi  ilə  əlaqədar  olaraq  bir  sıra  hesabat 

formalarının  ləğv  edilməsi  və  ya  həmin  hesabatlardakı  əsas  göstəricilərin 

ixtisar  olunması,  bəzən  idarəetmə  üçün  zəruri  olan  informasiyanın  itməsinə 

səbəb  olur.  Belə  bir  şəraitdə  ilkin  uçotun  təkmilləşdirilməsi  və  onun  müasir 

idarəetmənin ən mühüm elementlərindən biri sayılan iqtisadi təhlüin tələblərinə 

uyğunlaşdınlması  mühüm  və  aktual  problem  kimi  meydana  çıxır.  Məhz  bu 

baxımdan,  maqistr dissеrtasiya  işində  idarəetmənin  və  iqtisadi təhlilin  mühüm 

informasiya  bazası  sayılan  mühasibat  uçotunun  qarşısında  duran  problemlər, 

şərabçilıq 

müəssisələrində 

onun 


xüsusiyyətləri, 

xərclərin 

uçotunun 

analitikliyinin və operativliyinin yüksəldilməsi məsələləri geniş işıqlandırılır.  

Bundan  başqa,  tədqiqat  prosesində  məsrəflərin  uçotunun  «standart-kost» 

sistemindən  fərqli  olan  «direkt-kostinq»  sisteminin  tətbiqinin  iqtisadi  təhlilin 

metodikasının  təkmilləşdirilməsi  nöqteyi  nəzərindən  üstünlükləri  sadalanır  və 

şərabçılıq  müəssisələrində  onun  tətbiqi  yolları  göstərilir.  Eyni  zamanda, 

məsrəflərin  uçotunun  məsuliyyət  mərkəzləri  və  baş  vermə  yerlərinə  görə 

təşkili,  transfert  qiymətlərinin  tətbiqi  imkanları  və  maya  dəyərinin  idarəedil-

məsi problemlərinə xüsusi yer verilir.  

13. 


Məlumdur ki, bazar münasibətləri mühasibat uçotunun qarşısında 

yeni problemlər qoyulur. Məhz buna uyğun olaraq bütün post-sovet məkanı öl-

kələrində  Qərb  idarəetmə  uçotunun  tələblərinin  mövcud  nəzəriyyə  və 

praktikaya  uyğunlaşdırılması  prosesi  gedir.  Qərb  idarəetmə  uçotunun  ən 

mühüm  alt  -  sistemi  sayılan  «direkt-kostinq»  sisteminin  tətbiqi  məsrəflərin 

uçotunu  sadələşdirməklə  kompleks  xərclərin  bölüşdürülməsindəki  şərtilikləri 

birdəfəlik  aradan  qaldırmağa  kömək  etməklə  maya  dəyərinin  təhrif 

olunmasının qarşısını alır. Bundan başqa, «direkt-kostinq» sistemi şərti-sabit və 

dəyişən xərclərin məbləğini dəqiq müəyyən etməyə, maya dəyəri, satışın həcmi 

və mənfəət göstəriciləri arasındakı funksional əlaqənin xarakterini araşdırmağa, 

«mənfəət və zərərlərin sınma nöqtəsi»ni riyazi yolla hesablamağa imkan verir. 



75 

 

Məlumdur  ki,  istehsal  prosesinin  baş  verməsi  əmək  resursiarı,  əsas 



fondlar,  xammal  və  materialların  mövcudluğundan  birbaşa  asılıdır.  Istehsal 

potensialının sadalanan elementləri arasında əlaqə pozulduqda məsrəflər qeyri-

məhsuldar xərclərə çevrilir ki, bu da, son nəticədə, məsrəfverimi göstəricisinin 

səviyyəsinə  mənfi təsir  göstərir. Ona  görə  də, əksər  müəssisələrdə  məsrəflərin 

uçotunun  təkmilləşdirilməsi  həm  kəmiyyət  və  həm  də  keyfiyyət  baximından 

həyata  keçirilməlidir.  Məhz  bu  baxımdan  aparılan  tədqiqatın  məsrəflərin 

uçotunun  təkmilləşdirilməsi  probleminin  öyrənilməsi  ilə  başa  çatması  olduqca 

məntiqi və əsaslandırılmış görünür. 

Aparılan  tədqiqat  işlərinin  yekunu  göstərir  ki,  fəaliyyətini  öyrəndiyimiz 

müəssisədə məsrəfverimi göstəricisinin səviyyəsi müxtəlif amillərin təsiri nəti-

cəsində  dəyişir.  Bazar  münasibətiəri  şəraitində  məsrəfveriminin  dəyişməsinə 

təsir göstərən amillər içərisində elmi-texniki tərəqqi xüsusi yer tutur. Sadalanan 

amillərin  təsiri  nəticəsində  məsrəfverimi  göstəricisi  müxtəlif  illər  ərzində 

kəskin surətdə dəyişikliyə məruz qalır. Məsrəflərin səviyyəsinin kəskin surətdə 

dəyişməsi, bizim fikrimizcə, elmi-texniki tərəqqi ilə yanaşı qiymət amili və ya 

inflyasiya  prosesləri  ilə  də  bağlıdır.  Elə  buna  görə  də,  əksər  sənayе 

müəssisələrində  ayrı-ayn  illər  ərzində  istehsal  edilmiş  məhsulların  (iş  və 

xidmətlərin)  maya  dəyərinin  tərkibində  ayrı-ayrı  xərc  məddələrinin  xüsusi 

çəkisi  müxtəlif  olmuşdur. Bunu  həm bəzi  və  həm də özündən əvvəlki  ilə  görə 

aparılan müqayisədən də görmək mümkündür. 

14. 

 Məlumdur 



ki, 

sənayе 


müəssisələrində 

məsrəfverimi 

göstəricisinin  səviyyəsinə,  ilk  növbədə,  istehsal  edilmiş  məhsulun  (iş  və 

xidmətlərin)  dəyərinin  və  xərclərin  mütləq  ifadədə  məbləğinin  dəyişməsi 

bilavasitə  təsir  göstərir.  Eyni  zamanda,  istehsal  olunmuş  məhsulun  (iş  və 

xidmətlərin)  dəyərinin  xərclərin  mütləq  məbləği  ilə  müqayisəsi onlar  üzərində 

operativ  nəzarətin  lazımi  səviyyədə  olmadığını  bir  daha  sübut  edir.  Belə  bir 

vəziyyəti həm bütövlükdə və həm də ayrı-ayrı xərc maddələri üzrə görmək çox 

da çətin deyildir. Ona görə də maqistr dissеrtasiya işində istehsal məsrəflərinin 

dəyişməsinə  operativ  nəzarət  etmək  üçün  istehsal  olunmuş  konkret  növ 




76 

 

məhsulların  (iş  və  xidmətlərin)  maya  dəyəri  kompleks  şəkildə  nəzərdən 



keçirilir.  

Bu  istiqamətdə  aparılan  təhlil  işlərinin  nəticəsi  məsrəflərin  məbləği  ilə 

istehsal  olunmuş  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyəri  arasında  tərs 

mütənasib əlaqənin olduğunu  göstərir. Yəni,  müxtəlif  illərdə  məsrəflərin  məb-

ləği  mütləq  ifadədə  artdığı  halda,  konkret  növ  məhsulların  (iş  və  xidmətlərin) 

maya  dəyərinin  səviyyəsində  azalma  meyli  müşahidə  edilir.  Məhz  buna  görə 

də,  tədqiqat  prosesində  istər  xərc  elementləri  və  istərsə  də  ayrı-ayrı  məsrəf 

maddələri  üzrə  aparılan  təhlil  keyfiyyət  baxımından  həyata  keçirilir.  Bizim 

fikrimizcə,  məsrəflərin  keyfiyyəti  dedikdə  təhlil  zamanı  həm  elmi-texniki 

tərəqqinin  nailiyyətlərinin  və  həm  də  inflyasiya  proseslərinin  təsirinin  nəzərə 

alınması başa düşülür. 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə