Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Cədvəl 19 Layihənin təşkili mərhələləri



Yüklə 3,91 Mb.
səhifə29/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Cədvəl 19

Layihənin təşkili mərhələləri


İşin mərhələləri

Əsas

İcraçı

Mərhələ 1. Layihəqabağı işlər

1. Texniki-iqtisadi əsaslan­dırma (TİƏ) və ya texniki-iqtisadi hesabatın (TİH) hazırlanması

Kapital qoyuluşu planı.

Yuxarı təşkilatın göstərişi



Elmi-tədqiqat layihə təşkilatı

2. Layihə üzrə müqavilənin tərtibi

Sifarişçinin təklifi

Sifarişçi və layihə təşkilatı

Mərhələ 2. Layihə işləri

3. Axtarış işləri

Sifariş və müqavilə

Layihə təşkilatı

4. Layihənin hazırlanması – stadiyalar 1 üzrə

Layihə hazırlığı

Layihə və müqavilənin işlənməsinə tapşırıq



Layihə təşkilatı

Mərhələ 3. Layihənin ekspertizası və təsdiqi

5. Layihənin ekspertizası

Layihənin hazırlanması və ekspertizası üzrə təlimatlar

Layihə təşkilatı

Layihənin ekspertiza şöbəsi



6. Layihənin təsdiqi

Layihənin hazırlanması qaydası təlimatı

Layihə təşkilatı

Müvafiq təşkilatın layihənin təsdiqi


Cədvəldən göründüyü kimi birinci mərhələdə tikiləcək obyekt üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ), onun məqsədi və iqtisadi səmərəliliyi hesablanmalıdır. Bunun üçün lazımi materiallar top­lanmalı, layihəqabağı hesablamalar aparılmalıdır. Bu mərhələdə eyni za­manda sifarişçi ilə layihə təşkilatı arasında layihə işinin ma­liyyələşməsini hüquqi cəhətdən tənzimləyən müqavilə hazırlan­ma­lıdır. Müqaviləyə əlavə olaraq obyektin layihələndirmə tapşırığı da tərtib edilir.

İkinci mərhələdə – layihələndirmə üçün axtarış işləri (texniki və iqtisadi) yerinə yetirilir. Buraya tikinti meydanının seçimi və planlaşdırılması, layihənin mərhələlərlə hazırlanması daxildir.

Üçüncü mərhələ layihənin ekspertizası və təsdiqini nəzərdə tutur. Bütün iri müəssisə və təşkilatların layihə-smeta sənədləri, tabeçiliyindən və mülkiyyət münasibətlərindən asılı olmayaraq, təsdiqə qədər ekspertizadan keçməlidir.


12.6. Əsas fondların və istehsal güclərinin istifadəyə

verilməsində tikintinin iştirakı
Ölkənin milli sərvətləri tərkibində əsas fondlar xüsusi rol oy­nayır. Onlar müəssisə və təşkilatlara, ayrı-ayrı sahələrə, özəl qurum­lara, həmçinin ictimai təşkilatlara aiddir. Əsas fondlar özlüyündə mate­rial və qiymətlilərin toplusu olub, uzun müddət istifadə olunan əmək vasitələrindən ibarət olub, maddi və qeyri-maddi sahələrdə fəa­liyyət göstərir.

Əsas fondlar daşınmaz əmlakın tərkib hissəsidir. Əsas fondlara – maşınlar, avadanlıqlar, alətlər və digər əmək vasitələri aid edilir ki, onların köməyilə işçilər maddi nemətlərin istehsalını təmin edirlər. Qeyri-istehsal sahələrinə – yaşayış evləri, klublar, məktəblər, xəstəxana­lar və digər mədəni-məişət xidmətləri obyektlərinin fondları da əsas fondların tərkibinə daxildir.

Əsas fondların tərkibinə torpaq sahələrinin yaxşılaşdırılmasına (melorasiya, irriqasiya, şorandan yuyulma və s.) istifadə edilən kapi­tal qoyuluşu da daxil edilir.

Əsas fondlar istehlak dəyərinə və dəyərə malikdir.

Əsas fondların istehlak dəyəri dedikdə, onun faydalılığı, adamla­rın hər hansı tələbinin ödənilməsi başa düşülür.

Əsas fondların dəyəri onun istehsalı və alınmasına çəkilən xərclə­rin məcmusudur.



Bir qayda olaraq, müxtəlif sahələr üçün istifadə edilən kapital qoy­uluşu, həmin sahələrdə əsas fondların yaradılmasında iştirak edir. Kapital qoyuluşu əsas fondların təzələnməsi və təkrar istehsalı üçün yeganə mənbədir. O, həm əsas fondların aktiv hissəsini, həm də pas­siv hissəsini yaratmaq üçün istifadə olunur. Bir qayda olaraq istifa­dəyə verilən əsas fondların dəyəri onun üçün istifadə olunan kapital qoyuluşu məbləğindən az olur. Bu fərq sair xərcləri təşkil edir.

Cədvəl 20

Bunları aşağıdakı cədvəlin məlumatlarından görmək olar.*


İllər

Əsas kapitala investisiya (mln.man.)

Əsas fondların istifadəyə verilməsi

O cümlədən

istehsal təyinatlı

qeyri-istehsal təyinatlı

2000

967,8

666,9

542,3

124,6

2003

3786,4

2183,1

1910,2

272,9

2004

4922,8

3415,7

3127,6

288,1

2005

5769,9

4780,7

4265,9

514,8

2006

6234,5

5402,5

4870,1

532,4

2007

7471,2

6035,2

5253,6

781,6

2008

9944,2

8342,4

6695,1

1647,3

2009

7724,9

6032,3

5222,2

810,1

2010

9905,7

6961,3

5643,4

1317,9

Cədvəlin məlumatlarından göründüyü kimi illər üzrə əsas fond­ların istifadəyə verilməsi kapital qoyuluşu ilə müqayisədə xeyli aşağı olmuşdur. Başqa sözlə, ayrılmış kapital qoyuluşunun xeyli hissəsi əsas fondların formalaşması prosesində iştirak etsə də, onun bir his­səsi fonda çevrilməmişdir.

Maddi nemətlərin istehsalı bilavasitə əmək alətləri və canlı əməyin vəhdətini tələb edir. Bunların əldə edilməsi isə bilavasitə kapital qoyuluşundan asılıdır. Kapital qoyuluşu həm yeni əsas fond­ların yaradılmasında, həm mövcud fondların təzələnməsində, həm də dövriyyə vəsaitlərinin əldə edilməsində müstəsna əhəmiyyət kəsb edir.

Əsas fondların başlıca xüsusiyyətlərindən biri də, onun bir neçə istehsal prosesində iştirakı, öz dəyərini tədricən istehsal olunmuş məhsul üzərinə köçürməsi və bu səbəbdən tədricən köhnəlməyə məruz qalması təşkil edir.

Əsas fondlar istifadə sferasına görə iki yerə bölünür:

- istehsal xarakterli əsas fondlar;

- qeyri-istehsal xarakterli əsas fondlar.

İstehsal xarakterli əsas fondlar – sənaye sahələrində, kənd təsərrü­fa­tında, tikintidə, nəqliyyatda, rabitədə, maddi-texniki təchi­zat və geoloji-kəşfiyyat işlərində, eləcə də digər maddi istehsal sahələ­rində istifadə olunur. Belə fondlara eyni zamanda aktiv fondlar da deyilir.



Qeyri-istehsal xarakterli əsas fondlar kommunal təsərrüfatında xid­mət sahələrində, səhiyyədə, idman və sosial sferada, təhsildə, mədə­niyyət və incəsənətdə, elmdə və digər qeyri-maddi sahələrdə isti­fadə olunur.
Cədvəl 21

Əsas fondların istifadəyə verilməsi (faktiki qiymətlərlə)64


İllər

Cəmi mln.man.

O cümlədən mülkiyyət növləri üzrə

Ümumi əsas fondlardan obyektlə­rin təyinatı üzrə

dövlət mülkiyyəti

qeyri-dövlət mülkiyyəti

istehsal təyinatlı

qeyri-istehsal təyinatlı

mln.man.

xüsusi çəkisi

mln.man.

xüsusi çəkisi

mln.man.

xüsusi çəkisi

mln.man.

xüsusi çəkisi

2000

666,9

422,3

63,3

244,5

36,7

542,3

81,3

124,5

18,7

2003

2183,1

657,0

30,1

1526,1

69,6

1910,2

87,5

272,9

12,5

2004

3415,7

659,3

19,3

2756,4

80,7

3127,6

91,6

288,1

8,4

2005

4780,7

582,6

12,2

4198,1

87,8

4265,9

89,2

514,7

10,8

2006

5402,5

1158,0

21,4

4244,4

78,6

4870,1

90,1

532,3

9,9

2007

6035,2

1723,4

28,6

4311,7

71,4

5253,6

87,1

781,5

12,9

2008

8342,4

2549,6

30,6

5792,8

69,4

6695,1

80,3

1647,3

19,7

2009

6032,3

3241,5

53,7

2790,8

46,3

4841,2

80,3

1191,1

19,7

2010

6961,3

3510,2

53,0

2401,1

47,0

5653,6

81,2

1307,7

18,8

Statistika Komitəsinin tərtib etdiyi cədvəlin məlumatlarında əsas fondların tərkibinə tikintisi başa çatdırılan və hesabat dövründə istifadəyə verilən bina və qurğuların, bütün növ nəqliyyat vasitə­ləri­nin, rabitə vasitələrinin, kənd təsərrüfatı, ticarət, iaşə müəssisələrinin, mənzil-kommunal, təhsil, mədəniyyət, səhiyyə və eləcə də iqtisa­diyyatın bütün digər sahələri üzrə vəsaitlərin tikintinin sme­ta­sına daxil edilən və edilməyən, quraşdırılması tələb olunan və olun­mayan istifadəyə verilmiş avadanlıqların, maşınların və bütün növ nəqliyyat vasitələrinin dəyəri və digər xərclər daxil edilmişdir.

Mövcud qaydalara görə xidmət müddəti 12 ayadək olan alətlər, qiymətindən asılı olmayaraq əsas fondlara aid edilmir və dövriyyə fondları kimi qeydiyyatdan keçir. Bunlardan başqa, bütün növ tutqu alətləri, xüsusi cihaz və fərdi sifarişlə hazırlanmış alətlər, xüsusi geyim və ayaqqabılar, yataq ləvazimatı, müvəqqəti qurğu və tikililər, cavan və kökəltmə heyvanları, quşlar, dovşanlar, arı ailələri, çox illik istifadə üçün tinliklər və s. əsas fondlara aid edilmir.

Bu təsnifatdan istifadə edilməklə əsas fondların quruluşu da müəyyən edilir. Əsas fondların quruluşu anlayışı, ayrı-ayrı əsas fond qruplarının ümumi yekunda xüsusi çəkisi başa düşülür. Əsas fondların tərkibində aktiv fondların xüsusi çəkisi nə qədər yüksək olarsa iqtisadiyyat üçün bunun əhəmiyyəti daha böyükdür. Aktiv fondlara maşın və avadanlıqlar, ötürücü qurğular və maddi istehsal prosesində bilavasitə iştirak edən digər əsas fondlar aid edilir. Aktiv fondların xüsusi çəkisi nə qədər yüksək olsa, əməyin fondla silahlanma səviyyəsi bir o qədər yüksək, məhsul istehsalı isə daha çox olacaqdır.

Cəmiyyət üçün vəsaitin hansı qrup əsas fondların yaradılmasına istifadəsi çox əhəmiyyətlidir. Mülkiyyət formasından asılı olmayaraq hər kəs çalışır ki, sərf etdiyi kapital qoyuluşu maşın və ava­danlıqların, ümumilikdə aktiv fondların xüsusi çəkisinin artırıl­masına istifadə olunsun. Bina və tikililər – qurğular normal əmək şəraitinin yaradılmasına xidmət etsələr də, onlar passiv fondlara aid edilir.

İstehsal fondları tərkibində aktiv fondların xüsusi çəkisinin artması daha çox məhsul istehsalını təmin etməklə fondverimi göstəricisinin də yüksək olmasına şərait yaradır. Elə bu səbəbdən də mütəxəssislər kapital qoyuluşunun səmərəliliyini artırmaq məqsədilə ayrılmış vəsaiti əsasən mövcud obyektlərdə avadanlıqların təzə­lənməsinə, modernizasiya və yenidənqurma işlərinə istifadəsini daha məqsədəuyğun sayırlar. Bu halda kapital qoyuluşu daha çox aktiv fondların yaradılmasına istifadə edilər.

Əsas fondların tərkibi onların geniş təkrar istehsal prosesində işti­rakı səviyyəsini müəyyənləşdirir. Bir tərəfdən, əsas fondlar əmək aləti olaraq istehsal prosesində iştirak edir, bunlar maşın, avadanlıq, cihazlar və s. digər tərəfdən əsas fondlar istehsal prosesinin baş vermə­sini təmin edir – bunlar binalar, hidrotexniki qurğular – kanal­lar, nəqliyyat qurğuları – körpülər, tunellər, yollar, ambarlar və nə­hayət əsas fondlar əmək məhsuldarlığının artırılmasını təmin edir.

Mühasibat uçotunda əsas fondların pulla ifadəsi «əsas vəsaitlər» adlanır. Əsas fondların təsnifatı mövcud qaydalara görə aşağıdakı qruplarda əks olunur.


Cədvəl 22
Əsas fondların növlər üzrə təsnifatı


Əsas fond qrupları

Müvafiq qrupa aid edilən əsas fondlar

1. Binalar

İstehsal xarakterli binalar

Qeyri-istehsal xarakterli binalar

Yaşayış binaları və s.


2. Qurğular

Daxili yollar

Körpülər

Şəhərkənarı şose yolları

Neft və qaz buruqları

Hidrotexniki qurğular

İstixanalar

İdman qurğuları

Mədəniyyət və istirahət parkları



3. Ötürücü qurğular

Boru ötürücüləri (neft, qaz, su kəmərləri və s.)

Elektrik ötürücüləri

Kabel elektrik ötürücüləri

Kabel rabitə ötürücüləri və s.



4. Maşın və avadanlıqlar

Güc maşınları (mühərrik, generator, elektrik stansiyaları və s.)

Güc avadanlıqları

Daxili yanma mühərrikləri

İşçi maşınları (nasoslar, dəmirçi və metalkəsən dəzgahlar)

Avadanlıqlar

Qaldırıcı-nəqliyyat və qablaşdırıcı

Yükləmə-boşaltma maşın və avadanlıqları

Ölçü və laboratoriya avadanlıqları

(tərəzilər, kassa-nəzarət maşınları və s.)

Kənd təsərrüfatı maşın və avadanlıqları

Hesablama texnikası, elektron-hesablama maşınları

Sair maşın və avadanlıqlar



5. Nəqliyyat vasitələri

Dəmiryol

Dəniz və çay gəmiçiliyi (kater, barj, qayıq və s.)

Avtomobil nəqliyyatı

Hava nəqliyyatı

Magistral boru nəqliyyatı

İsthsal nəqliyyatı



6. Cihazlar

Mexaniki, elektrik və digər xarakterli cihazlar

7. İstehsal və təsərrüfat inventarları

Konteynerlər

Yazı maşınları

Tara və baklar

İdarə mebeli

Mehmanxana inventarı (mebel, xalça, büstlər və s.)


8. İşçi və məhsuldar heyvanlar

At, dəvə və s.

9. Çoxillik bağlar

Meyvə bağları

Giləmeyvələr

Çay sahələri

Qoruyucu meşə



10. Təbiətdən istifadə obyektləri və torpaq sahələrinin yaxşılaş­dırılmasına əsaslı vəsait qoyuluşu

Şoran torpaqların yuyulması

Suvarma sistemləri və digər meliorativ tədbirlərə

Təbiəti mühafizə obyektlərinə və s. xərclər


11. Digər əsas fondlar

Kitabxana fondu

Muzey qiymətliləri

Heyvanxananın əsas fondları və s.

Əsas fondların belə təsnifatı bir çox iqtisadçılar tərəfindən qəbul edilmişdir. Mühüm məsələlərdən biri əsas fondların qiymətlən­dirilməsi­dir. Əsas fondların düzgün qiymətləndirilməsi, onla­rın təkrar istehsalının planlaşdırılmasında, köhnəlmənin səviyyəsi­nin və amor­tizasiya ayrımalarının hesablanmasında böyük rola malikdir. Əsas fondların qiymətləndirlməsinin bir neçə növü möv­cuddur. Bunlardan daha geniş yayılmışı onların ilk dəyər, bərpa dəyəri və qalıq dəyərini müəyyən etməklə qiymətləndirilməsidir.

Bunlardan başqa, əsas fondlardan istifadənin müxtəlif göstərici­lərlə hesablanması da vacib məsələlərdəndir. Bunlardan əsas fondla­rın köhnəlmə əmsalının, əsas fondların sıradan çıxma əmsalının, əməyin fondla silahlanması səviyyəsi, fondverimi göstəricisi, fondtu­tumu göstəricisi və s. göstərmək olar.
12.7. Obyektlərin maliyyələşməyə qəbulu,

tikintinin aparılma üsulları. Podrat müqavilələr
Tikinti işlərinin aparılmasında daha çox iki üsuldan istifadə edilir:

- podrat üsulu;

- təsərrüfat üsulu.

Podrat üsulunda tikinti işlərini tikinti-quraşdırma təşkilatları yerinə yetirir. Bunlar daim fəaliyyətdə olan podratçı tikinti-qu­raş­dırma təşki­latlarıdır. Tikintidə podrat münasibətlər, sifarişçi ilə pod­ratçı təşkilat arasında bağlanmış podrat müqavilələr əsasında yerinə yetirilir.

Bağlanmış podrat müqaviləyə əsasən podratçı təşkilat razılaş­dırılmış müddətdə sifarişçinin tapşırığına əsasən obyekti tikib sifarişçiyə təhvil verməli və ya digər tiknti işlərini yerinə yetirməlidir. Sifarişçi təşkilat isə öz növbəsində podratçı təşkilat üçün lazımi şərait yaratmalı, yerinə yetirilmiş işləri qəbul edərək, haqqını ödəməlidir. Podrat üsulunda işlərin yerinə yetirilmə prosesində minimum iki tərəf – sifarişçi və podratçı təşkilat iştirak edir.

Sifarişçi qismində mülkiyyət münasibətlərindən asılı olmayaraq istənilən müəssisə və təşkilat vəsait sahibi kimi çıxış edə bilər. Podratçı qismində, qeyd etdiyimiz kimi daim fəaliyyətdə olan ixtisaslı kadrlara və lazımi tikinti maşınlarına malik tikinti təşkilatı çıxış edir. Tikinti prosesində xüsusi işlərin yerinə yetirilməsinə ehtiyac yara­narsa, podratçı təşkilat müqavilə əsasında ixtisaslaşmış təşkilatla mü­qa­vilə bağlayaraq onu bu işə cəlb edə bilər. Bu subpodrat müqavilə adlanır.

Mövcud qanunvericiliyə müvafiq sifarişçi təşkilat müsabiqə yolu ilə tikinti işlərini yerinə yetirməyə xüsusi icazəsi olan istənilən podratçı təşkilatla müqavilə bağlaya bilər. Özünün mütəxəssis kadrları və xüsusi texnikası olan, daim fəaliyyət göstərən tikinti-qu­raş­dırma təşkilatı öhdəsinə götürdüyü işləri vaxtında, yüksək key­fiyyətlə yerinə yetirə bilir. Mövcud qanunvericiliyə müvafiq olaraq podratçı təşkilat həm yeni tikinti, həm də mövcud obyektlərdə yenidənqurma və genişləndirmə işlərini həyata keçirir.

Podratçı təşkilat fasiləsiz fəaliyyət göstərərək öz iş təcrübəsini daim artırmaqla, daha keyfiyyətli və normativ vaxta əməl etməklə öz vəzifələrini yerinə yetirir. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin xeyli hissəsi podrat üsulu ilə həyata keçirilirdi. Son vaxtlar digər sahələrdə olduğu kimi, tikinti sahəsində də özəl şirkətlərin vasitəsilə daha çox əsaslı tikinti işləri yerinə yetirilməkdədir. Belə ki, əgər 1990-cı illərdə podrat üsulu ilə yerinə yetirilən işlərin həcmi, bütün tikinti-quraşdırma işləri tərkibinə 75-80% təşkil edirdisə, 2000-ci illərdə bu 60%-dən bir qədər çox, hal-hazırda isə 50% ətrafında dəyişməkdədir.

Təsərrüfat üsulunda tikinti-quraşdırma işlərinin yerinə yeti­rilməsi, podratçı təşkilat dəvət edilmədən investor-sifarişçi təşkilatın öz gücü ilə həyata keçirilməsi başa düşülür. Əsaslı tikinti aparmaq üçün xüsusi vəsaitləri olan müəssisə və təşkilatlar tikinti-quraşdırma işlərini yerinə yetirmək məqsədilə özlərinə məxsus istehsal bazası yaratmalı, tikinti materialları əldə etməli, işin həc­mindən asılı olaraq öz tərkiblərində «tikinti şöbələri» yaratmalıdırlar.

Təsərrüfat üsulu nisbətən iri olmayan, sadə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini tələb edən, mövcud obyektlərdə, genişləndirmə və ya yenidənqurma işləri tələb edən fəaliyyətlərdə tətbiq olunur. Təsərrüfat üsulu ilə yerinə yetirilən işlərin keyfiyyəti aşağı, maya dəyəri yüksək, əmək məhsuldarlığı müqayisədə daha az olur. Bununla belə təsərrüfat üsulu son illər xeyli artmaqdadır. Təsərrüfat üsulunda da sifarişçi təşkilat xüsusi vəsaitə, təsdiq olunmuş layihə-smeta sənədlərinə, əsas mütəxəssis kadrlara malik olmalıdır. Belə kadrlar «əmək müqaviləsi» ilə qəbul olunaraq, tikinti qurtaranadək bu fəaliyyəti davam etdirməlidirlər.

Yerinə yetirilən tikinti-quraşdırma işlərinin xarakterindən asılı olaraq tikinti təşkilatları iki qrupa bölünür:

- ümumi tikinti-quraşdırma işlərini yerinə yetirən tikinti təşkilatları;

- ixtisaslaşdırılmış tikinti-quraşdırma işlərini yerinə yetirən tikinti təşkilatları.

İxtisaslaşmış tikinti təşkilatları – sahə və texnoloji əlamətlərə görə fərqləndirilir.

Sahə əlamətlərinə görə ixtisaslaşmış tikinti təşkilatları müxtəlif sahələr üzrə tikinti-quraşdırma işlərini yerinə yetirir (yaşayış evləri, avtomobil yolları, kanallar, dəmir yolları və s.). Dünyanın istənilən ölkəsində mülkiyyət formasından asılı olmayaraq, hər hansı şirkət və ya sahibkar fəaliyyətə başlamazdan əvvəl, görüləcək işlərin plan-la­yihəsini hazırlayır, onun maliyyə xərclərini və son nəticəni müəy­yənləşdirməyə çalışır. İqtisadiyyatın hər hansı sahəsində əsaslı tikinti aparılması kapital qoyuluşunu planlaşdırmadan mümkün deyildir. Kapital qoyuluşunun planlaşdırılması, əsas fondların təkrar istehsalı üçün yaxın gələcəyə proqnoz vermək, bunun üçün maliy­yələşmə mənbələrini müəyyən etməklə, planların optimal olmasına çalış­maqdır.

Kapital qoyuluşunun planlaşdırılmasında əsas məqsəd:

1) istehsal güclərinin və əsas fondların artırılmasına;

2) kapital qoyuluşundan səmərəli istifadə etməyə nail olmaqdır.

Bu məsələləri həll etmək üçün aşağıdakı prinsiplərin gözlənil­məsi məqsədəuyğun hesab edilir:

- kapital qoyuluşu planı konkret və əsaslandırılmalıdır. Bu o de­məkdir ki, kapital qoyuluşu maliyyə xərclərini dəqiq müəyyənləşdir­məklə, tikiləcək obyekt üzrə texniki-iqtisadi əsaslandırmanı düzgün təyin etməlidir;

- kapital qoyuluşu planı, maliyyələşmə mənbələri ilə balanslaş­dırıl­malıdır. Burada həm podratçı təşkilatın gücü, həm tikintinin müddəti və nəhayət kapital qoyuluşunun illər üzrə düzgün bölgüsü diqqət mərkəzində olmalıdır;

- qəbul edilmiş plan göstəriciləri tikinti müddətndə stabil-dəyiş­məz olmalıdır. Hər hansı cüzi dəyişiklik tikinti prosesində vaxt və mate­rial itkisinə səbəb olur. Plana dəyişiklik yalnız nəzərdə tutulmuş tapşırıqlara vaxtından əvvəl əməl edilməsi, başqa sözlə, planın artıqla­ması ilə yerinə yetirilməsi hallarında mümkündür;

- planların fasiləsizliyi təmin edilməlidir. Yəni firma və şirkətlər uzunmüddətli, ortamüddətli və qısamüddətli (illik) planlar işləməli, onların köməyilə planlaşdırmada fasiləsizlik təmin edilməlidir;

- planlar elmi xarakter daşımalıdır. Yəni tərtib olunmuş kapital qoyuluşu planı elmi əsaslandırılmış norma və normativlərə, elm və texnikanın son nailiyyətlərinə, qabaqcıl texnologiya və düzgün informa­siyalara əsaslanmalıdır.

Belə prinsiplər, bir qayda olaraq, mərkəzləşdirilmiş kapital qo­yu­lu­­şunun planlaşdırılmasında daha dəqiq gözlənilir. Mərkəz­ləş­diril­miş kapital qoyuluşu dövlət büdcəsi hesabına aşağı­dakı məqsədlər üçün nəzərdə tutulur:

- uzunmüddətli dövlət məqsədli proqramlarının həyata keçirilmə­sinə;

- istehsal xarakterli dövlət obyektlərinin, müdafiə sənayesi obyekt­lə­rinin, elektrik stansiyalarının və s. tikintisinə;

- dövlət əhəmiyyətli dəmiryolu və avtomobil yollarının, dəniz li­manlarının və s. obyektlərin tikintisinə.

Qeyri-mərkəzləşdirilmiş kapital qoyuluşu, dövlət və bələdiyyə müəs­sisələrinin, istehlak kooperativlərinin, səhmdar cəmiyyətlərinin, ictimai təşkilatların və xüsusi müəssisələrin vəsaiti hesabına həyata keçirilir. Bu halda müəssisə və təşkilatlar öz qərarlarını müstəqil qə­bul edir. Bu halda yeganə tələb mövcud qanunların tələblərinə əməl edilməsini gözləməkdir.

Kapital qoyuluşu planının əsas göstəriciləri aşağıdakılardır:

- istehsal güclərinin istifadəyə verilməsi planı;

- əsas fondların istifadəyə verilməsi;

- kapital qoyuluşunun həcmi;

- obyekt və tikililərin titul siyahıları.

Əsaslı tikinti planının başlıca göstəricisi istehsal güclərinin istifa­dəyə verilməsidir. Hər bir obyekt və müəssisə üzrə istehsal güc­ləri­nin istifadəyə verilməsi ayrı-ayrılıqda hər bir istiqamətdə göstəri­lir. İstehsal gücləri natural formada sutkalıq, aylıq, rüblük və illik istehsala müvafiq müəyyənləşdirilir. Məsələn, çörək zavodunun gücü sutkalıq tonla, konserv zavodu – ildə mln. şərti banka, dəmir beton zavodu – ildə min kub.m. və s.

İstehsal güclərinin istifadəyə verilməsi obyektlərin istifadəyə veril­məsi normalarına müvafiq müəyyən edilir.

Əgər istehsal gücləri natural göstəricilərlə (m2, m3, ton, kq və s.) ve­rilirsə, əsas fondların istifadəyə verilməsi dəyərlə müəyyən edilir. Əsas fondların istifadəyə verilməsi planına aşağıdakı göstəricilər daxil edilir:

- plan ilində tikintisi başa çatıb, istifadəyə verilən müəssisə və obyektlərin dəyəri;

- istifadəyə verilən maşın və avadanlıqların, həmçinin nəqliyyat vasi­tələrinin dəyəri;

- əsas fondlara aid edilən inventar və cihazların alınmasına çəki­lən xərclər və s.

İstehsal güclərinin və əsas fondların istifadəyə verilməsi planı kapi­tal qoyuluşu məbləğinin müəyyən edilməsində əsas rol oynayır. Kapital qoyuluşu xərc elementləri üzrə – tikinti-quraşdırma işlərinə çəkilən xərclərdən, avadan­lıqların alınmasına çəkilən xərclərdən, lay­ihə-axtarış işlərinə çəkilən xərclərdən və digər xərclərdən ibarətdir.
Kapital qoyuluşu planının təxmini formasını belə göstərmək olar:

Təsdiq edirəm .

(təşkilatın rəhbəri)

« « ____ 200 il

_______________ Təşkilatın kapital qoyuluşu planı

------ 200 il üçün


Sıra №

Kapital qo­yu­luşu ob­yek­tinin adı

İstehsal güclərinin istifadəyə verilməsi

Əsas fondların istifadəyə verilməsi

Kapital qoyuluşu cəmi

O cümlədən

Qeyd

ölçü vahidi

göstərici

ölçü vahidi

göstərici

ölçü vahidi

göstərici

tikinti-quraşdırma işləri, min man.

avadanlıqların alınması,

min man.


sair kapital xərcləri,

mn man.


1


































2

































Uzunmüddətli dövrə kapital qoyuluşu planları hazırlanarkən istifa­dəyə veriləcək istehsal gücü vahidinə normativ kapital qoyuluşu əsas kimi qəbul edilir. Belə normativlər ayrı-ayrı sahələr üzrə həm yeni tikintilər üzrə, həm də mövcud obyektlərdə yenidənqurma və genişləndirmə işləri üzrə hazırlanır. Bu qayda ilə hazırlanan kapital qoyuluşu planları sonrakı dövrlərdə layihə-smeta sənədlərinə müva­fiq dəqiqləşdirilir.

Əsaslı tikintidə mühüm sənədlərdən biri də obyektlərin titul siyahı­sıdır. Titul siyahıları kapital qoyuluşu ilə eyni vaxtda tərtib olu­nur. Titul siyahısında kapital qoyuluşu planına daxil edilmiş obyektlə­rin siyahısı əks olunur. Titul siyahısı tikintisinə yeni başlan­mış və yarımçıq obyektlər üzrə tərtib olunur. Titul siyahısında tikilə­cək obyektin gücü, tikintinin başlama və qurtarma ili, smeta dəyəri, kapital qoyuluşu və tikinti-quraşdırma işlərinin həcmi, istehsal gücləri­nin və əsas fondların istifadəyə verilməsi və s. göstərilməlidir.

Titul siyahısına daxil olan obyektlərin təsdiq olunmuş layihə-smeta sənədləri olmalıdır. Obyektlərin titul siyahısına dxil edilməsi, onların tikintisinə icazədir. Titul siyahısı sifarişçi və podratçı təşkilat üçün əməl edilməsi vacib sənəddir. Titul siyahısını kapital qoyuluşu planını təsdiq edən təşkilat rəhbəri həyata keçirir.

Titul siyahısının forması aşağıdakı kimidir:

Forma 1


Hər il maliyyələşdirən banka verilir.
Təsdiq edirəm: .

(vəzifəsi, imza, tarix və möhür)

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə