Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə28/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

AR SK Bakı, 2011
Məlum olduğu kimi dövlət mərkəzləşdirilmiş kapital qoyuluşu­nun əsasını «yığım fondundan» ayrılan vəsaitlər tutur. Mülkiyyətin dövlətə məxsus olduğu inzibati-amirlik sistemində hər il yığım fondu­nun 20%-ə qədəri kapital qoyuluşu xərcləri üçün istifadə olunurdu. Bununla belə o dövrdə əsas fondların texniki səviyyəsi və xüsusilə məh­suldarlığı inkişaf etmiş ölkələrlə müqayisədə olduqca geridə qa­lırdı. Bunun bir çox səbəbləri var idi. Ən başlıca səbəb isə, fikrimizcə, ayrılan vəsaitin xeyli hissəsinin «yeni tikinti»lərə istifadə olunması idi ki, belə vəziyyət də məlum olduğu kimi, bir qayda olaraq, «passiv fond»ların yaradılmasına səbəb olmaqla, vəsaitin səmərəli istifadəsini xeyli azaldırdı. Soyuq müharibənin nəticəsində Sovetlər birliyi əsas diqqəti silahlanmaya yönəldir, iqtisadi inkişaf – əhalinin həyat səviyyəsi­nin yaxşılaşdırıl­ma­sına diqqət arxa plana keçirdi.

Müasir şəraitdə, dövlət mülkiyyəti aparıcı mövqeyini itirmiş, mər­­kəzləşdirilmiş vəsaitlərin kapital qoyuluşuna istifadəsi xeyli azal­mış­dır. Kapital qoyuluşunun maliyyələşmə mənbəyi kimi daha çox «xüsusi vəsait»lərdən istifadə olunur. «Xüsusi vəsait»lər dedikdə müəssisə və təşkilatların gəliri, eləcə də fiziki şəxslərin vəsaitləri nə­zərdə tutulur. Məlum olduğu kimi müəssisə və təşkilatlar öz gəlirləri­nin bir hissəsini müəssisələrin inkişafı məqsədilə xüsusi təyinatlı fondla­rın yaradılmasına istifadə edirlər. Bunlardan:

- istehsalın inkişaf fondunu;

- elm və texnikanın inkişaf fondunu;

- kapital qoyuluşunun maliyyələşdirilməsi fondunu;

- sosial inkişaf fondunu göstərmək olar.



Bu fondlardan hər birinin vəsaiti müəssisə və təşkilatlarda kapi­tal qoyuluşunun maliyyələşdirilməsi mənbəyi kimi çıxış edə bilər.

Cədvəl 18

Maliyyə mənbələri üzrə əsas kapitala investisiyalar (mln.man) 63





İllər

2000

2005

2006

2007

2008

2009

2010

Əsas kapitala investisiyalar, cəmi

967,8

5769,9

6234,5

7471,2

9944,2

7724,9

9905,7

o cümlədən:






















- müəssisə və təşkilatların öz vəsaiti

689,2

4767,0

4407,6

4470,7

4730,3

3811,3

5041,9

- əhalinin şəxsi vəsaiti

45,2

331,8

239,1

254,4

294,4

309,4

373,2

- bank kreditləri

144,0

372,1

425,0

398,0

400,8

417,1

643,8

- büdcə vəsaitləri

28,4

193,6

883,5

1852,4

3859,9

2705,9

3255,3

-büdcədənkənar fondların vəsaitləri

8,2

72,7

257,7

476,3

655,6

480,4

570,5

Sair vəsaitlər

52,6

32,8

21,5

19,3

3,1

0,8

20,9

Müasir şəraitdə kapital qoyuluşunun maliyyələşmə mənbəyi kimi «amortizasiya ayırmaları» da müstəsna rol oynayır. Elmi-tex­niki tərəq­qinin sürətli inkişafını nəzərə alaraq, bütün dünyada olduğu kimi Azər­bay­canda da «sürətli amortizasiya ayırmaları»nın tətbiqinə başlanılmış­dır. Bu isə o deməkdir ki, tətbiqi sahəsindən asılı olmaya­raq hər 5-6 ildən bir maşın və mexanizmlərin, eləcə də avadanlıqların əsas hissəsinin yenilərilə əvəz edilməsinə çalışmaq lazımdır. Ancaq belə şərtlərlə ciddi rəqabətə davam gətirmək mümkündür.

Odur ki, amortizasiya ayırmaları kommersiya müəssisə və təş­kilatla­rında kapital qoyuluşunun maliyyələşdirilməsinin əsas mənbə­lə­rindən hesab edilir.

Məlumatlardan göründüyü kimi kapital qoyuluşunun maliy­yələşmə mənbələri içərisində aparıcı yeri «müəssisə və təşkilatların» xüsusi vəsaitləri tutur. Bu vəsaitlərin xüsusi çəkisi ilbəil artmaqdadır. Bu belə də olmalıdır. Ona görə ki, artıq dövlət öz inhisarçı mülkiyyət hüququndan istifadə edə bilmir. Bununla yanaşı «borc edilmiş» vəsaitlər – bank krediti də ildən-ilə artan xətlə hərəkətdədir. Öl­kə­mizin müstəqilliyinin ilk illərində büdcə vəsaitlərindən kapital qoyuluşunun maliyyələşdirilməsinə cüzi məbləğdə vəsait ayrılırdısa 2006-cı ildən başlayaraq mərkəz­ləşdirilmiş büdcə vəsaitlərindən kapital qoyuluşuna daha çox vəsait ayrılmağa başlanılmışdır. Bu da ölkə ərazisində, xüsusilə Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına dövlət qayğısının artırılması ilə izah oluna bilər.


12.4. Kapital qoyuluşunun maliyyələşdirilməsi mənbələri
Maliyyələşmə dedikdə müəssisə və təşkilatların, müxtəlif iqti­sadi proqram və fəaliyyətin maliyyə ehtiyatları (pul vəsaitləri) ilə təmi­natı başa düşülür. Maliyyələşmə xüsusi vəsait, kommersiya təşkilatlarının daxili mənbələri, dövlət büdcəsi vəsaitləri, eləcə də kredit ehtiyatları, xarici yardım, hüquqi və fiziki şəxslərin və s. vəsaiti hesabına həyata keçirilir. Kapital qoyuluşunun maliyyə­ləş­diril­mə­sin­də riskli maliyyələşməni («vençur» maliy­yələş­məsi) fərqləndirmək lazımdır. Belə maliyyələşmə yeni texnika və tex­no­logiyanın, həmçinin yeni istehsal növünün mənimsənilməsi üçün istifadə edilir.

Kapital qoyuluşunun maliyyələşdirilməsi iki mənbədən – mərkəzləşmiş və qeyri-mərkəzləşmiş mənbələrdən həyata keçirilir. Bir qayda olaraq mərkəzləşmiş mənbələr dövlət plan-tapşırıqlarında nəzərdə tutulmuş obyektlərin maliyyələşdirilməsində istifadə olunur. Bu məqsədlər üçün büdcə vəsaitlərindən istifadə olunur.

Qeyri-mərkəzləşmiş mənbələrdən kapital qoyuluşunun maliyyə­ləşdirilməsi – amortizasiya ayırmaları hesabına, kommersiya təş­kilatlarının gəliri hesabına və bank krediti hesabına həyata keçirilir. Büdcə vəsaitləri, bir qayda olaraq, dövlət əhəmiyyətli yeni tikintilərin maliyyələşdirilməsində istifadə olunur.

Mövcud müəssisələrin genişləndirilməsi və yenidən qurulması üçün başlıca maliyyələşmə mənbəyi – amortizasiya ayırmalarının əsas fondların təzələnməsinə nəzərdə tutulmuş hissəsidir.

Qanunvericiliyə müvafiq kapital qoyuluşu planında göstərilən və titul siyahısına daxil edilən obyektlərin maliyyələşməsi müm­kündür.

Sifarişçi və podratçı təşkilat özlərinə xidmət edən bankda ma­liy­yələşmə hesabı açmalıdır. Sifarişçi üçün bankda kapital qo­yu­luşunun maliyyələşmə hesabı, podratçı üçün isə hesablaşma hesabı açılır.

Bu hesablaşmaların açılması məqsədilə müvafiq banka müvafiq formada ərizə, təşkilatın nizamnaməsi, maddi-məsul şəxslərin təyini haqqında əmr və onların imza nümunələri, dəyirmi möhürün nü­mu­nəsi və s. bank şöbələrində təqdim edilmiş sənədlər yox­lanıl­dıq­dan sonra maliyyələşmə və hesablaşma hesablarının açılmasına sərəncam verilir.

Sifarişçinin maliyyələşmə hesabına, kapital qoyuluşunun ma­liyyələşmə mənbələrindən vəsait daxil ola bilər. Bu hesabdan podratçı təşkilatın yerinə yetirdiyi işlərin dəyəri ödənilir. Podratçı təşkilatın hesablaşma hesabında onun fəaliyyəti ilə əlaqədar hesablanmış vəsaitlər saxlanılır. Bu vəsaitlərdən fəhlələrin əməkhaqqı, tikinti, ma­terial və konstruksiyaların dəyəri, nəqliyyat xərcləri və podratçı təşkilatın fəaliyyəti ilə əlaqədar digər xərclər ödənilə bilər.

Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş mənbələrdən ka­pital qoyuluşunun maliyyələşdirilməsi bəzi xüsusiyyətlərə görə fərqlənir.

Mərkəzləşmiş kapital qoyuluşunun maliyyələşməsi qeyd et­diyimiz kimi büdcədən, dövlət plan-proqramına daxil edilmiş ob­yektlərin tikilməsi üçün istifadə olunur. Mərkəzləşmiş kapital qoyu­luşunun maliyyəlşməsi büdcə vəsaiti hesabına Maliyyə Nazirliyinin həmin vəsaiti sifarişçinin hesabına köçürməsindən sonra həyata keçirilir. Maliyyələşmə hesabını açmaq üçün sifarişçi təşkilat banka aşağıdakı sənədləri verməlidir:

- yeni tikinti obyektlərini əks etdirən titul siyahısı;

- podrat müqavilə (kontrakt), yerinə yetirilmiş işlər üzrə hesablaşma forması göstərilməklə;

- tikintinin dəyərini əks edən smeta sənədi;

- smeta sənədləri üzrə dövlət ekspertiza rəyi;

- keçici obyektlər üzrə dəqiqləşdirilmiş kapital qoyuluşu və ti­kinti-quraşdırma işlərinin məbləği.

Mərkəzləşmiş kapital qoyuluşunu maliyyələşdirən bank sifarişçi tə­rəfindən təqdim edilmiş sənədləri yoxlamalı, layihə-smeta sənədləri­nin dövlət ekspertizasından keçirilməsinə xüsusi diqqət verməlidir. İnvestorların xüsusi vəsaiti və bank krediti hesabına kapital qoyu­lu­şu­nun maliyyəlşəməsi tərəflərin – sifarişçi və podratçı təş­kilatla­rın razı­laşması əsasında həyata keçirilir. Tərəflər vəsaitin banka köçü­rül­məsi və yerinə yetirilmiş işlər üzrə hesablaşma qaydala­rını müstəqil olaraq razılaşırlar. Bu halda kapital qoyuluşunun maliyyə­ləşməsi qaydası tikinti-quraşdırma işlərinin podrat və ya təsərrü­fat üsulunda aparılmasından asılı olaraq fərqli olur.

Podrat üsulunda tikinti-quraşdırma işləri yerinə yetirilərkən, sifarişçi pod­ratçının təqdim etdiyi hesablara müvafiq tələb olunan vəsaiti pod­ratçı təşkilatın hesabına köçürməlidir.

Ümumilikdə isə kapital qoyuluşunun maliyyələşməsi banka aşağı­dakı sənədlərin verilməsini tələb edir:

- kapital qoyuluşu planı;

- kapital qoyuluşunun maliyyələşməsi planı;

- tikintinin titul siyahısı və daxili titul siyahısı.

Bunlardan başqa, banka podrat müqavilə də təqdim edilməlidir.

Banka təqdim edilmiş sənədlər yoxlanıldıqdan sonra sifarişçi üçün maliyyələşmə hesabı açılır. Kapital qoyuluşunun maliyyələşməsi tə­sərrüfat üsulunda həyata keçirilirsə, bu halda podratçı təşkilat də­vət edilmədən, nəzərdə tutulmuş işlər sifarişçi təşkilatın öz gücü ilə həyata keçirilir. Bunun üçün sifarişçi təşkilat vasitəçi olmadan tikinti materialları, avadanlıq və texnika, habelə inşaatçı fəhlələri işə dəvət edir. Yerinə yetiriləcək işin həcmindən asılı olaraq sifarişçi özündə ya «ti­kinti şöbəsi» və ya «tikinti idarəsi» yaradır. Sifarişçi təşkilat maliyyə­ləşməni hesablaşma hesabından da apara bilər. Bir qayda ola­raq, təsərrüfat üsulu ilə nisbətən kiçik obyektlər, mövcud obyektlərdə ge­nişləndirmə və yenidənqurma işləri həyata keçirilir. Bu işlərin müva­fiq tələblərə cavab verməsini təmin etmək məqsədilə sifarişçi təşkilat «əmək müqaviləsi» ilə ixtisaslı inşaatçı mütəxəssisi işə qəbul edir və bu işlərin yerinə yetirilməsini ona həvalə edir.
12.5. Layihə-smeta sənədləri, onların tərtibi,

təsdiqi və qiymətləndiril­məsi
İstənilən bina və ya qurğu, böyük və kiçikliyindən asılı olmaya­raq layihə-smeta sənədi olmadan tikilib istifadəyə verilə bilməz. Eyni qayda mövcud müəssisələrdə yenidənqurma, genişləndirmə və moderni­zasiya işlərini həyata keçirmək üçün də gözlənilməlidir.

Layihə dedikdə – tikiləcək müəssisə və ya obyektin konstruktiv, tex­noloji, həcmi-planlaşdırma və təşkili həllərini göstərən, onun tex­niki-iqtisadi göstəricilərini və dəyərini əhatə edən, qabaqcadan işlənib ha­zırlanmış və müvafiq qaydada təsdiq edilmiş, qarşılıqlı əlaqəli sənədlə­rin toplusu başa düşülür.

Bu kompleks sənədlərin qarşılıqlı işlənib hazırlanma prosesinə layi­hələndirmə deyilir. Layihələndirmə tikinti prosesinin ilkin mər­hələsi­dir. Başqa sözlə, layihələndirmə elmi-texniki tərəqqi ilə ti­kinti istehsalı arasında aralıq mərhələ olub, tikintidə texniki tərəqqi­nin tət­biqi və səmərəliliyin yüksəldilməsinə xidmət etməlidir. Layihə-smeta sənədlərinin tikintidə tətbiqinin başlıca vəzifəsi, kapital qoyu­lu­şu­nun qənaətlə istifadəsini təmin etməklə, maksimum vaxt qazan­maqdan ibarətdir.

Layihə-smeta sənədləri xüsusi layihə təşkilatları, layihə sənədlə­rini tərtib etməyə xüsusi icazəsi olan digər hüquqi və fiziki şəxslər tərəfin­dən işlənib hazırlana bilər. Bunun üçün sifarişçi təşkilatla müqa­vilə (kontrakt) bağlanmalıdır. Müqavilə tərəflərin hüquqi və maliyyə münasibətlərini tənzimləyən əsas sənəddir.

Sifarişçi layihə təşkilatına layihələndirməyə aid tapşırıqları aşağı­dakı ilkin sənəd və materialları da verməlidir:

- obyektin tikintisi üçün investisiyanın əsaslandırılması;

- yerli icra orqanları tərəfindən obyektin tikiləcəyi ərazinin ica­zəsi;

- obyektin mühəndis şəbəkələrinə və kommunikasiyalarına birləşdi­ril­məsinin texniki şərtləri;

- sosial-iqtisadi vəziyyət, təbii mühit, tikinti rayonunun sanitar-epi­demioloji şəraitini xarakterizə edən materiallar və s.

Layihə-smeta sənədlərinin tərtibi və layihə həlləri dövlət norma­ları, qaydaları və standartlarına uyğun olmalıdır. Layihə sənədləri maliyyə mənbələrindən və mülkiyyət formalarından asılı olmayaraq dövlət ekspertizasından keçməlidir. Layihə-smeta sənədlərinin tərti­bində istifadə edilən normativlər texnoloji və tikinti normativlərinə ayrılır.

Texnoloji normativlər vasitəsilə istifadə ediləcək avadanlıqların məhsuldarlığı, iş rejimi, avadanlıqların yerləşdirilməsi şərtləri, xamma­lın ehtiyatı və sərfi, işləyəcək fəhlələrin və xidmətçi heyətin sayı və s. müəyyən edilir.

Tikinti normativlərinin köməyilə bina və qurğuların həcmi – plan­laşdırma və konstruktiv həllərin düzgün seçilməsində istifadə olu­nur. Belə normaların köməyilə tikiləcək obyektlərin bünövrə və əsasları, metal və dəmir-beton konstruksiyalar seçilib istifadə edilir.

İstifadə edilən tikinti materialları və elementlərinin texniki xarakte­ristikaları dövlət standartları və texniki şərtlərə uyğun olmalı­dır. Obyektlərin layihələndirilməsi və tikintisinin təşkili qüvvədə olan layihə­ləndirmə normalarına, binaların və qurğuların tikinti müddəti, tikintidə normalaşdırılan zadelin (yarımçıq tikinti) həcmi nomraları və istismara verilən obyektlərin layihə güclərinin mənimsənilmə normala­rına uyğun aparılır.

Qüvvədə olan qanunvericiliyə əsasən layihə hazırlığı üç əsas dövrə bölünür:



Birinci dövrdə kapital qoyuluşunun (investisiyanın) məqsədi, tikilə­cək obyektin gücü və vəzifəsi, buraxılacaq məhsulun çeşidi və ya gö­stəriləcək xidmətlərin siyahısı, obyektin yerləşəcəyi ərazi, maliy­yələş­dirmə mənbələri və nəzərdə tutulmuş texniki-iqtisadi göstərici­lərə nailolma imkanları qiymətləndirilir. Birinci dövrün əhatə etdiyi işlər yerinə yetirildikdən sonra icra hakimiyyətinin yerli orqanına öz niyyəti barədə bəyannamə təqdim edir. İstehsal xarak­terli obyektlər üçün bəyannamədə müəssisə haqqında texniki və texno­loji məlu­matlar, işçilərin və texniki heyətin təxmini sayı, obyek­tin xammal və materiallara, su və enerji ehtiyatlarına tələbatı, müəssisə­nin ətraf mü­hitə təsiri və digər məsələlər üzrə mülahizələr, işçilərin və onların ailə üzvlərinin yaşayış yeri, sosial-məişət obyekt­ləri ilə təminat məsələləri, maliyyə mənbələri və hazır məhsulun isti­fadə olunması haqqında məlumatlar öz əksini tapır. Sifarişçi təşkilat öz niyyəti haqqındakı bəyannaməyə müsbət rəy aldıqdan sonra «tikin­tiyə investisiyanı əsaslandırma»nı işləyib hazırlamağa başlayır.

İkinci dövr investisiyanın təsərrüfat zəruriliyi, texniki müm­künlüyü, kommersiya və iqtisadi cəhətdən məqsədəuyğunluğu haq­qında qərar qəbul etmək məqsədilə aparılır.

Üçüncü dövr, sifarişçi tərəfindən hazırlanmış «əsaslandırmanın» ra­zılaşdırılması, ekspertizası və təsdiqini əhatə edir.

Layihələndirmə zamanı layihədən əvvəlki mərhələ və obyektin bila­vasitə layihələndirmə mərhələsini bir-birindən fərqləndirmək lazım­dır.

Layihələndirmədən əvvəlki mərhələ investisiya prosesində tikinti­nin layihə hazırlığının birinci və ikinci dövrlərini birləşdirir.

Obyektlərin mürəkkəbliyindən asılı olaraq müəssisələrin, bina və qurğuların layihə-smeta sənədləri bir və ya iki mərhələ üzrə işlənib hazırlanır. Tikintisi adətən kütləvi və təkrar olunan işlərin tətbiqi ilə həyata keçirilən, texniki cəhətdən mürəkkəb olmayan obyektlərin, həmçinin texnika ilə yenidən silahlanan mövcud obyektlərin layihə-smeta sənədləri bir mərhələdə işlənib hazırlanır və birtipli layihə adla­nır. Belə layihələrə «işçi layihə» deyilir və burada tikiləcək obyektin dəyəri smeta hesablamaları ilə təyin edilir.

Tikintisi mürəkkəb hesab edilən obyektlərin (çoxlu fərdi konstruk­siyalar tələb olunur, tikinti istehsalında çoxsaylı iştirakçı olur və s.) layihə-smeta sənədləri iki mərhələdə işlənib hazırlanır və fərdi layihə adlanır. Belə layihələndirmənin birinci mərhələsində lay­ihə, tikintinin dəyərinin yekun smeta hesablamaları ilə təyin edilməsi, ikinci mərhələdə isə texnoloji avadanlıqların quraşdırılması üzrə işçi cizgiləri (çertyojları) işlənilir.

«Müəssisələrin, binaların və qurğuların tikintisinin layihə-smeta sə­nədlərinin hazırlanması, razılaşdırılması, tərkibi və təsdiqi qayda­ları» SNİP 11-01-05 təlimatına müvafiq həyata keçirilir. Layihələn­dirmə mərhələlərindən asılı olmayaraq layihə sənədləri bütün zəruri və qarşılıqlı əlaqəli layihə hissələrini əhatə edir.

Layihə-smeta sənədlərinin tərtibi sifarişçi təşkilatdan xeyli vəsait tə­ləb etməklə, investisiya fəaliyyətinin vacib hissəsini təşkil edir. Nə­zərə almaq lazımdır ki, layihələndirmədən əvvəlki mərhələnin ən va­cib işlərindən biri müəssisə və ya obyektlərin layihələndirilməsinin və tikintisinin iqtisadi əlverişliyini, texniki mümkünlüyünü, onun həyata ke­çirilmə şəraitini müəyyən edən və layihələndirməni ilkin material­larla təmin edən mühəndis axtarışlarının təşkilidir.

Mühəndis axtarışları dedikdə tikinti rayonunun və ya meydançası­nın kompleks araşdırılması başa düşülür. Mühəndis axtarış­ları öz məzmununa və aparılma ardıcıllığına görə iki növə bölünür:

- iqtisadi axtarışlar;

- mühəndisi və ya texniki axtarışlar.

İqtisadi axtarışları layihə təşkilatı sifarişçidən təsdiqlənmiş «lay­ihə tapşırığı» aldıqdan sonra həyata keçirirlər.

İqtisadi axtarışlarda tikinti rayonunun iqtisadi amilləri – tikinti­nin xammalla, yerli materiallarla, yanacaqla, elektrik enerjisi, su, qaz, is­tiliklə, nəqliyyat vasitələri, fəhlə və ixtisaslı kadrlarla, yaşayış evləri, mədəni-məişət, təhsil, səhiyyə və digər xidmət növləri ilə təminatı məsələ­ləri müəyyən edilməklə əsaslandırılır. İqtisadi axtarışlar nəticə­sində müəssisənin və ya obyektin layihələndirilməsinin və tikintisinin iqtisadi cəhətdən əlverişliliyi əsaslandırılır.

İqtisadi axtarışların nəticələri layihələndirmənin sonrakı dövrü – layihə və işçi sənədlərinin işlənib hazırlanması üçün ilkin məlumat­lar rolunu oynayır. Layihə-smeta sənədləri mövcud norma və qayda­lara təlimat və dövlət standartlarına tam uyğun işlənib hazırlanmalı­dır. Çünki bu gün tikilən obyekt ən azı 50-100 il fəaliyyət göstərməyə hesablanmalıdır. Bu isə elmi-texniki tərəqqinin, qabaqcıl üsulların, dün­ya təcrübəsinin öyrənilməsi və tətbiqini tələb edir. Layihə-smeta sə­nədləri maliyyə mənbələrindən, mülkiyyət formasından və mən­su­biyyə­tindən asılı olmayaraq Dövlət ekspertiza baş idarəsində dövlət ekspertizasından keçməlidir.

Müvafiq təşkilatlarla razılaşdırılmış və dövlət ekspertizasından keçmiş müəssisə və obyektlərin, bina və qurğuların tikintisinin layihə-smeta sənədləri təsdiqə təqdim edilir. Dövlət mülkiyyətinə aid obyektlə­rin layihə-smeta sənədləri onların iriliyindən, əhəmiyyətindən və nəhayət smeta dəyərindən asılı olaraq hökumət, bələdiyyə və yerli icra orqanı, habelə müəssisə rəhbərləri tərəfindən təsdiqlənir.

Xüsusi mülkiyyətə aid obyektlərin layihə-smeta sənədləri firma və ya şirkət rəhbərləri, eləcə də onların göstərişi ilə müəssisə rəhbər­ləri tərəfindən təsdiqlənir.

Qeyd edildiyi kimi layihə-smeta sənədlərinin maliyyələşdirilməsi si­farişçi təşkilatların vəsaitləri hesabına həyata keçirilir. Əgər vəsait çatışmazlığı olarsa, bu zaman bank kreditindən də istifadə oluna bili­nər. Layihə-smeta sənədlərinin keyfiyyətinə, obyektlərin qənaətli və təhlükəsiz olmasına, layihələndirmə üzrə normativ sənədlərə düzgün əməl edilməsinə məsuliyyəti baş layihə təşkilatları daşıyırlar. Layihə-smeta sənədlərinin müəllifləri obyektin tikintisi zamanı layihənin düzgün reallaşmasına müəllif nəzarətini həyata keçirirlər.

Məlumdur ki, obyektlərin layihələndirilməsi mürəkkəb və çoxcə­hətli prosesdir. Bununla belə layihələndirmə prosesi ümumi prinsi­plərin gözlənilməsini tələb edir. Bu prinsiplər – ardıcıllıq, variantlı­lıq, layihənin kompleksliliyi və vahid normaların gözlənil­məsi.

Layihənin ardıcıllığı. Layihə-smeta sənədlərinin işlənilməsində əsas şərt kimi ümumi prinsiplərdən fərdi yanaşmaya gəlməkdir. Lay­ihə prosesində əvvəlcə ümumi məsələlər – ən başlıcası obyektin tikintisi­nin məqsədəuyğun olması, daha sonra obyektin texnoloji konst­ruktiv, arxitektura və digər proseslərin dəqiqləşdirilməsidir. Bu prinsipin gözlənilməsi layihələndirməni mərhələlərlə aparmağa imkan ve­rir.

Layihələndirmədə variantlılıq – kapital qoyuluşunun səmərəliliy­ini yüksəltmək məqsədilə obyektin layihələndirilməsi çoxvariantlı aparıl­malıdır. Belə yanaşma sifarişçi təşkilatın ilk baxışda layihələndir­məyə daha çox vəsait xərclənməsini göstərsə də, sonradan texniki-iqtisadi göstəricilər əsasında daha əlverişli variantın seçilməsi və buna müvafiq tikinti prosesində daha az xərclərlə obyektin istis­mara verilməsi, çox variantlılığın daha səmərəli olmasını göstərir. Seçil­miş variant əsasında tikintinin aparılması maksimum səmərə və minimum ictimai əmək sərfinə səbəb olur.

Layihənin kompleksliliyi. Bu prinsipin gözlənilməsi imkan verir ki, layihənin tərtibi bir çox işlərin – texnoloji, tikinti-arxitektura, sani­tar-texniki, smeta dəyəri və s. qarşılıqlı əlaqədə aparılsın. Layihə­nin kompleks tərtibi, layihələndirmə qarşısında qoyulmuş başlıca tələb­dir.

Layihələndirmədə vahid normativlərdən istifadə.

Tikintinin layihələndirilməsi vahid normativlərə əsaslanır. Bu işlə­rin mürəkkəb və çox cəhətli olmasına baxmayaraq, layihə-smeta sənədlərinin tərtibində vahid norma və qaydalardan istifadə edilir. Maddi istehsalın digər sahələrində belə vəziyyət mövcud deyildir.

Tikintidə layihələndirmə vahid dövlət normativlərinə əsaslanır. Ti­kintinin layihələndirilməsində istifadə edilən normativlər iki qrupa bölünür:

- tikinti normativləri;

- tikinti materialları və elementlərinin standartı.

Tikinti norma və qaydaları (TN və Q) dövlət normativ sənədi olub, həm yeni tikintilər üçün, həm də mövcud obyektlərdə genişlən­dirmə və yenidənqurma işləri üçün istifadəsi vacibdir. Bu norma və qaydalar mülkiyyət münasibətlərindən və tabeçiliyindən asılı olmaya­raq bütün layihəçilər üçün məcburidir.

Tikinti norma və qaydaları beş bölmədən ibarətdir:


  1. tikintinin təşkili, idarəedilməsi və iqtisadiyyatı;

  2. layihələndirmə normaları;

  3. istehsalın təşkili və işlərin qəbulu;

  4. smeta normaları;

  5. material ehtiyatları və əmək sərfi normaları.

Bu bölmələrin hər birinin tətbiqi üzrə müxətlif təlimat və göstərişlər də mövcuddur ki, onların da istifadə edilməsi məqsə­dəuy­ğun hesab edilir. Tikinti təşkilatları və layihəçilər öz fəaliyyətlərində material və elementlərin standartlara cavab verməsini nəzərə al­malıdır. Standartları gözləmədən nə layihə, nə də tikinti işləri apar­maq olmaz.

Ümumiyyətlə layihələndirmə prosesi 3 mərhələdə aparılır. Bunu aşağıdakı cədvəldə verək.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə