Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  31 
Ümumiyyətlə  monitorinq  (inglis  dilində)  –  izləmək,  müşahidə  aparmaq  deməkdir. 
Keçən  əsrin  90-cı  illərindən  başlayaraq  təhsil  sistemində  tətbiq  olunan  yeniliklərin 
səmərəliliyini,  effektivliyini  artırmaq,  nəticələrin  izlənilməsi,  proqnozlaşdırılması  və 
korreksiya  işlərinin  vaxtında  həyata  keçirilməsi  məqsədilə  monitorinq  tətbiq  olunmağa 
başlamışdır.  Ümumiyyətlə,  monitorinq  –  təhlil  olunan  prosesin  ayrı-ayrı  mərhələlərini 
diaqnostika  ,  proq-nozlaşdırma  və  korreksiya  kimi  xarakterizə  edən  üç  əsas  sütun  üzərində 
dayanır.  Bu  zaman  yalnız  qiymətləndirmə  getmir,  eyni  zamanda  qiymətləndirmənin 
nəticələrini  nəzərə  alıb,  qiymətləndirilən  prosesin  gələcək  inkişafını  təmin  etmək,  keyfiyyət 
göstəricilərini  yüksəltmək  üçün  korreksiya  işlərinin  aparılması  planlaşdırılır  və  həyata 
keçirilir [7]. 
Hazırda  təhsil-tədris  sisteminin  durumunu  və  inkişaf  dinamikasını  tədqiq  və  nəzarət 
etməyə  imkan  verən  çoxlu  proseslər  içərisində  təhsil  nəticələrinin  (TN)  monitorinqi  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Belə  yanaşma  tədris  prosesinin  müxtəlif  sahələrinin  inkişafını  üzə 
çıxarmağa,  tədris  fənlərinin  məzmununun  mənimsənilməsinə  nəzarət  etməyə,  təhsil 
sistemində  qazanılmış  nailiyyətlərin  təhsil  standartlarının  tələblərinə  uyğunluğunu  müəyyən 
etməyə, vacib əhəmiyyətli pedaqoji informasiyaları, keyfiyyət və onun idarəolunmasını təmin 
edən məqsədyönlü və effektiv metodları seçməyə imkan verir. Keyfiyyətin idarəolunmasının 
əsas  vasitəsi  kimi  (xüsusi  halda  pedaqoji  təhsildə  səriştəli  kadr  hazırlığında  keyfiyyətin 
idarəolunması)  qəbul  edilən  təhsil  nailiyyətlərinin  monitorinqi  aşağıdakı  funksiyaları  həyata 
keçirir : 
-
 
öyrənənlərin,  müəllimlərin,  valideyinlərin,  təhsilin  idarəedilməsi  ilə  məşğul  olan 
qurumların  və  təhsilin  nəticələri  ilə  maraqlı  olan  insanların  ehtiyac  duyduğu  pedaqoji 
əhəmiyyətli operativ və uzunmüddətli informasiyalarla təmin edilməsini; 
-
 
təhsil  alanların  əldə  etdiyi  nailiyyətlərin  müxtəlif  nəzarət  qrupları  tərəfindən 
müəyyən edilmiş nəticələrin, formalaşmış statistik normaların və dövlət təhsil standartlarının 
tələblərinə uyğunluğunun üzə çıxarılması və müvafiq tədbirlərin görülməsini; 
-
 
öyrənənlər  və  öyrədənlər,  təhsil  müəssisəsinin  adminstrasiyası  və  pedaqoji 
kollektiv, valideyinlər və şagirdlər, təhsili idarəedən qurumlar və təhsil müəssisələri arasında 
əks əlaqənin təmin edilməsini; 
-
 
təhsilə dair kompleks informasiyaların pedaqoji təhlilinin nəticələri əsasında təhsil 
sisteminin və təhsil alanların inkişafının proqnozlaşdırılmasını; 
-
 
təhsil alanlara özünütənqid, özünüinkişaf, özünütəhlil üçün şəraitin yaradılmasını. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
32 
Pedaqogikada təhsil sistemlərinin kompleks  nailiyyətlərinin üzə çıxarılmasında təhsil 
monitorinqi  də  xüsusi  əhəmiyyət  daşıyır.  Təhsil  monitorinqini  pedaqoji,  tərbiyə,  sosial-
psixoloji və idarəetmə komponentləri ilə təqdim etmək olar [4,6]. 
Pedaqoji  monitorinq  didaktika  və  tərbiyə  ilə  bağlı  komponentləri  özündə  birləşdirir. 
Təhsil  sisteminə  və onun durumuna  nəzarət funksiyasını  həyata keçirən proseslər  içərisində 
didaktik, başqa sözlə təhsil nailiyyətlərinin monitorinqi xüsusi əhəmiyyət daşıyır. Həqiqətən 
didaktik  monitorinq  tədris  prosesinin  müxtəlif  sahələrinin  durumuna,  tədris  materialının 
mənimsənilməsinə, alınmış  nəticələrin təhsil  standartlarının tələblərinə  müvafiqliyinin təmin 
olunmasına nəzarəti həyata keçirir. İstənilən təhsil monitorinqinin komponentləri təhsil-təlim 
proseslərinə dair məlumatların alınması mənbəyi rolunu oynayırsa, didaktik (TN) monitorinq 
idarəetmənin strategiyasını müəyyən etmək üçün təhsil alanların və təhsil sisteminin müəyyən 
siniflərə  aid  edilməsinə  dair  nəticələnmiş  və  fərqləndirilmiş  informasiyanın  alınmasını  da 
təmin edir. 
Qarşıya  qoyulmuş  məqsəddən  asılı  olaraq  didaktik  (TN)  monitorinqin  aşağıda 
göstərilmiş formalarını bir-birindən ayırmaq lazımdır [3,4]: 
-
 
problemli - təhsil sistemində baş verən tədris proseslərinin ümumi problemlərinin, 
təhsil müəssisələrinin ehtiyaclarının və təhsil sisteminin inkişaf qanunauyğunluqları ilə bağlı 
problemlərin üzə çıxarılması; 
-
 
müqayisəli - təhsil nailiyyətlərinə görə təhsil alanların və ya təhsil müəssisələrinin 
əhəmiyyətliliyinə görə dərəcələnməsi; 
-
 
kompleksli  (mürəkkəb)  –  təhsil  müəssisələrinin  attestasiyası  və  akkreditasiyası 
üçün  müxtəlif  pedaqoji  ölçmələrin  nəticələrindən  istifadədən  başqa,  təhsil-tədris  prosesinin 
anketləşdirilməsi,  tədris  sənədlərinin  kontent  təhlili  və  informasiyanın  toplanmasının  başqa 
formalarından istifadə edilməsi. 
Didaktik  monitorinqin  təşkili,  nizama  salınış  və  qarşılıqlı  əlaqədə  olan  müxtəlif 
elementlərdən  təşkil  olunmuş  prosesin  tamlığını  təmin  etmək  üçün  sistemli  yanaşmadan 
aşağıdakı ardıcıllıqla istifadə olunmasını tələb edir: 
-
 
təhsil standartlarından səmərəli istifadə; 
-
 
pedaqoji testləşmənin həyata keçirilməsi; 
-
 
nəzarəti həyata keçirmək üçün qiymətləndirmə materiallarının toplanması; 
-
 
alınmış  nəticələrə  nəzarətin  və  onun  qiymətləndirilməsinin  aparılmasına  dair 
mövcud təlimatdan istifadənin təşkili. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə